Müsəvilər Hz.İsanın qatili olaraq görən evanjelikləri Qüdsün İsrailin paytaxtı olmasını niyə istəyirlər?ABŞ prezidenti Donald Trampın Yerusəlimdəki Amerka səfirliyinin Qüds şəhərinə köçürülməsi haqqında verdiyi qərarla üç ilahi dinin müqəddəs şəhəri olan Qüds üzərindən qorxunc planlar həyata keçirilməyə başlanıb. Bəs bu planların arxasında kimlər hansı məqsədlə dayanır? Bu suala cavab vermək üçün Qüds ətrafında baş verənlərin kimlər tərəfindən planlandığına və bu planı quranların inanclarına yaxından diqqət yetirmək lazımdır. Hər kəsə məlumdur ki, Qüdsün İsrailin paytaxtı olmasını istəyən hakim zümrə protestantların bir qolu olan evanjeliklərdir. Bir çox müsəlman evanjeliklərin Qüdsün İsrailin paytaxtı olmasını istəmələrinin onların musəvilərə sevgi və bağlılıqlarından qaynaqlandığını düşünürlər. Lakin bu cür düşünməklə yanılırlar. Çünki protestant inancına baxdıqda protestantlıq və onun əsas qolu olan evanjeliklikdə musəvilərə hz.İsanın qatilləri olaraq baxıldığını görürük.

Bəs bu necə bir təzaddır ki, həm evanjeliklər musəviləri hz.İsanın qatili hesab edir, həm də Qüdsün musəvilərin dövləti olan İsrailin paytaxtı olması üçün bütün dünyanı qana bürüyəcək bir müharibəyə razı olurlar? Məsələnin əsl mahiyyətini bilənlər üçün isə əslində, burada heç bir təzad yoxdur. Çünki protestantların inancına görə, musəvilərlə müsəlmanlar arasında böyük bir müharibə baş vermədikcə hz.İsa dünyaya geri dönməyəcək. Belə ki, həmin inanca əsasən, müharibədə xristianların yardımı ilə yəhudilər müsəlmanlar üzərində qələbə çalacaq və hz.İsa dünyaya yalnız bu zaman enəcəkdir. Bundan sonra baş verəcəklər haqqındakı protestantların irəli sürdükləri isə bəhs etdiyimiz məsələyə aydınlıq gətirəcək. Onların iddialarına görə, hz. İsanın dünyaya enişindən sonra protestantların hz.İsanın qatilləri saydıqları musəvilərlə böyük hesablaşmaları olacaq.

Təhrif olunan İncilə görə isə 144 min xristianlığı qəbul etmiş yəhudi istisna olmaqla bütün musəvilər xristianlar tərəfindən məhv ediləcək. Hal-hazırda Qüds ətrafında baş verən proseslər hz.İsanın enməsini təmin etmək üçün evanjeliklər tərəfindən planlanır. Məsələnin ən kilid nöqtəsi isə odur ki, öz iddialarının reallaşması yönündə musəvilərdən istifadə edən protestantların özləri də başqa bir güc tərəfindən istifadə olunurlar. Bu güc şeytanın yönləndirməsi ilə dünyada dinsiz sistem qurmaq üçün fəaliyyət göstərən Dəccal və onun komitəsidir. Dəccal komitəsi Allaha, hər üç ilahi dinə və mənəvi dəyərlərə qarşı müharibə elan etmiş dinsiz insanlardan ibarətdir. Bu dinsiz komitənin əsl məqsədi musəvi və xritianlara yanlış istiqamət verərək onları ilkin mərhələdə müsəlmanlarla savaşdırmaq, daha sonra isə müsəvələrin xritianlar tərəfindən yox edilməsini təmin etməkdir. Görüldüyü kimi Qüds üzərində planlanan hadisələrlə heç bir dinin mənsubları üçün xeyir düşünülmür, əksinə mərhələli şəkildə hər üç ilahi dinin yox edilməsi nəzərdə tutulur.

