General: "Bir raketimiz 3 ştata bəs edər…"Rusiyanın strateji təyinatlı raket qüvvələrinin komandanı general Sergey Karakayev Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında ölkə başçısı Vladimir Putinə məruzə edib.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

“Cənab Vladimir Vladimiroviç, bizim bu gücdə olan bir raketimiz ABŞ-ın 3 ştatına bəs edər. Raketlərimizin aşağı dəqiqliyi zərbənin gücü ilə tamamilə kompensasiya olunur”, - general deyib.
İraqda qalan xatirələrim - IV yazı… Günortaüstü Nəcəfdə Həzrət Əli əleyhissalamın məzarını ziyarətdən qayıdırdıq. Yolüstü bir-iki yüngülvari alış-veriş edib, avtomobilə tərəf gedirdik ki, Əli bəyin (Əli Karyağdı) telefonuna zəng gəldi. Qısa, amma çox isti söhbət edib sağollaşdı. Maşına oturanda “bizi qonaq çağırıblar, yolüstü onlara getməsək, inciyərlər” dedi. Sürücü də, mən də sanki sual verirmişik kimi ona zilləndik. “Ailə dostlarımdır, Mosulda yaşayırdılar, amma İŞİD oranı işğal edərkən canlarını götürüb qaçıblar bura” – üzümüzdəki marağı oxuyan Əli bəy dedi.

- Nəcəfdə qalırlar? – sorşdum.

- Nəcəfdə deyillər, amma bura yaxındadır. Kufənin Həvatim kəndində məskunlaşıblar. Elə gözəl yerdir… Kənd Fərat çayının sol sahilindədir, başdan-başa xurma bağlarına bürünüb. Onsuz da yolumuz həmin kəndin yaxınlığından keçir, - Əli bəy ətraflı məlumat verdi.

Fəratın sahilində…

Beləcə, maşınımız Nəcəf şəhərindən ayrılıb, birtərəfli, enli asfalt magistralla üzüşimala şütüməyə başladı. Doğrudan da, bu yerlərdə torpaqların, hər tərəfi bürüyən yaşıllıqlarından məhsuldar olduğu görünürdü. Hara baxırdım, başındakı bir topa yarpağı ilə göylərə ucalan xurma ağacları məni valeh edirdi. Kəndlər də burada bir-birinə çox yaxın yerləşmişdi. Demək olar ki, evlər xurma bağlarının içində tikilmişdi.
Kəndlərin ərazilərində magistral yolun kənarında çox sayda pərakəndə piştaxtalar düzülmüşdü, üstü də xurma, banan, pomidor, soğan, kartof – hər cür meyvə-tərəvəzlə dolu. Özü də burdakı meyvələr, tərəvəzlər, necə deyərlər, tam orqanik idi, birbaşa tarladan dərilib satıcıya təqdim olunudu. Həm də ucuz – su qiymətinə.

Maşınımız sola burulub yarıtozlu yolla Fərat sahilini örtən ucsuz-bucaqsız xurma bağlarına sarı səmt aldı. Amma çox da getmədən birmərtəbəli evin qarşısında dayandı. Qonaq gəldiyimiz evə çatmışdıq.

Doğmalarımın yanında

Həyətdə bizi ilk olaraq gənc oğlan – Nəbil qarşıladı, Əli bəyə əmi dediyi üçün çox yaxın dost olduqları anlaşılırdı. Arxasınca da yarımilli qiyafətdə kişi gəldi – evin sahibiydi. Azərbaycanlı jurnalist olaraq elə isti münasibət gördüm ki… Əziz qonaqları kimi hörmət göstərdilər.

Əksər İraq kənd ailələrində olduğu, burada da masa gözə çarpmıdrı. Daş döşəməyə xalça-palaz döşənmişdi. Divar boyunca isə döşəkçələr, mütəkkələr düzülmüşdü və biz də elə həmin döşəkçələrin üstündə bardaş qurub oturduq.

