19 may 11:30Gundem

İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdi

İlham Əliyev Kuba rəhbərinə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Sədr, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU