QHT sədrinin Azərbaycanın koronavirusla mübarizəsi yazısı İndoneziya mediasındaİctimai fəal, “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları” İctimai Birliyinin sədri Emin Əliyevin ““Yeni dünya”da görüşənədək. COVİD-19 ilə mübarizənin Azərbaycan modeli” adlı məqaləsi İndoneziyanın aparıcı internet portallarında çap edilib.

E.Əliyev ölkəmizin koronavirusla mübarizədə əldə etdiyi uğurlar, düzgün qabaqlayıcı tədbirlərin təşkili və xalq-hökumət birliyinin bu nailiyyətlərin əldə edilməsində rolu barədə yazıb.

QHT sədri məqaləsində koronavirusla mübarizədə Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlərin əhəmiyyətini geniş formada izah edib. Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə yanaşı sosial rifahının yaxşılaşdırılması istiqamətində verdiyi qərarların müsbət nəticələrindən bəhs edib. E.Əliyev vurğulayı ki, dünyanın bir çox dövlətlərində COVİD-19 ilə mübarizə davam etməkdə və hətta daha da gücləndirilməkdə olduğu halda ölkəmizdə bu virus üzərində nəzarət tam təmin edilib. Hətta cəsarətlə demək olar ki, bu virus üzərində qələbə qazanılıb.

Məqalədə həmçinin ÜST tərəfindən Azərbaycana COVİD-19-la mübarizədə əldə etdiyi effektli nəticələrə görə təşəkkür edildiyi də qeyd olunub.
QHT sədrinin Azərbaycanın koronavirusla mübarizəsi yazısı İndoneziya mediasında
QHT sədrinin Azərbaycanın koronavirusla mübarizəsi yazısı İndoneziya mediasında
QHT sədrinin Azərbaycanın koronavirusla mübarizəsi yazısı İndoneziya mediasında
https://www.kataindonesia.com/see-everybody-in-the-new-world-soon-azerbaijani-model-in-the-fight-against-covid-19/

https://www.deliknews.com/2020/04/28/see-everybody-in-the-new-world-soon-azerbaijani-model-in-the-fight-against-covid-19/

http://lampungmediaonline.com/2020/04/see-everybody-in-the-new-world-soon-azerbaijani-model-in-the-fight-against-covid-19/
Rusiya Əsəddən üz çevirdiƏsəd iqtidarı sona yaxınlaşır, Rusiya ondan üz çevirib.

Bu sözləri türkiyəli politoloq Cingiz Tomar öz məqaləsində qeyd edib.

O bildirib ki, son zamanlar dünya mediasında Əsədin hakimiyyətdən gedəcəyi ilə bağlı yayılan xəbərlər onun vəzifə müddətinin bitməsindən qaynaqlana bilər:

“Türkiyənin israr etdiyi “Əsədsiz Suriya” tezisi getdikcə güclənir. Mənzərəni müşahidə etdikdə, Türkiyə, İran və Rusiyanın unitar Suriya, ABŞ-ın isə hərbi federasiya şəklində bölünmüş Suriya istədiyi aydın olur. Təbii ki, burada Türkiyənin bəzi istəkləri qeyd edilən ölkələrin mənafeyinə toxunur. Fəqət son bir neçə ayda Əsəd rejiminə alternativ adların sadalanması siyasi baxımdan yeni proseslərin başladıldığının göstəricisi ola bilər.

Belə ki, İsrail mediasına görə, müxalif aparıcı, Əsəd hakimiyyətində təmsil olunmuş Fəhd əl-Misri Bəşər Əsədə alternativ şəxslərdən biridir. Lakin bu iddia ərəb mediası tərəfindən çox da ciddiyə alınmır.

Daha bir iddialı isim isə Əli əl-Məmlükdür. Onun dinc şəkildə Əsədin yerinə keçəcəyi bildirilir. İddia edilir ki, Məmlük bu təklifi qəbul etməzsə, onu həbs, yaxud “qara siyahı” gözləyir.

Beynəlxalq mediada adı çəkilən digər şəxs isə sünni ailədən olan Məhəmməd Dib Zeytundur.

