Koronavirus Səudiyyə Ərəbistana da çatdı
Səudiyyə Ərəbistanında yeni növ COVID-19 koronavirusuna ilk yoluxma halı qeydə alınıb.

Modern.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Laboratoriya araşdırmaları Bəhreyn üzərindən İrandan gələn Səudiyyə Ərəbistanı vətəndaşında yeni növ koronavirusa ilk yoluxma halını təsdiqləyib. Hal hazırda xəstə həkimlərin nəzarəti altında olduğu tibb müəssisələrindən birində karantinə yerləşdirilib".

Qeyd edilir ki, xəstələnən şəxsin bütün əlaqədə olduğu insanlar müəyyən edilib və onlardan analiz götürülüb.
Türk ordusu inanılmazı bacardı: Əsədin itkiləri açıqlandı - RƏSMİ
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində gerçəkləşdirdiyi “Bahar qalxanı” əməliyyatı planlaşdırıldığı şəkildə davam edir.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, bu günə qədər rejimə aid 2 döyüş təyyarəsi, 2 Silahlı Uçuş Aparatı, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi, 86 top/ÇNRA, 16 tank əleyhinə top, 77 zirehli piyada döyüş maşını, 12 tank əleyhinə raket, 4 səhra topu, 44 raket atıcısı, 73, hərbi avtomobil, 24 zirehli avtomobil, 9 silah anbarı, 2 idarəetmə mərkəzi, 29 ədəd təyyarə əleyhinə raket quraşdırılmış yük maşını, 2 min 557 rejim əsgəri məhv edilib.

Bununla yanaşı, Suriya müxalifləri 3 kəndi rejim qüvvələrindən azad edib, strateji Cəbəl Zaviyə bölgəsində nəzarəti ələ keçirib.

H.Akar bildirib ki, Türkiyənin Rusiyadan yeganə tələbi öhdəliklərini yerinə yetirməsidir: “Rusiya rejimin hücumlarını dayandırması, Soçi memorandumu çərçivəsində müəyyən edilmiş sərhədlərə geri çəkilməsi üçün təsir imkanlarından istifadə edə bilər. Rusiya ilə müzakirələr davam edir. Dəfələrlə ifadə etdiyimiz kimi, Rusiya ordusu ilə qarşı-qarşıya gəlmək kimi düşüncəmiz yoxdur. Bizim tək istəyimiz Suriyada qətliama son verilməsi, radikallaşma və kütləvi məcburi miqrasiyanın qarşısının alınmasıdır. Bildiyiniz ki, 27 fevraldakı mənfur hücumlardan sonra “Bahar qalxanı” hərəkatı başlayıb”.

Qeyd edək ki, İdlibin cənubu, Həma ətrafı və Hələbin qərbində şiddətli döyüşlər davam edir.

Zümrüd
Məhv edilən rejim ünsürlərinin sayı – Akar açıqladıBu günə kimi rejimin 2557 əsgəri zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar “Bahar qalxanı” əməliyyatı ilə bağlı danışarkən deyib.

“Eyni zamanda rejimə məxsus 2 döyüş təyyarəsi (Su-24), 2 PUA, 8 helikopter, 135 tank və 5 hava müdafiə sistemi məhv edilib. Türkiyə Silahlı Qüvvələri tərəfindən rejimin hücumlarına şiddətli şəkildə qarşılıq verilib və verilməkdə davam edir. “Bahar qalxanı” əməliyyatı planlaşdırılmış qaydada uğurla keçirilir”.

Dünəndən bu günə Türkiyə ordusu Bəşər Əsəd rejiminə məxsus 32 tank, 2 hava müdafiə sistemi və 345 hərbçi məhv edib.

Qeyd edək ki, 27 fevralda Suriya rejiminin hücumu nəticəsində 33 türk əsgərinin şəhid olmasının ardından Türkiyə İdlibdə “Bahar qalxanı” əməliyyatına başlayıb.
Suriyalılardan “Bahar Qalxanı” əməliyyatına dəstək ... - VİDEOSuriyanın İdlib şəhəri ilə "Fərat Qalxanı" hərəkatı bölgəsindəki mülki vətəndaşlar Türkiyənin başlatdığı "Bahar Qalxanı" əməliyyatına dəstək vermək məqsədilə aksiya keçiriblər. SİA-nın məlumatına görə, "Fərat Qalxanı" əməliyyatının keçirildiyi Ahtarində yaşayan insanlar aksiya zamanı rejimə etiraz edib.

