Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri – Azərbaycan 11-ci yeri tuturBonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2017-ci ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2017) dərc edib.
“Report” institutun məlumatına əsasən xəbər verir ki, Azərbaycan ötən illə (9-cu yer) müqayisədə 2 pillə geriləyərək reytinqdə 11-ci sırada qərarlaşıb.

Son reytinqdə Ermənistan 3-cü, Rusiya 4-cü, İran 22-ci, Türkiyə 25-ci, Gürcüstan isə 55-ci pillədə yer alıb.

BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci sırada qərarlaşıb, Cənubi Koreya ilk “5-liy”i tamamlayıb.
“Top-10″a həmçinin Küveyt, İordaniya, Kipr, Yunanıstan və Bruney daxil edilib.

Azərbaycan Avropanın ən çox hərbiləşdirilmiş dövlətlərinin “top-10″luğunda 5-ci sıranı tutub.
İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.
Homoseksual millət vəkili sevgilisinə evlənmə təklifi etdiAvstraliya parlamentində qalmaqallı hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, eynicinslərin nikahına aid qanunun müzakirəsi zamanı çıxış edən millət vəkili məclis salonunda olan həmkarına evlənmə təklifi edib.

"Liberal" partiyasının millət vəkili 37 yaşlı Tim Vilson ibtidai sinif müəllimi olan və məclisdə izləyici kimi oturan Rayan Bolqerə evlənmə təklifi edib.
Avstraliyada ötən həftə keçirilən referendumda xalq eynicinslilərin nikahına "hə" deyib. Layihəni Senat da təsdiqləyib.
ABŞ-ın İŞİD-lə neft razılaşmasının şok detalları ORTAYA ÇIXDI1300-ə yaxın İŞİD terrorçusunun Rakkadan çıxarılması prosesində qaranlıq qalan məqamların üstü açılır. ABŞ təxliyyənin qarşılığında Suriyanın Deyr-ez-zor şəhərinin yaxınlığındakı əl-Cafra neft bölgəsinin PYD-yə (PKK terror təşkilatının Suriya qanadı -red.) təhvil verilməsini tələb edib. Razılaşma ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkün birbaşa nəzarəti altında əldə edilib. Məlumata görə, noyabr ayı ərzində İŞİD ilə Tel Afer, Rakka və Deyr-ez-Zorla bağlı 6 razılaşma əldə olunub.

ABŞ-ın PYD üzərindən İŞİD-lə əldə olunan razılaşmaya əsasən əl-Cafradan başqa, əl-Tanek, əl-Ömər və əl-Verd neft yataqları PYD-nin nəzarətinə verilib. Nəşrin yazdığına görə, İŞİD-lə olunan Rakka müqaviləsindən sonra ümumilikdə, Deyr-ez-Zordakı neft ərazilərinin 70 faizi PYD-yə verilib. Publika.az Türkiyənin "Yeni Şəfəq" nəşrinə istinadən xəbər verir.
İŞİD-in silah dolu gizli anbarından — ŞOK GÖRÜNTÜLƏR + VİDEOSuriya ordusu İŞİD terror təşkilatına məxsus gizlin hərbi anbarda tapılan silahların görüntülərini yayıb.
“Ölkə.Az” xəbər verir ki, anbardan çəkilən görüntülər “YouTube” video portalında və digər sosial şəbəkələrdə yayımlanıb. Videodan da göründüyü kimi yük maşınları dolu silahlardır. Silahlarla dolu gizli anbar Deyr-əz-Zorda tapılıb.

Qeyd edək ki, noyabrın 30-da Suriya ordusu keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatına məxsus gizlin hərbi anbar aşkarlayıb. Tapılan anbarda olan silah və sursat suriyalı hərbçiləri təəccübləndirib. Çünki İŞİD terrorçuların istifadə etdiyi silah, sursat və hərbi texnika ABŞ və Avropa istehsalı olub. Tapılan yüngül və ağır silahlar müasirliyinə görə son modeldir.
“Onların arasında yüzlərlə müxtəlif mərmi var. Anbarda döyüş sursatı və silah nümunələri çeşidinə görə müxtəlifdir. Onlar arasında xüsusi sifarişlə hazırlananlar da var. Bu silah və sursatların hamısı ABŞ və Avropa ölkələrində istehsal olunub”, bu sözləri Suriya ordusunun komandir əvəzi bildirib.
İsrail İranın bazasına hücum etdiİsrail ordusuna məxsus qırıcılar Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İran hərbi bazasına hücum edib.

"Ölkə.Az" xəbər verir ki, Suriyadakı hava hücumundan müdafiə sistemləri İsrail qırıcılarına raketlə cavab verib.

