Çində koronavirusdan ölənlərin sayı 3012 nəfərə çatıbÇində yeni koronavirus qurbanlarının sayı 3 012 nəfər təşkil edib, 52 mindən çox insan sağaldı, virusa yoluxmuş insanların sayı 80,4 min nəfəri keçib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələri üzrə Dövlət Komitəsi bildirib.

Martın 4-də Komitə 80,2 mindən çox yoluxmuş insanlar, 2981 ölən və 49,8 mindən çox sağalmış şəxs haqqında məlumat vermişdi. Gündəlik aşkar olunan yeni yoluxma hallarının sayı 20-yə artaraq 139-a çatıb, ötən gündə qeydə alınan ölüm hadisələrinin sayı yeddiyə azalaraq 31-ə çatıb. 2189 nəfər sağalaraq evə buraxılıb.

Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm nisbəti bir gün əvvəl 3.71% əvəzinə 3.74% təşkil edir.
Tramp Makaronla Suriya və İranı müzakirə etdi
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü fransalı həmkarı Emmanuel Makronla telefon danışığında İranın nüvə proqramı və Suriyadakı humanitar böhranı müzakirə edib.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Cadd Dirin yazılı açıqlamasında bildirilib.

“İki ölkənin liderləri qarşıdan gələn G7 sammitini, həmçinin Beynəlxalq Atom Enerji Agentliyinin İran rejiminin nüvə sahəsindəki fəaliyyətini müşahidə etməsini, habelə Suriyanın şimal-qərbində humanitar böhrana səbəb olan rejimin davam edən hücumlarını müzakirə edibər”, - açıqlamada vurğulanıb.

Qeyd edilib ki, danışıq əsnasında tərəflər koronavirusun yayılmasının qarşısını almaq üçün ABŞ və Fransanın birgə fəaliyyətinin zəruriliyini vurğulayıblar.
Şəhidlər və yaralılar var Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərində təşkil etdiyi “Bahar qalxanı” əməliyyatında itki verib.

Publika.az xəbər verir ki, rejim qüvvələrinin hücumu nəticəsində 2 türk əsgəri şəhid olub, 6-ı yaralanıb.

Türkiyə Milli Müdafiə Nazirliyi bu ana qədər 3 min 138 rejim ünsürünün zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, hərəkatın başladığı gündən indiyədək rejimin 3 döyüş təyyarəsi, 3 Pilotsuz Uçuş Aparatı, 151 tank, 47 top, 8 hava hücumundan müdafiə sistemi, 12 tank əlayehinə silah, 27 zirehli döyüş avtomobili, 27 piyada döyüş maşını, 34 silahlı pikap, 52 raketatıcı, 60 hərbi avtomobil, 10 sursat deposu məhv edilib.
Suriyanın bütün bölmələri məhv edilir...Türkiyə beynəlxalq hüququ pozaraq İdlibə öz bölmələrini atır, Qərbdə isə bunu görməzdən gəlirlər.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib. O, həmçinin fevralın əvvəlindən etibarən Qərbin Dəməşqi hərbi cinayətlər, humanitar fəlakət və milyonlarla qaçqın axınında ittiham etdiyini bildirib.

Konaşenkov Suriya hökumət qüvvələrinin bütün bölmələrinin məhv edilməsi və M5 avtoyolunun terrorçuların nəzarətinə buraxılması ilə bağlı təhdidləri ABŞ və Avropanın Ankaranın özünümüdafiə haqqı adlandırdığını söyləyib.
Türkiyədən Dəməşq rejiminə növbəti dəhşətli zərbə 299 ÖLÜ!“Bahar qalxanı” hərbi əməliyyatı çərçivəsində türk ordusu Dəməşq rejiminin İdlibdəki 82 hədəfinə ağır zərbələr endirib. Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir ki, nəticədə Suuriya ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

“Müxtəlif mənbələrdən verilən xəbərlərə görə, zərbələr nəticəsində 9 tank, 2 haubitsa, 6 çoxlüləli raket qurğusu, 2 hərbi nəqliyyat vasitəsi və 299 hərbi qulluqçu məhvə məruz qalıb.