Lakin bu həqiqətlərə rəğmən protestant və musəvilər içərisindəki güc sahibi bir çox qruplar bütün dini qaynaqlarda adı keçən böyük azdırıcı Məsih Dəccalın oyununa gələrək müsəlmanlara qarşı böyük bir müharibəyə hazırlaşırlar. Bu hadisələr yaşanarkən müsəlmanların üzərinə düşən vəzifə Qurana möhkəm sarılmaları və Peyğəmbərimizin müsəlmanların necə davranmalı olduqlarına dair tövsiyələrinə uyğun hərəkət etmələridir. Peyğəmbərimiz axır zaman müsəlmanlarını hz.Mehdi ilə müjdələmiş və iman gətirənlərin birləşərək Dəccalın bu oyununu pozmalarını tövsiyə etmişdir. Dünya çox böyük bir fəlakətə sürüklənərkən müsəlmanlar dünya miqyasında şeytanın yanlış istiqamətləndirdiyi insanlarla doğruları çatdırmaqla mükəlləfdirlər. İlk olaraq musəvi və xristianlara dinsiz bir komitə tərəfindən aldadıldıqları izah edilməli və gələcəkdə özlərinin də dəccali sistem tərəfindən məhv ediləcəklərinə dair plandan xəbərdar edilməlidirlər. Necə ki, şeytan dayanmadan insanları müharibələrə, qətliamlara, sel kimi qan axıtmağa təşviq edirsə, müsəlmanlar da onun tam əksinə, insanları yorulmadan sülhə, qardaşlığa, mərhəmətə dəvət etməlidirlər.

Müsəlmanların baş verən hadisələrə qarşı verəcəkləri ən gözəl cavab İslam birliyinin qurulması üçün dərhal hərəkətə keçmələridir. Unutmamaq lazımdır ki, hər hadisə Allahın yaratması ilə baş verir. Müsəlmanlar hər zaman Allahın ədalətinə güvənməli, Onun hadisələrdə yaratdığı hikməti görməyə çalışmalıdırlar. Allahın bu cür hadisələri yaratması ilə müsəlmanların birləşmələrini, həmrəy olmalarını istəməsi çox açıqdır. Allahın izni ilə müsəlmanların birləşməsi ilə dünyada yaşana biləcək çox böyük fitnə və insan qətliamlarının qarşısı alına bilər. Bunun üçün hər bir müsəlman bir saniyə belə itirmədən bu istiqamətdə bütün gücünü səfərbər etməlidir.

İlahiyyatçı
Ramiq Vəliyev
Trampdan şok: Pul verməyən dövlətləri qorumayacağıqAlyansda olduqlarına görə ödəniş etməyən NATO üzvlərini ABŞ qorumayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.

“Mən Brüsseldə onlara işarə etdim ki, əgər siz ödəniş etmirsinizsə, burada da olmayacaqsınız. Biz ödəniş etməyən hansısa ölkə ucbatından III Dünya müharibəsinin ortasına düşürük. Biz Almaniyanı qoruyuruq. Orada 40 min əsgərimiz var və heç kim bunu bilmir. Mən ona deyirəm ki, bizə bir qədər verin. O isə cavab verir ki, bu, alman xalqının xoşuna gəlməyəcək. Mən isə ona, “Bilirsən nə var? Etdiyiniz hərəkət Amerika xalqının xoşuna gəlmir” cavabını verirəm”, – deyə o bildirib.
Mülki təyyarəni rus general məhv edib – 3 illik sirr açıldı2014-cü ilin yayında Donbasda “Boinq” təyyarəsinin vurulmasında əsas günahkar Rusiya Mərkəzi Hərbi Dairəsinin nümayəndəsi general-polkovnik Nikolay Tkaçevdir.

Axar.az xəbər verir ki, bu iddianı “Bellinqket” jurnalist-ekspert qrupu yayıb. Qrup Tkaçevin “Delfin” ləqəbi ilə məşhur olduğunu bildirib. Belə ki, qrup üzvlərindən biri jurnalist adı ilə Tkaçevdən müsahibə götürüb, daha sonra onun səsi Kolorado Universiteti və Litva Məhkəmə Ekspertiza Mərkəzində əvvəldən olan səsi ilə birgə analiz edilib. Bundan sonra müəyyən olunub ki, məhz bu general “Boinq” təyyarəsinin vurulmasında iştirak edib.

Qeyd edək ki, 2014-ci ildə Malaziyaya məxsus təyyarə Donbasda qəzaya düşüb. Qəza nəticəsində 289 nəfər həlak olub. Sonradan bəlli olub ki, qəza təyyarəyə açılan atəşdən sonra baş verib. İnsidentin araşdırılması üçün Niderlandda xüsusi qrup yaradılıb və bu qrup bir müddət öncə təyyarənin məhz Donbas separatçıları tərəfində “Buk” kompleksləri vasitəsilə vurulmasını təsdiqləyib.
İŞİD neftini bu məşhur şirkət alırmış - ŞokParis məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub.

