Fələstinlə İsrail arasında toqquşma: 108 yaralı - VİDEOİordan çayının qərb sahilində yerləşən Xevron şəhərinin mərkəzində fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Skay Nyus Arabia” yayıb. Televiziya bunun ABŞ Prezidenti Donald Trampın Qüds bəyanatından sonra ilk toqquşma olduğunu bildirib.

Hazırda fələstinlilərlə İsral təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.

Qeyd edək ki, bundan öncə Fələstinin paytaxtı Rəmallah şəhərində etiraz aksiyaları keçirilib. Aksiya zamanı ABŞ bayrağı yandırılıb.

***

İordan çayının qərb sahilində baş verən toqquşmalar zamanı 108 fələstinli yaralanıb.

Belə ki, 1 fələstinlinin də polis tərəfindən saxlanıldığı bildirilib.

İsrailin atlı qoşun dəstələri etirazçı kütləni dağıtmağı bacarıb.
Kim Çen İni öldürmək üçün xüsusi qrup yaradıldıCənubi Koreya hökuməti Şimali Koreya liderinin məhv edilməsi üçün xüsusi qrup yaradıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Koreya Herald” qəzeti yayıb.

Qəzet bu qrupun təlimi və təchizatı üçün Cənubi Koreya hərbi büdcəsindən 310 min dolların ayrıldığını bildirib. Bu pula həmçinin rəsmi Seulun kamikadze pilotsuz aparatları, kəşfiyyat dronları da almaq niyyətində olduğu vurğulanıb. Gələn il üçün isə bu maliyyəşmənin artırılması nəzərdə tutulub. Ümumilikdə Şimali Koreya liderinin məhvinə 24 milyon dolların ayrılması planlaşdırılıb.

Qeyd edək ki, yeni komanda ABŞ-ın Usamə Ben Ladenin ölümündə istifadə etdiyi SEAL Tim Siks proqramı əsasında məşq edəcək.

Cənubi Koreya ilk belə bir qrupu 1968-ci ildə qurub. 31 məhbusdan təşkil edilən qrupun sonu faciəvi olub. Keçirilən ağır məşqlər zamanı onlardan 3-ü həlak olub. Daha sonra qrup onlar üçün nəzərdə tutulan əməliyyata göndərilib. Nəticədə 1971-ci ildə onlar üsyan edərək, öz təlimçilərini öldürüb, Seula getməyə cəhd etsələr də buna nail ola bilməyib. Ordunun mühasirəsinə düşən şəxslər özlərini qumbara ilə partladıblar. Onlardan sağ qalan 4 nəfər isə sonradan edam edilib.
“Yerusəlim həm İsrailin, həm də Fələstinin paytaxtı olmalıdır” – BMT Baş katibiYerusəlimin status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, ikitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə BMT-nin baş katibi Antoniu Quterriş deyib.

“Yerusəlimin yekun statusu məsələsi iki tərəf arasında həm Fələstin, həm də İsrail tərəfinin qanuni istəkləri nəzərə alınmaqla BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri əsasında birbaşa danışıqlar vasitəsi ilə həll olunmalıdır”, – deyə dünya təşkilatının inzibati rəhbəri bildirib.
O, münaqişənin “sülh içində, təhlükəsizlikdə yaşayan” və hər ikisinin də paytaxtı Qüds olan iki dövlətin yaradılması yolu ilə nizamlanması formuluna alternativ olmadığını bildirib.
“B” planı yoxdur”, – deyə o əlavə edib.

Dünya Trampın qərarına qarşı – BMT sabah toplanırABŞ prezidenti Donald Trampın Qüdslə bağlı dünyanın ayağa qaldırıb.

Belə ki, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımasına başda BMT və Avropa Birliyi olmaqla, Almaniya, Fransa, İngiltərə, Çin və digər nüfuzlu ölkələr etiraz ediblər və bu qərarın fəlakətə səbəb olacağını vurğulayıblar.

Müsəlman ölkələrindən Türkiyə, Misir, İran, Səudiyyə Ərəbistan və digər ölkələr də gecəylə bəyanat yayaraq, Trampın qərarını tanımadıqlarını rəsmən bildiriblər. Əlavə olunub ki, bu, həm beynəlxalq təhlükəsizliyə, həm də BMT qərarına hörmətsizlikdir.

