Suriyada “İŞİD”in nüfuzlu sahə komandirləri öldürüldüSuriyada Şimali Qafqazdan olan “İŞİD” komandirləri məhv edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Sözügedən “İŞİD” komandirləri Əbu Ömər əş-Şişani, Alyauddin əş-Şişani və Səlahəddin əş-Şişanidir. Onlar uzun müddət İraqda gizli fəaliyyət göstəriblər.

Rus general-mayor Suriyada “İŞİD”ə qarşı əməliyyatların davam edəcəyini vurğulayıb.
BİABIRÇILIQ: tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq göstərilib - FOTO“10-cu sinifləri üçün tarix dərsliyində “dənizdən dənizə böyük ermənistan”ın xəritəsi verilib”.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Əməkdar jurnalist Azər Həsrət yayıb:

“Təsəvvür belə etmək istəməzdim, amma baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir “Şərq – Qərb” nəşriyyatıdır. Və bəlli olub ki, bu tarix dərsliyində “dənizdən dənizə böyük Ermənistan”ın xəritəsi verilib! Səs-küy qopub, etirazlar başlayıb, nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb! Ola bilər ki, proses hələ başa çatmayıb! Hər yoldan ötənə dərslik yazdırıb hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur! Mövzu diqqətimizdədir.”
BİABIRÇILIQ: tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq göstərilib - FOTO
BİABIRÇILIQ: tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq göstərilib - FOTO
Bacısı qızı ilə eşq macərası yaşayan Hitler - Acı sonAlmaniyanın nasist lideri Adolf Hitlerlə bağlı növbəti iddia ortaya atılıb.

Axar.az xəbər verir ki, Hitlerin sevgi macərası yaşadığı bacısı qızının intihar etmədiyi, Fürerin onu öldürdüyü iddia edilib.

“Deyli Star” qəzeti Ancelina Qeli Raubal adlı bu qadının 19 yaşında olarkən Hitlerin evində qulluqçu kimi çalışdığını, bu illərdə onlar arasında sevginin başladığını bildirib.

Lakin Hitlerin siyasi karyerasında yüksəlişindən sonra onun Raubal üzərində təzyiqləri artdığı ehtimal edilir. Belə ki, nasist lider eşq macərası yaşadığı bacısı qızına ailəsi və dostları ilə görüşməyi qadağan edir.

Xəbərə görə, bir müddət sonra Hitler Raubalın öz sürücü Emil Moris ilə ona xəyanət etdiyini öyrənir və bununla barışmayaraq, tapança ilə atəş açaraq qardaşı qızını qətlə yetirir.

Nasist liderin bundan sonra depresiyaya girdiyi vurğulanır.

Qeyd edək ki, bir çox mənbələrdə Raubalın intihar etdiyi vurğulanır.
Avropa bu xəbərlə çalxalanır — Almaniyanın Bavariya əyaləti müstəqillik istəyirAlmaniyanın ən varlı əyalətlərindən olan Bavariya müstəqillik istəyir. Əyalətin "Bavariya" partiyası kataloniyalılardan təsirlənərək Almaniyadan ayrılmaq üçün fəaliyyətə başlayıb.

İraq və İspaniyadan sonra Almaniya da yaxın gələcəkdə referendum müzakirələrinə şahid olacaq. Partiya rəsmi "Facebook" səhifəsində açıqlama verib: "Bavariyanın müstəqilliyi, Federal Almaniya Respublikasından ayrılması bizim qanuni haqqımızdır. Partiya Bavariyanın sahib olduğu zənginliyin Almaniya ilə bölüşdürülməsinə qarşı çıxır".

