Təlafər: insan fəryadının yüksəldiyi şəhər - II yazıMosulun cənub qərbində - Suriya sərhədləri ilə hüdudlanan, hər bir azərbaycanlı üçün doğma olan bir yer var – Təlafər. Əhalisinin tamamı türkmənlərdir. Həm də danışıqları az qala Azərbaycan türkcəsi ilə eynidir. Nə yazıq ki, İŞİD bu doğma türk yurdunu viran qoyub, evlər daş yığını kimi qalaqlanıb, nə məktəb qalıb, nə xəstəxana, yollarında o qədər mərmi partladılıb ki, çala-çökək görüntüsü ilə adamı dəhşətə gətirir.

Daş yığınına çevrilmiş şəhər


İraq ordusu və “Haşdi Şabi”nin birgə əməliyyatları nəticəsində Təlafər İŞİD-dən geri alınsa da, ölkənin dörd tərəfinə səpələnmiş türkmənlər ömür boyu min əziyyətlə tikib qurduqları evlərinə dönə bilmirlər. Axı gəlib harda yaşayacaqlar, uşaqlarını harda oxudacaqlar, birinin bir yeri ağrıyanda xəstəxanası olmayan bölgədə kimin qapısını döyəcəklər, gündüzü birtəhər keçirsələr də, soyuq qış gecəsində enerji sistemi dağıdılan Təfarin xarabazara çevrilmiş evlərində ayaqlarının altını nə ilə işıqlandıracaq, nə ilə isinəcəklər? Üstəlik, İŞİD rejim olaraq məhv edilsə də, qruplar şəklində hər yerdə mövcuddur, hətta yeraltı quyularda, hardan başlayıb, harda bitdiyi bilinməyən tunellərdə gizlənirlər və vaxtaşırı insan qanına susayan bu yırtıcılar günahsız yerə qan tökürlər.

Soruşdum, dedilər Təlafərin mərkəzində 200 min, bütün rayonda isə yarım milyonadək türkmən əhali yaşayıb. Amma onlar İŞİD-lə savaş zamanı bölgəni tərk ediblər. Bütün çətinliklərə rəğmən, evi-eşiyi salamat qalmış bəzi sakinlər tədricən geri dönməkdədirlər. Hardasa əhalinin 30 faizi evlərinə qayıdıb, amma dörddən üçü gəlməyə tələsmir. Çünki onlar əvvəlcə təhlükəsizliyin tam qorunduğuna əmin olmaq, sonra isə sosial problemlərin həllinə çözüm istəyirlər. Bu da ki, indiki şəraitdə çox ləng gedən bərpa-təmizləmə prosesinin timsalında çətin görünür. Üstəlik, görüşüb danışdığım hər bir sakin deyir ki, geri qayıdan insan evini dağılmış görür, amma cibində kifayət qədər pulu yoxdur ki, yenidən tikib, təmir eləsin. Dövlət isə bu işdə ziyan çəkmiş vətəndaşına qətiyyən yardım göstərmir. Yəni kimin pulu varsa tikib yaşasın, pulu olmayan oturub qalsın çadırlarda.

“Ölülərimiz yolun ortasında qaldı...”

Təlafər sakinlərindən olan Rafı Təlafərli də Ayaziyyə kəndində yaşayıb, amma İŞİD-in hücumundan sonra ailəsini də götürüb Kərkük ətrafındakı Leylan qaçqın düşərgəsinə yerləşib. Onun dediklərindən: “İŞİD kəndə doğru iki istiqamətdən irəliləyirdi. Hər an kütləvi qırğın başlaya bilərdi deyə, bizi nisbətən təhlükəsiz yol tapıb ərazidən çıxardılar. Hamı canını götürüb qaçırdı, qadın, uşaq, xəstə və qocalar payi-piyada düşmüşdülər yola. İnsanlarımız o qədər ağır şəraitdə qaçırdılar ki... Yolda neçə nəfər dünyasını dəyişdi, hətta dayanmağa vaxt yox idi deyə meyitləri qaldı orda, basdıra bilmədik. Nəhayət, gəlib Kərkükə yetişdik, bizi düşərgəyə yerləşdirdilər”.