Süfrə ətrafında xeyli söhbət elədik. Məlum oldu ki, evin sahibi Qanim Cəmil Bayatlı Mosulun Qarayataq kəndində yaşayırmış. İŞİD-in hücumları zamanı, hamı kimi o da ev-eşiyini qoyub, ailəsini də götürüb kənddən çıxıb. Əvvəl Kərkükə yerləşmək istəsələr də, imkan olmayıb, məcburiyyətdən üz tutublar ölkənin güneyinə. Nəhayət ki, Kufənin Həvatim kəndində, indi gördüyüm Hüseyniyyədə yerləşiblər.

“Evimizi dağıdıblar…”


Müsahibium dedi ki, müharibəyədək kənddə 5 min sakin vardı. Bu gün isə onlar İraqın güneyində yerləşən beş vilayətin ərazisinə səpələniblər. “2014-cü il avqustun 18-də kənddən çıxmışıq. İndi İŞİD yoxdur, ordu azad edib kəndimizi. Bildiyimə görə, sakinlərimizin 60 faizi evlərinə qayıdıb. Amma orda vəziyyət çox pisdir. Nə su var, nə işıq, məktəb. xəstəxana dağıdılıb. Bu səbəbdən biz də daxil olmaqla, sakinlərin yarısı geri qayıda bilmir” deyən Qanim Cəmil Bayatlı əlavə etdi ki, burda birtəhər başlarını saxlayırlar. Məktəb var, qızı da xəstəxanada çalışır, əgər kəndə qayıtsalar, qızı işdın çıxacaq və yeganə dolanışıq yerini də itirəcəklər.

“Əslində Mosulla əlaqələrimiz tam kəsilməyib. Hazırda Əli adlı oğlum “Haşdi Şabi”nin Mosuldakı birliklərində qulluq edir. Bir dəfə imkan tapıb Qarayataq kəndinə baş çəkib. Deyir evimizi uçurub-dağıdıblar. Tutaq ki, bütün çətinlikləri gözə alıb qayıtdıq, harda yaşayacağıq? Qışın günüdür, insanın daldalanacağı bir evi olmalıdır. Hökumət də dəstək vermir evi yenidən tikməyə. Deyirlər öz hesabınıza bərpa edin, bizimsə imkanımız yoxdur” deyən müsahibim əlavə etdi ki, 8 baş ailədirlər, evdə qadın-qız, körpə uşaq var, ona görə narahatlıqları ikiqat artır.

Həmsöhbətim onu da dedi ki, dövlət söz verib, bir-iki aya qızını Mosulda müvafiq işlə təmin edəndən sonra onlar da birdəfəlik öz kəndlərinə dönəcəklər.

Azərbaycanda bir məsəl var: kasıb comərd olar. Qaçqınlıq həyatı yaşayan bu gözəl ailə bir tikə çörəyini bizimlə bölüşməklə qurtarmadı, israrla xahiş etdilər ki, gecəni onlarda qonaq qalaq. Xüsusilə də ailənin oğlu Nəbil bizdən ayrılmaq istəmirdi. Amma əlbəttə, yolumuz uzaqdır və bu səbəbdən də sağollaşıb yola çıxdıq…
İraqda qalan xatirələrim - IV yazı
Bəşir kəndi yenidən canlanır

İraqda olarkən baş çəkdiyimiz daha bir yer vardı – Kərkük ətrafında yerləşən Bəşir kəndi. Hansı ki, oranın hamısı türkmən olan sakinləri də Qarayataq kəndinin camaatı kimi ev-eşiklərini atıb, quru canlarını götürüb haralarasa pənah aparmışdılar.

