18 fev 15:32Gundem

İlham Əliyev Ruhaniyə başsağlığı verdi

İlham Əliyev Ruhaniyə başsağlığı verdiİlham Əliyev Ruhaniyə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu ünvanlayıb.

Məktubun mətnini təqdim edirik:

Hörmətli cənab Prezident,

Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”
XƏBƏR LENTİ
SORĞU