Şagirdi ilə cinsi əlaqəyə girən müəllimə hökm oxunduABŞ-ın İllinoys ştatında qalmaqal baş verib.

"Ölkə.Az" xəbər verir ki, 41 yaşlı Sara L.Mayers litseydəki şagirdi ilə cinsi əlaqəyə girib. Məhkəmənin hökmü ilə qadına 10 il azadlıqdan məhrum etmə cəzası verilib.
5 uşaq anası Sara 2016-cı ilin dekabr ayından bu yana şagirdi ilə cinsi münasibət qurub. Qalmaqal bununla da bitməyib. Mayersin başqa bir ştat sakini olan məktəb şagirdi ilə də 2016-cı ildən bu yana mütəmadi şəkildə görüşdüyü məlum olub. Məhkəmə isə qadına 10 iş kəsib.
Pxenyan dünyanı məhv edəcək Şimali Koreyadan cənuba qaçan əsgərlərdən birinin qanında Sibir xorası antitellərinə rast gəlinib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı informasiya yayıb.

Məlumata görə, Şimali Koreyadan qaçan əsgərin orqanizmində Sibir xorasına qarşı immunitet yaranıb. Əsgərin xəstəliyə qarşı peyvənd olması, yoxsa bakteriyaya məruz qalması barədə dəqiq informasiya verilməyib.

Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreya rəhbərliyinin ballistik raket başlıqlarına Sibir xorası virusu yerləşdirdiyi barədə informasiya yayılmışdı. Cənubi Koreya isə xəstəliyə qarşı peyvənd yaradılmadığı üçün belə bir zərbənin faciə ilə nəticələnəcəyini bildirmişdi.
İtkin düşmüş alpinistlərdən biri polis zabitidir – FOTO“Gilavar” – hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.
Bu barədə “Report”a klubdakı mənbə məlumat verib.

B.Hüseynovun polis leytenantı olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 26-da Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Axtarışlar DSX, FHN, Ekologiya və təbii Sərvətlər Nazirliyi,i və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Amerikanın on minlərlə vətəndaşı öləcək - Rusiyadan xəbərdarlıqKoreya yarımadasında müharibə olacağı halda Cənubi Koreyada yaşayan on minlərlə ABŞ vətəndaşı həlak olacaq.

Publika.az xəbər verir ki, bunu “Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Tarix göstərir ki, ABŞ öz hədəflərinə çatmaq istəyərkən başqa dövlətlərin vətəndaşlarının həyatlarını nəzərə almır. Ancaq Vaşinqton, Cənubi Koreyada 250 min amerikalının yaşadığını nəzərə almaya bilməz. Koreya yarımadasında irimiqyaslı döyüş əməliyyatları halında on minlərlə ABŞ vətəndaşı həlak olacaq. Və bu ABŞ üçün qəbuledilməz olacaq”, - o deyib.

Diplomat əlavə edib ki, Cənubi Koreyanın paytaxtı Seulun 50 kilometrliyində Şimali Koreyanın operativ-taktik raketlərlə təchiz edilən raket kompleksləri və yaylım atəş sistemləri yerləşir.
ABŞ-ın Fələstinə qarşı – Şok planıABŞ Fələstinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka fayl” portalı yayıb.

Sanksiyaların daha çox Mahmud Abbas və İordan çayının qərb sahilinə toxunacağı bildirir:

“ABŞ Prezidenti Donald Tramp Mahmud Abbasın tez-tez Amerikanın sülh danışıqlarındakı mövqeyini itirməsini söyləməsindən narahat olmağa başlayıb. Tramp diplomatları ilə birgə Fələstinə qarşı artıq 8 maddəlik embarqo hazırlayıb. Bu maddələrdə İsrail-Fələstin danışıqlarının sadəcə Təl-Əvivlə ərəb ölkələri arasında aparılması, Vaşinqtonun Fələstinlə əlaqələrini mərhələli şəkildə kəsməsi, Fələstin nümayəndələrinin ABŞ-a bir daha dəvət edilməməsi, Vaşinqtondakı Fələstin Azadlıq Təşkilatı ofislərinin bağlanması və danışıqlarda Abbası təmsil edən Saab Ərəkatın Ağ Evə qonaq olaraq dəvət edilməməsi məsələləri yer alıb. Bundan başqa, İordan çayının qərb sahilinə verilən 1 milyard dollarlıq yardımın dayandırılması üçün ABŞ həmçinin BMT-yə təzyiqlər edəcək”, - məqalədə bildirilir.
ABŞ Qüdsə görə qisas almağa başladıABŞ BMT-nin 2018-2019-cu illər üçün nəzərdə tutulan büdcəsinə ayırdığı vəsaiti 285 milyon dollar azaldacaq.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

“Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik”, - amerikalı diplomat bildirib.

Qeyd edək ki, dekabrın 24-də BMT Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. 5,4 milyard dollarlıq büdcənin 3 milyard dollarından çox hissəsini ABŞ verir. ABŞ həmçinin BMT-nin himayəsi altında həyata keçirilən “sülhü qoruma missiyaları” üçün də əlavə vəsait ödəyir.

ABŞ-ın bu addımı BMT-dən qisas almaq cəhdi kimi qiymətləndirilir. Dekabrın 22-də BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qeyri-qanuni hesab edən qətnaməni qəbul edib. Sənədin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Səsvermədən əvvəl isə Nikki Heyli BMT üzvlərini yardımları kəsməklə hədələmişdi.
Prezident öz oğlunu öldürəcək? – Şok istefaFilippin Prezidenti Rodriqo Dutertenin oğlu və Davao şəhərinin bələdiyyə sədrinin müavini Paolo Duterte narkotik ticarəti ilə məşğul olması ilə bağlı iddialara görə istefa verib.

Axar.az xəbər verir ki, Paolo Duterte ittihamlarla razılaşmayaraq, etibarını zədələmək üçün böhtan atıldığını bildirib.

Qeyd edək ki, hələ Davao şəhərinin bələdiyyə sədri olduğu müddətdə Dutertenin başladığı narkotiklə mübarizə kampaniyası onun prezidentliyi müddətində də davam edib və narkotik ticarətində şübhəli bilinən təxminən 3 min insanın həyatını itirməsi ilə nəticələnib. Filippin Prezidenti oğlunun narkotik ticarətində təqsirli bilinəcəyi halda onu öldürəcəyini bildirib.

Filippin hakimiyyət dairələrində isə Paolo Dutertenin istefası birmənalı qarşılanmayıb.
İŞİD məhv oldu, yeni terror təşkilatı yaradılırİŞİD-in məhv edilməsindən sonra Suriyada ABŞ-ın nəzarətində olan ərazilərdə "Yeni Suriya Ordusu" adlandırılan (Ceyş əl Cedit) terror təşkilatı yaradılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Bildirilib ki, yeni qurulan terror təşkilatının Haseke və Deyrizorda yerləşdirilən 3 düşərgəsinə 2500-dən çox PKK yaraqlısı yerləşdirilib.

Məlumatda qeyd olunub ki, yaxın zamanda təşkilatın 30 minlik "orduya" çevrilməsi planlaşdırılır.
İŞİD-çi: Azərbaycandan gələnlər çox qəddar olur - VİDEOCurrentTime.TV-nin xüsusi müxbiri Şahida Yakub özünün «Kadr arxasında» layihəsi çərçivəsində Suriya diktatoru Bəşər Əsədlə vuruşmuş və vuruşan insanlarla görüşüb. Onlar Əsədi Suriyanın legitim prezidenti saymırlar və hesab edirlər ki, onların müharibəsi hələ başa çatmayıb.

Bəs onlar niyə əllərinə silah alıblar? Nə üçün hesab edirlər ki, hazırkı prezident Bəşər Əsəd getməlidir?

Bəşər Əsəd rejiminə müxalif «Sultan Murad» batalyonunun qərargahı Türkiyənin Kilis şəhərində, iki ölkənin sərhədində yerləşir. «Sultan Murad», əsasən, etnik Suriya türkmanlarından ibarətdir. Onlar Suriya hökumət qüvvələrindən başqa, türkmanların torpaqlarının bir hissəsini zəbt etmiş İŞİD yaraqlıları ilə də vuruşmalı olublar.

«Bizim Suriyada 2 milyona yaxın türkman yaşayır. Özüm Hələb şəhərindənəm. Min ildən öncə Suriya ərazisinə gəlmiş səlcuq türklərinin törəmələriyik. Suriyanın bütün türkmanlarıƏsədə qarşı çıxır, çünki biz azad xalqıq. Əvvəlcə dinc etiraz edirdik, ancaq sonra bizə atəş açmağa başladılar. Əlimizə silah almaq istəmirdik, dinc etiraz etmək istəyirdik, ancaq başqa çıxış yolumuz yox idi», – etnik türkman Hüseyn İsa deyir.

Hüseyn danışır ki, müharibə başlayana qədər onun ailəsi – səkkiz qardaşının səkkizi də bizneslə məşğul olurmuş. Hüseynin özü isə dörd il Moskvada yaşayıb, ayaqqabı satışıyla məşğul olub. Müharibə başlayanda Hüseynin qardaşı Fəhim İsa «Sultan Murad» özünümüdafiə dəstəsini yaradıb. Onlar əvvəlcə Əsəd ordusu ilə vuruşublar. Sonra daha iki cəbhə açmalı olublar: İŞİD və silahlı kürd dəstələrinə qarşı:

«Adi silahlarla vuruşurduq. Çox torpaqları azad etdik. Allah özü bizə kömək olur. Sonra «Fərat qalxanı» əməliyyatı başladı. (Söhbət Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal ərazilərinin İŞİD-dən azad edilməsi əməliyyatından gedir. Bu əməliyyatda Rusiya aviasiyası Türkiyəyə kömək edib). Xeyli ərazini İŞİD-dən və kürdlərdən, bir qədərini də Əsəddən azad etdik. Əsəd dəlidir. O və atası 40 il sərvətimizi, ölkəmizi talayıb. Onlar 40 il sevimli Suriyamızı dəmir əlcəkdə saxlayıblar. Bu torpağın sahibi bizik və onu heç kimə verməyəcəyik. Elə bilirsiniz bu müharibədən yorulmamışıq? Yorulmuşuq. Ancaq istəyirəm hamı anlasın: Əsəd durduqca, bu müharibə bitməyəcək».

Reyhanlı Türkiyə-Suriya sərhədində yerləşən başqa bir şəhərdir. Burada, suriyalı komandirlərdən birinin evində Tunisdən olan 27 yaşlı keçmiş İŞİD yaraqlısı Abdalla yaşayır. O, hava zərbələri nəticəsində hər iki ayağını itirib.

«İraq və Suriyada vuruşmuşam. Qonşu ölkəyə, dostumu ziyarətə getmişdim. O təklif etdi ki, Suriyaya gedim, həm görüm orada nə baş verir, həm də özümlə pul aparım. Düzünü desəm, özümə də maraqlı idi. Ancaq biz Suriyaya gələndə pasportlarımızı, telefonlarımızı əlimizdən aldılar, özümüzə də dedilər ki, gedə bilmərik, vuruşmalıyıq. Onları fikirlərindən döndərmək mümkün olmadı», – Abdalla deyir.