R.Təlafərli deyir ki, hazırda məskunlaşdıqları düşərgədə 758 təlafərli türkmən ailəsi var. O bildirir ki, İŞİD ev-eşiklərini, dəyərli-dəyərsiz nələri vardısa çalıb-çapdı, yandırıb viran qoydu. Amma onlar yenə də qışın soyuğunda üşüyüb, yayın istisində qovrulduqları çadırlarda evlərinə dönəcəkləri günü gözləyirlər. “Düzdür, bizə hər ay müəyyən ərzaq məhsulları yardım edilir, hətta 50-100 min dinar (40-80 dollar – V.T.) məbləğində pul da verilir. Amma bunlar uşaqlarımızı xəstəlikdən qoruya bilmir. Çox əziyyət çəkirik. Türkiyədən həkimlər gəlmişdi, düşərgə əhlinə dava-dərman yardımı da gətirdilər. Amma biz əminik ki, ancaq öz evimizdə rahat ola bilərik” – deyir R.Təlafərli.

Yeri gəlmişkən, Ayaziyyə kəndi Təlafərin Suriya sərhədlərində yerləşir və demək olar ki, İŞİD-in bölgədəki son istehkamı olub. Terrorçulardan azad edilən kənd bu gün də qapalı zona olaraq qalmaqdadır. İŞİD gələndə 6-7 min insanın yaşadığı Ayaziyyədəki evlərin 80 faizdən çoxunu darmadağın edib. Heç bir mülki şəxsin girmədiyi kənddə indi ancaq əskərlər dolaşır.

Bir evdə 15 meyit

Yenə R.Təlafərlinin dediklərindən sitat: “Ayaziyyəyə getdim ki, evimizə baxım, görüm salamatdırsa geri qayıdaq. Təəssüf, evi partladıb daş qalağına çeviriblər. Kənd məni dəhşətə gətirdi, hər yer viran olmuşdu. Dağıdılmamış bir evin qapısını açdıq, içəridə 15 meyit vardı – bütöv bir ailəni qırmışdılar. Orda 8 gün qaldım, hərbi geyimdəydim, üstəlik. Mənə silah da vermişdilər. Əskərlərlə bir yeyib, bir gəzib-dolaşırdım. Tək gəzmək həyat üçün təhlükəliydi. Adi mülki geyimdə Ayaziyyəyə girmək olmaz, çünki terrorçuların hücumu bir yana, əskər də belə halda İŞİD-çi zənn edib atəş aça bilər”.

R.Təlafərli deyir ki, ailəsi böyükdür. Şükür ki, müharibədə itki verməyib. Bu gün iki oğlu əskərdir, vətənə xidmət edirlər, bir oğlu da savaşda yaralanıb. Amma bunun qarşılığında hələ də çadırda yaşayırlar, hökumət evlərini bərpa eləməyə yardım göstərmir. “Hara gedirik, kimin qapısını döyürük, deyirlər yardım edə bilmərik, gedin özünüz tikin evinizi. Belə etinasızlıq olar? Yeganə köməkliyi “Haşdi Şabi”dən görürük. Nəsə bir problemimiz olanda, harasa getmək istəyəndə, məsələn, Ayaziyyəyə gələndə “Haşdi Şabi” təhlükəsizliyimizi təmin edir, imkanı daxilində texniki dəstək verir. Amma hökumət də öz üzərinə düşənləri eləməlidir” deyir R.Təlafərli.

Quyu xofu
Təlafər: insan fəryadının yüksəldiyi şəhər - II yazı
Müsahibim olan sakinlər deyir ki, kənddə evlərin, infrastrukturun dağılması bir yana, oradakı terror təhlükəsi daha vahiməlidir. Yelilərin quyu adlandırdıqları tunellər aşkarlanıb ki, istənilən an onlardan yeni bir İŞİD ordusu da çıxa bilər. Əlbəttə, bu camaatın ehtimalı olsa da, hər halda, bir çoxu bombalanaraq partladılan 70-dən çox quyu – tunel hələ də insanlar üçün xof mənbəyi olaraq qalır.

Əslində, girişləri bəlli olan bu tunellərin dağıdılması ordu üçün çətin deyil, sadəcə əskərlər orada İŞİD-in əsiri olan mülki insanların olmasından narahatdırlar. Həmsöhbət olduğum “Haşdi Şabi”li yüksək çinli hərbçi deyir ki, tunellərin yerin altı ilə kilometrlərlə uzandığı və haradansa mütləq bayıra çıxdığı ehtimal olunur. Amma həm minaya düşmək, həm də mülki insanların qətlinə bais olmaq ehtimalı onları hələlik, bu tunelləri təmizləmək qərarından döndərir.

Torpaqdan qalxan ölüm

Söhbətləşdiyim hərbçilərdən biri deyir ki, gündüzlər “Haşdi Şabi”nin qorxusundan torpağın altında gizlənən terrorçular əsasən gecələr insan ovuna çıxırlar. Müsahibim əlavə edir ki, bu yaxınlarda həmin tunellərin birindən çıxan İŞİD terrorçusu ərazidə təhlükəsizliyi qoruyan “Haşdi Şabi” hərbçisinin üzərinə atılaraq, onu qucaqlayıb və özünü partladıb. Nəticədə hər ikisi parça-parça olub. “Başqa bir quyuya yoxlamaq üçün enən daha üç hərbçi də İŞİD-in hücumuna məruz qalıb. Terrorçu əskərlə qarşılaşan kimi özünü partladıb, nəticədə daha irəlidəki iki hərbçi şəhid olub, arxada qalan bir əskər isə təsadüf sonu sağ qalıb".

Bu gün Ayaziyyə güllədən, terrordan daha qorxulu olan xəstəliklərin yayılma meydanına çevrilməkdədir. Çünki dağıdılmış evlərin qalıqları altında, hətta açıq-aşkar yerlərdə öldürülmüş sakinlərin cəsədləri dəfn olunmamış qalır. Artıq onlar çürüyüb iylənir ki, bu da infeksiyanın yayılmasını sürətləndirir. Elə bu səbəbdəndir ki, hətta əskərlər də mümkün yoluxmadan qorunmaq üçün kənddə meyitlər olan yerə yaxınlaşmırlar.

Azərbaycandan kömək gözləyirlər

Ümumiyyətlə, Təlafərdə vəziyyət son dərəcə ağırdır. Görüşüb-danışdığım hər kəs düşünür ki, Təlafərin bərpasına, işlər indiki sürətlə görülərsə, azından 2 il lazımdır. Həyat üçün lazım olan hər cür sosial mənbənin yıxıldığı bölgənin qaçqın düşən yarım milyon insanından 42 min ailə geri qayıdıb ki, bu da ortalama 250 min nəfər deməkdir. Qalanları isə ya evləri dağıdıldığı üçün, ya da iş yerləri və sair olmadığından qayıtmır. Hətta salamat qalmış evinə dönən ailələr də bir çox halda faciəyə tuş gəlirlər. Məsələn, evinə qayıdandan sonra təsadüfən minaya düşüb həlak olan təlafərlilərin sayı 50-dən çoxdur.

Hərbçilər deyirlər ki, işlərin ləng getməsinə səbəb həm mina axtaran mütəxəssislərin sayının az, həm də bu prosesdə istifadə edilən texnika və elektron cihazların qıt olmasıdır. Yeri gəlmişkən, cəmi 7 nəfər mina axtarışı ilə məşğul olub ki, onun da üçü partlayış zamanı dünyasını dəyişib. Ona görə də ev-eşiyinin həsrətini çəkən insanlar bu məsələdə qonşu ölkələrdən, o cümlədən. minaların tapılaraq zərərsizləşdirilməsi prosesində böyük təcrübə və imkanları olan Azərbaycandan kömək gözləyirlər.

Bu arada qeyd edək ki, söhbət zamanı eşitdiklərimə görə, İraq minaların zərərsizləşdirilməsi məsələsinə kömək göstərməsi üçün Azərbaycana müraciət ünvanlayacaq.

Bu gün minlərlə şəhid vermiş Təlafərin çevrəsində çox sayda kütləvi məzarlıqların olduğu ehtimal edilir. Çünki insanların ölüsündən-dirisindən xəbər yoxdur, amma güman ki, öldürülüblər. Meyitlərin isə Əbu Antar adlanan ərazidəki təxminən 100 metr dərinliyi olan, keçmişdənqalma quyuya atıldığı düşünülür. Amma hökumətin, ola bilsin ki, imkansızlığı səbəbindən, hələlik, nə quyu yoxlanılır, nə də şübhəli ərazilərə baxış keçirilir. Əzizlərini itirmiş təlafərlilərə isə sadəcə, acılarına qərq olub gözləmək qalır...

Bakı-Bağdad-Kərkük-Bakı

Vüsal tağıbəyli
ABŞ yeni müharibənin planını hazırlayır - SSENARİBirləşmiş Ştatlar raket-nüvə proqramının dayandırılması məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) zərbənin vurulması planını hazırlayır.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “The Daily Telegraph” qəzeti bildirib.

Mənbələr bildirir ki, diplomatiyanın arzuolunan nəticələr verməməsi Koreya yarımadasının nüvə probleminin hərbi həllinə hazırlığı əhəmiyyətli dərəcədə gücləndirib. Güc ssenarisinin variantlarından birinə Pxenyanın növbəti raket sınağını keçirəcəyi start meydançasının məhv edilməsi daxildir. Qəzetin məlumatına görə, Ağ Ev Pxenyan tərəfindən növbəti raket sınaqlarının keçirilməsinə qədər start meydançasının məhv edilməsi variantına baxır.

Hədəf həmçinin, silah-sursat anbarları ola bilər.

Qeyd edək ki, KXDR ətrafında gərginliyin yeni bumu noyabrın 29-da başlayıb. Pxenyan bu tarixdə 75 günlük fasilədən sonra ballistik raket sınağını keçirib. Şimali Koreyanın STAK xəbər agentliyinin məlumatına görə, yeni tipli “Xvason-15” raketi 53 dəqiqəsi ərzində 4475 kilometr hündürlüyə qalxıb və 950 kilometr aralıda Yapon dənizinə düşüb. Ekspertlərin fikrincə, yeni raket 13 min kilometrə qədər məsafə qət edə bilər. Belə olan halda, ABŞ-ın praktik olaraq bütün ərazisini sözügedən raketlə vurmaq mümkündür.
Paraqvay Xocalı soyqırımını tanıyıbParaqvayın Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.

A24.Az xəbər verir ki, məlumatı Paraqvayın Deputatlar Palatası yayıb.

Bəyanatda qeyd edilib ki, Xocalı qətliyamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub. Nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Bundan başqa, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst olub, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bəyanatda bu faktın Azərbaycan Respublikasının müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.

Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.

Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrin təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilib.

Paraqvayın Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əlyehinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.
İranlılar artıq BƏƏ-nə gedə bilməyəcək-VETOBirləşmiş Ərəb Əmirliyi İranla münasibətlərini kəskinləşdirir.

