Xandan çağırış: Bu ölkədə xristianlara da təzyiqlər başladı
Hindistanın paytaxtı Yeni Dehlidə onlarla müsəlmanın ölümünə səbəb olan irqçi hücumlar ölkədəki digər azlıqlara da təzyiqləri artırıb.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan Hindistanın Karnatka əyalətində xristianlara aid qəbiristanlıqdan Həzrəti İsanın heykəlinin götürülməsinə münasibət bildirərkən deyib.

“Hindistanın Baş naziri Narendra Modinin irqçi ideologiyası ölkədəki bütün azlıqları hədəf alacaq. Bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti xəbərdar edəcəyəm. Əsl hədəf Kəşmir müsəlmanları və Hindistanın müxtəlif yerlərində yaşayan müsəlman xalqlarıdır”, - Baş nazir bildirib.


Axar.azAZRUENآذ
Kraliçanın uzunömürlü olmasının sirri nədədir?
İngiltərə Kraliçası II Yelizaveta 93 yaşındadır, amma yenə də hər il minlərlə işgüzar görüşlər keçirə və ciddi hökumət qərarları verə bilir. Hakimiyyətdə uzun müddət qalan Kraliça II Yelizaveta yalnız sağlamlığına görə deyil, həm də peşəkar tibbi yardım aldığına görə özünü yaxşı hiss edir.

Bəs kraliçanın uzunömürlü olmasının sirri nədədir?

Avrasiya.net Qadinklubu.com-a istinadən II Yelizavetanın uzunömür yaşamasının sirlərini təqdim edir:

Kraliçanın 93 yaşında olmasına baxmayaraq, sağlam görünüşü hər kəsin diqqətini çəkir. Yemək məsələsinə gəlincə, kraliçanın nəyi sevib, sevmədiyini bilmək heç də təəccüblü deyil…

Kral ailəsi həkiminin sözlərinə görə, kraliça səhər yeməyi üçün adətən taxıl və dənli bitkilərə üstünlük verir. O, səhər yeməyini saat 09:00-da tək edir. Bəzən səhər yeməyinə püstə və ya quru ərik əlavə edir, kartoflu nişastalardan uzaq durur.

Kraliça nahar yeməyində isə adətən ispanaqla yağsız balığa üstünlük verir. Axşam yeməklərində də nahar yeməyinə bənzər yeməklərdən istifadə edir.

Kraliça şokolad sevəndir. Ancaq şokoladı yeməkdən sonra deyil, nahardan sonra üçüncü çay vaxtı yeyir.

Kraliçanın digər sevimli yeməyi mürəbbədir. O, çərəz kimi pudingləri də sevir. Xüsusilə ağ şaftalı pudingini…

Kraliça ilə bağlı bəzi maraqlı faktlar da var. İldə iki dəfə şəxsiyyət vəsiqəsi olmadan ad gününü qeyd edən kraliçanın həyatı ilə bağlı bəzi məqamlar:

Kraliça II Yelizavetanın bu il 94 yaşı olacaq...

21 aprel 1926-cı ildə anadan olan Yelizaveta Aleksandra Meri doğum gününü aprelin ikinci şənbə günü rəsmi olaraq qeyd edir. Bunun səbəbi 250 illik bir ənənədir. Noyabr ayında anadan olan II Kral Corc pis havayla əlaqədar ikinci ad günü ənənəsini 1748-ci ildə başladıb. O vaxtdan bəri kral və kraliça ad günlərini rəsmi olaraq aprelin ikinci şənbə günü xalqının qatıldığı bir mərasimlə qeyd edirlər.

6 fevral 1952-ci ildə atası Kral VI Corcun ölümü ilə 25 yaşında taxta keçən Kraliça II Yelizaveta 66 ildir hakimiyyətdədir. İngilis kraliçası dünyanın ən yaşlı hökmdarıdır.

Kraliça II Yelizaveta pasportu olmadan səyahət edə bilir. Beynəlxalq səfərləri zamanı dövlət başçıları tərəfindən qırmızı xalça ilə qarşılanan kraliçanın pasporta ehtiyacı yoxdur. Kraliça həmçinin İngiltərədə sürücülük vəsiqəsi olmadan idarəetmə hüququna malikdir.

