21 apr 12:25Gundem

Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu - Prezidentə təşəkkür

Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu - Prezidentə təşəkkürMilli Məclis Novruz Məmmədovun Azərbaycanın baş naziri postuna namizədliyini təsdiq etdi.

“Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq lazımdır, inkişafı daha sürətləndirmək lazımdır. Bundan sonra çalışacağam ki, ölkənin inkişafı üçün əlimdən gələni edim”.

N.Məmmədovun 72 yaşı var, 1947-ci ildə Naxçıvanın Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə rəhbərlik edir, 2017-ci ildə prezidentin xarici əlaqələr üzrə köməkçisi təyin olunub.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU