Dünyanı titrədən dram: İt sahibinin həsrətindən öldüKolumbiyada hava limanına atılmış it sahibinin həsrətindən ölüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “NoticiasRCN” saytı yayıb. İt 1 ay ərzində öz sahibinin geri dönməsini hava limanında gözləyib. Bu dövr ərzində isə o, sərnişinlərdən və hava limanı əməkdaşlarından həvəslə qida qəbul edib. 1 aydan sonra arxasınca heç kimin gəlmədiyini görən it hava limanının bir küncünə çəkilərək qida qəbulundan imtina edib. İtin səhhətinə görə böyük narahatlıq keçirən hava limanı işçiləri veterinarlara müraciət ediblər. Bundan sonra bir neçə həftə ərzində klinikada it süni şəkildə qida qəbul etməyə başlayıb. Bütün cəhdlərə rəğmən itin səhhəti düzəlməyib və o ölüb.

Veterinarlar itin ölümünün xəstəliklə bağlı olmadığını açıqlayıblar. Onların fikrincə, ölümə heyvanın ağır psixoloji vəziyyəti səbəb olub.
Məkkədə qadınla söhbət edən kişi həbs edildi - VİDEOSəudiyyə Ərəbistanında kişini qadınla söhbət etdiyinə görə həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb. Qadınla Məkkədəki restoranlardan birində söhbət etməsi videosunun sosial şəbəkələrdə yerləşdirilməsindən sonra kişi həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə kişinin qadınla bu videosu ölkə əhalisi tərəfindən ciddi tənqidə məruz qalıb və bunun yolverilməz olduğu deyilib.

Bir müddət əvvəl Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi ölkəsində “mülayim islamı” tətbiq edəcəyini bəyan edib.
Dünyanın ən varlı cinayətkarları: Azərbaycanlı “oğru”, milyard dollarlıq sərvət – FOTOLAR-ARAŞDIRMADünyanın bir sıra şəhərləri, hətta ayrı-ayrı ölkələri onların iradəsi ilə idarə edilir. Xüsusən cənubi və Şimali Amerikanın, Qərbi Avropanın ayrı-ayrı ölkələrindəki müəmmalı cinayətlər, üstü illərlə açılmayan qətllər “qanuni oğru”ların, mafiya rəhbərlərinin, narkobaronların göstərişləri ilə həyata keçirilir. Şübhəsiz ki, “qanuni oğru”lar onların arasında xüsusi yer tutur. Maraqlı cəhət burasındadır ki, onlar saysız-hesabsız cinayətlərə sifariş versələr də, nə qədər var-dövlətə sahib olmaları çox vaxt gizli qalır.

Avrasiya.net dünyanın ən məşhur “qanuni oğru”larının sərvətləri ilə bağlı maraqlı faktları təqdim edir:
Nyu-Yorkdan olan Niki Barns həm “qanuni oğru”luğu, həm də narkotik ticarəti ilə məşhurdur. 105 milyon var-dövlətə malik Niki Barns 82 yaşına qədər müxtəlif cinayətlərdə iştirakçı, sifarişçi kimi çıxış edib. O, həm “qanuni oğru”, həm də narkotik maddələrin istifadəsi ilə məşhurdur.

Friuey Rikki Ross silahlı qruplaşmalardan birinə rəhbərliyi ilə məşhurdur. O, müxtəlif cinayətlər yolu ilə özünə var-dövlət qazanıb. Hazırda Friueyin 600 milyon dollarlıq sərvəti var. Maraqlısı budur ki, cinayətkar xarici görkəmcə heç də təhlükəli insana oxşamır.

Corc Yanqın oğurluqları, qanunsuz ticarəti, narkotik biznesi ABŞ-da rəqib tanımır. 73 yaşlı bu şəxs həm narkobaron, həm də “qanuni oğru” kimi ad çıxarıb. İki il bundan əvvəl azadlığa buraxılmış bu məşhur cinayətkarın 100 milyonluq evi, bahalı obyektləri var.