Bu arada o da məlum olub ki, bu gün BMT Təhlükəsizlik Şurası da Trampın qərarı ilə bağlı sabah toplanacaq.
Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə – Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Fələstin lideri Mahmud Abbas isə Trampın qərarını tanımadıqlarını, bunun İsraillə danışıqlara zərbə vurduğunu vurğulayaraq, "Qüds Fələstinin tarixi paytaxtdır. Trampın qərar isə o deməkdir ki, ABŞ artıq vasitəçi statusunu itirdi", – deyə bildirib/Mia.az
Trampın Qüds ssenarisi incələndi - Şok detallarTrampın qərarı daha çox özünümüdafiə instiktindən qaynaqlanır. Çünki prezident kürsüsünə sahibləndiyi ilk gündən Donald Trampın hakimiyyətdən getməsi üçün zəmin hazırlanır. Media ona qarşıdır. Hərbi-sənaye kompleksi, maliyyə institutları Trampın prezidentliyi ilə barışa bilmirlər.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış politoloq Elçin Mirzəbəyli ABŞ Prezidenti Donald Trampın az öncə Qüdsü İsrailin paytaxtı elan etməsi və səfirliyin ora köçürülməsi ilə bağlı Dövlət Departamentinə tapşırığını şərh edərkən deyib. Politoloq bildirib ki, Trampın miqrantlara qarşı açdığı savaş ölkədəki böyük etnik qrupları, xüsusilə də islandilli əhalini ona qarşı çevirib:

“ABŞ-dakı böyük diaspor qrupları Trampa rəğbət bəsləmirlər. Tramp adminstrasiyasının xarici siyasəti də faktiki uğursuzluğa düçar olub. Suriyada ABŞ öz mövqelərini əldən verib. İraqda Kürd Muxtariyyəti ilə bağlı proses iflasa uğrayıb. Qətər Vaşinqtonun təsir dairəsindən tamamilə çıxıb. Qondarma ərəb rejimləri regionda Türkiyə, Rusiya və qismən də İranın istiqamətləndirdikləri proseslərə qarşı alternativ ortaya qoymaq gücündə və potensialında deyillər. Şimali Koreya ilə bağlı ritorika da diqqəti Tramp adminstrasiyasının uğursuzluqlarından yayındırmaq üçün yetərli olmadı”.

Politoloq qeyd edib ki, bütün bunların fonunda Trampın qərarı yəhudi lobbisinin dəstəyini qazanmağa xidmət edir:

“Bununla yanaşı, Trampın Fələstin problemi ilə bağlı öz ssenarisi var. “ABŞ İŞİD-i Sina yarımadasına gətirmək istəyir” iddiası ilə çıxış edənlər yanılmırlar. Ağ Ev Sina yarımadasının hesabına Fələstin problemini çözmək istəyir. Bununla bağlı çox güman ki, ərəb rejimləri ilə də razılıq əldə olunub. Sina yarımadasında antiterror əməliyyatları həyata keçiriləcək. Daha sonra həmin ərazi Fələstin dövlətinə veriləcək. Bununla da Tramp həm də yəhudilərin dəstəyini qazanacaq, Fələstin problemini "həll etmiş" bir şəxs kimi nüfuzunu artıracaq və hakimiyyətini möhkəmləndirəcək. Amma bu, birtərəfli qaydada təqdim olunan ssenaridir. Bu qərar çox güman ki, Türkiyə-ABŞ münasibətlərini qırılma nöqtəsinə gətirəcək. Zərrabla bağlı hadisələr müstəvisində Türkiyəyə qarşı oynanılan oyunların məhz Qüdsün tanınmasından qısa müddət öncə baş verməsi təsadüfi deyil. Bu hadisə regionda anti-Amerika əhval-ruhiyyəsini gücləndirəcək. Bu prosesdə Pakistanın da aktiv iştirak edəcəyi istisna olunmur. Çox güman ki, Əfqanıstanda Talibanın mövqeləri daha da güclənəcək”.

E.Mirzəbəyli vurğulayıb ki, Tramp bu addımı ilə real dini qarşıdurma vəziyyəti yaratdı:

“Bəzi Qərb liderlərinin buna etiraz etməsi onların baş verə biləcək hadisələri proqnozlaşdırmaları ilə bağlıdır. Avropada böyük müsəlman icması yaşayır. Çox güman ki, bu hadisə onları da aktivləşdirəcək. Olduqca mürəkkəb bir vəziyyət yaranıb. Bu ağılsız qərar çox böyük faciələrə yol aça bilər”.
Məşhur mafiya başçısı qətlə yetirildi — İtaliyadaKorsikalı məşhur mafiya başçısı Antuan Kiliççini Bastiya şəhərindəki hava limanında qətlə yetirilib.

"Ölkə.Az" xəbər verir ki, "Qəssab Toni" ləqəbli qanqster Fransanın Korsika adasındakı hava limanında qisas zəmnində öldürülüb. İnsident nəticəsində iki nəfər də xəsarət alıb.

