15 iyn 09:23Gundem

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunurAzərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edib və Ay göründüyü andan Ramazani-şərif başlayıb.

Hər il olduğu kimi, bu il də QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Fətvasında bildirilir ki, Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edir.

Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə Ramazan bayramı iyunun 15 və 16-da qeyd olunur.

Qeyd edək ki, bu il Ramazan bayramı və Milli Qurtuluş Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq. 15 iyun - Milli Qurtuluş Günü, 15-16 iyun Ramazan bayramıına görə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən şənbə və bazar günləri də daxil olmaqla 5 gün (15, 16, 17, 18 və 19 iyun) qeyri-iş günüdür.
OXŞAR XƏBƏRLƏR
loading...
XƏBƏR LENTİ
SORĞU