Press-relizə əsasən, düşmənin açdığı atəş nəticəsində 1 nəfər türk hərbi qulluqçusu şəhid olub, 9 nəfəri isə yaralanıb. Nazirlik şəhid olanların ailələrinə və Türkiyə xalqına baş sağlığı verib, yaralananların isə tez bir zamanda sağalmalarını diləyib.

В ведомстве выразили соболезнования семьям погибших, армии и народу

“Hərbçilərimizin qanları yerdə qalmayacaq, qisasımızı alacağıq”, deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi məlumatında vurğulanır.
Tramp “Taliban” lideri ilə telefonla danışdıABŞ Prezidenti Donald Trampla “Taliban” lideri arasında telefon danışığı olub.

RİA Novosti xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında D.Tramp deyib.

“Bu gün Taliban lideri ilə danışdım. Yaxşı söhbət etdik. Zorakılığın olmaması barədə razılığa gəldik. Çünki, zorakılığı istəmirik. Görək nə olacaq...”, - deyə Tramp bildirib.

“Report” xatırladır ki, cari il fevral ayının son günü ABŞ və “Taliban” Qətərdə sülh razılaşması imzalayıblar. Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, “Taliban”ın zorakılıqdan çəkinəcəyi təqdirdə, Birləşmiş Ştatların hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində isə “Taliban” Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər “daimi və hərtərəfli barışıq” haqqında da razılığa gəliblər.
Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxınlaşdıÇində yeni növ koronavirusdan ölənlərin sayı 2983 nəfərə çatıb.

Avrasiya.net-in məlumatına görə, ötən gün ərzində ölkədə 38 nəfər bu virusdan ölüb.

Onların 37-si Hubey, 1-i isə Daxili Monqolustan əyalətindəndir.

Ümumilikdə, Çin ərazisində koronavirusa yoluxanların sayı isə 80270 nəfərdir.

36432 nəfər isə koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

Eyni zamanda, 49856 nəfər sağalaraq evlərinə göndərilib.
Almaniya 12 azərbaycanlını deport edə bilmədi - SəbəbAlmaniyanın Daxili İşlər Nazirliyi ilə Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) 12 Azərbaycan vətəndaşı ilə bağlı məhkəmə qərarını icra edə bilməyib.

Report-un məlumatına görə, fevralın 28-də Almaniyanın paytaxtı Berlindəki qaçqın yataqxanasında saxlanılan 12 azərbaycanlı sığınacaq axtaran barəsində “Dublin anlaşması”na əsasən İtaliyaya göndərilməsi ilə bağlı qərar icra edilməli idi.

Paytaxtdakı deportasiya mərkəzində saxlanılan Azərbaycan vətəndaşları gecə saat 3 radələrində avtobusa mindirilərək hava limanına aparılıblar. Təxminən iki saat gözləyəndən sonra həmvətənlərimizə təyyarə reysinin ləğv olunduğu elan olunub.

Səbəb kimi isə BAMF-la İtaliyanın Miqrasiya İdarəsinin koronavirusa görə sığınacaq axtaranların göndərilməsinin qeyri-müəyyən vaxta ertələnməsi ilə bağlı anlaşma göstərilib.

İtaliya hökumətinin indiyə kimi açıqladığı rəsmi rəqəmlərə görə, ölkədə 2 263 nəfər koronavirusa yoluxub. Onlardan 79-u dünyasını dəyişib. Yunanıstandan sonra İtaliya da qaçqın və miqrant qəbulunu bir ay dayandırdığını elan edib.
Türk ordusundan ağır zərbə: Əsədin 5-ci generalı məhv edildiTürkiyənin İdlibə endirdiyi aviazərbələr nəticəsində Suriya ordusunun general-mayoru Ramazan Yusif məhv edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Suriya KİV-ləri yayıb. Öldürülən generalın Suriya ordusunun 9-cu diviziyasının komandiri və Hərbi Təhlükəsizlik Komitəsinin rəhbəri olduğu vurğulanıb.

Qeyd edək ki, İdlibdə vəziyyət gərginləşəndən bu yana Əsəd rejiminin 4 generalı Türkiyə tərəfindən məhv edilmişdi. Bu generallar Burxan Rəhman, İsmayıl Əli, Adnan əl-Masxara və Mahmud Batix Mbesmir olublar.
Azərbaycan diaspor təşkilatlarından birgə BƏYANATAvropa Azərbaycanlıları Konqresinin,
Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasının

B Ə Y A N A T I

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında 22 fevral 2020-ci il tarixində 30-dan çox ölkədən gəlmiş azərbaycanlıların və dost xalqların nümayəndələrinin iştirakı ilə keçirilən mitinqdə 1300-dən çox soydaşımız iştirak edib.

Avropa Azərbaycanlıları Konqresi (AAK), Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurası olaraq bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik konfransında işğalçı Ermənistan rəhbərini tutarlı faktlarla susdurması soydaşlarımıza yeni bir ruh verib, bütün ölkələrdən onların Berlinə axınını təşviq edib.

Branderburq qapılarının önündə Paris meydanında mitinqin keçirilməsinin isə ayrıca siyası əhəmiyyəti var. Ona görə ki, dünyanın aparıcı dövlətlərinin – Amerika, Rusiya, Fransa və s. ölkələrin diplomatik korpusları burada yerləşir və mitinqdə səsləndirilən şüarları birbaşa eşidə bilirlər.
AAK idarə heyəti və Koordinasiya Şurasının əlaqələndiriciləri, üzvləri mitinqdə fəal iştirak edib. AAK rəhbəri Sahil Qasımov isə mitinq vaxtı BMT-nin 58-ci sesiyasında iştirak etmək üçün Nyu-Yorkda rəsmi səfərdə olub və Almaniyada keçirilən mitinqdə iştirak etməyib.
Ümummilli məsələlərdə soydaşlarımızın birliyinin bariz nümunəsi olan Berlin mitinqi Azərbaycan dövlətinin uğurlu diaspor siyasətinin, Koordinasiya Şuralarının fəaliyyətinin, müxtəlif ölkələrdə Azərbaycan evlərinin, Qarabağ məktəblərinin yaradılmasının məntiqi nəticəsidir.

Mitinq iştirakçıları 17 dildə "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

Təbii ki, “Xocalıya ədalət!” tələbi ilə keçirilən uğurlu aksiyadan sonra mitinqdən qayıdan insanların avtobusda rəqs etmələri arzu edilən deyil və Xocalı faciəsi ilə bir araya sığmır. Bununla belə, qəbul ediləndir ki, uzun yolçuluq, saatlarla ayaqüstə qalmaq, müxtəlif dillərdə 10-larla şüarlar səsləndirmək kimi işlərdən sonra yorğunluğu azaldan, insanda müsbət əhval-ruhiyyə yaradan hərəkətlərin edilməsi mümkündür və bəzən hətta zəruridir.

Mitinqində soydaşlarımızlın kütləvi iştirakının erməniləri narahat etdiyi bir vaxtda, ermənilərin törətdiyi Xocalı soyqırımını kənara qoyub, azərbaycanlıların belə bir məsələni müzakirə predmetinə çevirməsi təəssüf doğurur və utancvericidir.

Qeyd etmək istəyirik ki, nə AAK, nə də Koordinasiya Şurası hər hansı insanın hərəkətləri üçün məsuliyyət daşımır və heç bir günahı yoxdur.

Biz – AAK və Koordinasiya Şurası olaraq, soydaşlarımıza mitinqdə kütləvi iştiraka görə təşəkkür edir, bütün soydaşlarımızı ümummilli məsələlərdə birliyə və birgə fəaliyyətə səsləyirik.