Rafael Karo Kintero hələ 70-ci illərdə təhlükəli cinayətkar elan edilmişdi. Onun yaxın ətrafında kifayət qədər “qanuni oğru”, narkotik ticarətçisi vardı. O, ABŞ-da həbs edilənə qədər 650 milyon dollarlıq sərvət toplamağa müvəffəq olmuşdu. Kintero 2013-cü ildə məhbəsdən buraxılıb.

Bir çoxları inanmayacaq, amma dünyanın varlı cinayətkarlarının və məşhur “qanuni oğru”larının siyahısında ötən əsrin 60-cı illərində öldürülmüş ABŞ prezidenti Con Kennedinin qohumlarından da var. 500 milyon dollarlıq sərvəti olan Cozef Kennedi müxtəlif cinayət əməllərinin sifarişçisi, qanunsuz qruplaşma rəhbəri idi.

Narkotik biznesinə görə həbs edilmiş Xoakin El Çapo Qusman həbsxanaya düşdükdən sonra məhbusların rəhbəri seçilib. Qanunsuz əməlləri sərhəd tanımayan bu şəxs müxtəlif cinayətkar əməlləri ilə 1 milyard dollar qazanıb. Sonradan məlum olub ki, 61 yaşlı narkotik ticarətçisi, “qanuni oğru” hələ 25 yaşlarından “saman altından su yeridirmiş”. Yeri gəlmişkən, bu “qanuni oğru”nin adı tez-tez Hollivud filmlərində və rep musiqilərində hallandırılır.

Qriseldo Blanko sübut edib ki, dünyanın ən məşhur cinayətkarları təkcə kişilər olmur. Bəzi qadınlar da qanundan kənar əməllərə yol verməyi bacarır. O, cinayətlər törədə-törədə özünün sərvətini 2 milyard dollara çatdırıb. Qeyd edək ki, qadın kasıb ailədə doğulub. Hazırda dünyanın ən məşhur cinayətkarları sırasında yer alan qadının əli ilə 200-dən çox adam öldürülüb.

Oçoa qardaşları bütün cinayətlərini “ailə”vi şəkildə, yəni birlikdə törədiblər. Adları sifarişli qətllərdə, oğurluqlarda hallandırılan bu üçlük həm də narkotik alverçiləridir. Qardaşların biznesləri 6 milyard dollarlıqdır.

Davud İbrahim Oçoa qardaşlarından da varlıdır – onun sərvəti 6,7 milyard dollara yaxındır. Əvvəllər “Əl Qaidə” təşkilatı ilə əlaqədə olduğu iddia edilən Davud İbrahim bir çox düşmənlərini aradan götürməkdə şübhəli bilinir. Ona imkanlı olmasında kömək edən amillər həm “qanuni oğru”larla yaxınlığı, həm də külli miqdarda narkotik maddələrin satışı ilə məşğul olmasıdır. Yeri gəlmişkən, bəzi əcnəbi media orqanları bir müddət əvvəl Davud İbrahimin əslən Cənubi Azərbaycandan olması barədə məlumatlar yaydılar. İddia olunurdu ki, onun babası ötən əsrin 30-cu illərində İrandan xaricə köçüb.