A24.az xəbər verir ki, Əbu-Dabi ilə paytaxt Tehran uçuşları dayandırır. Məsələnin tam icrası isə yeni ilin ilk ayından başlayacaq. Hətta “Etihad Airways” aviaşirkəti 2018-ci ilin yanvarın 23-dən sonrakı tarixə alınan biletlərin pulunu sərnişinlərə qaytarıb.

Dekabrın 25-dən yanvarın 23-dək olan müddətdə Əbu-Dabi ilə Tehran arasında uçuşlar həftədə beş dəfədən iki dəfədə endiriləcək.

Məsələnin məğzində BƏƏ İranı regionda qeyri-sabitlik yaratmaqda və kiberhücumlar həyata keçirməkdə ittiham etməsi durur.
Pitbull iti sahibini yedi — ABŞ-da ŞOK HADİSƏABŞ-ın Virciniya ştatında dəhşətli hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, Betani Lin Stefensin cansız bədəni meşədə tapılıb. Meyitin yanında Betaninin iki pitbull cinsinə məxsus iti olub. Qızının meyitini aşkar edən ata: "itlərdən birinin ağzında qızımın qabırğaları var idi".

22 yaşlı qızın atası övladını axtarmağa başlayıb. Onun cansız bədəni ilə meşədə qarşılaşan ata deyib: "İki köpəyin qızımın cansız bədənini qoruduğunu zənn etdim. Amma sonradan gördüm ki, köpəklərdən biri qızımın qabırğalarını gəmirir. Yaraları ölümcül idi".
Hadisə ilə bağlı istintaqa başlayan polis əvvəlcə qızın ayı və ya başqa vəhşi bir heyvanın hücumuna məruz qaldığını düşünüb. Amma sonradan həqiqət üzə çıxıb. Gənc qadının intihar etdiyi və ya vəhşi heyvan tərəfindən hücuma məruz qalması versiyası düzgün deyil.

Onu bir insan yox, heyvan qətlə yetirib.
Azyaşlı qızının başını kəsdi, doğradı, ət maşınından keçirdi... 37 yaşlı qadın 12 yaşlı qızını vəhşicəsinə döyüb öldürdükdən sonra, onu balta ilə kiçik hissələrə bölüb.

Publika.az xəbər verir ki, dəhşətli hadisə Honkonqda baş verib. Cao adlı qadın Monq Kok bölgəsində yaşadığı evində öz qızını öldürməkdə ittiham edilir. Qonşularının polisə verdiyi məlumata görə, qadının 12 yaşlı qızı olub. Ötən gün evdən möhkəm qışqırıq səsləri eşidilib. Daha sonra isə balaca qızı görən olmayıb.

Şikayət əsasında evdə axtarış aparan Hon Konq polisi qadının evində araşdırma apararkən vanna otağında uşağın kəsilmiş başını tapıb. Məlum olub ki, qadın qızını öldürüb, başını kəsib, bədənini isə xırda-xırda hissələrə bölərək ət maşınından keçirdib. Qalıqlarını isə qara sellofan torbalara dolduraraq hamam otağında döşəmənin alt hissəsinə yığıb yavaş-yavaş atmaq istəyirmiş.

Polis dəhşətli cinayətin üstünü açdıqdan sonra ananı cinayətdə şübhəli bilinən birinci şəxs kimi həbs ediblər. Polis hadisənin təfərrüatlarını öyrənmək və hadisə ilə bağlı qadının ailə yaxınlarının, qonşuların və uşağın atasının da ifadəsinin alınacağını bildirib.
BMT Rusiyanın işğalçı olduğunu təsdiqlədi – QətnaməBMT Baş Assambleyası Krım və Sevastopolda insan haqları sahəsində vəziyyətə dair qətnaməni qəbul edib.