Bu yaxınlarda isə partiya Avropa Ədalət Məhkəməsinə müraciət edərək Bavariya ləhcəsinin alman dilindən fərqli bir dil olduğu barədə mütəxəssis hesabatı tələb edəcək. Ölkə.az
Las-Veqas terrorçusunun dəhşətli planları ORTAYA ÇIXDIABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını güllələyən Stiven Peddok bir sıra başqa hücumlar da hazırlayırmış. Bu haqda məlumatı "Assoşieyted Press" hadisənin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanlarının işçilərinə istinadən yayıb. Anonim Amerika federal məmuru qeyd edib ki, Peddok avtomobillərin partlayışlarının seriyasını hazırlayırmış. İstintaqın məlumatına görə, Peddok hadisəyə az qalmış başqa böyük musiqi fevtivalları keçirilən Çikaqo və Las-Veqas mehmanxanalarında nömrələr tutub. Məsələn, Peddok avqust ayında "Lollapalooza" festivalının keçirildiyi yerin yaxınlıqda yerləşən Çikaqo mehmanxanasında iki nömrə tutub. Ancaq ora yerləşməyib. Sentyabrın sonunda isə o, Las-Veqasda pəncərələri "Life is Beautiful" musiqi festivalının keçirildiyi əraziyə açılan nömrələr sifariş verir.

Xatırladaq ki, oktyabrın 2-də "Mandalay Bay Hotel" mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi festivalına silahlı hücum nəticəsində 59 insan öldü, 500-dən çoxu yaralandı. Bu, qurbanların sayına görə ABŞ-da ən qanlı hücum hesab olunur. Silahlının özünün isə intihar etdiyi bildirilir. Stiven Peddokun qaldığı mehmanxana otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlandı. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürsə də, Federal Təhqiqatlar Bürosu silahlının İŞİD-lə əlaqəsini göstərən heç bir sübutun olmadığını açıqladı.
Sultanın azyaşlı qızlardan ibarət hərəmxanası...Bruneydə sultan Həsənal Bolgiahın hakimiyyət başına gəlməsinin 50 illiyi münasibətilə təşkil edlən təntənələr başa çatıb. Tailiand kralının ölümündən sonra o, dünyada ən uzun müddət hakimiyyətdə olan monarxdır. Onun təbəələri bütün mümkün sosial rifaha görə sevimli sultana minnətdardır. Sultan onlar üçün şəriət qanunları tətbiq edib, hərçənd özü bu qanunlara əməl etmir: çoxsaylı qadınlardan ibarət hərəmxana saxlayır, xəzinə milyardlarını saraylara, dəbdəbəli avtomobillərə və hərəmxanasından olan azyaşlı qızlarla seks-ziyafətlərə xərcləyir. Virtualaz.org xəbər verir ki, “lenta.ru” dünyanın ən varlı hökmdarlarından biri haqda yazıb. Həmin məqalənin tərcüməsini təqdim edirik:

***

“Sultan Həsənal Bolgiahın və qardaşı Ceffrinin pulları ilə bu dünyada bütün xəstəlikləri müalicə etmək olar. Problem təkcə ondadır ki, onları qalan insanlar heç maraqlandırmır”-sultan ailəsinin yaxınlarından biri vaxtilə “Fortune” jurnalına belə demişdi.

Sultan və onun tayfasının hansı dəbdəbə içərisində üzdüyünü dünya ilk dəfə 2011-ci ildə “Vanity Fair” jurnalının qalmaqallı məqaləsindən öyrəndi. Sultanın təəbələri onun xəzinə milyardlarını hara xərclədiyini o vaxta qədər müzakirə belə edə bilməzdilər, buna görə onları həbsxana gözləyirdi. Həmin il onlar jurnaldan oxudular ki, sultanın sarayında 1700 otaq , 257 hamam otağı, beş hovuz, məscid, beş min nəfərlik banket zalı və 110 maşın tutan qaraj var.

Lakin bu da hamısı deyildi. Sultanın ailəsi dəbdəbəli “The Dorchester Hotel” otelləri şəbəkəsinin, 17 təyyarənin, 9 min avtomobilin, dünyanın 12 ölkəsində 150-dən çov evin və bir çox digər sərvətlərin sahibidir.

b]Neft çay kimi axır, qızlar masaların üstündə rəqs edir...[/b]

Adama elə gələrdi ki, bu cür nağılvari sərvətlərə malik sultanlıqda qayğısız həyat barədə danışmaq olar. Hər şey Bolgiahın xeyrinə idi: 20112-ci ildə “Forbes” jurnalı xəbər verdi ki, neftlə və qazla zəngin olan Bruney, Borneo yarımadasının şimal-şərqində yerləşən bu ölkə dünyanın ən zəngin beşölkəsindən biridir. Bruney 1970-ci illərdən neft ixrac edir, ölkə büdcəsinin gəlirlərinin 90 faizi neftdən gəlir. Məhz 70-ci illərdə Amerikanın “Shell” şirkəti Bruneyə gəlib. O vaxtdan Bruneyi zarafatla “Shelıfare”, yəni “Shell” şirkətinin hesabına yaşaya dövlət adlandırırlar.

Ölkə neft hesabına varlandıqca sultan və onun yaxınları özlərini də yaddan çıxarmırdılar: neft gəlirlərindən payını alan monarx və yaxınları tezliklə dünyanın ən zəngin adamlarından birinə çevrildilər. Əlahəzrətin təəbələri isə siyasi partiyaların, müxalifətin, seçkilərin və müstəqil KİV-lərin nə olduğunu bilmir. Bütün bunlar Bruneydə qadağandır. Əvəzində Həsənalın təəbələri pulsuz təhsil, səhiyyə, yüksək pensiyalar və ev, maşın alarkən çox aşağı kredit faizləri ilə təmin olunublar.

Sultan 50 illik yubileyinə Maykl Ceksonu çağırmışdı və ona 17 milyon dollar qonorar vermişdi. Həsənal Bolgiah öz şəxsi təyyarəsini qızıl və daş-qaşlarla bəzədilmiş saraya çevirib. Qohumlarına və dostlarına hədiyyələrə cəmi 17 milyard dollar xərcləyib. Məsələn, sultan qızının ad günündə ona 100 milyon dollarlıq “Airbus A340” təyyarəsi bağışlayıb. Sultanın qardaşı Ceffri isə 10 il ərzində gündə orta hesabla “cari xərclərə” 747 min dollar sərf edib.

Sultanın seksual şücaətləri haqda isə əfsanələr gəzir. Bruneylilər özlərinin heç nə veclərinə deyil, lakin dünya çoxdan bilir ki, Bolgiah kiçik qardaşı ilə birlikdə onlarla azyaşlı qızlardan ibarət hərəmxana qourub və qızları saatlarla davam edən möcüzəvi orqiyalara cəlb edir. İlk dəfə bu haqda 1997-ci ildə danışdılar. O vaxt “Miss Amerika-92” müsabiqəsinin qalibi Şennon Marketik sultana və kiçik qardaşı, “planetin bir nömrəli pleyboyu” adını qazanmış Ceffriyə qarşı məhkəmə iddiası qaldırdı.

Şennona Bruneydə günü 3 min dollara işləmək vəd etmişdilər. Bunun əvəzində ABŞ vətəndaşını seks-köləyə çevirdilər, axşam saat 10-dan səhər saat 3-ə qədər əyləncə mərasimlərində rəqs etməyə məcbur etdilər. Onu narkotiklərə alışdırdılar və sonra fahişə kimi rəftar etməyə başladılar. Amerikalı gözəlçə başına gətirilənlərə görə sultandan və qardaşından 10 milyon dollar kompensasiya tələb edirdi. Lakin işi tez-tələsik ört-basdır etdilər. Sultan özü bu ittihamları “qətldən betər cinayət” adlandırdı, özü və qardaşı diplomatik immunitetə istinad edib məhkəmə qarşısında dayanmadılar.

Bu insident haqda yəqin ki, tezliklə yaddan çıxara bilərdilər, lakin digər amerikalı Cillian Louren 2010-cu ildə “Hərəmxanada həyat: bir neçə qız” adlı kitab nəşr etdirdi. Doğrudur, kitabda Ceffrinin hərəmxanasındakı həyatdan bəhs edilirdi, ancaq amerikalı qız bir dəfə sultanın özünə də qulluq etmək şərəfinə nail olmuşdu.

Louren kitabda yazır ki, Bruneyə gətirilən və hərəmxanaya verilən qızların pasportunu əllərindən alırlar. Onlara heç yana çıxmağa icazə vermirlər, sərt dietə məcbur edirlər. Hərəmxanadakı qızların hamısına 2 min dollardan başlayan həftəlik muzd verilir. Əsasən onları üç həftəlik müqavilə ilə cəlb edirlər, lakin bəzən müqavilənin müddəti bir neçə il uzadıla bilər. Çoxları etiraf edir ki, bu cür puldan imtina edib sultanın hərəmxanasından çıxmaq istəmirlər.

Hərəmxanadakı qızların çoxu 14 yaşlarında tailandılar və ya filippinlilərdir. Louren yazır ki, hər gecə sarayda və sultanın qardaşının 45 metrlik “Tits” adlı yaxtasında təşkil olunan seks-əyləncələrdə alkaqol sel kimi axır, qızlar şahzadə üçün masaların üstündə rəqs edir. Ceffri isə onlardan birini və ya bir neçəsini seçib gecəni səhərə qədər əylənir. Ceffrinin seçdiyi qızlar həmin gecə bahalı hədiyyələrə qərq edilir. Lakin gecə əyləncəsi üçün seçilməyənlərdən kimlərisə gündüz birbaşa Ceffrinin iş otağına da apara bilərlər.

Louren bildirir ki, Ceffri ABŞ-la bağlı olan hər şeyin fanatıdır: maşınların, geyimin, pop-mədəniyyətin. “O, istənilən jurnalı aça və barmağını xoşuna gələn qızın fotosunun üstünə qoyub deyə bilərdi: “Bax bunu və ya o birini istəyirəm”. Sonra isə onları sifariş verib gətizdirirdi”-Louren xatırlayır.

Nəhayət sultanın qardaşı xəzinənin pullarını bu cür sağa-sola səpələməyə görə cavab verməli oldu. Həsənal Bolgiah qardaşı barədə London məhkəməsinə şikayət etdi. Məhkəmə çəkişməsi 10 il davam etdi və sultanın xeyrinə bitdi. Lakin fikir ayrılıqlarına baxmayaraq qardaşlar yaxşı münasibətləri saxladılar və öz harın həyat tərzlərini dəyişmədilər.

[b]“Pul azalsa da, mən sultanam”[/b]

Bruneydə “ümumxalq rifahı” 2014-cü ildə silkələndi. Neftin qiyməti iki dəfədən çox düşdü. Sultanın və qardaşı Ceffrinin harınlığına onların üçüncü qardaşı Məhəmməd də neqativ yanaşırdı. Bunu qiymətləndirən Bolgiah qardaşına nazir portfeli verdi və ona iqtisadiyyatda islahatlar aparmağı tapşırdı. Məhəmməd isə çox da fikirləşmədən xəzinədən öz ehtiyacları üçün 2 milyard dollar çırpışdırdı və rüsvayçı şəkildə işdən çıxarıldı.

Eyni vaxtda baş nazir, iqtisadiyyat və müdafiə nazirləri postunu tutan sultan məcbur oldu ki, iqtisadiyyatla şəxsən məşğul olsun. O qərara aldı ki, əvvəla öz iştahını bir balaca cilovlamalıdır, ikincisi iqtisadiyyatın şaxələndirilməsi ilə ciddi məşğul olmaq lazımdır.

