DƏHŞƏT: İtlər 3 saatlıq körpəni əməliyyat otağında parçaladı - VİDEOHindistanda dəhşətli hadisə baş verib.

BBC xəbər verir ki, körpə dünyaya gələndən 3 saat sonra itlərin hücumu nəticəsində həyatını itirib.

Bildirilir ki, itlər pəncərədən əməliyyat otağına daxil olaraq, körpəyə xəsarət yetiriblər. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə polis tərəfindən nəzarətə götürülüb./publika.az
ABŞ Rusiyanı belə aldadacaq - Ekspert açıqladı
NATO “adi silahlar” adı altında Avropada yeni qanadlı və ballistik raketlər yerləşdirə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici Əlaqələr Şurasının eksperti Dmitri Stefanoviç NATO rəhbəri Yens Stoltenberqin Rusiyanın “İsgəndər” raketləri ilə bağlı açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, belə silahlara misal olaraq ATAMKS kompleksini əvəz edəcək “Presişn Strayk Misl” sistemini göstərmək olar. Ekspert bu raketlərin mənzilinin 500 km-ə çatacağını istisna etməyib:

“Vaşinqton aktiv şəkildə bu tip silahın modernləşdirilməsi ilə məşğuldur”.

Qeyd edək ki, Stoltenberq açıqlamasında NATO-nun ilin sonuna qədər Rusiyanın Avropa sərhədində “İsgəndər” komplekslərini yerləşdirməsinə cavab verəcəyini bildirmişdi.
İranlı generalın öldürülməsini Con Bolton tələb edib
“İranlı general Qasım Süleymaninin öldürülməsi barədə qərar 7 ay əvvəl qəbul olunub”.

Publika.az xəbər verir bu barədə NBC televiziyası ABŞ adminstrasiyasındakı 5 etibarlı mənbəyə istinadən məlumat yayıb. İddialara görə, 7 ay əvvəl ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulmasına dair Trampın sədrliyi ilə keçirilən toplantı zamanı İrana qarşı atıla biləcək sərt addımlar nəzərdən keçirilib. İddia edilir ki, prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton bu cavabın iranlı generalın öldürülməsi şəklində olmasını tələb edib. Xəbərdə deyilir:

“İyun ayında ABŞ-a məxsus pilotsuz aparatın vurulmasından sonra Con Bolton iranlı general Qasım Süleymaninin öldürülməsini təklif edib. Dövlət katibi Mayk Pompeo da bu təklifi dəstəkləyib. Lakin Tramp bildirib ki, bu yalnız “qırmızı xətt”in pozulacağı təqdirdə həyata keçirilə bilər”.

Xəbərdə qeyd edilir ki, ABŞ vətəndaşının öldürülməsi Tramp üçün “qırmızı xətt” idi. Xatırladaq ki, İraqda İran dəstəkli qüvvələrin hücumundan sonra ABŞ bazasında xidmət edən hərbçi həlak olub. Ardınca isə Bağdadda ABŞ ordusu iranlı general Qasım Süleymaniyə qarşı sui-qəsd təşkil edib.

Əlavə edək ki, Con Bolton sentyabr ayında Trampın qərarı ilə vəzifədən uzaqlaşdırılıb.

ABŞ ən böyük iki düşməninin adını açıqladı: Siyahıda İran yoxdur
ABŞ üçün əsas təhlükə Çin və Rusiyadır. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn “Axios” portalına müsahibəsində bəyan edib.

“Milli müdafiə strategiyasına uyğun olaraq Amerikaya qarşı ən böyük iki təhlükə özünə bərabər rəqiblər - Çin və Rusiyadan gəlir”, - deyə Obrayn bildirib.

O, əlavə edib ki, ABŞ heç vaxt Çin kimi qüvvələri bərabər rəqiblə qarşılaşmayıb.

Obrayn öz nəticəsini Çinin siyasi sistemi, əhalisi, qlobal ambisiyaları, həmçinin dünya ticarəti və iqtisadiyyatına hakim olmaq hədəfi ilə əsaslandırıb. Onun sözlərinə görə, Çin çox ciddi qəbul edilməlidir.

“Çin də daxil olmaqla, heç kimin hərbi baxımdan bizə etiraza cəsarət etməməsi üçün kifayət qədər güclü olmalıyıq”, - deyə müşavir vurğulayıb
ABŞ-dan İraqa TƏHDİD - Tramp bunun üçün hər yola əl atırİranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra ABŞ əsgərlərinin İraqdan çıxmasını gündəmə gətirən hökumət ABŞ Dövlət Departamenti tərəfindən təhdidlərə məruz qalıb.

