Səudiyyə Ərəbistanı ilə İsraili əməkdaşlığı ortaya çıxdı: Fələstinlə bağlı ŞOK DETALLARSəudiyyə Ərəbistanı ilə İsrail arasında qaçaqmalçılıq yolu ilə əməkdaşlıq edildiyi sənədlər aşkarlanıb.

A24.Az xəbər verir ki, bu haqda Qətərdə yayımlanan “Əl-Şərq” qəzetində məlumat yer alıb. Qəzetin məlumat yaydığı sənədlərə əsasən, Ərəbistan İsraildən 1966-ci ildə Sina bölgəsini işğal etmək istədiyini və bu tarixin isə Qahirə ilə Ər-Riyad arasında yaşanan gərginlik dövrünə təsadüf etdiyi görünür.

Ərəbistan həmçinin Qəzza zolağı və Qərb sahilini də işğal etmək istədiyini, beləliklə, fələstinlilərin və ya digər ərəb ölkələrinin Fələstinə kömək etmək yollarını tamamilə bağlamaq və fələstinli mühacirlərin geri qayıtmaq və digər hüquqlarını aradan qaldırmaq istədiyini bildirib.
Səudiyyə Ərəbistanı ilə İsraili əməkdaşlığı ortaya çıxdı: Fələstinlə bağlı ŞOK DETALLAR
Səudiyyə Ərəbistanı ilə İsraili əməkdaşlığı ortaya çıxdı: Fələstinlə bağlı ŞOK DETALLAR


Dekabrın 23-də Yer məhv olacaqHindistanlı astronomlar bəyan edirlər ki, dekabrın 23-də yadplanetli bir virus Yer kürəsini məhv edəcək.

Bu barədə Bizimyol.info Science jurnalına istinadən məlumat verir.

Dehli alimlərinin bildirdiyinə görə, tezliklə Yer küərsində bütün bəşəriyyəti sayılı günlər ərzində məhv edəcək virus peyda olacaq. Lakin bu virusun yayılma mənbəyinin nə olacağı barədə məlumat verilmir.

Jurnal bildirib ki, bu yaxınlarda hindistsanlı alimlər NASA-nın bazasında olmayan naməlum kosmik obyekt aşkarlayıblar. Məhz bu obyektdən vurusun yayılacağı ehtimal olunur.

Məşhur alm Stiven Hokinq isə 2600-cü ildə bəşəriyyətin sonunun gələcəyini proqnozlaşdırırb.
Alimlər səbəbini tapdı - Kişilər niyə homoseksual olur?Amerikalı mütəxəssislər insan genetikası ilə bağlı yeni nailiyyət qazandıqlarını elan ediblər.

Aparılan təcrübə nəticəsində kişilərin homoseksuallığa meyl etmə səbəbini müəyyən edən mütəxəssislər nəticəni “Scientific Reports” jurnalında dərc etdiriblər.

Təcrübədə 1230 nəfər heteroseksual, 1077 nəfər isə homoseksuallar iştirak edib. Aparılan testlər nəticəsində müəyyən olunub ki, homoseksual və heteroseksual kişilərin genetikasında beynin və tiroid vəzinin işləməsinə əsaslı təsir edən qeyri-kodlaşdırıcı fraqmentlərdə ciddi fərqlər var.

Bu fraqmentlərdən birində SLİTRK5 və SLİTRK6 genlərində 13 xromosom olduğu müəyyən edilib. Daha sadə dillə desək, bu xromosomlar kişilərin cinsi seçimlərini müəyyən etmələrinə təsir edir.

Növbəti fərq TSHR genində müəyyən olunub ki, burada da 14 xromosom aşkarlanıb. Bu isə öz növbəsində tiroid hormonlarının konsentrasiyasına təsir edir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, homoseksuallar bu hormonlara edilən müdaxilələrlə normal vəziyyətə gətirilə bilərlər.

Qeyd edilir ki, əldə olunan bu nəticələr ilkin nəticələrdir. İşə başlamaq üçün daha ciddi və daha çox təcrübələr aparmaq vacibdir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, bu təcrübə bu günə qədər əldə olunan ən böyük nəticələrdən birini verib.

Qaynarinfo.az
Ərdoğan ABŞ-ı hədələdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampın Qüds şəhərinin İsrailin paytaxtı elan etməsinin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirib.

