Belçika və makedoniyalı deputatlar Xocalı soyqırımından danışdılar
“Xocalıda yaşanan insanlıq faciəsi, qətliamın dərdini hər zaman ürəyimizdə hiss edir, azərbaycanlı qardaş və bacılarımızın acılarını bölüşürük. Xocalı qətliamı insanlıq tarixinə yazılan bir ləkədir. Bütün bəşəriyyət bundan dərs çıxarmalıdır. Yaşanan qətliam insanların yaddaşına ağır formada həkk olunub”.

Bu sözləri Belçika parlamentinin millət vəkili Şevket Temiz bildirib.

“Təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Bir milyon azərbaycanlı qardaş və bacılarımız öz dədə-baba yurdundan didərgin salınıb. Hər zaman olduğu kimi bundan sonra da qardaşlarımızın haqlı mübarizəsində onların yanındayam. Xocalı qətliamında həyatlarını itirən azərbaycanlı qardaş və bacılarımıza Allahdan rəhmət, kədərli ailələrə, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Şəhidlərimizə Allah rəhmət eləsin”,-deyə millət vəkili qeyd edib.
Belçika və makedoniyalı deputatlar Xocalı soyqırımından danışdılar
Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim isə Xocalı soyqırımını unutmayacaqlarını bəyan edib.

“Acınız acımızdır. Xocalı soyqırımı insanlıq tarixi üçün bir qara ləkədir. Xocalıda müdafiəsiz 600-dən çox insan qətlə yetirildi. Heç bir zaman Xocalı soyqırımını unutmayacağıq”.

Elnur Eltürk


Haftara böyük dəstək: Qiyamçı ordu hücuma keçdi – Türkiyəyə qarşı planSəudiyyə Ərəbistanının Liviyada qiyamçı general Xəlifə Haftarın liderliyindəki orduya dəstək verən Rusiyanın muzdlulardan ibarət “Vaqner” qrupunun maliyyələşdirdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, səud hökuməti Haftar ordusuna gizli yolla verdiyi dəstəyi artırmaq barədə qərar verib.

“Al-Monitor” nəşri Səudiyyə Ərəbistanının bölgədə Türkiyə əleyhinə formalaşan yeni koalisiyanın güclənməsində baş rolu oynadığını iddia edib. Riyadın bu məqsədlə Birləşmir Ərəb Əmirlikləri ilə birlikdə Haftar ordusuna dəstək verən “Vaqner” qrupuna maddi-texniki dəstək verdiyi bildirilib.

Mənbə Səudiyyə və BƏƏ-dən dəstəyi güclənən Haftar ordusunun yenidən Tripoliyə hücuma keçdiyini yazıb.

Bundan əvvəl Fransanın “Le Monde” nəşri də eyni iddia ilə çıxış etmişdi. Məlumata görə, Səudiyyə Ərəbistanı son olaraq Tripolidəki Milli Sülh Hökumətini hədəf alan Haftar ordusuna 10 milyon dollar yardım göndərib.

Nəşr Səudiyyə Ərəbistanı və BƏƏ-nin əsas məqsədinin Haftara dəstək yox, Liviya Milli Sülh Hökumətinə dəstək verən Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq olduğunu yazıb.
Türk ordusu ruslara və Əsədin qüvvələrinə QAN UDDURDUTürkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu İdlib şəhərində Bəşər Əsəd rejimi qüvvələri, eyni zamanda İran dəstəkli qruplaşmalara ağır zərbələr endirir.

Publika.az xəbər verir ki, Suriya Milli Ordusu daha əvvəl 2 dəfə ələ keçirib rusların ağır bombardmanından sonra geri çəkilmək məcburiyyətində qaldığı Neyrab qəsəbəsində hakimiyyətini bərpa edib.

Türk ordusunun top atışlarıyla birlikdə qəsəbəyə daxil olan müxaliflər ən az 50 rejim əsgərini zərərsizləşdirdikdən sonra bayraqlarını qaldırıb. Neyrabda öldürülənlər arasında rejimə sadiq general-mayor Sudair əl-Bari, general-mayor Kamal Yusif Cufful və polkovnik Şərəf Sümər Şaban da var.

Ruslar dəliyə döndü


Qəsəbədə SMO-ya bir müddət müqavimət göstərməyə çalışan rejimin 76-cı tuqayı müxaliflərin hücumundan sonra arxasına belə baxmadan qaçıb. Rusiyaya bağlı muzdlu döyüşçülərin komandanı Süheyl Həsənin istəyi ilə bölgəyə Sərakibdən yardım göndərilib. Lakin müxaliflər bu qüvvələri də aradan qaldırdı. Neyrabın alınması rusları sözün həqiqi mənasında, dəli edib. Onların döyüş təyyarələri gecə boyunca Neyraba bombalar yağdırıb, amma müxaliflər bu dəfə geri çəkilməyib.TSQ-nin müşahidə məntəqələri ilə rejim mövqeləri arasında qarşılıqlı top atışları olub.

Tanklar məhv edildi


Rejim ağır tus bombardmanından sonra ötən gün səhər saatlarında qəsəbəyə girmək istəyib. Müxalifllər gələn əlavə hərbi qüvvəyə bir daha zərbə vuraraq rejim ünsürlərini geri oturdub. Bölgədə ən az 12 rejim əsgəri ölüb, 2 tank və 1 zirehli piyada döyüş maşını məhv edilib. Yenə eyni saatlarda Sərakib yaxınlığında rejimə aid 5 tank yükləndikləri maşınlarla birlikdə zərərsizləşdirilib. Neyrabı ələ keçirən müxaliflər dünən günorta saatlarında Sərakibə doğru istiqamət götürüb. İlk olaraq San və Maared Aliya kəndləri alınıb. Təxribata qurban gedən rejim əsgərlərinin Maared Aliyadan qaçışları havadan görüntülənib.

Növbəti hədəf


Salihiyyə kəndində də əhəmiyyətli irəliləyiş əldə edən müxaliflər bölgədəki digər kəndləri rejimdən təmizləyib Sərakibi mühasirəyə almaq istəyir. Çünki Sərakib Dəməşq-Hələb əlaqələrini təmin edən M4 magistralı ilə Lazkiyədən Hələbə uzanan M5 magistralının birləşdiyi nöqtədə yerləşir.
Hüsnü Mübarək öldü
Misirin eks-prezidenti Hüsnü Mübarək vəfat edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Skay Nyus Arabia” öz mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, Mübarək 2011-ci ildə ərəb baharı zamanı devrilib. O, 1975-1981-ci illərdə Misirin vitse-prezidenti, 1981-2011-ci illərdə isə prezidenti olub.
Əsəd ölkədən qaçırdı, Süleymani imkan vermədi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandiri general Qasim Süleymani Suriya problemi ilə tək mübarizə apararaq bu ölkəni xilas etdi.

Axar.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sabiq komandirlərindən Həsən Plarek deyib.

“Hətta Suriya Prezidenti Bəşər Əsəd mühacir kimi Rusiyaya sığınacaqdı. O vaxt general Qasim Süleymani bunun qarşısını aldı”, - H.Plarek bildirib.
DƏHŞƏTLİ PROQNOZ: Ölümcül virus bütün Avropaya yayılacaq
“Koronavirus Avropanın bütün ölkələrinə yayıla bilər”.

Publika.az xəbər verir ki, İtaliyanın Baş naziri Cuzeppe Konte belə açıqlama verib. O bildirib ki, tibbi ləvazimatlar və canlı qüvvə hələki virusun yayılmasının qarşısını almaqda acizdir. Hökumət başçısının sözlərinə İtaliyada ölümcül virusun yayılma sürəti ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək.

Qeyd edək ki, İtaliyada virusdan 7 nəfər həyatını itirib. 200 nəfər virusa yoluxub.