İddia edilir ki, ilin sonuna qədər Əsəd hakimiyyətdən bu və ya digər şəkildə gedəcək”.
Kimin ölüm xəbəri: Çin ordu yığır, ABŞ isə...Koreya yarımadasında baş verən hazırkı aktivlik Koreya müharibəsi ərəfəsində baş verən proseslərə çox bənzəyir. Yarımada üzərində marağı olan iki supergüc - ABŞ və Çin bir-birinə güzəştə getmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Şimali Koreya lideri Kim Çen İnin ölüm xəbəri ilə paralel baş verən siyasi prosesləri şərh edərkən deyib. O bildirib ki, Kim Çen İnin ölüm xəbərinin yayılmasının ardınca Uzaq Şərq regionunda, xüsusən də Koreya yarımadasında aktivlik gözlənilirdi:

“Çünki Kim Çen İn ABŞ-ın regionda maraqlarına mane olan bir şəxs idi. Düzdür, hazırda bu xəbərin doğru olub-olmadığı məlum deyil, lakin artıq yarımadada aktivlik müşahidə olunur. Çin Şimali Koreya sərhədinə çoxlu əsgər və hərbi texnika yerləşdirməyə başlayıb. ABŞ isə yarımada üzərində kəşfiyyat uçuşlarının sayını artırıb”.

Politoloq deyib ki, Donald Tramp Kim Çen İnlə bağlı çox müəmmalı açıqlama verib:

“Trampın "Bilirəm o (Kim çen - red.) özünü necə hiss edir. Siz yaxında hər şeyi biləcəksiniz” sözləri həqiqətən də çox qəribə açıqlamadır. Çünki Tramp nəyisə bilirsə, bunu açıqlamalıydı. Əgər açıqlamırsa, demək, həqiqətən də ortada nəsə var.

Artıq bir neçə gündür ki, Kim Çen İnin ölüm xəbəri yayılıb. Nəzərə alsaq ki, Şimali Koreyanın ən yaxın və tək müttəfiqi Çindir, belə qənaətə gəlmək olar ki, rəsmi Pekin məsələ ilə bağlı daha çox məlumata sahibdir. Görünür, Tramp bu reallıqdan narahatdır və yarımadada baş verən prosesləri yaxından izləyir”.

Politoloq qeyd edib ki, Çin Kim Çen İnin ölümündən sonra ABŞ-ın Şimali Koreyaya müdaxilə etməyindən çəkinir:

“Çin yaxşı başa düşür ki, ABŞ-ın Uzaq Şərqdə, xüsusən də Koreya yarımadasında maraqları var. Kim Çen İnin ölümü həqiqətdirsə, ABŞ yarımadada yaranan güc boşluğundan faydalanmaq istəyəcək. Maraqlı məqam odur ki, ABŞ və Çin bir-birindən ehtiyat edir.

Düşünürəm, yarımada üzərində siyasi gərginlik yaşansa belə, bu, müharibə sferasına keçməyəcək. Çünki yarımada uğrunda artıq bir dəfə müharibə baş verib və ABŞ bu müharibədə məğlub olub”.

ABŞ-da koronavirusdan ölənlərin sayı 1 milyonu ötdüABŞ ərazisində yeni növ koronavirusa 1 milyondan artıq yoluxma halı qeydə alınıb.

Xarici mediaya istinadən xəbər veririk ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata əsasən, ölkədə koronavirusdan 57 min nəfər dünyasını dəyişib.

Bildirilir ki, ən çox yoluxma halları Nyu-York (295 106), Nyu-Cersi (113 856) və Massaçusets (56 462) ştatlarında qeydə alınıb.
Azərbaycanlı gənclər Avropada hərəkat yaratdılar
Mənzil qərargahı Polşanın Varşava şəhərində yerləşən IDIFA Sülh Naminə Hərəkatı təsis edilib.

Avrasiya.net xəbər verir ki, hərəkatın əsas məqsədi dünyanın müxtəlif ölkərində Azərbaycanın milli maraqlarının müdafiəsi, Dağlıq Qarabağ həqiqətlərinin təbliğidir. Bu barədə açıqlama verən IDIFA-nın qurucularından biri, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov hərəkatın qarşısına qoyduğu əsas məqsədlərdən danışıb. Onun sözlərinə görə IDIFA-nın fəaliyyətinin daha da səmərəli təşkili üçün artıq bu gündən etibarən www.idifa.net internet portalı istifadəçilərin ixtiyarına verilib.

Emin Rüstəmov qeyd edib ki, hərəkat olaraq dövlətimizin beynəlxalq müstəvidə atdığı vacib addımları, eyni zamanda ölkəmizin dövlət maraqlarının qorunması istiqamətindəki mühüm fəaliyyətini təqdir edir və dəstəkləyirlər:

"Hərəkat olaraq əsas hədəfimiz bu istiqamətdə dövlətimizin yanında olmaq, Azərbaycanı beynəlxalq arenada layiqli təmsil etmək, yeni imkanlar axtararaq, bu siyasətə dəstək verməkdən ibarətdir”.