Olsenlə bərabər, onun Suriya üzrə xüsusi nümayəndəsi Kristian Error da saxlanılıb.

Məhkəmə “Lafarge”ni xüsusi ilə İŞİD-dən neft almaqda ittiham edib. Şirkətin bununla Avropa Birliyinin 2011-ci ildə İŞİD-ə qarşı tətbiq etdiyi embarqonu yardığı vurğulanıb. Üstəlik, “Lafarge”nin Suriyadakı sement zavodunu saxlamaqdan ötrü İŞİD-lə razılıq əldə etdiyi də bildirilib.

Qeyd edək ki, Olsen 2007-2015-ci illərdə “Lafarge”nin rəhbəri olub.

“Lafarge” 1833-cü ildən bu yana fəaliyyət göstərir. Şirkətin 68 ölkədə 160 fabriki var.
Tramp Qüdsü milyonlar hesabına paytaxt elan edib - Şok iddiaABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi siyasi qalmaqallara səbəb olub.

AzNews.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qalmaqallı addımı ilə dünyanı silkələdiyi bir vaxtda "New York Time" qəzetində sensasiyalı bir məqalə nəşr edilib. Qəzetin yazdığına görə, Trampın bu qərarında daxili siyasətdə onu dəstəkləyən qruplaşmanın əli var. Belə ki, seçkilər ərəfəsində yəhudi lobbisinə arxalanan gələcək prezident lobbi rəhbərlərinə Qüdsün paytaxt olacağını vəd edib. Amerikanın məşhur qumarxanalar şəbəkəsinin sahibi, əslən yəhudi olan Şeldon Adelson da öz növbəsində bu vədi Amerika Sionist Birliyi rəhbəri Morton Kleinə çatdırıb.

"New York Times" Adelsonun Trampın seçki kampanyasına 20 milyon dollar bağışladığını da qeyd edib. Məqalədə Trampın 2016-cı ilin mart ayında ABŞ-ın ən böyük lobbi qrupu olan Amerika Xalqla Əlaqələr Komitəsindəki çıxışında “Amerika səfirliyini yəhudi xalqının əbədi paytaxtı Qüdsə köçürəcəyik” bəyanatına da diqqət çəkilib. Qəzetin yazdığına görə, Trampın Orta Şərqlə əlaqələri olan yəhudi kürəkəni Jared Kuşnerin də bu ideyaya böyük dəstəyi olub.

Qəzet yazır ki, sonunda Donald Tramp ona səs verən yəhudilərin yanında verdiyi sözü tutaraq Qüdsü İsrailin paytaxtı elan edib. Buna subut olaraq nəşr prezidentin dəstəkçilərindən olan Respublikaçı Yəhudi Komitəsi dünən “New York Times” qəzetinə “Trampın Ağlama Divarında” dua edərkən çəkilmiş şəkli ilə birgə bir təşəkkür elanını da çap edib. Təşəkkür elanında “Söz verdin. Yerine yetirdin” yazılıb.
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”Ufuk Kamal: “İşlərini “buna da bir quş” səviyyəsində görürlər”

“Diaspor təmsilçilərinin yaşadıqları ölkələrdə öz xalqına və Azərbaycan dövlətinə faydalı olmaq üçün böyük potensialı var”. Bu fikirləri Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Azərbaycan diaspor təşkilatlarının təşkilatlanma səviyyəsi ilə bağlı sualı cavablandırarkən səsləndirib. Onun sözlərinə görə, hazırda Azərbaycan diasporunun təşkilatlanması zəifdir, bunun səbəbləri var və onlar aradan qaldırılmalıdır: “Bunun üçün zəruri olan onların təşkilatlanmasına müvafiq səlahiyyətli orqanların yardım etməsidir. Bu proses normal həyata keçirilsəydi çox effektiv nəticələr əldə etmək mümkün olardı. Amma təəssüf ki, diaspor təmsilçilərinin böyük əksəriyyətinin maddi təminatı zəif olduğundan, özlərinin kənar yardım olmadan bir araya gəlməsi demək olar ki, mümkünsüzdür. Maddi imkanları normal olanların çox az hissəsi bu işlə məşğuldur. Bəzilərində isə isə milli duyğular, vətənpərvərlik hissləri təşkilatlanmaya yardım edəcək səviyyədə deyil. Həmçinin etimad mühiti ilə bağlı durum arzuolunmaz vəziyyətdədir”.