Yeri gəlmişkən, iki il əvvəl İraqda olarkən bu kənd İŞİD-in nəzarətindəydi, İraq ordusu isə onu azad eləmək üçün mübarizə aparırdı. Bu dəfə qismət varmış, “Haşdi Şabi” Türkmən qüvvələrinin komandanı Zəki Muradla görüş zamanı Bəşirə getmək istədiyimi dedikdə, 2-3 əsgərini də mənə qoşub kəndə göndərdi.

Bəşir kəndi 35 mindən çox əhalisi olan, türkmən şəhəri Təzə Hurmatunun demək olar ikiaddımlığında yerləşir. Barlı-bərəkətli tarlaların arasında salınmış, amma İŞİD terrorçularının yararsız hala saldığı asfalt yolla şütüyən maşınımız 10 dəqiqədən sonra Bəşir kəndinə çatdı. Olduqca böyük kənddir, amma nə yazıq ki, evlərin çoxu daş qalağına çevrilib. Kənddə yalnız yaşayış evləri deyil, məscid, bütün sosial təyinatlı tikililər dağıdılıb, Həzrət Əlinin məkamı (İmam Əlinin vaxtilə burada qaldığı güman edilən ev), qəbiristanlıqdakı başdaşları belə uçurulub. Amma torpağa bağlı insanlar – Bəşir əhli tədricən geri qayıtmaqdadır. Kimin ki evi dağıdılmayıb qayıdıb, qalanlar da min cür çətinlik bahasına ev-eşiyini bərpa eləməyə çalışır. Özü də insanlar tikinti-bərpan işlərini öz hesablarına görürlər, çünki Bağdad hökuməti hələlik yardım göstərmir. Kəndin mərkəzində yerləşən, İŞİD tərəfindən yandırılmış məktəb binası kosmetik təmir edilib və hazırda məktəb fəaliyyət göstərir. Amma onun lap yanında Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən yeni məktəb binası tikilməkdədir. Tədricən su, işıq da bərpa edilməkdədir. Qısası, 5-6 min əhalisi ola Bəşir kəndində həyat normal axarına qayıtmaqdadır.

P.S. İki il öncə Kərkükə şimaldan – Ərbil yolu ilə gəlmişdim. O vaxt Türkmənelinin böyük hissəsi İŞİD tərəfindən zəbt edilmişdi, Kərkük isə kürd bayraqlarının kölgəsində qalmışdı. Bu dəfə Kərkükə cənubdan – Bağdad yolu ilə getdim. Türkməneli İŞİD-dən azad edilib, xarabazara çevrilmiş türkmən şəhər və kəndlərində canlanma başlayıb, türkmənlər ev-eşiklərinə dönür, Türkməneli yenidən əsl sakinləri olan türkmənləri təkrar qoynuna alır. Kərkük isə tamam dəyişib, təhlükəsiz, sürətlə yeniləşən şəhərə çevrilməkdədir. Türkmənlər öz tarixi qalasına ürək açıqlığı ilə gedir, öz kimliyini və mədəniyyətini daha əzmlə nümayiş etdirir. Hələ bu harasıdır, türkmənlər Kərkükə öz aralarından vali də seçməkdə israrlıdırlar. Bütün bunlar çox əla, Allah türkmən xalqına güc və böyük səbr versin…
İraqda qalan xatirələrim - IV yazı
Bakı-Bağdad-Nəcəf-Bakı

Vüsal Tağıbəyli
Səudiyyənin daha bir şahzadəsi azadlığa buraxıldıSəudiyyə Ərəbistanı hökuməti korrupsiya şübhələri ilə həbs edilən iş adamlarından 20 nəfərini həbsdən azad edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet azadlığa buraxılanlar arasında keçmiş maliyyə naziri, “Saudi Aramko” şirkətinin direktorlar şurasının üzvü İbrahim Assafın olduğunu bildirib.