Beləliklə, sultan hazırda fərdi biznesin inkişafını fəal dəstəkləyir, Bruneyi Tokio və digər maliyyə paytaxtları üçün cəlbedici etməyə çalışır. Ölkəyə turistlər cəlb etməyə səy göstərir. Yer gəlmişkən bu cəhdlərin heç biri hələlik uğur gətirməyib. Xüsusən də xarici turistlərlə bağlı işlər yaxşı deyil. Gecə klublarının olmaması və alkaqola qadağa xarici turistləri Bruneydən çəkindirir. Hələ 90-cı illərdə avstraliyalı yazıçı Çarlz Ceyms sultanlığı belə xarakterizə etmişdi: “Bruneydən daha darıxdırıcı yer Britaniyada qışın ortasında hansısa ucqar kənd ola bilərdi”.

İqtisadiyyatda problemlərin fonunda dindarlığı ilə heç vaxt seçilməyən sultan başa düşdü ki, təəbələrinin loyallığını artıq pulla təmin etmək çətindir, onları daha qənatcil olmağa və Allaha ibadətə alışdırmaq lazımdır ki, başları qarışsın. Nəticədə Bruney islamlaşdırma kusu götürdü. Müsəlman ailələrindən olan bütün uşaqlara din təhsili almaq məcburi qayda kimi tətbiq edildi.

Bundan əlavə Bolgiah ölkədə şəriət qanunlarını tətbiq edir. Müsəlmanlar üçün cümə namazını buraxmaq, nigahdan kənar hamiləlik, hicab taxmamaq, müsəlman olmayan dayələri işə qəbul etmək, alkaqol içmək, Ramazan ayında ictimai yerlərdə nəsə yemək və ya içmək, xəyanət, oğurluq və s. əməllər yüksək cərimə və həbslə, əllərinin kəsilməsi, şallaqlanma və daş-qalaq edilmə cəzalandırılır. Digər konfessiyaların nümayəndələri də məhdudiyyətlərlə üzləşirlər, onlara “Allah” sözünü işlətmək və dinlə bağlı məsələləri müzakirə etmək qadağandır.

2015-ci ildə Yeni il ərəfəsində xristianlara və müsəlmanlara küçədə Santa-Klaus papağında dolaşmağı qadağan etdilər. Bu qaydanı pozanları 15 min dollar cərimə və ya 5 ilədək həbs gözləyir. Təəbələr isə sultanın şəriət qaydalarını tətbiq etməsini anlayışla qarşılayıblar. Axı monarx onlara izah edib ki, islam-qloballaşmaya qarşı qalxandır.

Sultan özü və ailə üzvləri isə şəriət qaydalarının çoxunu pozur, ancaq bruneylilərin özlərinin bundan xəbərləri yoxdur. Ölkədə bütün KİV-lər monarxın nəzarətindədir. Onun tapşırığı ilə istənilən an istənilən KİV-i bağlaya bilərlər. İnternetə əhalinin cəmi 60 faizinin çıxışı var, üstəlik internet üzərində sərt senzura tətbiq edilir.

Sultan Bolgiahın təəbələri ona dua edib Quran ayələrini oxuduğu bir vaxtda monarxın özü yetkinlik yaşına çatmayan qızlarla əylənir, Bruneydə sabitlik isə barreldən barrelə laxlayır. Ekspertlər proqnozlaşdırırlar ki, 2035-ci ildə ölkənin neft ehtiyatları tükənəcək, sultanlıq isə bir saatın içində müflis olacaq.
Deputat təsdiqlədi: İŞİD rusları edam etdiSuriyada iki rusiyalı hərbçi – Roman Zabalotni və Qriqori Tsurkanu İŞİD tərəfindən edam edilib.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Viktor Vodolatski deyib.

“Roman və Qriqori İŞİD-in əmrinə tabe olmadı. Terrorçular onlara İŞİD-ə qoşulmağı əmr etmişdi və bu səbəbdən öldürüldülər”, - deputat bildirib.

