Vaşinqtonda fövqəladə vəziyyət elan olundu
Vaşinqton şəhərində yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Bu barədə Vaşinqton şəhərinin meri Myuriel Bouzer bəyan edib. Onun sözlərinə görə, hazırda şəhərdə koronavirusa (COVID-2019) 10 yoluxma halı qeydə alınıb.

Fövqəladə vəziyyət merə məcburi karantin tətbiq etmək və böhran dövründə qiymətləri qaldırmağa çalışan satıcıları mühakimə etmək imkanı verir.

Paytaxtın Kolumbiya dairəsində sakinlərə min nəfər və ya daha çox iştirakçısı olan bütün kütləvi tədbirlərin ləğv edilməsi barədə tövsiyə yayımlanıb.
Fransada bir sutkada 500 nəfər koronavirusa yoluxdu
Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı 500 nəfər artaraq 2281 nəfərə çatıb.

Avrasiya.net xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Səhiyyə naziri Olivye Veran açıqlama verib.

Məlumata görə, ölkədə 2281 yoluxma halı qeydə alınıb: "Dünənki göstəricidən 500 nəfər çox. 48 nəfər isə bu virusdan ölüb. 105 nəfər reanimasiyaya yerləşdirilib”.
İŞİD ABŞ-ın xüsusi təyinatlılarını PUSQUYA SALDI: 11 ölü, 9 yaralıÖtən gün İraqda 2 amerikalı hərbçinin öldürülməsi barədə məlumat yayılmışdı.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin maraqlı detalları üzə çıxıb. Belə ki, həmin hərbçilər İraqın şimalında yerləşən Naynava vilayətinin Cabal-Mahul rayonunun Ar-Riş qəsəbəsində antiterror əməliyyatında iştirak ediblər.

İraqın şimal-qərbində dağlıq bölgədə yerləşən bu vilayət “İslam dövləti” qruplaşmasının əsas mərkəzi sayılır. Bir neçə gün önəc yerli sakinlər Cabal-Mahulun dağlıq hissəsindəki mağaralarda İŞİD üzvlərinin mövqe qurması barədə yerli komandanlığa məlumat ötürüblər.

Hərbçilər əraziyə gələn zaman pusquya düşüblər. İŞİD üzvləri öncədən mağarada partlayıcı qurğular yerləşdiriblər və hərbçilər içəri keçən zaman onları işə salıblar.

Silahlı toqquşma zamanı 9 İraq hərbçisi həlak olub, 6-sı isə yaralanıb. Onları müşaiyət edən 2 amerikalı hərbçi də partlayış və atışmanın qurbanı olub, 3-ü isə yaralanıb. Mağaranın dərinliklərində qalan amerikalı hərbçilərin cəsədlərini çıxarmaq üçün 6 saat vaxt və kran cəılb olunub.

Rəsmi Pentaqon hadisə ilə bağlı rəsmi açıqlama yaymasa da, ölənlərin və yaralananların xüsusi əməliyyatlar üzrə ixtisaslaşan elit “Delta” qrupunun üzvləri – kapitan Mozes Navas və çavuş Dieqo Ponqo olduğu vurğulanıb.

Dünya təhlükədə: ÜST koronavirusu pandemiya elan etdiÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

"RİA Novosti" xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus açıqlama verib.

Cenevrədə keçirdiyi brifinqdə Tedros Adanom Gebreisus bildirib:

"Yaxın günlər və həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağını gözləyirik. Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik".

Qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.
Waterloo şəhərinin meri BAK-ın məktubuna rəsmi cavab verib - Vəziyyət nəzarət altındadırBenelüks Azərbaycanlıları Konqresi (BAK) Waterloo şəhərinin meri xanim Florence Reutere Xurşudbanu Natəvanın abidəsinə qarşı törədilən vandalizmlə bağlı etiraz məktubu ünvanlayıb.

BAK-dan Avrasiya.net-ə verilən məlumata görə, məktuba rəsmi cavab verilib.

Waterloo şəhərinin meri xanım Florence Reuter bildirib ki,
vəziyyət nəzarət altındadır, polis orqanları hazırda araşdırmaya başlayıb və eyni zamanda yazılı rəsmi hesabat hazırlanıb.

Abidənin təmizlənməsi sığorta şirkəti tərəfindən həyata keciriləcəkdir.

Bu hadisə ilə baglı hazırda lazım olan qurumlar ciddi iş aparırlar.
Waterloo şəhərinin meri BAK-ın məktubuna rəsmi cavab verib - Vəziyyət nəzarət altındadır
ABŞ ən güclü silahlarından Türkiyəyə satacaq? - Nazir şərtləri açıqladı Türkiyə “S-400” zenit raket komplekslərini Rusiyaya geri qaytarmadığı müddətcə, ABŞ ona “Patriot” hava hücumundan müdafiə sistemləri satmayacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb.

Nazirliyin mətbuat katibi Conatan Hoffman media nümayəndələrinin suallarını cavablandırarkən Türkiyənin tələbi ilə bağlı bunları deyib: “Müdafiə naziri Mark Esperin məsələ ilə bağlı mövqeyi bəllidir. Türkiyə “S-400”ləri geri vermədiyi müddətdə “Patriot”a sahib ola bilməz”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada ABŞ-a “Patriot”larla bağlı təklif yolladıqlarını və bu sistemlərdən ala biləcəklərini demişdi.
Dəməşqdə gizli görüş: Haftar gözlənilmədən… - Türkiyəyə xəyanət planıQiyamçı Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın yanvar ayının sonunda Suriyaya gizli səfər etdiyi iddia olunub.

Teleqraf.com xəbər verir ki, general Haftarın Dəməşqdə Suriya başçısı Bəşər Əsədlə görüşdüyü, Türkiyəyə qarşı ittifaqın qurulması məsələsini müzakirə etdiyi bildirilib.

Həmin iddiaya görə, Haftardan bir neçə saat əvvəl Misir kəşfiyyatının şefi Abbas Kamil də Dəməşqdə Bəşər Əsədl və suriyalı həmkarı Əli Məmlüklə eyni məsələ ətrafında fikir mübadiləsi aparıb. Məlumatda görüşdə Türkiyəyə qarşı PKK\YPG terror təşkilatlarının da yer aldığı bir ittifaqın qurulmasının razılaşdırıldığı qeyd edilib.

Haftarın keçirdiyi görüşdə Türkiyə ilə yanaşı, Liviyanın legitim Milli Sülh Hökumətinə qarşı birgə mübarizə və Liviyadakı muzdlu qüvvələrə hərbi texnika yardımın edilməsi məsələsinə toxunulub.
Neft uğrunda mübarizə: ABŞ və Rusiya hərbçiləri qarşı-qarşıya gəldi ABŞ və Rusiya ordusu Suriyada növbəti dəfə qarşı-qarşıya gəlib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, rusiyalı hərbçilər “M4” quru yolu vasitəsiylə Haseke bölgəsindəki Tel Temir rayonundan keçməklə Qamışlı vilayətindəki neft quyularının yerləşdiyi ərazilərə daxil olmaq istəyiblər. Lakin amerikalı hərbçilər Qamışlı istiqamətində irəliləyən Rusiyaya məxsus 4 zirehli texnikanın qarşısını alıb. Rusiyalı hərbçilər istiqamətlərini dəyişərək fərqli yollarla Qamışlıya çatmağa cəhd göstərsələr də, amerikalı hərbçilər buna da imkan verməyib.

Qeyd edək ki, Qamışlı bölgəsindəki neft quyuları ABŞ-ın və onların dəstək verdiyi PKK-YPG terrorçularının nəzarətindədir.
Səhiyyə nazirinin müavini koronavirusa yoluxubBöyük Britaniyanın səhiyyə nazirinin xəstələrin təhlükəsizliyi üzrə müavini Naddin Dorris COVİD-19 koronavirusuna yoluxub.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə N.Dorris özü məlumat verib.

Nazir müavini bildirib: "Təsdiq edə bilərəm ki, mənim koronavirus üzrə analizlərimin cavabı müsbət olub. Bu barədə məlumatlandırıldıqdan sonra, mən bütün lazımi tədbirləri görmüşəm".

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 373 nəfər təşkil edir, onlardan 6 nəfəri ölüb.
Bu qüvvələr Əsədlə birləşdi – Türkiyəyə qarşıLiviyada qiyamçı general Xəlifə Haftar və Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamilin Əsəd rejimi ilə gizli görüşlər keçirdiyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, Haftarın Əsəd rejiminin yüksək rütbəli hərbi heyəti ilə həm ikili münasibətləri, həm də Türkiyəyə qarşı əməkdaşlıq planlarını müzakirə etdiyi bildirilib.

Haftar qüvvələri ilə rejim arasında 46 protokol da imzalanıb.

Haftar və Əsəd rejimi arasında keçirilən gizli görüşdə rejim əsgərlərinin Liviyaya göndərilməsi və bölgədə muzdlu hərbçilərin silahla təmin olunması barədə razılıq əldə edilib.

Məlumata görə, Misir Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamil isə Suriya Milli Təhlükəsizlik Təşkilatının sədri Əli Məmlüklə Dəməşqdə görüşüb. Bu ziyarətin gizli hədəfinin Türkiyəyə qarşı ittifaq yaratmaq olduğu vurğulanıb.