Heç kimin ağlına gəlməzdi ki, bir zamanlar Çindəki vətəndaş müharibəsinin iştirakçılarından biri, ordu komandiri Kxun Sa həm qanunsuz cinayətkar birləşmələrlə əlaqə saxlayır, həm də kölgə biznesini idarə edir. Müxtəlif cinayətlər, üstü açılmayan oğurluqlar, bahalı bəzək əşyalarının satışı ona 5 milyard dollar gəlir gətirib.
Söylənilənlər bir daha onu deməyə əsas verir ki, cinayət heç də hər zaman cəzasız qalmır. Bəzən “qanuni oğru”lar, quldurlar, narkotik ticarətçiləri varlanaraq sərvət toplayırlar. Onlardan bəziləri hətta şirkət də açırlar. Başqa sözlə desək, oğruluğu bacaranlar kresloda, bacarmayanlar isə həbsxanada əyləşirlər.
Dünyanın ən varlı cinayətkarları: Azərbaycanlı “oğru”, milyard dollarlıq sərvət – FOTOLAR-ARAŞDIRMA
Dünyanın ən varlı cinayətkarları: Azərbaycanlı “oğru”, milyard dollarlıq sərvət – FOTOLAR-ARAŞDIRMA
Dünyanın ən varlı cinayətkarları: Azərbaycanlı “oğru”, milyard dollarlıq sərvət – FOTOLAR-ARAŞDIRMA
Dünyanın ən varlı cinayətkarları: Azərbaycanlı “oğru”, milyard dollarlıq sərvət – FOTOLAR-ARAŞDIRMA
Dünyanın ən varlı cinayətkarları: Azərbaycanlı “oğru”, milyard dollarlıq sərvət – FOTOLAR-ARAŞDIRMA
Anar Tağıyev
30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qaldı, həbs olundu - FOTOAmerikanın Florida ştatında 30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qalıb.

Oğlan qadınla cinsi əlaqəyə girdiyini və uşağın ondan olduğunu dostlarına danışıb. Söhbət oğlanın ailəsinin qulağına çatıb. Valideynlər polisə xəbər veriblər. Məsələ ilə bağlı araşdırma aparılıb. Tracie adlı qadının bətnindəki uşağın adı açıqlanmayan oğlandan olduğu təsdiqlənib.

Oğlan bildirib ki, qadınla Hallouen mərasimi zamanı tanış olub və onun evində cinsi əlaqədə olub.

Qadın yaşı 18-dən az olan şəxslə intim münasibətdə olduğuna görə həbs olunub./milli
Aktrisa bakirəliyini 2,5 milyon avroya satdıBöyük Britaniyadan olan model və aktrisa Jizel öz bakirəliyini satıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı Jizel öz bakirəliyini 2,5 milyon avroya Abu-Dabidən olan biznesmenə satıb.

Bundan əvvəl adının çəkilməsini Hollivud aktyoru modelə 100 dəfə aşağı məbləğ təklif etmişdi. Hərracda bir rusiyalı iş adamı da iştirak edib. Onun təklifi 1.8 milyon avro olub.
19 yaşlı qız bakirəliyini 5 milyon manata satdı - FOTOAmerikada biabırçı hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, 19 yaşlı Jizel bakirəliyini internetdə satışa çıxarıb. Hərracda Hollivud ulduzu və rusiyalı siyasətçi də iştirak edib. Amma hərracı 5 milyon manat pul təklif edən iş adamı olub.

Artıq görüş üçün Almaniyada bir otel otağı kirayələnib. Vasitəçiliyi Almaniyada fəaliyyət göstərən internet şirkəti edir. Jizel otelə mühafizəçi ilə gələcək.
19 yaşlı qız pul ilə təhsil xərclərini ödəyəcəyini və səyahətə çıxacağını bildirib.
İdmançı arvadının başını kəsdiAmerikada dəhşətli qətl hadisəsi törədilib.

"Ölkə.Az" xəbər verir ki, keçmiş reqbi oyunçusu Entoni MakKlanahan 2016-cı ildə ailə qurduğu arvadının boğazını kəsərək öldürüb.

Qonşular polisə xəbər verdikdən sonra "Dallas" klubunun keçmiş oyunçusu Entoni həbs edilib. İstintaq müəyyən edib ki, idmançı 28 yaşlı arvadının boğazını kəsərək öldürüb. Qadın ölənə qədər tərəflər arasında dava olub.
5 milyon müsəlman öləcək - ABŞ-ın yeni planı“ABŞ 2018-ci ilin fevral-mart aylarından etibarən İraq ordusu ilə peşmərgəni (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri - red.) döyüşdürəcək”.