Publika.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ İraqı valyuta ehtiyatlarının olduğu Nyu-York Federal Bankındakı hesablarına girməyi əngəlləmək riski ilə təhdid edib.

Qeyd edək ki, İraqın neftdən gələn bütün gəlirləri bu bankda yerləşir. ABŞ Federal Bankı İraq Mərkəzi Bankının nə qədər valyutanı orada saxladığını açıqlamır. Lakin İraq Mərkəzi Bankının ən son açıqlanan tablolarına görə, 2018-ci ilin sonunda Nyu-York Federal Bankında 3 milyardı var.

Bu bank dünya miqyasında 250-ə yaxın ölkənin mərkəzi bankı və digər xarici rəsmi qurumların hesablarını özündə saxlayır.

Xatırladaq ki, daha əvvəl ABŞ onlara 35 milyard dollar ödəyəcəyi təqdirdə, əsgərlərini İraqdan çıxaracağını önə sürmüşdü.
Generalların öldürüldüyü ərazidə abidələri ucaldılacaq
İran generalı Qasım Süleymani və İraq şiələrinin komandanlarından biri Əbu Mehdi əl-Mühəndisin öldürüldüyü ərazidə abidələri ucaldılacaq.

Axar.az xəbər verir ki, bu barədə iraqlı parlamentari deyib.

O bildirib ki, İraq Mədəniyyət Nazirliyi artıq bu məsələ ilə bağlı icazəsini verib:

“Mədəniyyət naziri ilə görüşdən sonra abidənin ucaldılması ilə bağlı razılığa gəlindi. Nazir İncəsənət Komitəsinə komissiya yaratmağı, tender elan etməyi və bu məsələ ilə bağlı işlərin heykəltəraşlar assosiyasiyası ilə koordinasiya aparılması barədə göstəriş verdi”, – deyə o bildirib.

O əlavə edib ki, abidənin konkret olaraq harada yerləşəcəyi Mülki Aviasiya İdarəsi, şiə milisləri və Bağdad Təhlükəsizlik İdarəsi ilə danışıqlardan sonra müəyyən ediləcək.
İsrail Qasım Süleymani haqda bilgiləri ABŞ kəşfiyyatına ötürüb
Əməliyyatdan xəbərdar olan yeganə ölkə lideri Binyamin Netanyahu olub

İsrail kəşfiyyatı Qasım Süleymaninin qətlində önəmli rol oynayıb. Bu xəbəri İsrailin “israelnationalnews” saytı yayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) iranlı generalın təyyarəsinin İraqa nə vaxt yola düşəcəyini dəqiq bilirdi. İsrail kəşfiyyatı bütün təfərrüatları hava zərbəsi endirilən gecəsi Amerika kəşfiyyatına ötürmüşdü.

Məlumata görə, Qasım Süleymaninin qətli ilə nəticələnən əməliyyatdan əvvəl belə bir planın mövcudluğundan xəbərdar olan yeganə ölkə lideri İsrailin baş naziri Binyamin Netanyahu idi. O, əməliyyata saatlar qalmış bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefonla danışmışdı.

Elbəyi Həsənli, Sürix,
Musavat.com
Vanqanın 2020-ci ilə dair dəhşətli proqnozları: Putinə sui-qəsd ediləcək, Tramp ağır xəstəliyə tutulacaq...
1911-ci ildə Makedoniyada anadan olan və 16 yaşında ildırım vurması nəticəsində görmə qabiliyyətini itirən Vanqa dünyanın ən məşhur öncəgörücülərindən biri olub.

Tarixin ən böyük öncəgörücülərindən olan Vanqanın 2020-ci illə bağlı proqnozları qorxuncdur. Bu günə qədər verdiyi bir çox proqnozları doğru çıxan öncəgörücünün bu illə bağlı proqnozları da olduqca maraqlıdır.

Bu proqnozlara görə, Rusiya prezidenti Vladimir Putin sui-qəsdə məruz qalacaq. ABŞ lideri Tramp isə ağır xəstəliyə tutulacaq.

Məlumdur ki, Vanqa 11 sentyabr hücumları, İŞİD-in qurulması və Brexit prosesi kimi bir çox hadisələrdən öz proqnozlarında bəhs etmişdi.