Abdallanın sözlərinə görə, İŞİD-ə qoşulanadək Tunisdə yanacaq satırmış və dindən uzaq imiş. «İŞİD-in strukturu belədir: Piramidanın təpəsində əmir və ya baş komandan dayanır. Ondan sonra hərbi kəşfiyyat gəlir. Kəşfiyyat komandirlərinə hamıdan çox pul və ən yaxşı silahları verirlər. Onlar elitadır. Onlardan sonra ordu komandirləri gəlir. Bu, tabeçiliyə görə üçüncü pillədir. Sonra adi əsgərlər gəlir, döyüşən də onlardır. Onlardan sonra əhalinin islam qaydalarına əməl etməsinə baxan əxlaq polisi gəlir.

Əvvəl bizə 100 dollar ödəyirdilər, ancaq iqtisadi problemlər başlayanda 50 dollar verməyə başladılar. İlk 6-7 ay ərzində ailəm, ümumiyyətlə, harada olduğumu bilmirdi. Sonra anama zəng vurub dedim ki, Suriyadayam. O, ağlamağa başladı, xahiş etdi ki, geri qayıdım. Söz verdim. Buna görə ölməmək üçün əlimdən gələni etdim. Bu təşkilatdan çıxmaq və özümün əvvəlki normal həyatıma qayıtmaqdan ötrü hər şeyi edirdim», – o deyir.

Ancaq bombardmanların birində keçmiş yaraqlı hər iki ayağını itirib və onu müalicə almaq üçün İdlib əyalətinə göndəriblər. Burada o, bir yoldaşı ilə sözləşib. Onlar birlikdə Azad Suriya Ordusu komandirinin nömrəsini taparaq, hücum edən qoşunlara təslim olublar.

Abdalla keçmiş SSRİ-dən gəlmiş çox sayda yaraqlı ilə rastlaşdığını da deyir. «Çox! Özbəkistan, Qazaxıstan, Tacikistan, Azərbaycandan gələnlər ayrı vuruşurlar. Onların öz batalyonları var, başqalarına qarışmırlar. Azərbaycandan gələnlər başqalarından çox radikaldırlar», – Abdalla deyir.

General Haysam əl-Feysi isə Azad Suriya Ordusunun baş komandanlarından biridir. «Biz inqilabı dəstələmək qərarına gələndə, ordudan getmədik. Azadlıq tələb edən xalqımızı qorumağa getdik. İlk zabitlər Suriya hökumət ordusundan getməyə başlayanda hamısı belə deyirdi: bu addımı xalqımızı qorumaq üçün atırıq. Məhz buna görə də həyatımızı riskə atırıq və ölənədək xalqımızı müdafiə edəcəyik», – üsyançı general deyir.


Musavat.com

İsa peyğəmbər yadplanetli olub – İnanılmaz faktlarAlimlər qədim yazılı kitabələrin araşdırılması nəticəsində İsa peyğəmbərin dünyadan kənar yad sivilizasiyaya aid olduğuna qərar verib.

Kult.az xəbər verir ki, bu barədə “Rossiyskiy Dialoq” informasiya yayıb.

Ekspertlərin fikrincə, kahinlərin dua etdiyi Beytləhm (Vifleyem) ulduzu əslində yadplanetlilərin gəmisi olub. Bu nəzəriyyənin təsdiqi üçün mütəxəssislər heç bir ulduzun xilaskarın doğulduğu yerə səyahət etmək istəyənləri daşımaq üçün kosmosda sərbəst şəkildə hərəkət edə bilmədiyi fikrini səsləndiriblər.

Bundan əlavə, alimlər əmindir ki, Həzrəti İsa daim Yerə gəlmiş yadplanetlilərlə təmasda olub. Məsələn, ABŞ-da Morqan kitabxanasında saxlanılan sənəddə “Mehriban çoban özü də başqa planetdən idi” ifadələrinə rast gəlinib. Həmçinin Pensilvaniya Universitetinin muzeyində saxlanılan qədim perqamentdə də bu fakt təsdiqlənib.