ABŞ gəmilərinə yeni raket yerləşdirdi - Rusiyaya qarşı
ABŞ özünün sualtı qayıqlarına “Trident” nüvə raketləri yerləşdirib.

Axar.az xəbər verir ki, bu məlumatı Amerika Alimlər Federasiyası yayıb. Məlumata görə, bu raketlərlə təchiz edilmiş ilk gəmi 2019-cu ilin sonlarında Atlantik okeanında patrul fəaliyyətinə çıxıb.

Qeyd edək ki, bu tip yeni döyüş başlıqlarının yaradılması haqqında məlumatı Tramp administrasiyası 2018-ci ilin əvvəlində paylaşmışdı. O zaman bütün döyüş başlıqlarının Rusiyanın qarşısının alınması üçün hazırlandığı vurğulanmışdı.
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndirib.

Sanksiyalar siyahısında səkkiz fiziki şəxs və Krıma dəmir yolu ilə sərnişin daşıyan “Grand Express Service” şirkətinin adı yer alıb.


Bununla yanaşı, Sevastopolun qubernatoru vəzifəsini icra edən Mixail Razvojayev, şəhər qanunverici məclisinin spikeri Vladimir Nemtsev və Sevastopolun senatoru Yekaterina Altabayevanın adı “qara siyahı”ya salınıb.
Çində daha 38 nəfər virusdan öldü
Çində son 24 saat ərzində 38 nəfər koronavirusdan dünyasını dəyişib.

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, koronavirus epidemiyası səbəbindən ölənlərin sayı 170-ə, infeksiyaya yoluxanların sayı isə 7 min 711 nəfərə çatıb.
Ərəb ölkəsi Trampın sülh planını dəstəklədi
Bəhreyn ABŞ Prezidenti Donald Trampın "Əsrin müqaviləsi" planına dəstək olub.

Axar.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi məlumat yayıb.

"ABŞ-ın bölgədəki sülh prosesi üçün göstərdiyi səylər təqdirə layiqdir və Trampın açıqladığı plan bu prosesi sürətləndirəcək. Müstəqil Fələstin dövlətinin qurulmasını və tərəflər arasında razılaşma yolu ilə bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyirik", - XİN qeyd edib.
Bu ölkə də Çinə bütün reysləri ləğv etdi
“Avstriya Hava Yolları” şirkəti (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib.

Axar.az xəbər verir ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.
Səudiyyəyə dəhşətli hücum: neft obyektləri vuruldu – Təcili
Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramko” şirkətinə məxsus neft obyektlərini vurub.

Axar.az xəbər verir ki, Husilər Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramko”nun neft obyektlərini və Abha hava limanına hücum edib.

Bildirilir ki, əsasən zərbələr hava limanındakı anbarlara və digər hərbi texnikaların saxlanıldığı yerlərə yönəlib.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında "Saudi Aramko"nun iki zavoduna hücum gerçəkləşdirilmiş və zavodlarda uzunmüddətli yanğınlar olmuşdu.
Ölümcül virus AvropadaAlmaniyanın Bavariya əyalətində yeni tip koronavirusa yoluxanların sayında artım var.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.

Bavariya Səhiyyə Nazirliyinə istinadən verilən xəbərdə 4 nəfərə virus diaqnozu qoyulduğu və onların karantinə alındığı bildirilib.

Virusa yoluxanların çinli qadınla işgüzar əməkdaşlığı olub.

Şəhərdə 40-a yaxın insan virusa yoluxma ehtimalı ilə nəzarətə götürülüb.

Qeyd edək ki, Avropa Xəstəliyin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) daha əvvəl Almaniyada təsbit edilən ilk koronavirusun Avropada yayılma ehtimalının olmadığını açıqlamışdı.

Xatırladaq ki, "2019-nCoV" kod adlı koronavirus ilk dəfə Çinin Vuham şəhərində epidemiyaya çevrilib. Qeyri-rəsmi məlumata görə, minlərlə insana virus diaqnozu qoyulub. Rəsmi Pekin Vuhan şəhərini yerlə-yeksan etmək niyyətindədir.
Fələstin AYAĞA QALXDI: Tramp və Netanyahu fiaskoya uğrayır ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahunun “Əsrin müqaviləsi”ni bəyan etməsindən sonra Fələstindən ilk açıqlama gəlib.

Publika.az xəbər verir ki, “Həmas” hərəkatının sözçüsü Həzim Qasım Qəzzanın silahsızlaşdırılması şərtini qəbul etmədiklərini bildirib.

“Qəzzadakı Fələstin dirəniş qruplarının əlindəki silahlar qanunidir. Biz bu silahlarla Fələstin xalqını qoruyuruq. Onlarla itirilən torpaqların geri qaytarılmasına çalışırıq. Heç bir qüvvə bu silahları fələstinlilərin əlindən ala bilməz”, - sözçü qeyd edib.

O, Fələstin xalqının İsraili bütün torpaqlardan çıxaracağını, Donald Trampın “Əsrin müqaviləsi” adlandırdığı quru sözlərinin dirəniş qarşısında buxarlanacağını bildirib.

Qeyd edək ki, ABŞ-ın müzakirələrə başlaması üçün İsraildən deyil, Fələstindən tələbləri olduğu dilə gətirilib. Bu tələblər sırasında Qəzzanın silahsızlaşdırılması, terrorçulara ( fələstinli məhkumlar və öldürülənlərin ailələləri nəzərdə tutulur) maddi yardımın dayandırılması, Beynəlxalq Cəza Məhkəməsinə şikayət göndərilməsinə son qoyulması, İsrailə qarşı təxribatın dayandırılması və onun rəyi olmadan beynəlxalq qurumlara üzv olunmaması yer alır.

İki liderdən böyük tamaşa

Donald Tramp və Binyamin Netanyahu daxili siyasətdə fiaskoya uğrayır. Trampın impiçment təhlükəsi, Netanyahunun isə istintaqa cəlb edilməsi hələ də gündəmdədir. Dünya mətbuatına əks olunan şərhlərdə planın tətbiq ediləcək bir tərəfinin olmadığı, ölkə daxilində sıxışan iki liderin ictimaiyyətə güc göstərişi edərək xal qazanmağa çalışdığı vurğulanır.
İsrailin yarım əsrlik işğalı... - “Amnesty İnternational”ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü təşəbbüs beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə sülhə kömək etmir.

Axar.az xəbər verir ki, bu barədə “Amnesty İnternational” təşkilatı bəyanat yayıb.

“Razılaşmada nəzərdə tutulan ərazilərin dəyişdirilməsi prinsipi Fələstin ərazisinin daha da ilhaq edilməsini özündə ehtiva edir və bu, beynəlxalq humanitar hüququn kobud pozulmasına gətirib çıxaracaq. Yarım əsrlik işğal ərzində İsrail fələstinlilərin əsas hüquqlarını rədd edərək ayrı-seçkilik sistemi qurdu. Bu sövdələşmə belə bir qəddar, qanunsuz siyasətin təsdiqlənməsi deməkdir”, - bəyanatda qeyd olunub.

“Amnesty İnternational” beynəlxalq birliyi ABŞ Prezidentinin təşəbbüslərini rədd etməyə çağırıb.