Kraliça haqqında bilinməyən azsaylı faktlardan biri də qeyri–adi hədiyyələrdir. Heyvanlara olan sevgisi ilə məşhurlaşan kraliça üçün ən qeyri-adi hədiyyə Kamerundan olan Jumbo adlı 7 yaşlı fil və iki nəhəng tısbağadır. Bundan başqa, onun üçün xüsusi hazırlanmış “Yaquar” avtomobili var.

Yaxşı bir sürücü olaraq tanınan kraliçanın "Yaquar"ında çantası üçün xüsusi bölmə və itləri üçün xüsusi hazırlanmış quzu dərisindən bir xalça var.

Heyvansevər olan Kraliça II Yelizaveta 30 corgi it cinsinə sahibdir.

Bundan başqa, kraliça heyrətamiz rənglər üzərində qurduğu kral stili ilə də xüsusi şöhrət qazanıb.

Limon sarısı kostyumundan bənövşəyi parıltılı şapkasına kimi kraliçanın sıx rənglərdə baş rolda olduğu monoxrom görünüşü hər zaman diqqət mərkəzindədir. Onun bu stili seçim etməsinin səbəbi uzaq məsafədən tanınması üçündür.

Kraliça II Yelizavetanın çoxsaylı hobbiləri arasında fotoqrafiyaya marağı olduğu da bir çoxunu təəccübləndirir.
Fransada koronavirusdan 16 nəfər öldü
Fransada koronavirusdan ölənlərin və ona yoluxanların sayı artmaqda davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün ölkədə koronavirusdan ölənlərin sayı 16-ya çatıb.

Bundan başqa, ölkədə koronavirusa yoluxma halları 716-dan 949-a yüksəlib. Virusa yoluxanlardan 45-nin vəziyyəti ağırdır.
Kəbə ziyarətə yenidən açıldı
Kəbə ziyarət üçün yenidən müsəlamanların üzünə açılıb.

Avrasiya.net xəbər verir ki, koronavirus səbəbindən bir müddətdir ki, qapıları bağlanan müqəddəs ziyarətgah bu gündən etibarən ziyarətə açıqdır. Səudiyyə Ərəbistanının Daxili İşlər nazirliyindən bildirilmişdi ki, ziyarətgah virus təhlükəsindən dolayı yerli camaat və qonaqlara bir müddət bağlı olacaq.

Qeyd edək ki, Kəbə sonuncu dəfə 1979-cu ildə bura edilən basqınlardan dolayı qısamüddətli olaraq ibadətə bağlı elan olunub.
Dövlətə xəyanətdə şübhəli bilinən şahzadələr həbs edildi: “Kralın qardaşı edam ediləcək?”
Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə şübhəli bilinən kral ailəsinin üç üzvü saxlanılıb.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr bildirib ki, ötən gün səhər saatlarında dövlətin keçmiş vəliəhd şahzadəsi Məhəmməd bin Naif, onun kiçik qardaşı Nəvaf bin Naif və kralın qardaşı Əhməd bin Əbdüləziz hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların evində axtarış aparılıb.

Kral ailəsi üzvlərinin ömürlük həbs və ya edam ediləcəyi qeyd olunur.
“Putin mövqeyini qəflətən niyə dəyişdi, anlamadım” 12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə münasibətlərimiz 5 il idi yaxşı davam edirdi. Hər kəs də bundan razı idi. Sonra sanki aramızdan qara pişik keçdi.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Putinlə görüşü barədə mediaya açıqlamasında deyib. O bildirib ki, Türkiyə Rusiya ilə münasibətlərdən həm iqtisadi, həm də siyasi mənada qazanc əldə edib:

“Əslində hazırki münasibətlərdə çox da fərqlilik yoxdur. Zaman-zaman beynəlxalq münasibətlərdə belə fikir ayrılığı ola bilər, bu normaldır. Lakin biz Rusiya ilə belə fikir ayrılıqlarının, gərginliyin olmasını istəmərik. Çünki bizim hazırda Rusiya ilə çox yaxşı planlarımız var. Müdafiə sənayesində, nüvə enerjisi ilə bağlı layihələr, Türk Axını və turizm sahəsində olan layihələr bizim üçün çox önəmlidir. Hətta biz Rusiya ilə ikitərəfli münasibətlərlə yanaşı, birlikdə üçüncü ölkələrlə olan əlaqələri də müzakirə edirik”.
Soros da Türkiyənin müdafiəsinə qoşuldu
Avropa Türkiyəni müdafiə etməlidir.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı milyarder Corc Sorosun “Blumberq” agentliyindəki məqaləsində yer alıb. Soros Rusiya və Əsədin dinc vətəndaşlara qarşı hücumunun qarşısını yalnız Türkiyə ordusunun aldığını bildirib.