Ər-Riyadın həbsdən azad etdikləri sırasında şahzadə Turki bin Xalid və “Saudi Telekom”un keçmiş rəhbəri Səud əl-Daviş də yer alıb. Bu şəxslərin hər biri müəyyən ödəniş etdikdən sonra azadlığa buraxılıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında korrupsiya ittihamaları ilə 200 nəfər həbs edilmişdi. Bunlardan 11-i şahzadə idi.
İŞİD-çilər Əfqanıstana yerləşdirilir Suriya və İraqdan qaçan İŞİD terror təşkilatının üzvləri Əfqanıstana yerləşdirilir.

Publika.az xəbər verir ki, Rusiya Əfqanıstanda on minlərlə İŞİD-çinin olduğunu, müharibə bölgələrindən qaçan döyüşçülərin Əfqanıstana keçməsi ilə bu sayın daha da çoxaldığını bildirib.

Bu barədə Rusiyanın Əfqanıstandakı xüsusi təmsilçisi Zamir Kabulov məlumat verib. O, bildirib ki, İŞİD bu ölkədəki qüvvələrini son dövrlərdə əhəmiyyətli dərcədə artırıb.

Əfqanıstanın keçmiş dövlət başçısı Həmid Kərzayi bir müddət öncə verdiyi açıqlamada İŞİD-in ölkəsindəki varlığının səbəbi olaraq ABŞ-ı göstərmişdi. O, terrorçuların xarici ölkələrdən müəyyən məqsədlər üçün gətirildiyini və ABŞ tərəfindən dəstəkləndiyini bildirmişdi.

Son hadisələr səbəbilə Türkiyə, Avropa, Orta Asiya respublikaları, Əfqanıstan və Pakistan kimi ölkələri bir-birinə bağlayacaq, dünyanın ən böyük tranzit və ticarət layihəsi kimi dəyərləndirilən Çinin “Bir qurşaq-bir yol” layihəsinin hədəf taxtasına qoyulduğu ehtimal edilir. Əfqanıstanda yerləşdirilən İŞİD döyüşçülərinin isə bu layihəni baltalamaq üçün istifadə olunacağı bildirilir.
Vəliəhd ölkəsinə gələn baş naziri necə həbs etdirdi?Livan Baş naziri Saad Həriri istefaya getdiyini bəyan etdiyi zaman Səudiyyə Ərəbistanı hökumətinin təzyiqi altında olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb.

“Səfərinin ikinci günü Həriri Ər-Riyad rəsmiləri tərəfindən səhər tezdən görüşə çağırılıb. Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin əməkdaşları onu həbs edərək, təhqir ediblər. Həriridən telefonlarını alaraq yanında yalnız bir mühafizəçisinin qalmasına izn veriblər. Bundan sonra baş nazirə öncədən hazırlanmış istefa məktubu təqdim edilib və Səudiyyə televiziyasında oxudulub. Livanda bu bəyanat şübhəli qəbul edilib və nəticədə Livan Prezidenti Mişel Aun onun istefasını təsdiq etməkdən imtina edib. Bir neçə saat sonra baş nazir prezidentlə əlaqə qurmağa müvəffəq olub. Aun Həririnin sərbəst şəkildə danışmadığını anlayıb və yalnız bundan sonra livanlı diplomatlara Qərbdəki siyasətçilərlə əlaqə qurmaq tapşırılıb.

Həriri ev dustaqlığı zamanında həyat yoldaşı və övladlarını görmək imkanından da məhrum olub. Tezliklə, onu Qərb ölkələrinin diplomatları ziyarət edib.

İndiyə qədər Səudiyyə Ərəbistanı hökuməti bu həbslə nəyə nail olmaq istədiyini tam açıqlamayıb. Lakin Həririnin həbsi vəliəhd Məhəmməd bin Salamanın təşəbbüsü olub və bununla da İranın ambisiyalarına cavab verməyə cəhd edilib. Belə ki, Ər-Riyad Həririnin İran siyasətçiləri ilə görüşündən narazı qalıb”, – deyə qəzet bildirib.
İnsan əti satılan restoran açıldıYaponiyanın paytaxtı Tokio şəhərində tam qanuni əsaslarla fəaliyyət göstərən və müştərilərinə insan ətindən hazırlanmış yeməklər təklif edən restoran açılıb.

Virtualaz.org xəbər verir ki, restoranın adı da fəaliyyətinə müvafiqdir - "Yeməli qardaş".
Bildirilir ki, buradakı yeməklərin qiyməti 100 avrodan 1000 avroya qədər dəyişir.

Qeyd etmək lazımdır ki, Yaponiya hökuməti hələ 2014-cü ildə kannibalizmi leqal elan edib. Bu ölkənin istənilən sakini dünyasını dəyişərkən cəsədini hər hansı restorana vəsiyyət edə bilər. Bunun müqabilində onun ailəsinə 35 min avro ödənilir.
Vəliəhddən milyarderə təklif: 6 milyard ver, azadlığa çıxSəudiyyə Ərəbistanı hökuməti rüşvətxorluq iddiası ilə həbs edilən ölkənin ən zəngin iş adamı, şahzadə Vəlid Talaldan azadlığa buraxılması müqabilində 6 milyard dollar pul tələb edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bundan öncə həbs edilən şahzadələr və biznesmenlərə öz sərvətləri qarşılığında azadlıq təklif edildiyini bildirib. Vəlid Talal azadlığa buraxılmaq üçün danışıqlar masasına oturmağın haqqındakı ittihamları qəbul etmək anlamına gəldiyini əsas gətirərək, kral Salmanla görüşməkdən imtina edib.
ABŞ-ın pul ayırdığı 5 ölkə Trampa qarşı çıxdı ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, bəzi ölkələr BMT-nin Baş Assambleyasının ötən gün keçirilən xüsusi sessiyasında ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə layihəsinin lehinə olduğunu nümayiş etdirib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın maliyyə yardımı ayırdığı İraq, Əfqanıstan, Misir, İordaniya və Pakistan qətnamənin lehinə səs verməklə diqqət çəkib.
Qeyd edək ki, Tramp Qüdslə bağlı ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının dayandırılacağını bəyan etmişdi.

Xatırladaq ki, BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamə ilə Qüds İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb.
42 yaşlı azərbaycanlı İtaliyada polisi döydüİtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər.

Virtualaz.org xəbər verir ki, üç sərxoş kişi karabinerlərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.

Polis əməkdaşları ilə əcnəbilər arasında münaqişə əraziyə nəzarət vaxtı baş verib. Asayiş pozucularının saxlanılmasından sonra məlum olub ki, azərbaycanlı şəxs hələ 2012-ci ildə immiqrasiya ilə bağlı hüquq pozuntusuna yol verib – saxta sənədlər təqdim edib.

Bununla əlaqədar olaraq, Ferrara şəhərinin məhkəməsi S.E.-ni 8 ay müddətinə azadlıqdan məhrum edib. Münaqişənin digər iki iştirakçısı üv dustaqlığına məhkum olunublar.
Qadın yutub videosu çəkmək üçün sevgilisini öldürdü - VİDEOABŞ-ın Minnesota əyalətində yaşayan Monaliza Perez adlı qadın Yutub videosu çəkmək üçün sevgilisini öldürüb.

Publika.az xəbər verir ki, qadın Pedro Ruiz adlı sevgilisi ilə brilikdə dünyanın ən təhlükəli videosunu çəkmək üçün qəribə bir sınaq keçirib.

Cütlük kameralar qarşısında Ruizin sinəsinə bir zireh kimi qoyulan kitabın güllənin qarşısını alıb-almayacağını test edib. Lakin kitab güllənin qarşısını ala bilməyib və Ruiz aldığı güllə yarasından dünyasını dəyişib.

Məhkəmə qarşısına çıxarılan M.Perez 6 ay həbs cəzasına və 10 il polis nəzarətinə məhkum edilib.