Axar.az xəbər verir ki, Assambleyada keçirilən səsvermə zamanı qətnamənin lehinə 70, əleyhinə isə 26 ölkə səs verib. Kiyevin təqdim etdiyi qətnamənin əleyhinə səs verənlər arasında Rusiya, Ermənistan, Belarus, Boliviya, Hindistan, Qazaxıstan, Çin, Şimali Koreya, Kuba, Serbiya, Qırğızıstan, Tacikistan, CAR kimi dövlətlər yer alıb.

Qətnamədə Krım Rusiyanın işğal etdiyi ərazi kimi tanınıb. BMT Rusiyanın bu ərazidə xüsusilə Krım tatarları və ukraynalılara qarşı diskriminasiyaya yol verdiyini təsdiqləyib.
Ermənistan Krımın işğalını dəstəkləyibErmənistan BMT Baş Assambleyasının sessiyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamənin əleyhinə səs verib.

“Report” BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, sənədin müəllifi Ukrayna və daha 30 dövlətdir.

Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini Rusiyanın “müvəqqəti işğal etdiyi” qeyd olunub.

Qətnamədə “ilhaqın” qəbuledilməz olduğu vurğulanıb. “Müvəqqəti işğal olunan Krımda sakinlərə, o cümlədən Krım tatarlarına, eləcə də ukraynalılara, başqa etnik qrupların və dini qrupların təmsilçilərinə qarşı Rusiyanın işğalçı hakimiyyəti tərəfindən diskriminasiya tədbirləri görülür, onların insan haqları tapdanır”, - deyə qətnamədə vurğulanıb.

Sənəddə işğal edilən Krımda Rusiya qanunların tətbiqinin, məhkəmə və inzibati idarəçiliyinin qanunsuz olduğu ittiham olunub.

Müəlliflər Rusiyanı Krımı işğaladək beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.

70 ölkə bu qətnaəmənin lehinə, 26 dövlətin nümayəndəsi əleyhinə səs verib. 76 dövlət tərəfsiz qalıb.

Sənədin əleyhinə Ermənistanla yanaşı, Belarus, Bolviya, Hindistan, Qazaxıstan, Şimali Koreya, Kuba, Serbiya, Qırğız Respublikası, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası səs verib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan səs vermədə iştirak etməyib.
ABŞ-da 40 milyondan çox insan yoxsulluq həddindən aşağı yaşayırABŞ-da 40 milyondan çox insan və yaxud hər 8 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Bu barədə BMT-nin ifrat yoxsulluq və insan haqları məsələsi üzrə xüsusi məruzəçisi Filip Olston bildirib.

“Bu, ABŞ-da insanların dünyanın digər zəngin ölkələri ilə müqayisədə sosial statusunu yüksəltmək üçün ən az imkanlara malik olması ilə bağlıdır”, deyə F.Olston vurğulayıb.

BMT təmsilçisi əmindir ki, ABŞ prezidenti Trampın siyasəti nəticəsində ölkədə yoxsulluğun miqyası daha da artacaq. “Xüsusən, Ağ Evin vergi sahəsində yeritdiyi siyasət ən kasıb amerikalıların 20%-i üçün dağıdıcı fəsadlara gətirib çıxara bilər”, – deyə F.Olston qeyd edib/APA.
 17 yaşlı qız zorlandıqdan sonra yandırıldıİsveçin Malme şəhərində bir qrup naməlum şəxs 17 yaşlı qızı zorladıqdan sonra onun cinsiyyət orqanını yandırıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, insident uşaq meydançasında qeydə alınıb.

Qeyd edək ki, bu, son aylar ərizndə artıq 3-cü belə haldır.

Baş verənlərlə əlaqədar polis şəhər sakinlərinə, xüsusən də qızlara gecə vaxtı çölə çıxmamağı tövsiyə edib.

İsveçin sol partiyasının regional şöbəsinin rəhbəri Patrik Lilyeqlod sentyabrda deyib ki, onun özü də bir vaxtlar zorlama qurbanı ola bilərmiş. Lakin çətinliklə də olsa, manyakın əlindən yaxa qurtara bilib.