Məlumatı İsrailin "Haaretz" qəzeti yayıb. Xəbərə əsasən, Livanın hava sahəsindən istifadə edən qırıcılar Dəməşq yaxınlığındakı İrana məxsus hərbi bazaya hücum ediblər. Baza Şamın 13 kilometrliyindəki Əl Kisva qəsəbəsində yerləşir.
Bombardmandan sonra şiddətli partlayış səsləri eşidilib. Bildirilir ki, partlayışlardan sonra Dəməşq və ətrafındakı ərazilərdə elektrik enerjisi kəsilib.
Suriya və İran tərəfi məsələ ilə bağlı açıqlama vermir. İsrail tərəfi isə şərh verməyi rədd edir.
Gənc modelin boğazını kəsib yol kənarına atdılar - FOTOABŞ-ın Nyu-York ştatında yaşayan 26 yaşlı model Desire Qibbon Yamaykada boğazı kəsilərək öldürülüb.

Publika.az xəbər verir ki, amerikalı qız Yamaykaya iş axtarmaq məqsədi ilə gedib. Onun cəsədi yol kənarında boğazı kəsilmiş halda tapılıb. Üstündəki paltarlar tamamilə qana bulaşdığı üçün polis onun kimliyini çətinliklikə müəyyən edə bilib.

Yamayka polisi gənc modelin kimlər tərəfindən öldürüldüyünü araşdırır.
15 yaşlı ixtiraçımız "Nobel" mükafatı qazanmaq istəyir - VİDEOHindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.

15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını Xəzər TV ilə bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.

ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Tramp Qlobal Sahibkarlıq Sammitindən bir gün sonra da Reyhan Camalova ilə görüşüb.

150 ölkədən 1500 nəfər iştirakçı arasında fərqlənməyi bacaran Reyhana artıq ixtirası ilə bağlı 5 investordan təklif də gəlib.
Reyhanın ərsəyə gətirdiyi "Reynerci” adlı qurğu yağışdan enerji alır. Hazırda alternativ enerji mənbələrinə olan tələbatı nəzərə alsaq, bu ixtiranın daha çox marağa səbəb olacağını deyə bilərik.

Qeyd edək ki, Reyhan Camalova gələcəkdə tanınmış elm adamı olaraq "Nobel” mükafatı qazanmaq istəyir.
23 yaşlı tələbənin meyiti tapıldı - Lüt haldaRusiyanın Peterburq şəhərində Çin Xalq Respublikasının vətəndaşı olan 23 yaşlı tələbə qızın meyiti tapılıb.

AzNews.az RIA agentliyinə istinadən xəbər verir ki, meyit tələbə yataqxanasında aşkar olunub.

Araşdırmalar zamanı məlum olub ki, bir gün əvvəl meyitin tapıldığı evdən iki tələbə ağır alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Meyiti tapılan qız çılpaq halda olub. Həmçinin əlləri və ağzı bağlı olub.

Hazırda tibb ekspertizası öz rəyini vermək üçün meyitə baxış keçirir.
Qüds İsrailin paytaxtı elan ediləcək!?  Son dövrlər bəzi ərəb liderlərinin Vaşinqtonu tez-tez ziyarət etmələri “Qüds bazarlığı” başlığı altında şərh edilir. Sonuncu dəfə İordaniya kralı Abdullah ilə Bəhreynin vəliəhdi Şahzadə Əl Xəlifə bir gün fasilə ilə ABŞ-da gedib.

Türkiyə KİV-nin məlumatına görə, İsrail mediası ABŞ prezidenti Trampın bir neçə günə Qüdsü İsrailin paytaxtı elan edəcəyini iddia edir.

İsrail və başda Səudiyyə Ərəbistanı olmaqla BƏƏ və Bəhreyn arasında yaxınlaşma artarkən Qüdsün statusu ilə bağlı ABŞ, ərəb ölkələri və İsrail üçlüyündə davam etdiyinə dair işarələr gəlir.

Belə ki, İsraildə yayımlanan “Hadashot” xəbər proqramında ABŞ prezidenti Donald Trampın bir neçə günə Qüdsü İsrailin paytaxtı olaraq elan edəcəyinə dair verdiyi xəbər səsləndirilən iddiaları gücləndirib.

ABŞ prezident köməkçisi Mike Pencenin “Donald Tramp ABŞ səfirliyini Qüdsə yerləşdirməkdə qərarlıdır” açıqlamasından dərhal sonra xəbər diqqət çəkməyə başlayıb. Ağ Evdən verilən açıqlamada isə səfirliyin yerləşdirilməsinə və Qüdsün paytaxt olaraq tanınması ilə bağlı hər hansı bir tarixin hələ müəyyən edilmədiyi bildirilib.

Qeyd edək ki, bu həftənin əvvəlində 140 min fələstinlinin Qüdsdən təxliyə ediləcəyinə dair yeni bir qərar İsrail Parlamentində (Knesset) nəzərədən keçirilmişdir. Müzakirəyə çıxarılan qərara demək olar ki, ərəb ölkələrindən heç bir reaksiyanın verilməməsi də diqqət çəkib.