Publika.az xəbər verir ki, bu iddia ilə ehtiyatda olan iraqlı general Sübhi Nazım deyib.

Onun sözlərinə görə, silahlı qarşıdurmaya səbəb kimi “Haşdi Şabi” şiə qruplaşması göstəriləcək. General ABŞ Konqresinin peşmərgəyə 365 milyon dollarlıq silah-sursatın verilməsi barədə qərarını xatırladıb.

Konqresin qərarında ilk dəfə “İraqın ərazi bütövlüyü” şərtinin götürülməsinə diqqət çəkən S.Nazim hesab edir ki, bu, İraqda ABŞ tərəfindən idarə olunacaq yeni müharibə dövrünün başlanacağına dair dəqiq mesajdır.

İraqlı general qeyd edir ki, ABŞ-ın 2018-ci ilin ilk aylarından etibarən, Körfəz ölkələrindən başlayaraq xaos planını işə salacaq. Onun sözlərinə görə, tək qazananların İsrail və ABŞ olacağı döyüş ən az 5 il davam edəcək və 3 milyondan çox müsəlman öldürüləcək.

Onun sözlərinə görə, ABŞ 1960-cı illərdən bu yana investisiya qoyduğu Bərzani aşirətindən (tayfa) asanlıqla imtina etməyəcək. General qeyd edib ki, ABŞ Kərkük, Tuzhurmatu, Kifrə və Telafer başda olmaqla, 40 min kvadrat kilometrə qədər ərazini bir gecədə itirən Məsud Bərzaninin yenidən baş oyunçu olması üçün fərqli variantları sınaqdan keçirəcək.

“Livan, Qətər, Yəmən, Bəhreyn və Səudiyyə Ərəbistanında baş verəcək xaos prosesində ABŞ üçün İraqdakı ən yaxşı tərəfdaş Bərzani olacaq”, - o yekunlaşdırıb.
Telman İsmayılovun gizləndiyi yer məlum oldu - Qardaşı ilə FransadadırMusavat.com xəbər verir ki, beynəlxalq axtarışa verilən T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. "Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. "Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, - deyə, Marina Rusakova bildirib.

Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.

Qeyd edək ki, Telman İsmayılovun adam öldürməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan qardaşı Vaqif İsmayılovun da əvvəlcə Rusiyada gizləndiyini sanırdılar. Sonra onun qardaşı Telmanın yanına, Türkiyəyə köçdüyü məlum olub. Hər iki qardaşı son zamanlaradək Antalya sahilində yerləşən "Mardan Palace” otelində yaşayırlarmış. Otelin özünün isə elektrik borcuna görə işığı kəsilib. İndi Vasif İsmayılovun da Fransa da olduğu bildirilir.
Güman edilir ki, qardaşlar Türkiyənin onları Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığınıblar.
Sabiq ABŞ prezidenti ilə bağlı qalmaqal — 16 yaşlı qıza təcavüz edibABŞ-ın sabiq prezidenti Corc Buşun illər əvvəl 16 yaşlı bir qıza təcavüz etdiyi barədə iddia səsləndirilib.

"Ölkə.Az" xəbər verir ki, "Time" jurnalına müsahibə verən Roslin Korriqan adlı qadın illər əvvəl baş verən hadisədən danışıb. Qadın bildirib ki, hadisə 2003-cü ildə baş verib.

Hadisə Texas ştatında baş verib. Korriqan bildirir ki, MKİ işçiləri və ata Buşun iclasında anası ilə birlikdə prezidentlə foto çəkdirib. Foto çəkilən vaxt Buş əlini qızın beli ilə aşağı sürüşdürüb və sağrısından tutub. Fotoda da göründüyü kimi qızın ağzı həyəcandan açıq qalıb.

Ata Buşun mətbuat katiblərindən biri prezident qadınlara toxunduğunu bildirmişdi.