Hadisə bir ay əvvəl baş verib. Amma məlumat bu gün mətbuata sızdırılıb. Rəqib mafiya qruplaşmasının liderini öldürməkdə ittiham edilən "Qəssab Toni"yə iki nəfər naməlum şəxs atəş açıb.
Antuanın yaxın dostu Jan-Lyuk Kodaççioni də ciddi xəsarət alıb. Jan-Lyuk da qətl törətməkdə şübhəli bilinirdi.
Dünyanın ən gözəl qızı – 6 yaşlı AnastasiyaRusiyalı 6 yaşlı Anastasiya Knyazeva çəkdiyi video və fotolarla sosial şəbəkələrdə fenomenə çevrilib.

Axar.az xəbər verir ki, getdikcə məşhurlaşan qızcığazın “Dünyanın yeni ən gözəl qızı” olduğu bildirilir.

Yaxın vaxtlara qədər dünyanın ən gözəl qızı kimi fransız Tilen Blondeau göstərilsə də, dünya ictimaiyyəti yeni gözəli artıq müəyyənləşdirib. 500 mindən çox izləyicisi olan 6 yaşlı Anastasiya hazırda bir sıra markaların reklamına da cəlb olunub. Qızcığaz hətta bir agentliklə də əməkdaşlıq edir.

Ötən il Rusiyada keçirilən “Little Miss Aoki” yarışmasının qalibi olan Anastasiya Knyazevanın gələcəkdə məşhur rus model İrina Şeyk qədər məşhur ola biləcəyi bildirilir.
ABŞ və Səudiyyənin Qüds planı ifşa edildi – Şok detalABŞ və Səudiyyə Ərəbistanının Qüds barədə qurduğu planın detalları məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Plana əsasən, Qüds İsrailin yeni paytaxtı olacaq, Fələstin isə yeni paytaxt olaraq Əbu Dis şəhərini seçəcək. 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi zamanı İsraili tərk edən fələstinlilərin geri qayıtmaq haqları da əllərindən alınacaq.

Planın əsas müəlliflərindən birinin ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cerad Kuşner olduğu bildirilib. İddialara əsasən, Kuşner Ər-Riyad səfəri zamanı vəliəhd Məhəmməd bin Salmanı da razı salmağı bacarıb. Vəliəhddən sonra Kuşnerin Fələstin rəhbəri Mahmud Abbasa da bu planı təklif etdiyi qeyd olunub.

Qeyd edək ki, Fələstin mətbuatı ABŞ prezidentinin ötən gün Mahmud Abbasla telefon danışığı zamanı ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürüləcəyini açıqladığını iddia edib.
Savaşa səbəb ola bilən qərarTramp bu gün Qüds qərarını elan edəcək.

ABŞ prezidenti Donald Tramp bu gün Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək. Bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bəyan edib. “Prezident dekabrın 6-da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edəcək”. Tramp həmçinin ABŞ-ın İsraildəki səfirliyinin Tel Əvivdən Qüdsə köçürüləcəyini bəyan edəcək.

Nümayəndə deyib ki, D.Tramp qərarını Yaxın Şərq ölkələrin rəhbərləri ilə müzakirə edib, Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə məşğul olan xarici ölkə liderlərindən dəstək alıb.

Ağ evdən verilən məlumata görə, Qüdslə bağlı qərar ABŞ-ın İsrail sərhədləri ilə bağlı siyasətini dəyişmir.

D.Trampın bu barədə bəyanatını Bakı vaxtı ilə saat 22.00-da səsləndirəcəyi gözlənilir.

ABŞ prezidentinin Qüdsə bağlı planı ötən gün bəlli olub. İsrail bu addımı ədalətli və tarixi qərar adlandırıb. Lakin bir çox ərəb ölkəsi lideri tərəfindən Trampın bu addımı sərt reaksiyalara səbəb olub. Avropa İttifaqı bunun Yaxın Şərq probleminə ciddi zərbə vura biləcəyi barədə xəbərdarlıq edib.
Tereza Meyə sui-qəsd planı: partlayış, ardınca...Britaniya xüsusi xidmət orqanları Baş nazir Tereza Meyə qarşı sui-qəsd hazırlayan iki radikal islamçını həbs edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniya Əks-kəşfiyyat Xidməti olan Mİ-5-in rəhbəri Endryü Parker söyləyib. Onun sözlərinə görə, terrorçulara qarşı əməliyyatı Mİ-5 və polis ortaq şəkildə aparıb.

“Skay Nyus” televiziyası isə islamçıların Dauninq-stritdə partlayış etməyi və bu partlayış nəticəsində yaranan qarışıqlıqdan istifadə edib Meyi öldürmək istədiklərini planlaşdırdıqlarını bildirib.