Türkiyəyə dəstək şüarları səsləndirən xalq şəhidlər üçün də dua edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sevgilərini nümayiş etdirən qrup dəstək mesajları yazılan plakatlar qaldırıb. Ölkənin şimal-qərbindəki İdlib şəhər mərkəzi və mərkəzə bağlı Sermeda bölgəsi, Bennis qəsəbəsi, Kefer Taharim, Atme, Dana, Hazzno və Killi kəndləri, həmçinin "Fərat Qalxanı" əməliyyatı ilə terrordan təmizlənmiş bölgədəki mülki vətəndaşlar əllərində Türkiyə və Suriya "inqilab" bayraqları ilə toplaşıblar. Rejim əleyhinə şüarlar səsləndirən qrup Astana və Soçi razılaşmalarının şərtlərinə uyğun olaraq İdlibdə olan Türkiyəyə şəhidlər verməsi səbəbilə başsağlığı diləyərək Türk Silahlı Qüvvələrinin başlatdığı "Bahar Qalxanı" əməliyyatını dəstəklədiklərini bildiriblər.
Əsədə daha BİR ŞOK: Generalları və hərbi konvoyu havaya uçdu - VİDEOTürkiyə Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib şəhərinə “Bahar qalxanı” hərbi əməliyyatları çərçivəsində endirdiyi aviazərbələr nəticəsində çox sayda Bəşər Əsəd rejimi əsgəri zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Missiyası məlumat yayıb.

Bildirilib ki, TSQ-nin Cəbəl əl-Zaviyadakı hərbi konvoy və Marət əl-Numan yaxınlığındakı hərbi bazaya təşkil edilən hücumu nəticəsində 19 rejim əsgəri ölüb.

Rejimin xəbər agentliyi olan “SANA”nın məlumatına görə, İdlibin cənubundakı Şeyx Mustafa bölgəsinə Silahlı Pilotsuz Uçuş Aparatları ilə təşkil olunan hücum nəticəsində rejim tankları və zirehli avtomobillərdən ibarət konvoy yox edilib. Bu əməliyyatda rejimin Adnan əl-Masqara və Mahmud Batiq Mbesmir adlı iki generalı ölüb
Türkiyə rus istehsalı S-300-ləri məhv edib? - Şok iddiaTürkiyənin İdlibdə “Bahar qalxanı” əməliyyatı ilə bağlı yayılan iddialar arasında diqqət çəkən məqamlardan biri də qardaş ölkə ordusunun Əsəd qüvvələrinə aid S-300 raket sistemlərini məhv etməsi ilə bağlıdır.

Axar.az xəbər verir ki, məlumatda Rusiya istehsalı sözügedən sistemlərin zərərsizləşdirilməsindən sonra rejimin xeyli geri çəkildiyi, hətta hücum qabiliyyətini itirdiyi deyilib.

Hələlik nə Suriya rejimi, nə də Rusiya bununla bağlı açıqlama verib.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi ötən gün Suriyaya aid 2 havadan müdafiə sistemini məhv etdiyini açıqlasa da, sıradan çıxarılan kompleksin adı çəkilməmişdi.
Rusiya məşhur batalyon komandirini həbs etdirdiUkraynanın Aydar batalyonunun keçmiş komandiri və eks-deputat Sergey Melniçuk Yunanıstan sərhədində saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Melniçuk öz Feysbuk səhifəsində paylaşıb. O, Rusiya hüquq-mühafizə orqanlarının istəyi əsasında həbs edildiyini bildirib. Melniçuk polis bölməsində həyat yoldaşı ilə birlikdə olduğunu açıqlayıb.

Qeyd edək ki, Melniçuk Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.
Türk ordusu Əsədin daha iki generalını məhv etdiTürk ordusunun aviazərbələri nəticəsində İdlibdə Əsəd rejiminin daha 19 əsgəri zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, türk dronları İdlibin Cəbəl əl-Zaviya qəsəbəsində hərbi konvoyu və Məarrat ən-Numan rayonu yaxınlığında bir qərargahı hədəf alıb. Əməliyyatlar çərçivəsində rejimin 19 əsgəri məhv edilib.

Eyni zamanda, Türkiyə dronları İdlibin cənubundakı Şeyx Mustafa qəsəbəsində rejimin tanklarını və zirehli avtomobil konvoyunu bombalayıb.

Məlumata görə, əməliyyatlar çərçivəsində rejimin Adnan əl-Masxara və Mahmud Batix Mbesmir adlı generalları öldürülüb.
2914 nəfər öldü - Vəziyyət getdikcə pisləşir
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların sayı 80 026 nəfəri ötüb. 2 914 insan isə ölüb. Ümumilikdə 44 462 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.