İsveçdə azərbaycanlı gənc koronadan vəfat etdiİsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc koronavirus pandemiyasından vəfat edib.

Bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand məlumat verib.

Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Etibar Həsənağa oğlu Salayev ötən gecə dünyasını dəyişib.

Hazırda İsveç vətəndaşı olan azərbaycanlı gəncin yaşadığı şəhərdə, yoxsa Azərbaycanda dəfn edilməsi hələ ki dəqiqləşməyib.
7 ölkəni işğal etdik, növbə İranındır – Şok açıqlamaStrateji əhəmiyyətinə görə, xüsusən də neft və digər iqtisadi qaynaqlara sahib olduqları səbəbindən Orta Şərqdə 7 ölkəni işğal etmək məcburiyyətində qaldıq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, indi də növbə İranındır:

“İranı işğal etmək üçün yalnız bir addım qalıb”.

Sabiq dövlət katibi, həmçinin qeyd edib ki, Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq:

“Sadəcə iki supergüc – İsrail və ABŞ zəfər qazanacaq. İsrail bütün qüvvəsi ilə müharibə aparmağa məcbur olacaq. Silahlarından çoxlu sayda ərəb öldürmək və Orta Şərqin yarısını işğal etmək üçün istifadə edəcək”.
Azərbaycanlı tibb bacısı özü ilə bərabər uşaqlarını da koronavirusa YOLUXDURUB“Niderlandda təxminən 12-13 min azərbaycanlı yaşayır. Çox az sayda soydaşımız koronavirusa yoluxub. Yoluxanların cəmi 2-si azərbaycanlı ailəsidir ki, onlar da xanımlardır”.

Bunu Modern.az-a Belçika-Niderland Koordinasiya Şurasının əlaqələndiricisi, “EuroAzNL” cəmiyyətinin sədri Emil Əliyev azərbaycanlıların vəziyyəti barədə danışarkən deyib.

Emil Əliyev bildirib ki, xanımlardan birinin ailəsində yoluxma müşahidə olunsa da, digərində belə hal baş verməyib:

“Sevindirici haldır ki, xanımlardan biri virusa yoluxsa da, özünü təcrid edə bilib və ailə üzvlərindən kimsə yoluxmayıb. Digər soydaşımız isə tibb işçisidir. Ancaq onun uşaqlarında da virus aşkarlanıb. Şükürlər olsun ki, soydaşlarımızın vəziyyəti yaxşılığa doğru gedir və xəstəliyin simptomları yavaş-yavaş yox olur. Xəstəliyə tutulan soydaşlarımız orta yaşlı xanımlardır”.

Diaspor sədri Niderlanddakı vəziyyətdən də söz açıb:

“Son bir həftədə Niderlandda gündəlik yoluxanların sayı azalıb. Əvvəllər günə 1000 nəfər düşürdüsə, son günlər 600-700 arası yoluxma olur. Bu da onun nəticəsidir ki, insanlar özünü izolyasiya edir. Ancaq burada yaşayan insanlar tibbi maska taxmır. Bu da dövlət tərəfindən qoyulan qaydadır ki, ancaq xəstə olan insanlar maska taxa bilər. Eyni zamanda, xəstələrin evdən çölə çıxmaması barədə göstəriş var. Əks halda, yüksək cərimələnirlər. Məsafə saxlamayan insanlar isə 400 avro cərimə olunur”.
ABŞ İrana qarşı embarqonu uzadırABŞ Dövlət katibi Mayk Pompeo İrana qarşı silah embarqosunun müddətinin artırılmasına və sərt sanksiyaların tətbiq edilməsinə çalışır.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.

Qəzetə açıqlama verən Pompeo İranın ənənəvi silahlar almasına izn verməyəcəklərini söyləyib:

“Sabiq Prezident Obama BMT embarqosunun dayandırılması ilə razılaşmamalı idi. Biz BMT Təhlükəsizlik Şurasının silah embarqosunun saxlanılmasını təmin etmək üçün bütün diplomatik imkanları tətbiq etməyə hazırıq”.
Kim Çeni hansı Kim əvəz edəcək: Bacısı, dayısı, yoxsa qardaşı?.. - Rus ekspertRusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun Koreya üzrə aparacı əməkdaşı Konstantin Asmolov Şimali Koreya lideri Kim Çen Inı əvəzləyə biləcək şəxslərin adını çəkib.

Teleqraf.com xəbər verir ki, Konstantin Asmolovun fikrincə, Şimali Koreya rəhbərinə varis bu illər ərzində Şərqi Avropada diplomatik xidmətdə olmuş əmisi Kim Pxyon İr ola bilər.

Ekspertin sözlərinə görə, bu ölkədə hakimiyyətin irsən ötürülməsi ciddi şəkildə qapalı saxlanır, müvafiq bilgilərə çox az adamın əli çatır.

Daha bir namizəd Kim Çen Inın böyük qardaşı Kim Çen Çxolya hesab olunur. Bəziləri düşünürdü ki, atasından sonra hakimiyyətə məhz Çxolya gələcək, amma bu, baş tutmadı.

Kim Çen Inın rəsmi varisi isə bacısı Kim Yo Çjon elan edilib. Bu barədə Əmək Partiyasının ötən il keçirilən iclasında qərar qəbul olunub.

Qeyd edək ki, bu günlərdə Şimali Koreya lideri Kim Çen Inın ölüm xəbəri yayılıb. Xəbər rəsmən təkzib olunsa da, bu istiqamətdə versiyalar hələ də gündəmdədir.
Türkiyəyə korona hücumu: PKK bu yola əl atdıPKK terror təşkilatı koronavirusu bəhanə edərək, yenidən Türkiyə hakimiyyətini hədəf alıb.

Bu barədə "Türkiyə qəzeti" məlumat yayıb.

"Terror təşkilatı Türkiyənin Suriyanın Hasekə bölgəsinə verilən suyu kəsdiyini, bununla COVİD-19 infeksiyanın geniş ərazidə yayılmasına nail olduğunu iddia edib. Onlar bununla insanlarda Türkiyəyə qarşı düşmənçilik hissi yaratmağa çalışırlar. Terrorçular növbəti dəfə belə yalan və əsassız iddialar səsləndirməklə öz mövqelərini ortaya qoyurlar", - məqalədə bildirilib.
İsrail Hizbullahla gizli razılığa gəlib? - Şok iddiaLivanı tamamilə məhv edəcək müharibədən qorxan Hizbullah İsrailə hücum etməkdən yayınır.

Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” nəşri çıxış edib.

Bildirilib ki, hər iki tərəf genişmiqyaslı müharibəyə getməmək üçün təmkinli davranır.

Digər tərəfdən Hizbullahla İsrailin gizli razılaşma əldə etdiyi barədə məlumatlar da mövcuddur.

Hizbullahın ilk rəhbəri olmuş Sübhu Tufeyli iddia edir ki, qruplaşma İsraillə razılığa gəlib və nəticədə Təl Əviv şimal sərhədlərinin təhlükəsizliyini təminat altına alıb.
İsrail parlamentində gərginlik: Ərdoğan müdafiə edildiİsrail parlamentinin Fələstin əsilli deputatı Əhməd əl-Tibi məclisdə Türkiyə və Ərdoğanla bağlı mənfi fikirlər səsləndirənlərə qarşı çıxıb.

Axar.az xəbər verir ki, o, İsrail Baş naziri Benyamin Netanyahunun uğursuz bir siyasətçi olduğunu deyib.

"Ölkədə 1,5 milyon nəfər işsiz insan var. Buna səbəb sənsən, cənab Netanyahu. Digər tərəfdə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uşaqlarımıza yardım edir", - Əhməd əl-Tibi bildirib.

Bundan sonra parlamentdə gərginlik yaşanıb.
Koronanın daha 6 əlaməti aşkarlandı
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi İdarəsinin saytında yerləşdirilmiş məlumatlara koronavirusun daha bir neçə əlaməti əlavə edilib.

Axar.az xəbər verir ki, koronavirusun daha 6 əlaməti üzə çıxıb. İndi simptomların siyahısına hərarət, qızdırma ilə müşahidə edilən titrəmə, əzələ ağrısı, boğaz ağrısı və dad və ya iybilmə hissinin itməsi əlavə edilib.

Koronavirusa yoluxmuş xəstələr bu simptomlar haqqında tez-tez danışırlar.

Daha əvvəl ABŞ-ın sanitar nəzarət qurumu koronavirusun yalnız üç ümumi simptomunu təsvir edib. Bunlar yüksək temperatur, öskürək və nəfəsalmada çətinlikdir.
ŞOK ARAŞDIRMA: Koronavirusun sürətlə yayılmasının SƏBƏBİ TAPILDI
İtaliyadan olan elm adamları havanın çirklənməsinə səbəb olan hissəciklərin tərkibində COVID-19-a yaxın genetik tərkibə malik nümunələr aşkar edib.

Publika.az xəbər verir ki, toz hissəcikləri koronavirusun geniş şəkildə yayıldığı ölkənin şimal bölgəsindən götürülüb. Alimlər hesab edir ki, həmin bölgədə COVID-19-un sürətlə yayılması bu amillə əlaqədar ola bilər. Araşdırmalar davam edir.

Qeyd edək ki, bundan əvvəl toz hissəciklərinin quş qripi və qızılca kimi xəstəliklərə yol açan virusların uzaq məsafələrə daşınmasında rol oynadığı sübut edilib.