Ufuk Kamal həmçinin əlavə etdi ki, diasporla çalışmağa müvəkkil edilmiş, kifayət qədər büdcə dəstəyi görən səlahiyyətli orqanlar isə böyük ölçüdə sadəcə formal xarakterli çalışmalara üstünlük verirlər: “Onlar işlərini bir məşhur filmdə deyildiyi kimi, “buna da bir quş” səviyyəsində görürlər. Bunun bir səbəbi xərcləmələrə nəzarətin aşağı səviyyədə olmasıdır. Bundan başqa tələb edilən hesabatın sadəcə xərcləmələrlə məhdudlaşması, bu xərclərin dayanıqlı və davamlı faydalarının olub-olmamasının araşdırılmaması problemlərdən biridir. Həmçinin səbəblərdən biri bu qədər önəmli qurumlarda fəaliyyət göstərənlərin bəzilərində milli düşüncənin, vətənpərvərlik hisslərinin formalaşmamasıdır. Bunlar aradan qaldırılarsa, daha vətənpərvər və peşəkar insanlar diaspor istiqamətində fəaliyyət göstərərlərsə, çox qısa bir zaman içində diaspor fəliyyətində ciddi dəyişikliklərin, uğurların şahidi ola bilərik”.

Əli
Rza Zərrab məhbusa təcavüz edib - Şok iddiaABŞ-da həbsdə olan və 1 həftədir hakim qarşısında ifadə verən iş adamı Rza Zərrab haqqında növbəti ittiham səsləndirilib.

"Qafqazinfo” "Nyu York Tayms”a istinadən xəbər verir ki, o, Manhattan həbsxanasında olarkən məhbuslardan birinə təcavüz etməkdə ittiham edilir.

Hadisənin 2016-cı ilin noyabr ayında baş verdiyi bildirilir.

Məlumata görə, həmin məhbusun şikayəti əsasında dünən Zərrab haqqında növbəti cinayət işi açılıb. İşə baxan vəkil Aleksey Şaçt isə bildirib ki, kifayət qədər dəlil təqdim edilmədiyi üçün bu gün istintaq dayandırılıb.

Qeyd edək ki, Rza Zərrab bank fırıldaqçılığı və "çirkli pulların yuyulmasında” ittiham edilərək 2016-cı ilin martında ABŞ-da tutulub.
İsraildə Trampın adına park olacaq İsrail Kiryat-Yam şəhər parkına ABŞ prezidenti Donald Trampın adını verəcək.

Publika.az xəbər verir ki, bu barədə Kiryat-Yam şəhərinin meri David Even Tsur mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, ABŞ prezidentinə cəsarətli addımına görə bir təşəkkürdür.

"ABŞ prezidenti Donald Tramp Qüdsü ölkəmizin paytaxtı olaraq tanımaqla sələflərinin belə edə bilmədiyi cəsarətli addım atıb. ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsi isə misilsiz qərardır”, deyə o vurğulayıb.

Kiryat-Yam şəhər parkı “Donald Tramp Parkı” adlandırılacaq.
Müsəlman dünyasına yeni səlib yürüşü başladıABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanınması dəhşətli bir qərardır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, D.Tramp hakimiyyətə gəldikdən sonra bir-birinin ardınca siyasətdən uzaq, ağılsız qərarlar verir:

“Ancaq Trampın bu qərarı həm Amerika, həm də onun özü üçün çox faciəvi olacaq. Tramp onsuz da islamafob olduğunu sübut etmişdi. Bununla bir daha isbatladı ki, o, müsəlman dünyası ilə yeni səlib müharibəsinə hazırdır. Üstəlik, yeni dünyanın inkişafında sivilizasiyalararası münasibətlərin normal olmasının nə qədər əhəmiyyət daşıdığını dərk etməyən ABŞ Prezidenti sivilizasiyalararası toqquşmalar və gərginlik üçün münbit zəmin hazırladı. Təkcə islam dünyası deyil, xristian dünyasında da böyük çoxluq da bu səfeh qərarı pisləməkdədir. Amma islam dünyasında bu qərar ciddi etirazlar və konkret hərəkətlərə çağırışlarla müşayiət olunur. Məsələn, mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikri ilə razıyam ki, məlum qərar dünyada terrorçuluğun çox böyük miqyasda yayılmasına şərait yaradacaq. Tramp kimi siyasi dünyagörüşü zəif olan şəxslər belə şeyləri proqnozlaşdıra bilməzlər. Zənnimcə, bu gündən etibarən sivilizasiyalararası yaxınlaşma, münasibətlərin mülayimləşməsi deyil, qarşıdurma meyilləri görünməmiş səviyyədə artacaq və yeni dəhşətli formalar alacaq. Çünki Qüds şəhəri üç səmavi dinin müqəddəs şəhərdir. Onun unikallığı da bundadır”.