O, Türkiyənin Avropanın dəstəyini haqq etdiyini söyləyib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda tutduğu mövqeyi dəstəkləməliyik. Bu mövqe İdlibdə atəşkəsin əldə olunması və Suriya qaçqınlarının təhlükəsizliyini qorumaqdan ibarətdir”.

Sorosun sözlərinə görə, Rusiya Suriyadakı fəaliyyətləri ilə özünün regional və qlobal təsirini geri qaytarmaq istəyir.

O, Suriyada humanitar fəlakətin əsas günahının Rusiyanın Suriyadakı strategiyasının olduğunu bildirib.

Soros Əsədin Stalin zamanından bu yana “ən vəhşi rəhbər” olduğunu qeyd edib.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti təsis olunduMisirin Sosial Həmrəylik Nazirliyinin qərarı ilə Misir –Azərbaycan Dostluq Cəmiyyəti təsis olunub.

Cəmiyyət haqqında "Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov aşağıdakıları qeyd edib:

Cəmiyyətin təsis edilməsi onun çoxdankı arzusu olduğunu bildirərək, cəmiyyət Misirlə Azərbaycan arasında elmi və mədəni əlaqələrin inkişafının bütün sahələrində fəaliyyət göstərə biləcəyini bildirdi. S. Nəsirov cəmiyyəti təsis etmək qərarına gələndən sonra Azərbaycanla-Misir arasında əlaqələrin inkişafında tövhələr berə biləcək, Misir və dünyada böyük nüfuza malik olan misirlilərlə cəmiyyəti təsis etdiyini bildirdi. Cəmiyyətin təsis olunmasında Azərbaycanın Misirdəki Səfirliyi də sənədləşmə prosesində öz dəstəyini göstərmişdir.

Cəmiyyətin nizamnaməsində əsas fəaliyyətlər, iki xalq arasında əlaqələrin inkişafı, elmi mədəni fəaliyyətlər, sosiyal xidmətlər, Azərbaycan dili başda olmaqla xarici dillərin tədrisi, azərbaycanlılar üçün diaspora mərkəzinin təsisi, Misir-Azərbaycan universitetin təsis edilməsi, Misir-Azərbaycan məktəbin açılması, elmi və publilist jurnalların təsis edilməsi, Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, tərcümə mərkəzinin təsis edilməsi və.s sahələri əhatə edən fəaliyyətlər göstərə biləcəyi qeydiyyatdan keçmişdir.

Qeyd edək ki, 13 nəfərdən ibarət cəmiyyətin təsisçiləri yekdilliklə Seymur Nəsirovu cəmiyyətin sədri seçiblər.
İnterpol bu azərbaycanlı qadını axtarırİnterpol daha bir azərbaycanlı qadını axtarışa verib.

1990-cı ildə Xaçmaz rayonunun Niyazoba kəndində anadan olan Fəridə Murtazəliyeva Rusiya hüquq-mühafizə orqanları tərəfindən terroçuluqda ittiham edilir.

Rusiya istintaq orqanı F.Murtazəliyeva barəsində cinayət işi başlasa da, qadın istintaqdan yayınıb. Nəticədə qadın barəsində həbs qətimkan tədbiri seçilib.


İnterpol azərbaycanlı qadın barədə beynəlxalq axtarış elan edib.
Deputat koronavirusa yoluxduFransa Milli Assambleyasının deputatı Jan-Lük Reyser koronavirusa yoluxub və Myuluz şəhərindəki xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Rişar Ferran məlumat verib.

Hazırda 68 yaşlı deputat tənəffüs yollarında olan problemlə bağlı intensiv terapiya şöbəsində müalicə alır. Deputat sonuncu dəfə fevralın 25-də Assambleyanın iclasına qatılıb.

Spiker bildirib ki, deputatla yanaşı parlamentin bufetinin işçisi də koronavirusa yoluxub və hazırda ev şəraitində karantində saxlanılır.