Ər-Riyad Husinin başına 30 milyon pul qoyduSəudiyyə Ərəbistanı hökuməti Yəməndəki qiyamçı husilərin lideri Əbdül Malik əl-Husi haqqında informasiya üçün mükafat təyin ediblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı SPA agentliyi yayıb. Əl-Husinin başı üçün təyin edilən mükafatın 30 milyon dollar olduğu bildirilib.

Ər-Riyad husilərin daha 40 lideri üçün mükafat təyin edib. Belə ki, bu şəxslər haqqında informasiyaya görə veriləcək mükafatın 5-30 milyon dollar arasında olduğu vurğulanıb.
ABŞ-da kilsəyə silahlı hücum: 27 ölü - VİDEOABŞ-ın Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən Saterlənd Sprinqs bölgəsində naməlum şəxs tərəfindən “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edilib.

İlkin məlumata görə olay nəticəsində 27 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Cinayətkarın isə polis tərəfindən atəş açılaraq zərərsizləşdirildiyi deyilib.

Faktla bağlı araşdırmalar aparılır.
Suriyada dəhşətli partlayış – yüz ölü, onlarla yaralıSuriyanın Deyr əz-Zor şəhərinin şimal-qərbində baş vermiş partlayış qurbanlarının sayı 100-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın Dövlət Televiziyası informasiya yayıb.

Məlumata görə, partlayış nəticəsində onlarla qaçqın isə ağır yaralı vəziyyətdədir.

Qeyd edək ki, ötən gecə Deyr əz-Zor şəhərinin şimal qərbində qaçqınların sıx toplaşdığı ərazidə minalanmış avtomobil partladılmışdı.
Səudiyyə Ərəbistanında 11 şahzadə həbs edildiSəudiyyə Ərəbistanında rüşvət və vəzifəsindən sui-istifadə etməkdə günahlandırılan 11 şahzadə və bir neçə nazir həbs edilib.
Kral Salman bin Əbdüləziz ölkədə rüşvətxorluğun araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə Komitəsinin qurulması üçün fərman imzalayıb.
Şahzadələr qanunsuz silah-sursat müqavilələrinin imzalanması, çirkli pulların "yuyulması" və s. əməllərdə ittiham edilirlər. (qafqazinfo)
Kişinin mədəsindən 639 mismar çıxdı - VİDEOKəlküttə Tibb Kollecinin həkimləri hindistanlı pasiyentin mədəsindən 5 santimetr uzunluğunda olan 639 ədəd mismar çıxarıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Deyli Meyl” qəzeti yazıb. Qəzet kişinin mədə ağrısı şikayəti ilə xəstəxanaya aparıldığını və endoskopiyadan sonra xəstənin mədəsinin mismarla dolu olduğunun müəyyən edildiyini bildirib.

İki saatlıq əməliyyat zamanı cərrahlar pasiyentin qarnında 10 santimetrlik yarıq açaraq maqnitin köməyi ilə metalları çıxarmağı bacarıblar. Həkimlər mismarların iti olmasına baxmayaraq, xəstənin daxili orqanlarına heç bir ciddi ziyan dəymədiyini bildiriblər.
12 yaşlı qızı zorlayan şəxsin qisasını bacısından aldılarPakistan dəhşətli hadisəyə şahid olub.

"Ölkə.Az" xəbər verir ki, 12 yaşlı qızı zorlayan şəxsin cəzasını 14 yaşlı bacısı çəkib. Kənd məclisi toplaşıb təcavüzçüyə qarşı hökm çıxarıb. Şəxsin 14 yaşlı bacısı cəza olaraq çılpaq soyundurularaq kənd meydanına çıxarılıb.

Xalası qızları ilə çeşmədən su gətirən qız məclisin qərarı ilə 9 nəfər tərəfindən qaçırılıb. Qızı bir evə aparan şəxslər onu möhkəm döyüblər. Sonra isə soyundurularaq kəndin içində gəzdirilib.
İŞİD Nyu-York terrorunu öz üzərinə götürdü Oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipovun Nyu-Yorkda törətdiyi terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktının İŞİD tərəfindən törədildiyinə dair daha bir fakt cinayətkarın avtomobilində aşkarlanan məktubla təsdiqlənib.

Belə ki, S.Saipovun maşınında hücumu İŞİD-in tapşırığı ilə törətfiyinə dair məktub, mobil telefonundan isə İŞİD terror qruplaşmasının təbliğatını əks etdirən 90 videoçarx, 3800 fotoşəkil aşkarlanıb.

Daha əvvəl, Donald Trampın cinayətkara ölüm hökmü tələb etməsi hələ də qüvvədə qalır. S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.
Şirkətdə BİABIRÇILIQ: Müdir qadın işçini soyundurdu, hamı gördü - Telefona çəkdilər və... - FOTO/VİDEOPolşada şirkətlərin birində qeyri-adi hadisə yaşanıb.

A24.Az xəbər verir ki, şirkətin müdiri “işçilərin motivasiyanı artırmaq” məqsədilə qadın əməkdaşlardan birini çılpaq soyundurub və şirkətdə gəzdirib.

Baş rolunu Leonardo Di Kaprionun ifa etdiyi “Pul Ovçusu” (The Vulf of Wall Street) filmindəki səhnəni gerçəkləşdirən müdir pul qarşılığında həmin qadını buna razı salıb.

O, biznes mühitindəki əhval-ruhiyənin qaldırılması üçün bu addımı atdığını bildirib.

Mobil telefonlara çəkilən görüntülərdə, qadının üzərində yalnız qara günəş eynəyi və ayaqqabı olduğu görünür.

Qadının bu hadisədən dərhal sonra geyinərək işinə davam etdiyi deyilir. Ancaq bir neçə gün sonra o, istefa verib.
Vəkil açıq-saçıq geyinən qızları zorlamağa çağırır"The Independent" yazır ki, Misirdə bir hüquqşünas yırtılmış cins şalvar kimi açıq-saçıq paltarları geyinən qızların zorlanmasının "milli vəzifə" olmasını deməklə böyük qalmaqala səbəb olub.

Tanınmış mühafizəkar Nabih əl-Vəhş bu bəyanatı fahişləlik qanunu lahyihəsinin televizya müzakirəsi zamanı verib.

"Küçədə gedərkən qarşınızdakı qızın arxasının yarıçılpaq olması xoşunuza gəlirmi, - deyə vəkil sual edib, - Mən deyirəm ki, küçədə belə geyimdə gəzən qızın zorlanması vətənpərvərlik borcu və milli qeyrət vəzifəsidir".

Cənab əl-Vəhşin bu bəyanatı Misir Qadınlar Şurasının hiddətinə səbəb olub və təşkilat vəkilə efir vermiş telekanalı məhkəməyə vermək qərarına gəlib.

Qadınlar şurası bundan başqa bütün media qurumlarını qadınlara qarşı zorakılığa çağıran belə şəxslərə platforma verməməyə çağırıb.

Milli Qadınlar Şurası cənab əl-Vəhşdən ayrıca qaydada şikayət veriləcəyini bildirib.

Təşklilatın bəyənatında qadınlara qarşı seksual zorakılığa və zorlamaya çağırışlar kəskin şəkildə pislənir.

Şuranın başçısı Maya Morsi deyib ki, əl-Vəhşin çağırışı hər şeydən əvvəl Misir Konstitusiyasını pozur. Bu konstitusiyada qadınların haqlarının müdafiə olunacağı xüsusi maddə ilə təsbit edilib.

"The Independent" xatırladır ki, elə ötən ay ilk dəfə olaraq keçirilən araşdırmanın hesabatına görə Qahirə şəhəri qadınlar üçün ən təhlükəli meqapolis elan edilib. Bu araşdırmada əhalisi 10 milyondan çox olan dünya şəhərlərində qadınların vəziyyəti təhlil edilirdi.

Tanınmış Misir jurnalisti Şahirə Əmin deyib ki, Misir paytaxtının küçələrində gündəlik qaydada qadınlara qarşı baş verən zorakılıqlar onların hüquqsuzluğundan irəli gəlir.

2008-ci ildə aparılmış araşdırma göstərmişdi ki, Misir qadınlarının 83 faizi cinsi təqibə məruz qalır. Eyni zamanda, rəyi soruşulan kişilərin 53 faizi bildirmişdi ki, başlarına gələn seksual zorakılıqlara görə məsuliyyəti qadınların özləri daşıyırlar.

Məqalədə deyilir ki, elə ötən ilin oktyabrında cənab əl-Vəhşin bir liberal ruhani ilə televiziya müzakirəsi də dava-dalaş və masaların çevrilməsi ilə başa çatmışdı.

Bu teledebat zamanı əl-Vəhşi özündən çıxaran bu olmuşdu ki, onun müsahibi şeyx Rəşad qadınların saçlarını örtmələrinin dindən gələn bir tələb olmadığını söyləmişdi.

"Sən kafirsən" - deyə vəkil qışqırmışdı.

Liberal ruhani isə ona sakit bir tərzdə "sən xəstəsən və yerin ruhi xəstəxanadır" demişdi.

Cənab əl-Vəhş ayaqqabısını çıxararaq şeyx Rəşada tərəf atmağa cəhd göstərmişdi. Ərəb dünyasında kiməsə ayaqqabı atmaq böyük təhqir hesab olunur.

Teledebat iki müsahibin bir-birilə güləşməsilə başa çatmışdı.

Bundan əvvəl cənab əl-Vəhş qadınların hakim olmasına etiraz bildirirdi. O deyirdi ki, qadına hakim olmaq hüququ verilərsə, o mufti də ola bilər.

BBC
Dünya 19 noyabrda dağılacaq YENİ PROQNOZAstrofiziklər dünyanın sonunun yeni tarixini açıqlayıblar.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, noyabrın 19-da sirli planet hesab olunan Nibiru Yerə yaxınlaşacaq.

Alimlər hesab edir ki, toqquşma olmasa da, ciddi yaxınlaşma gözlənilir. Bu yaxınlaşma Yerin qravitasiya sahəsində kataklizmlər törədə bilər. Bu isə vulkan püskürmələri və güclü zəlzələlərlə müşayiət olunacaq.

Nibiru və ya Şeytan planeti və ya Marduk — Günəş sistemində səyahət edən mifik planet olmaqla Yer planetindən 4 dəfə böyükdür.

Bəzi tədqiqatçıların iddialarına görə, bu səmavi cisim Şumer mətnlərində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur.

Yer Nibiru və Günəş planetinin arasından keçərsə, maqnit qütblərinin qarışmasına gətirib çıxaracaq. Bu da nəticə etibarilə Yerin öz oxunu dəyişməsinə səbəb olacaq.