Q.Hüseynli əlavə edib ki, Roma Papası Fransisk də bu şəhərin dünya üçün unikallığını, əhəmiyyətini qoruyub saxlamağın lazım olduğunu açıq şəkildə vurğulayıb:

“Qüds təkcə unikallıq əlaməti deyil, həm də fərqli sivilizasiyaların dinc yanaşı yaşaması üçün bir növ örnək, nümunədir. Amma Tramp belə incə məqamları başa düşmür və büllur əşyalar satılan mağazaya girib hər şeyi darmadağın edən bir şəxs kimi özünün səfeh hərəkəti ilə indiyədək bəşəriyyətin sivilizasiyalararası münasibətlərdə topladığı müsbət nailiyyətlərin hamısının üstündən xətt çəkdi. Bir daha qeyd edirəm, bu çox dəhşətli bir hadisədir. Mən bir müsəlman olaraq deyil, planetin bir sakini kimi bu qərarı verən insanların nə qədər militarist təfəkkürə, islam dünyasına qarşı nə qədər barışmaz duyğulara malik olduğunun bir daha şahidi oldum. Belə dünyagörüşə malik insanlar siyasi olimpin zirvəsində əyləşirlərsə, adam dünyada ədalətin, qardaşlığın, bərabərliyin nə vaxtsa bərqərar olacağına ümidini tamam itirir. Mən bu qərarı lənətləyirəm. Bu qərarın qəbulunu dünyaya meydan oxumaq, Yaxın Şərqi qarışdırmaq, bu bölgədə yeni münaqişə alovlandırmaq niyyətləri kimi qiymətləndirirəm”.
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin — SİYAHISIAzərbaycan vətəndaşlarının pasport ilə vizasız gedə biləcəyiniz ölkələrin siyahısı açıqlanıb.

“Ölkə.Az” xəbər verir ki, bütün təqdim olunan vizasız və ya birbaşa sərhəddə viza verən ölkələrə səyahət etmək üçün hər kəsin yanında qüvvədə olan ümumvətəndaş pasport (Xarici pasport) olmalıdır.

Oxuculara Azərbaycan vətəndaşlarının vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər edə biləcəkləri ölkələri təqdim edirik. Siyahıdakı ölkələrin qarşısında (sərhəddə) qeydi olarsa, demək həmin ölkəyə gedərkən viza sərhəddə təqdim edilir.

Avropa:

Albaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernaqoriya (Monteneqro), Rusiya, Türkiyə, Ukrayna.

Asiya:

İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Malayziya, Fələstin, Qətər, Tacikistan, Özbəkistan, Banqladeş (sərhəddə), Kamboca (sərhəddə), İordaniya (sərhəddə), Laos (sərhəddə), Livan (sərhəddə), Makao (sərhəddə), Maldiv (sərhəddə), Nepal (sərhəddə), Şərqi Timir (sərhəddə).

Karib dənizi, Mərkəzi və Cənubi Amerika:
Antiqua və Barbuda, Baham adaları, Barbados, Kolumbiya, Ekvador, Haiti, Sent – Vinsent və Qrenadin Boliviya (sərhəddə), Dominika (sərhəddə), Yamayka (sərhəddə), Nikaraqua (sərhəddə).

Afrika:

Namibiya (sərhəddə), Kabo – Verde (sərhəddə), Komor (sərhəddə), Fildişi sahili (sərhəddə), Cibuti (sərhəddə), Qvineya-Bisau (sərhəddə), Madaqasqar (sərhəddə), Malavi (sərhəddə), Mavritaniya (sərhəddə), Mavriki (sərhəddə), Mozambik (sərhəddə), Seyşell (sərhəddə), Tanzaniya (sərhəddə), Toqo (sərhəddə), Uqanda (sərhəddə), Zimbabve (sərhəddə).

Okeaniya:

Mikroneziya, Vanuatu, Marşall adaları (sərhəddə), Palau (sərhəddə), Samoa (sərhəddə), Tuvalu (sərhəddə).

Xatırladaq ki, viza (lat. — icazə) — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir. Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışgan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada növbəti qeydlər olur: vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr; girişin ilk günü və qalmanın son günü tarixi; verilmə yeri və tarixi; vizanın növü yazılır.