Putinə sui-qəsd ediləcək, Tramp xəstəlikdən öləcək

Vanqanın proqnozlarına görə, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi olacaq. Üstəlik bu sui-qəsd Putinin təhlükəsizliyindən məsul olan şəxs tərəfindən həyata keçiriləcək. Vanqa sui-qəsdin uğurlu alınıb-alınmayacağı ilə bağlı heç bir fikir bildirməyib.

Vanqanın bir başqa proqnozuna görə isə ABŞ prezidenti Tramp bu günə qədər sirri bilinməyən bir xəstəliyə tutulacaq və eşitmə qabiliyyətini itirəcək. ABŞ prezidentinin beynində bəzi əsas funksiyalarla bağlı problemlər də yaranacaq.

2020-ci il Avropa Birliyinin dağıldığı il olacaq. Üstəlik, Avropa iqtisadiyyatı tamamilə çökəcək.

Qatarlar Günəş işığı ilə hərəkət etməyə başlayacaq. Neft dəyərdən düşəcək və dünya az da olsa, hüzura qovuşacaq.

Vanqanın proqnozlarının ilk dördlüyündə yer alan məlumatlara aşağıdakılar daxildir:

'Böyük və güclü bir əjdaha bəşəriyyətin başında öturacaq. Üç nəhəng ölkə birləşərək dünyanı idarə edəcək. Əllərində qırmızı sikkə olan insanlar olacaq. Bundan əlavə, çoxlu sayda sıfırlı ədədlər insanlığı idarə edəcək. '

Şərhçilər bu sətirləri “Çin yeni dünya nəhəngi olacaq”, - deyə şərh edirlər. Səbəb Çinin simvolunun əjdaha olmasıdır. Proqnozda adı keçən 3 nəhəng ölkə - Rusiya, Hindistan və Çindir. “Qırmızı sikkələr”in də mənası var. Belə ki, bu söz bizə Çinin 100 yuanındakı qırmızı əskinasları və Rusiyanın 5000 rublunu xatırladır.

III Dünya Müharibəsi ilə bağlı Vanqanın proqnozları nələrdir?

Ötən həftə Pentaqon, Bağdad Beynəlxalq Hava Limanında İran Qüds Qüvvələri komandiri Qasim Süleymaninin və Haşd əl-Şabi komandiri Əbu Mehdi əl-Mühəndisin öldürüldüyünü açıqlayıb.

Bununla da İran və Amerikanın yanvar ayının ilk günlərində qarşı-qarşıya gəlməsi sosial mediada Üçüncü Dünya Müharibəsi müzakirələrinə səbəb olub.

Qeyd edək ki, Vanqa bundan öncə də Suriyadakı bəzi hadisələrdən sonra supergüclər arasında nüvə müharibəsi baş verəcəyini və nəticələrinin ABŞ prezidentinin məhvinə gətirib çıxaracağını proqnozlaşdırmışdı.

Bundan əlavə, Vanqa Şimali Koreyanın dünyaya təhdid olduğunu və gün keçdikcə daha da böyüyəcəyini də bildirmişdi.

Musavat.com

Vanqanın başqa bir proqozu isə bəzi Orta Şərq ölkələrinin 2040-cı illərə qədər Avropaya birbaşa nüvə hücumu edə biləcəyidir. Bir sözlə, öncəgörücü mümkün olan Üçüncü Dünya Müharibəsini gördüyünü açıq bir tərzdə öz proqnozlarında izah edib.

Toğrul İsmayıl,
Musavat.com
İrana bağlı Kərbala Briqadasının komandiri öldürüldüÖtən gün yanvarın 11-də İraqda İrana bağlı şiə qruplaşmalarından birinin lideri, görkəmli komandir Taleb Abbas Əli əl-Səidi öldürülüb.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən bildirir ki, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin lideri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.

Taleb Abbas Əli əl-Səidi Xalq Səfərbərlik Qüvvələrinə bağlı Kərbala Briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.

Birləşmiş Ştatların Yaxın Şərqdə əməliyyatlara rəhbərlik edən Mərkəz komandanlığı Kərbala şəhərindəki silahlı əməliyyat barədə şərh verməyib.

Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin, o cümlədən İraqdakı "Həşdi Şabi" qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib.



İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın "Əl-Qüds" qüvvələri tərəfindən dəstəklənir.
Trampdan İrandakı etirazçılara farsca dəstək - Foto
ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, o, tvitter hesabında etirazçılara fars dilində dəstək verib.

“Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, - deyə, Tramp qeyd edib.



Trampın fikrincə, İran hakimiyyəti “insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya seyr edir”.