Publika.az "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında belə bir bəyanatla çıxış edib. Trampın Qüds qərarının yox dərəcəsində olduğunu deyən Rəcəb Tayyib Ərdoğan "İsrail terror dövlətidir", - deyə əlavə edib.

"Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik", - deyə dövlət başçısı bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində də Qüds məsələsi müzakirə ediləcək.
23 min manat qazanmaq istəyirsiz? - İki ay yatmaq lazımdırFransızlar 13 min avro (23 min manat) qazanmağın asan yolunu təklif edirlər. Həm də elmə fayda verməklə.

Bunun üçün nə işləmək, nə də əziyyət çəkmək lazımdır. Yeganə tələb isə yatmaqdır.

Tuluza Kosmik tibb və fiziologiya institutunun alimləri elm xatirinə qeyri-adi təcrübəyə hazırlaşırlar.

Başqaları qeyd edilən məbləğin az bir hissəsini qazanmaq üçün çalışıb-vuruşduğu günlərdə istəyən şəxs 60 gün ancaq yataqda uzanmalıdır.

Bu yolla fransız alimlər insan bədəninin davamlı çəkisizlikdə göstərdiyi nəticələri müəyyən etməyə çalışacaqlar. Onların ideyasına görə, bu qədər uzun müddət uzanmaq yalançı çəkisizlik effektini stimullaşdırır.

Hələlik təcrübənin nə zaman başlayacağı açıqlanmayıb.
Fransada minlərlə insan küçələrə çıxdı — Trampın qərarına görəFransanın müxtəlif şəhərlərində bir neçə min insan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına qarşı etiraz aksiyasına çıxıb.

Report" xəbər verir ki, mitinqçilər, həmçinin İsrailin baş naziri Binyamin Netanyahunun dekabrın 10-da Parisə planlaşdırılan səfəri və onun prezident Emmanuel Makronla aparacığı danışıqlara qarşı çıxıblar.
AFP-nin məlumatına görə, Parisdə keçirilən nümayişdə təqribən 400 nəfər iştirak edib.

Eyni zamanda, təqribən 500 nəfər Marseldə, 300 nəfər isə Lionda küçələrə çıxıb.
ABŞ-ın Qüds qərarından Bakı istifadə edə bilər - PolitoloqQüds hadisələri bir presedent kimi yararlanmaq üçün Azərbaycana daha çox şans verən olaydır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Qüds məsələsinin ABŞ-ın və Prezident Donald Trampın başına bəla olacağı istisna edilmir:

“Bu qərar geri götürülənə qədər ABŞ-da, Yaxın Şərqdə, həm Qüdsün özündə, həm də İsrailin müxtəlif bölgələrində terrorçu qruplaşmaların fəallığı artacaq. Düşünülməmiş və ABŞ-ın xarici siyasət prioritetlərinə uyğun olmayan, beynəlxalq hüquqla ziddiyyət təşkil edən bu qərarın ABŞ üçün ciddi qınaq mənbəyinə çevriləcəyi şəksizdir. Tramp artıq bütün dünyanın tənqid obyektinə çevrilib. Hətta Qərb ölkələrinin siyasi liderləri də Trampın bu qərarına qəbul etmirlər. Müsəlman dünyası da bir-birinin ardınca Trampın bu qərarına qarşı bəyanatlar səsləndirirlər. İƏT-in toplanacağı da gözlənilir. Bu mühüm təşkilatdan çox ciddi qərarların çıxacağı qənaətindəyəm. ABŞ belə qərar verməsinə baxmayaraq, öz səfirliyini də uzun müddət Qüdsə köçürməyəcək və bu qərar havadan asılı olaraq qalacaq”.

