26 mar 09:47Gundem

Prezident müşavirə keçirir - İcra başçıları, ASC sədri hesabat verdi

Prezident müşavirə keçirir - İcra başçıları, ASC sədri hesabat verdiAzərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Avrasiya.net xəbər verir ki, Mədəniyyət mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilir.

Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyib.

Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, "Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU