Rusiya Səudiyyə Ərəbistanı ilə neft müharibəsinə BAŞLAYIRSəudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti aprel ayında gündəlik olaraq 12.3 milyon barel neft istehsal edəcəyini açıqlayıb.

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) görüşlərindən nəticə olmadığını görən şirkət bu həftəsonundan etibarən günlük 10 milyon barel neft istehsal edəcəyini də bildirib.

“Saudi Aramco” neft şirkətinin aprel ayına nəzərdə tutulan planından sonra Rusiyanın böyük neft inhisarçısı olan “Rosneft” şirkəti də aprel ayından etibarən neft hasilatını artıracağını bəyan edib.
ABŞ ordusunun Avropa komandanında koronavirus əlamətləri aşkarlandıABŞ ordusunun Avropadakı qüvvələrinin komandanı, general Kristofer Kavolidə koronavirus əlamətləri aşkarlanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Rayan Makkarti bildirib.

Makkarti deyib ki, mümkün yoluxma general Kavolinin iştirak etdiyi konfranslardan birində baş verib. Hazırda yüksək rütbəli hərbçi və onun qərargahının üzvləri həkimlərin nəzarəti altındadır.

Pentaqon həkimləri xaricdə olan bütün ABŞ hərbçilərinə müraciət edib ki, koronavirus əlamətləri aşkarlanan kimi bu barədə məlumat versinlər və virusun yayılmasına yol verməsinlər.

Kristofer Kavoli ABŞ-ın Avropadakı komandanlığına 2018-ci ilin yanvarından başçılıq edir.

Virus qonşu Gürcüstanda da yüksək vəzifəli şəxslər arasında yayılmaqdadır. Bu ölkənin iqtisadi inkişaf və dayanıqlı inkişaf nazirinin müavini Gennadi Arveladze, habelə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze da koronavirusa yoluxma şübhəsi ilə bütün sosial təmasları dayandırıblar. Onlar özlərinə karantin rejimi tətbiq ediblər.

Gennadi Arveladze bildirib ki, sonradan koronavirusa yoluxduğu dostu ilə təmasda olub. O, özündə koronavirus simptomları olmadığını, amma həkimə müraciət edib analiz verdiyini, hazırda cavab gözlədiyini deyib.

“Təbii ki, işə çıxmamışam. İstirahət günləri olduğundan heç kimlə görüşməmişəm və təcrid vəziyyətindəyəm”,-nazir müavini Facebook səhifəsindən bildirib.

Yuri Nozadzenin virusa yoluxması şübhəsi barədə isə yerli telekanallardan biri xəbər verib. Bildirilir ki, nazir müavininin yoluxma şübhəsi müəyyən edilən kimi onun işlədiyi nazirlikdə dezinfeksiya aparılıb.
Ərdoğan koronavirusa görə NATO-nun baş katibinin salamını almadıBu gün Brüsseldə görüşən NATO Baş katibi Yens Stoltenberqlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra mətbuat konfransı keçiriblər.

Jurnalistlər qarşısına keçən Ərdoğan Baş katibin əlini sıxmaqdan imtina edib. Səbəb kimi isə “korona” deyərək COVID-19 təhlükəsini xatırladıb.

Stoltenberq Ərdoğanın bu hərəkətinə gülüşlə cavab verib.
Süleymaninin kölgəsi İdlib ətrafında dolaşır - İran HƏRƏKƏTƏ KEÇDİ Suriyada əldə olunan atəşkəs qərarına rəğmən, hərbi fəaliyyətlər davam edir. Türkiyə Silahlı Qüvvələrinin "Bahar qalxanı" əməliyyatı başlar-başlamaz rəsmi Moskvanı kənarlaşdıraraq görüş təklif edən İran atəşkəs razılaşmasını sabotaj etmək üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, İran döyüşçüləri qaçqınları atəşkəs bölgəsinə istiqamətləndirməyə və türk ordusunun müşahidə məntəqələrinə təzyiq göstərməyə başlayıb.

İran milisləri atəşkəsi dəfələrlə pozub. Rejim isə atəşkəsin başlanmasından 10 dəqiqə sonra onu pozub. Bəşər Əsəd ünsürləri həm İdlibin cənubunda, həm də Həmada onlarla pozuntu həyata keçirib.

Türkiyə Silahlı Qüvvələrinin Rusiya ilə koordinasiyalı şəkildə başlatdığı hazırlıq fəaliyyətlərinə qarşı da təzyiq göstərilib. TSQ konvoyuna rejim ünsürlərinin yerləşdiyi Urum Əs Suqra bölgəsindən pulemyotla atəş açılıb.

Süleymaninin kölgəsi də meydandadır

ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin yerinə keçən İsmayıl Qani də İdlib/Hələb xəttinə səfər edib. O, türk əsgərlərinə qarşı döyüşən "Hizbullah" və İran əsgərlərini ruhlandırıb.

İranın əmrində olan qruplaşmalar da fəaliyyətlərinə fasiləsiz davam edib. 3 qruplaşma 4 bölgədəki ünsürlərindən Sərakibə əlavə əsgərlər yollayıb. Livan "Hizbullah"ı bölgədə mövqeyini gücləndirib. Milislərin TSQ müşahidə məntəqələri ətrafındakı təzyiqləri də davam edib. Əl Rıdvan qruplaşmasının üzvləri Sərakib qəsəbəsi yaxınlığındakı müşahidə məntəqəsinin yaxınlığında görüntülər çəkərək bölgənin onların mühasirəsində olduğunu iddia edib.

Türk ordusu hərbi gücdən istifadə edəcək

Hərbi ekspertlər İdliblə bağlı Moskvada imzalanan memoranduma sadiq qalma məsələsində Türkiyə Silahlı Qüvvələrinin həssaslıq göstərdiyini, meydanda buna görə hərəkət edildiyini bildirib. TSQ atəşkəsi pozanlara qarşı hərbi gücdən istifadə olunacağını istisna etmir.
Putin və Tramp necə qidalanır? - Maraqlı faktlarAvropa Tibb İnstitutunun dietoloqları Rusiya, ABŞ və Almaniya liderlərinin necə qidalanması haqqında araşdırma aparıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Konfidensial” qəzeti yayıb.

Məlumata görə, 67 yaşlı Rusiya Prezidenti Vladimir Putin yağsız ətə, yağlı və yağsız balıq növlərinə, meyvə, tərəvəz, dənli bitkilər və yumurta yeməyə üstünlük verir.

Spirtli içki qəbul etməkdən çəkinən Putinin qədəh qaldırmaq məcburiyyəti olduqda şərab və ya pivə içdiyi bildirilib. Rusiya prezidenti səhər yeməyində omlet və ya çiy bildirçin yumurtası, meyvə, qoz-fındıq, axşam yeməyi üçün isə süd və süd məhsulları istifadə edir.

Həmçinin, Putinin daim üzgüçülük, xizək və xokkey kimi idman növləri ilə məşğul olması sayəsində sağlam həyat sürdüyü də qeyd edilib.

73 yaşlı ABŞ Prezidenti Donald Trampın isə fəst-fud qəbul etdiyi bildirilərək, yumurta, pendir, basdırma və souslu hamburger və sendviç yeməyə üstünlük verdiyi qeyd edilib. ABŞ liderinin kartof qızartması, pizza, sərinləşdirici içkilər, xəmir və qızarılmış qanad yediyi vurğulanıb.

Spirtli içki qəbul etməyən, lakin kofeinli kola və şokoladlı kokteylləri sevən Trampın gənc yaşlarda beysbol və futbola maraq göstərdiyi yazılıb.

65 yaşlı Almaniya kansleri Angela Merkelin isə xizək sürməyi və piyada gəzməyi sevdiyi, lakin davamlı idmanla məşğul olmadığı bildirilib.

Merkelin souslu kolbasa və pivədən istifadə etdiyi, axşamlar tərəvəz yeməyə üstünlük verdiyi vurğulanıb.
Almaniyada koronavirusa yoluxanların sayı 1100 nəfəri ötdü
Almaniyada koronavirusa yoluxmanın təsdiq edilmiş hallarının sayı 1 139-a çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkədə xəstəliyin statistikasını aparan Robert Kox institutu bildirib.

Qeyd edilir ki, yeddi saat ərzində - (yerli vaxtla) saat 8:00-dən 15:00-ə qədər koronavirusa yoluxanların sayı 27 nəfər artıb. Bu, martın 4-dən indiyə kimi ən aşağı göstəricidir.

İnfeksiyaya yoluxanların demək olar, yarısı (484 nəfər) Şimali Reyn-Vestfaliya ərazisində yaşayır. Virusa yoluxma ilə bağlı 100-dən çox hal Bavariyada və Baden-Vürtemberqdə (204) qeydə alınıb. Bununla yanaşı, Berlində, Aşağı Saksoniyada, Qessendə, Reynland-Pfalsedə, Vamburqda və Saksoniyada da virusa yoluxanlar var. Qalan regionlarda virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 10-u ötmür.

Virus Saksoniya-Anxalt istisna olmaqla, Almaniyanın bütün regionlarında yayılıb.

Qeyd edək ki, daha əvvəl Haynsberq dairəsinin (Şimali Reyn-Vestfaliya federal ərazisi) sakini koronavirusdan ölüb.

Koronavirusun yayıldığı ölkələrin sayı 100-ə çatıb. Son məlumata görə, Bruney krallığında da koronavirus infeksiyası aşkarlanıb.
Ölüm xəbəri yayılan Kral Salman üzə çıxdı
Bir qədər əvvəl ölüm xəbəri yayılan Səudiyyə Ərəbistanı Kralı Salman bin Abduləziz bu məlumatlardan sonra ilk dəfə mediada görünüb.

Axar.az xəbər verir ki, kralın fotolarını SPA xəbər agentliyi paylaşıb.

Fotonun səfirlərlə görüş əsnasında çəkildiyi bildirilib.

Qeyd edək ki, mətbuatda Kral Salmanın ölüm ayağında olması və ölməsi haqda məlumatlar yayılmışdı.
İtaliyada qubernator da koronavirusa yoluxdu
İtaliyanın Pyemont regionunun qubernatoru Alberto Çirio koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

“Mən fasiləsiz olaraq uzaqdan işləməyə davam edəcəyəm”, - Çirio bildirib.

Məlumata görə, qubernator evində karantinə alınıb və özünü yaxşı hiss edir.
Dubay şeyxinin Londona qaçan arvadı: "Ərim 11 yaşlı qızımızı vəliəhdə ərə vermək istəyirdi...”
Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşidin ötən il on milyonlarla dollar nəğd pulla birlikdə Londona qaçan Həya bu hərəkətinin əsas səbəbini açıqlayıb.

Modern.az “Daily Mail”ə istinadən xəbər verir ki, şahzadə Həya əri Məhəmməd bin Rəşidin 11 yaşlı qızları Cəliləni Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana ərə verməyə hazırlaşdığı üçün saraydan qaçdığını bildirib.

Lakin qəzet qeyd edir ki, Məhəmməd bin Rəşid qaçan arvadının (hazırda Londonda onların boşanma iddiasına baxılır) bu iddiasını rədd edib. O bildirib ki, uşaqlarından heç biri bu yaşda ərə verilməyib və ya nişanlanmayıb. “Heç bir məcburi nigah olmayıb. Bu bir atanın həmin yaşdakı qızına edəcəyi hərəkət deyil”,-Dubay hökmdarı bildirib.



Şahzadə Həya ötən ilin əvvəllərində 40 milyon dollar nəğd pulla birlikdə, 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə qaçıb. Daha sonra onun Londona yerləşdiyi məlum olub. Habelə üzə çıxıb ki, şahzadə hələ Dubayda şəxsi cangüdəni, Britaniya xüsusi təyinatlı qüvvələrinin keçmiş döyüşçüsü ilə sevgili olub və ərinə xəyanət edib.