Politoloq erməni mediasında Qüds qərarından sonra Trampın növbəti addım kimi qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımalı olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Ermənilərin uydurmalarının heç bir perspektivi yoxdur. Ermənilərin bu ümidlərinin boşa çıxacağı gün kimi aydındır. Çünki Qüds elə məsələdir ki, ermənilər ondan simvolik də olsa, pay çıxara bilməz. Trampın Dağlıq Qarabağla bağlı hər hansı bir gediş edəcəyi, hətta ermənilərin səfeh şəkildə Qarabağ separatçılarını tanıyacağı ilə bağlı səsləndirdiyi iddialar mifdən başqa bir şey deyil. Əksinə, Azərbaycanın bu məsələdən istifadə edərək işğal altında olan torpaqlarımız barədə iddialarla çıxış etməsi üçün daha real imkanları var. Məsələn, Xankəndinin statusu məsələsinə Azərbaycanın iddialar qaldırmaq haqqı var. Azərbaycan Şuşa ilə bağlı daha ciddi iddialar səsləndirə bilər. Çünki Şuşa Azərbaycan xalqının mədəniyyət mərkəzidir və bu şəhəri həmşə “Azərbaycanın konservatoriyası” adlandırıblar. Ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu hamı, elə ermənilər də yaxşı bilir. 3 səmavi dinin mərkəzi olan və 3 sivilizasiyanın bir araya gəlib dinc, yanaşı yaşamağının nümunəsi olan Qüdsə qarşı ABŞ belə hərəkət edirsə, torpaqlarımızı işğal altında saxlayan, milli-mədəni mərkəzlərimizi işğaldan sonra darmadağın edən erməni vandalizminə qarşı dünya və ABŞ Prezidenti Tramp niyə biganədir? Bu istiqamətdə təbliğat qurulmasına və fəal işlər görülməsinə ehtiyac var”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verib.
Londonda Paşazadənin şərab mağazası bağlandıBöyük Britaniyanın Ticarət departamenti Azərbaycan əsilli iş adamı Heydar Paşazadəyə məxsus şərab və ərzaq mağazasının lisenziyasını geri götürüb.

Oxu.az xəbər verir ki, belə bir qərara səbəb kimi saxta spirtli içki satılması və mağazada "kriminal fəaliyyətlə” məşğul olunduğu göstərilir.

Yerli sakinlər İnternational "Food Wine Beer" mağazasından polisə şikayət edərək bildiriblər ki, orada saxta "Hennesy" konyakı satılıb. Sakinlər gecə saatlarına kimi mağazada spirtli içki satılmasına da qarşı çıxıblar.

Polis əməkdaşları mağazanın sahibi Heydar Paşazadə ilə əlaqə yaratmağa cəhd etsələr də, bu, mümkün olmayıb. Belə ki, iş adamı daim ya Azərbaycanda, ya da Türkiyədə səfərdə olub. Nəhayət, Paşazadənin özü polisə gələrək, heç bir xəbərdarlıq almadığını bildirib.

Lisenziya üzrə qrupun üzvü Adrian Morris mağazada qanunvericiliyin kobud surətdə pozulması hallarının aşkar olunduğunu bəyan edib.

Hazırda müvafiq orqanlar tərəfindən mağazada həddi-büluğa çatmayanlara spirtli içkilərin satılması ilə bağlı daxil olmuş məlumatlar yoxlanılır.
28 yaşlı qadın uşağa marixuana verdi - Sonra cinsi əlaqəyə girdiİngiltərənin Leeds ərzisində yaşayan 28 yaşlı qadın 15 yaşlı uşağı evinə çağıraraq cinsi əlaqəyə girib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amanda Leather adlı qadın əvvəlcə uşağa marixuana içirdib, daha sonra başdan çıxararaq onunla cinsi əlaqəyə girib. Sonra uşaq evə gələrək bütün bunları ana və atasına danışıb. Hadisədən şoka düşən valideynlər polisə müraciət edib.

Məhkəməyə çıxarılan Amanda uşaqla bərabər televizora baxan zaman ona marixuana içirdiyini və telefonuna əxlaqsız mesaj yazaraq başdan çıxardıqdan sonra onunla cinsi əlaqədə olduğunu etiraf edib. Qadınla uşaq arasında olan mesajlar məhkəmədə sübut olaraq istifadə edilib.

Məhkəmə uşaqla cinsi əlaqədə olduqdan sonra ona yazdığı mesajları yox etmək üçün telefonunu sındıran qadına 5 il həbs cəzası verib.
Yeni peyğəmbər gələcək.. Dünyanın sonu çatacaq... - Vanqanın dəhşətli proqnozları - VİDEO
...2397-ci ildə dünyanın sonu çatacaq və bütün canlılar məhv olacaq, ancaq insanlar başqa planetdə yaşayacaq...

...3871-ci ildə dünyaya yeni peyğəmbər gələcək və o insanlara əxlaqi dəyərləri öyrədəcək...

...5079-cu il dünyanın sonu olacaq...

Bunlar Vanqanın 2018-ci il və sonrası üçün dəhşətli proqnozları arasında yer alıb.

Avrasiya.net Vanqanın proqnozalrını təqdim edir: