Telman İsmayılovun gizləndiyi yer məlum oldu - Qardaşı ilə FransadadırMusavat.com xəbər verir ki, beynəlxalq axtarışa verilən T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. "Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. "Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, - deyə, Marina Rusakova bildirib.

Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.

Qeyd edək ki, Telman İsmayılovun adam öldürməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan qardaşı Vaqif İsmayılovun da əvvəlcə Rusiyada gizləndiyini sanırdılar. Sonra onun qardaşı Telmanın yanına, Türkiyəyə köçdüyü məlum olub. Hər iki qardaşı son zamanlaradək Antalya sahilində yerləşən "Mardan Palace” otelində yaşayırlarmış. Otelin özünün isə elektrik borcuna görə işığı kəsilib. İndi Vasif İsmayılovun da Fransa da olduğu bildirilir.
Güman edilir ki, qardaşlar Türkiyənin onları Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığınıblar.
Sabiq ABŞ prezidenti ilə bağlı qalmaqal — 16 yaşlı qıza təcavüz edibABŞ-ın sabiq prezidenti Corc Buşun illər əvvəl 16 yaşlı bir qıza təcavüz etdiyi barədə iddia səsləndirilib.

"Ölkə.Az" xəbər verir ki, "Time" jurnalına müsahibə verən Roslin Korriqan adlı qadın illər əvvəl baş verən hadisədən danışıb. Qadın bildirib ki, hadisə 2003-cü ildə baş verib.

Hadisə Texas ştatında baş verib. Korriqan bildirir ki, MKİ işçiləri və ata Buşun iclasında anası ilə birlikdə prezidentlə foto çəkdirib. Foto çəkilən vaxt Buş əlini qızın beli ilə aşağı sürüşdürüb və sağrısından tutub. Fotoda da göründüyü kimi qızın ağzı həyəcandan açıq qalıb.

Ata Buşun mətbuat katiblərindən biri prezident qadınlara toxunduğunu bildirmişdi.
"Bəzən gündə yanıma 3-4 kişi gətiridilər" - seks köləsi olan Həlimə Müsəlman qızın başına gətirilənlər

"Bura gələndə bizi bir düşərgəyə yerləşdirdilər. Bir adam bizə yemək verdi. Mənimlə evlənmək istədiyini dedi. Onun evinə getdik. Evə girdiyim anda orada mənim kimi 7-8 gənc qızın olduğunu gördüm. Dəhşətə düşmüşdüm. Orada xeyli kişi ilə cinsi münasibətə girməyə vadar edildim".

Birləşmiş Billətlər Təşkilatı (BMT) Myanmadan qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının cinsi istismarla qarşı-qarşıya olduqlarını açıqlayıb.

İstiPress-in məlumatına görə, zülmdən qaçaraq canlarını xilas edənlərdən biri, 21 yaşlı Arakan müsəlmanı Həlimə Bangqladeşə gəldikdən sonra seks köləsinə çevrilmə hekayəsini BBC-yə danışıb.

Qonşuları ilə birlikdə Banqladeşə qaçan, ailəsini itirən gənc qız zorla tutulduğu evi bir qadının işlətdiyini deyib. "Mənə makiyaj edirdilər, bəzəyirdilər. Bəzən gündə 3-4 kişi gətirirdilər. Çox çətin idi. Günlərlə qanamam olurdu".

Gündə 3 dəfə yemək qarşılığında istismar edilən qızı müştərilərindən biri xilas edib. Müştəri polis olub. "Seks üçün gəlmişdi. Amma hekayəmi eşitdikdən sonra mənə "bacı" deməyə başladı. Bütün gecə qaldı, amma heç nə etmədi. Sonra mənə telefon nömrəsi verib getdi".

Həlimə evdən qaçma planları hazırlayıb və bir gün müştərilərindən biri yatarkən onun telefonu ilə polisə zəng edib. O, isə 6 nəfərlə gələrək Həlimə və daha 6 qızı seks köləliyindən xilas edə bilib.

Lakin o uzaağa gedə bilməyib, pulu və tanışı olmadığı üçün yenidən bədənini satmağa vadar olub. "Gündə beş dəfə namaz qıldığım, ailəmlə birlikdə yemək yediyim günlərə geri dönmək istəyirəm", deyən gənc qız Banqladeşdə onun kimi köləliyə vadar edilənlərin sayının da kifayət qədər çox olduğunu qeyd edib.
İŞİD müftisi öldürüldüİŞİD müftisi İraq Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Rava şəhəri yaxınlığında qeydə alınıb. Məlumata görə, zərbələr nəticəsində İŞİD-in Anbar əyaləti üzrə müftisi Əbu əl Mühacir ölüb. Hücum nəticəsində onu müşayiət edən 2 terrorçu və bir neçə nəqliyyat vasitəsi məhv edilib.
ABŞ-dan peşmərgəyə böyük yardım gəlirABŞ İraqın ərazi bütövlüyünün şətini qaldırdı: Peşmərgəyə böyük yardım gəlir!

ABŞ Konqresi 2018-ci ilin büdcə tarixində Peşmərgə qüvvələrinə hərbi yardımda "İraqın ərazi bütövlüyü" şətini aradan qaldırıb.
365 milyon dollarlıq hərbi yardımın şərtsiz olaraq Peşmərgə qüvvələrinə göndərilməsinə qərar verilib.

"ABŞ Konqresinin Peşmərgə qüvvələrinə kömək etmək üçün qoyduğu bu addım çox vacibdir və onların mövqeyini dəyişdirdiklərini göstərən bir göstəricidir".
Azərbaycanlı model dünya şöhrətli brendin reklamı üçün SOYUNDU - VİDEOƏslən azərbaycanlı məşhur geyim markası "Calvin Klein"in reklam çarxında çəkilib.

Publika.az xəbər verir ki, sözügedən brendin bu il üçün yekun video roliki lentə alınıb. Azərbaycanlı model reklam çarxında idman alt geyimlərini nümayiş etdirib. Bu rolik
Nyu-Yorkda "Calvin Klein"in bütün satış şöbələrində yayımlanacaq.

Modelin sözlərinə görə, çəkiliş çox maraqlı keçib:

"Görüntülər açıq havada lentə alındı. Xüsusi ilə make-up ustası Lusi Luni qeyd eləmək istəyirəm. O, Avropadan təşrif buyurub. Hazırda "Style Fashion Week"lə çalışdığı üçün komandamızda əsas yerlərdən birini tuturdu. Hava şəraitini nəzərə alsaq, ən çox yük onun üzərinə düşürdü.

Hazırda brendin siması məşhur amerikalı aktyor Ceyk Qillenhaldırş Növbəti ildə "Calvin Klein"dən gələcək təklifi məmuniyyətlə qəbul etmək barədə düşünürəm” .
Avropada insanları radiodan İŞİD-ə qoşulmağa çağırdılarİsveçin “Mix Megapol” radiostansiyasının efiri yarım saat ərzində İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən ələ keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, minlərlə isveçli İŞİD-in sıralarına daxil olmağa çağıran təbliğatçılıq mahnısını dinləyib.

Məlumata görə, “The Sake Of Allah” mahnısı yarım saat ərzində efirdə olub və on dəfə təkrarlanıb.

“Mix Megapol” rəhbərliyi hesab edir ki, radiostansiyanın tezliyi terrorçuların yayıma çıxmasına imkan verən pirat ötürücü aparatın köməyi ilə tutulub. Radiostansiyaya aid olan “Bauer Media” şirkətinin nümayəndələri polisi və telekommunikasiyalar üzrə milli agentliyi hadisə barəsində məlumatlandırıblar.
İş adamları Ərəbistandan qaçırSəudiyyə Ərəbistanı iş adamları ölkədəki antikorrupsiya əməliyyatları ilə əlaqədar xarici banklar, investisiya qrupları, maliyyə konsultantları ilə danışıqlara başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb. Qəzet iş adamlarının Səudiyyə Ərəbistanındakı aktivlərini satmağa çalışdığını bildirib.

Biznesmenlər təkcə Səudiyyə Ərəbistanındakı aktivlərini yox, həm də qonşu ölkələrindəki əmlaklarından canlarını qurtarmağa çalışırlar. İş adamları Ər-Riyadın qonşu ölkələrə təzyiq edərək onların aktivlərinə həbs qoyulacağından qorxurlar.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatları keçirilib. Əməliyyat nəticəsində 200-dən çox insan həbs edilib. Onların içərisində şahzadələrin olduğu da bildirilib.
İran Suriyada baza açırİran Suriya ərazisində hərbi baza tikir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası Britaniya kəşfiyyatındakı mənbəyə istinadən yayıb. Bazanın Dəməşqin 14 kilometr cənubunda yerləşən ərazidə qurulduğu bildirilir.

Ərazinin peykdən çəkilən görüntülərində 20-yə yaxın binanın tikildiyi müşahidə edilib. Binalarla bərabər bu ərazidə nəqliyyat vasitələri üçün xüsusi qarajlar da inşa edilir. İddiaya görə, son həftələr ərzində bazaya İran generalları da gəlib.

Qeyd edək ki, bundan öncə İsrail İranın Suriyada hərbi baza açmaq istədiyini iddia etmişdi.
Müsəlman ata oğlunun qatilini bağışladıABŞ-ın Kentuki əyalətində öldürülən pizza kuryeri Salahuddin Jitmoundun atası məhkəmə zalında oğlunun qatilini bağışladığını açıqlayıb.

22 yaşlı mərhumun atası tutulan şəxsə sarılıb və İslamın ruhuna uyğun davranaraq gözyaşları içində bu sözləri deyib:
“İslam haqsızlığa uğrayan bunu etmədiyi müddət ərzində Allahının günahkarı bağışlamayacağını deyib. Səni yox, səni bu işə sövq edən və günahı etməyə səbəb olan şeytanı günahlandırıram. Günahın yoxdur, səni bağışlayıram. Allaha inan. O, hər şeyi görür və ədaləti hər zaman bərqərar edir”.
Məhkəmədə baş verən duyğusal anlardan sonra hakim məhkəmə iclasına qısa bir müddət ara verib. Cinayətkar və onun anası bu sözlərdən sonra ölən uşağın atasından üzr istəyib.
Qeyd edək ki, Jitmout gecə son təslimini etməyə gedərkən öldürülmüşdü.