Qeyd edək ki, Qərb mediası rus hərbçilərin girov düşdüyünü bildirsə də, Rusiya Müdafiə Nazirliyi bu xəbəri təkzib etmişdi.
Səddamın katibi də imzalamışdı: 2001-ci il tarixli şok sənəd ORTAYA ÇIXDI Neçə illərdir dünya gündəminin əsas mövzularından birinə çevrilən İŞİD terror qruplaşmasının yaranması ilə bağlı daha bir fakt ortaya çıxıb.

Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, altında ABŞ kəşfiyyatının imzası olan 2001-ci il tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan “Tövhid və Cihad” təşkilatı ABŞ və İsrailin kəşfiyyat qurumları - CİA və MOSSAD-ın əməkdaşlığı ilə qurulub.

İraq kəşfiyyatı tərəfindən 18 sentyabr 2001-ci ildə hazırlanan sənədə görə, Suriyada PYD-nin, İraqda isə Məsud Bərzaninin pirat dövlət qurması üçün zəmin hazırlayan “Tövhid və Cihad”ın qurulması prosesini Bərzani də dəstəkləyib.

Dövrün İraq prezidenti Səddam Hüseynin katibi Abed Hummudun imzasının da olduğu sənəddə Bərzani və Yaxın Şərqin “müasir Lavrense”ni (Birinci Dünya Müharibəsi dövründə ərəbləri Osmanlı İmperiyasına qarşı qaldıran ingilis zabiti, arxeoloq, casus və yazıçı Tomas Eduard Lavrense - red) adlandırılan Bernard Henri Levyin bu məqsədlə danışıqlar apardığı yazılır.

“Tövhid və Cihad” adlı yeni bir təşkilatın qurulmasına dair Bernard Levy ilə Məsud Bərzaninin xüsusi danışıqlar apardığı kəşfiyyat qurumlarımız tərəfindən müəyyən edilib”, - sənəddə qeyd edilir.

2013-ci ildə Suriyada “İraq Şam İslam Dövləti”adı ilə döyüşə girdiyini elan edən təşkilat 2014-ci ilin əvvəlindən etibarən Suriya müxalifətinə aid ərazilərə hücum edərək ölkənin 34 faizini ələ keçirdi. Suriya hökuməti və PYD-yə aid bölgələrə hücumlardan uzaq duran İŞİD 2016-ci ilin əvvəlindən etibarən əlindəki əraziləri PYD-yə təslim edərək geri çəkilib.

2014-ci ilin may-iyun aylarında Mosul və Kərkük daxil olmaqla, İraqda çox bölgədə nəzarət təmin edən İŞİD 2015-ci ilin sonlarından etibarən işğal etdiyi və türkmanlarla ərəblərə aid bölgələri Peşmərgəyə təslim edib.

Qeyd edək ki, yəhudi olduğunu gizlətməyən Levy Şimali İraq kürd muxtariyyətində keçirilən referendumun memarlarından biri sayılır.
Oğru idman zalına girdiyinə “peşman oldu” – VİDEOBraziliyanın Rio de Janeyro şəhərində oğru idman zalına girdiyi sürətlə də çölə qaçıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb oğrunun idman zalında cüdoçularla qarşılaşması olub. Məlumata görə, o, zalın boş olduğunu zənn etdiyi üçün oğurluğa cəhd göstərib. Lakin oğrunun zənni onu yanıldıb. Cüdoçular içəri daxil olan şəxsin oğru olduğunu bilib onun üzərinə hücum ediblər. O isə, ildırım sürəti ilə qaçaraq zalı tərk edib.
ABŞ nəşrinin Azərbaycana "cinsi azlıq iradı"nın - PərdəarxasıAzərbaycan qarşıdan gələn seçkilər və keçiriləcək digər əlamətdar hadisələrlə bağlı ölkəmizə qarşı indidən aparılan qarayaxma kampaniyasına qarşı öz işini davam etdirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında “Nyu York Tayms”, “Qardian” qəzetlərində Azərbaycanda cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı məqalələrin dərc edilməsinə münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Millət vəkili vurğulayıb ki, son zamanlar dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən KİV-lərdə qeyri-dəqiq, qərəzli məlumatlar fonunda Azərbaycana qarşı bu sayaq təhdidlər adətən ölkədə prezident seçkiləri və ya parlament seçkiləri ərəfəsində baş verir:

