Liviya Türkiyəyə təşəkkür etdi - Hərbi dəstək
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Liviya Xarici İşlər naziri Tahir Siyala arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı liviyalı nazir Tahir Siyala Liviyaya əsgər göndərilməsi barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən qətnaməyə görə Mövlud Çavuşoğluna təşəkkür edib.
ABŞ terrorçu YPG/PKK-ya 250 TIR silah göndərib
ABŞ Suriyadakı YPG/PKK terrorçularının nəzarətində olan ərazilərdəki hərbi bazalarına hərbi avadanlıq və silah tədarükünü davam etdirir.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Haseke bölgəsindəki mənbə məlumat verib.

Qeyd olunub ki, son bir həftə ərzində İraq-Suriya sərhədində yerləşən Əl-Valid keçid məntəqəsindən 250 TIR-dan ibarət üç karvan keçib.

130 yük maşınından ibarət olan son karvan bir gün əvvəl keçid məntəqəsindən keçib.

Yük maşınlarında 4x4 təkər formullu pikap, tikinti texnikası, ağır silah və sursat olub.
   Hillari Klinton rektor təyin olundu
Hillari Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin olunub.

Axar.az xəbər verir ki, Klinton Belfastda yerləşən 175 yaşındakı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək. O, bu universitetə təyin olunan ilk qadın rektordur.

42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi olan Hillari Klinton universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu deyib.
Niderland hökuməti “Hollandiya” adından rəsmən imtina etdi
Niderland hökuməti 2020-ci il yanvarın 1-dən etibarən “Hollandiya” adının işlənməyəcəyini elan edib.

Trend-in məlumatına görə, yeni qərara əsasən, tədris müəssisələri, şirkətlər, eləcə mətbuat orqanları “Hollandiya” adından istifadə etməyəcək.

Niderland hökuməti bildirib ki, bu qərar ölkə ilə bağlı mənfi imicin aradan qalxması ilə əlaqədar qəbul edilib.

Bundan başqa, “Hollandiya” adının ləğv olunması ölkə üzrə turist axınını tənzimləyəcək. Belə ki, bu gün ölkəyə gələn turistlərin böyük əksəriyyəti tarixi Hollandiya ərazisinə, yəni Amsterdam, Haaqa və Harlem şəhərlərinə səfər edir.
 İranlı generaldan ABŞ-a: Bizimlə düzgün dildə danışın!
Ölkəni müharibəyə doğru aparmırıq, amma müharibədən də qorxmuruq.

Axar.az xəbər verir ki, bunu Əhvaz şəhərində çıxışı zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri general Hüseyn Səlami deyib. O, ABŞ-a İran xalqı ilə düzgün bir dillə danışması gərəkdiyini söyləyib.

Səlami ABŞ-ın İraqdakı hadisələrdə İranı ittiham etməsinə də münasibət bildirib:

“ABŞ uğursuz olduğu hər yerdə İranı günahkar sayır”, - deyə o söyləyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında keçirilən etirazlara münasibət bildirərək, İranı ittiham etmişdi. İran Prezidenti Həsən Ruhani isə xalqının mənafeyi üçün zərbə endirməyə hazır olduqlarını söyləmişdi. Daha sonra Tramp növbəti dəfə açıqlama verərək, müharibə istəmədiyini bildirmişdi
Baş qərargah rəisi helikopter qəzasında öldü
Tayvan Baş qərargah rəisi Şen Yi-Minqin də içərisində olduğu helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə CNA agentliyi məlumat yayıb. Agentlik paytaxt Taybey şəhəri yaxınlığındakı dağlıq əraziyə düşən helikopterdə ümumilikdə 13 nəfərin olduğunu yazıb.

Helikopterdə olanlardan 11-nin xilas edildiyi, 2 nəfərin axtarışlarının davam etdiyi bildirilir.

CNA baş qərargah rəisinin həlak olduğunu yazıb.
Yeni il gecəsi ABŞ-da baş verən atışmalarda azı 10 nəfər öldürülüb
Yeni il gecəsi ABŞ şəhərlərində baş verən atışmalarda azı 10 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "USA Today" məlumat yayıb.

Qəzetin məlumatına görə, atışma əsasən barlarda və gecə klublarında olub. Belə, iki nəfər Orlandoda (Florida ştatı) gecə klubunda bayram şənliyinin gedişatında baş verən atışma vaxtı həlak olub. Daha iki nəfər Texasdakı klubda öldürülüb.

Həmçinin bir neçə nəfər də Sent-Luis şəhərində (Missuri ştatı) və Filadelfiyada (Pensilvaniya ştatı) həlak olub. Bununla yanaşı, yeddi nəfər Virciniya ştatının barında silahlı insident nəticəsində zərər çəkib.

Daha əvvəl "USA Today" nəşri bildirib ki, ABŞ-da 2019-cu il ərzində 40-dan çox kütləvi qətl törədilib. Bu, 50 il ərzində rekord göstəricidir.
Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır
ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Senatda ABŞ liderinin impiçmenti ilə bağlı təhqiqat çərçivəsində ifadə verməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı bildirib.

Qeyd edilir ki, Culiani Floridada ABŞ prezidentinin malikanəsində jurnalistlərlə söhbətində deyib: "Mən ifadə verərdim".

Vəkil həmçinin bu prosesdə ABŞ liderinin maraqlarını təqdim etməyə hazırlığını ifadə edib.

Culiani fərz edir ki, Trampın hakimiyyətdən kənarlaşdırılmasına nail olmaq istəyən siyasi rəqiblərinə də qarşı ittihamlar irəli sürmək mümkün olardı. "Mən məmnuniyyətlə bu işlə məşğul olardım", - vəkil deyib.
Təhlükə yaşanır, ABŞ-a ehtiyacımız var - Bərzani
ABŞ-ın Bağdaddakı səfirliyinə təşkil edilən hücum böyük narahatlıq doğurur.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani deyib.

"Bu, qəbuledilməz və İraqın maraqlarını zərbə altında qoyan bir addımdır. Mülki nümayişlər insanların təbii haqlarıdır. Lakin səfirlərə, rəsmilərə qarşı şiddət çox təhlükəli durumdur. ABŞ İraqın bölgədə əsas müttəfiqlərindən biridir. İraqın terrorla mübarizədə ABŞ-ın dəstəyinə ehtiyacı var", - Bərzani bildirib.

Qeyd edək ki, bir qədər əvvəl yüzlərlə etirazçı ABŞ-ın Bağdaddakı səfirliyinə hücum edib. Onlar diplomatik korpusun binasının divarına od vurublar.
Onminlərlə müsəlman türklərə görə ayağa qalxdı
Dünyanın ən qələbəlik müsəlman ölkəsi İndoneziyanın paytaxtı Cakartada onminlərlə insan Çində uyğur türklərinə tətbiq olunan təzyiq siyasətinə etiraz üçün küçələrə axışıb.

Axar.az xəbər verir ki, Şərqi Türküstan rəsmiləri bu dəstəyi bütün islam aləmindən görmək istədiklərini bildiriblər.

Şərqi Türküstanın Məclis başqanı Seyid Tümtürk dəstəyə görə İndoneziya xalqına təşəkkür edib.

"Möhtəşəm bir qələbəliklə Çin zülmünə qarşı birlik nümayiş etdirdik", - o bildirib.