Anar Türkeş
ABŞ-da koronavirus daşıyıcılarının sayı artıb
ABŞ-da yeni növ koronavirusa azı 14 yeni yoluxma faktı qeydə alınıb, bununla da ölkədə yoluxanların ümumi sayı 53 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin rəsmi saytında bildirilib.

Məlumata görə, həmin 12 nəfər koronavirusa yoluxma hallarının daha əvvəl qeydə alındığı ölkələrə səfər zamanı bu virusa yoluxublar. Digər iki nəfər isə ABŞ-da virus daşıyıcıları ilə təmas zamanı yoluxub.

Qalan 36 nəfər karantin altına alınan “Diamond Princess” kruiz gəmisindən, daha üç nəfər isə fevralın əvvəlində Çinin Uhan şəhərindən təxliyə olunub.

Dünyanın ƏN QORXUNC xüsusi təyinatlıları - Görün siyahıda hansı ÖLKƏLƏR VARDünyada elə ordular və ya qoşunlar var ki, onların adı gələndə düşmənləri istər-istəməz təşviş içində qalır.

Publika.az dünyaya şöhrətini yayan xüsusi təyinatlı dəstələrin siyahısını təqdim edir:

1. Tayvan Xüsusi Təyinatlı Qüvvələri

2. Peru Ordusu Xüsusi Təyinatlı Qüvvələri

3. Kanada Anti-Terror Hücum Qüvvələri

4. Alman Sualtı Komandoları

5. ABŞ Xüsusi Təyinatlı Qüvvələri

6. Danimarka Xüsusi Təyinatlı Qüvvələri

7. Böyük Britanya Xüsusi Təyinatlı Qüvvələri

8. Fransa Xüsusi Təyinatlı Qüvvələri

9. ABŞ Xüsusi Əməliyyat Komandoları

10. Alman ordusu Xüsusi Təyinatlı Qüvvələri

11. ABŞ Hərbi Dəniz Qüvvələri

12. Serbiya Jandarm Qüvvələri

13. Norveç Xüsusi Təyinatlı Qüvvələri

14. Fransa Hərbi Dəniz Qoşunu

15. Koreya Xüsusi Təyinatlı Qüvvələri

16. Rusiya Xüsusi Təyinatlı Qüvvələri

17. Kanada Xüsusi Əməliyyat Komandası

18. İrlandiya Ordu Keşikçiləri

19. Yeni Zelandiya Xüsusi Təyinatlı Qüvvələri

20. “Jaqdkommando” - Avstirya Xüsusi Təyinatlı Qüvvələri

21. Norveç Ordusu Xüsusi Təyinatlı Qüvvələri

22. İraq Xüsusi Təyinatlı Qüvvələri

23. Fransa Xüsusi Təyinatlı Qüvvələri

24. İsrail Xüsusi Təyinatlı Qüvvələri

25. Türkiyə Xüsusi Təyinatlı Qüvvələri – “Bordo Beretlilər”
Avropa təşvişdə: İtaliya ilə əlaqələr kəsildi – QərarAvstriya Federal Dəmir Yolları yeni növ koronavirusun yayılması səbəbilə İtaliya ilə qatar səfərlərini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda 500 sərnişinin olduğu iki qatar İtaliya sərhədində saxlanılıb.

İtaliyadan Avstriyaya gedən sərnişin qatarında iki nəfər virusa yoluxması şübhəsi ilə İtaliyanın Verona bölgəsindəki xəstəxanaya göndərilib.

Testlərin nəticələrində sərnişinlərin sağlamlığında problem olmadığı aşkarlansa da, qatar Avstriyanın Brenner şəhərində dayandırılıb.

Cümə günündən bəri İtaliyada sürətlə yayılan epidemiya qurbanlarının sayı artır. Bu günə qədər ölkədə 152 insan virusa yoluxub, onlardan 3 nəfər həyatını itirib.