“Eyni zamanda, Azərbaycanda beynəlxalq əhəmiyyətli yarışlar keçirilərkən də bu cür hadisələrə rast gəlinir. Məsələn, “Avroviziya” musiqi yarışması ərəfəsində də eyni hallar baş verdi, dünyanın ayrı-ayrı mətbuat orqanlarında Azərbaycana qarşı qərəzli yazılar dərc olundu. Birinci Avropa Oyunları ərəfəsində isə bu hücum daha da sürətləndi, ölkəmizlə bağlı daha neqativ, həqiqətlərə uyğun olmayan informasiyalar yayıldı. Bəs məqsəd nədir? Məqsəd isə Azərbaycana təsir göstərməkdir. Ölkəmiz hazırda öz sözünü deyən, nüfuzu olan, iqtisadi baxımdan regionun ən güclü dövlətlərindən biridir. Azərbaycan siyasi baxımdan da kifayət qədər uğur qazanmış bir ölkədir ki, BMT TŞ-nın qeyri-daimi üzvü olub, ayrı-ayrı beynəlxalq təşkilatlarda üzvlük edir. Görünür, Azərbaycanın belə bir siyasət aparmasını bəzi dairələrin gözü götürmür, ona görə də ölkəmizə qarşı qarayaxma kampaniyasına əl atıblar”.

Millət vəkili Azərbaycana qarşı atılan bu addımların erməni lobbisi ilə bağlılığını da istisna etməyib:

“Erməni lobbisi həm ABŞ-da, həm də Avropada çox güclüdür. Azərbaycanın əksinə “Qardian”, “Nyu York Tayms” və başqa qəzetlərdə dərc edilən yazıların müəlliflərinə fikir verirsinizsə, onlar erməni imzaları ilə işıq üzü görüb. Dünya erməni lobbisi hazırda Azərbaycana qarşı kəskin münasibətini, dövlətimizi geridə qalmış şərq ölkəsi kimi göstərmək cəhdlərini, Dağlıq Qarabağ problemində Azərbaycana qarşı təzyiqlərini gücləndirib. Bu isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində ölkəmizin zəif olmasına, dünya ölkələrinin Ermənistanı bu məsələdə dəstəkləməsinə yönəlmiş təşəbbüslərdir. Çox güman ki, son olaylara qarşı olan hücumlar 2018-ci il Azərbaycanda keçiriləcək seçkilərlə bağlıdır”.

Xarici mətbuatda yayımlanan sözügedən yazılarda Azərbaycanla bağlı hansısa tənqidi məqamlara gəlincə, millət vəkili qeyd edib ki, Azərbaycan tolerant ölkədir, ayrı-ayrı xalqların nümayəndələri ölkəmizdə çiyin-çiyinə yaşayırlar, kənar hücumlara qarşı birlikdə mübarizə aparırlar:

“Azərbaycanda hansı dinə mənsub olmasından asılı olmayaraq müxtəlif insanlar bir yerdə yaşayırlar. Bu fonda xaricdən edilən təzyiqlər, müxtəlif qəzetlərdə işıq üzü görən bu sayaq yazılar, əlbəttə, ölkəmizə heç bir təsir edə bilməz. İstər Dağlıq Qarabağ məsələsi olsun, bu, bizim haqq işimizdir, 20 faiz torpağımız işğal olunub, 1 milyon 200 mindən çox qaçqınımız var. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının son iclasında ölkəmizin mövqeyini bir daha açıq-aydın dünya ictimaiyyətinə çatdırıb. Azərbaycan birmənalı qaydada erməni qoşunlarının işğal olunmuş torpaqlarımızdan çıxarılmasını tələb edir”.