Assosasiya sədri hərəkatın qarşıdakı bir il üçün nəzərdə tutduğu tədbirlər planı haqqında da bəhs edib:

“Önümüzdəki il üçün əsas istiqamətlərdən biri Azərbaycanı dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil etməklə ölkəmiz adına Azərbaycan gəncliyi olaraq töhvə verməkdir. Bütün bunlarla yanaşı, tanınmış xarici media mənsubları ilə əməkdaşlıq edərək Azərbaycanın təbliği istiqamətdə daha çox məlumatların və məqalələrin yayımlanmasını təmin etməkdir. Qısacası, dövlətimizin müəyyən etdiyi xarici siyasət prioritetlərini əsas götürərək ölkəmiz adına faydalı işlər görməyi əsas məqsəd olaraq qarşımıza qoymuşuq.

Əsas hədəflərimizdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymətin verilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.
Kim Çen tabutda... - Şok foto yayıldıŞimali Koreya lideri Kim Çen İnlə bağlı növbəti dəfə qalmaqallı iddialar ortaya çıxıb.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkələrdə Kim Çen İnin tabutun içərisində olan fotosu yayılıb.

İddia edilib ki, fotolar Şimali Koreya liderinin cənazə mərasimində çəkilib.

Daha sonra fotonun Kim Çen İnin atasının dəfn mərasimində çəkildiyi və fotomontaj edildiyi iddia olunub.
İranı ABŞ işğalından qoruyan 3 əsas fakt - Ekspertİnanmıram ki, supergüclər İranın Qərb və Şərq ölkələrinə verdiyi böyük faydaları geri çevirib, onun hansısa hissəsini əldə etmək üçün hərbi müdaxilə etsinlər.

Bu sözləri Axar.az-a açıqlamasında İranın tanınmış siyasi ekspertlərindən Mehdi Nəimi ABŞ-ın sabiq dövlət katibi Henri Kissencerin İranı işğal edəcəkləri ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, ABŞ hazırda İrandan bölgə ölkələri ilə münasibətlərində daha çox yararlanır:

“Əvvəlcə baxaq, görək, İranın indiki durumu, rejim adına yürüdülən və aparılan siyasətlər hazırda supergüclərin, özəlliklə ABŞ-ın xeyrinədir, ya zərərinə? İranın siyasəti sayəsində ABŞ İrandan, loru dildə desək, "xoxan" yaradıb və qonşu ölkələri, o cümlədən Bəsrə körfəzi dövlətlərini “sağmaq”dadır. Milyardlarla dollar dəyərində silah satışı sözdə İran qorxusu səbəbi ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt və bu kimi digər ölkələr İran təhlükəsindən qorunmaq üçün ABŞ-ın himayəsinə keçiblər və siyasətlərini də buna əsasən nizamlayırlar. Bu qədər sözəbaxan ölkələri boş-boşuna qorxu kölgəsindən çıxarmaq istəyərlərmi?”

Ekspert bildirib ki, İranın işğalı da asan proses deyil:

“Çünki ötən illərdə İran İslam Respublikası radikal məzhəbçiləri yüksək dərəcədə təşkilatlandırıb. Bunlar həm iranda, həm də başqa ölkələrdə mövcuddur. Onlar da ya inanclarına əsaslanaraq, ya da İrandan aldıqları məvacibə görə bu yolda canlarından keçməyə hazırdırlar. Belə adamların mövcudluğu ABŞ-ın İranı işğal planını həyata keçirməsinə doğru addımları zamanı “xərcini” artıra bilər”.

Mehdi Nəimi bildirib ki, İrandan faydalanan nəhəng ölkələr onu ABŞ-a yem etməz:

“Digər məsələ isə budur ki, İran da yalnız deyil. İranın da ABŞ-a qarşı müqavimət göstərməsi üçün dayandığı başqa supergüclər var. Rusiya, Çin öz mənfəətlərini təqib etsələr də, İranı bir yem kimi ABŞ-ın qarşısına buraxmazlar. Doğrudur, onlar İranın ala gözünə aşiq deyillər. Ancaq bu ölkələrin də öz mənfəətləri var və hazırda İranın onlara böyük faydası dəyir. Bu iddialar rahat səslənə bilər, ancaq həyata keçməsi heç də asan deyil”.

Ekspert İranın çöküşünün daxildən başvermə ehtimalının daha böyük olduğunu vurğulayıb:

“İranın dağılması kənar müdaxilələrdən daha çox içəridən ola bilər. Yəni İranın öz əhalisi hakimiyyətdən incidiklərinə görə arxa çevirdiyi zaman rejimin sütunları titrəyə bilər. Bu, Tehran üçün xarici güclərin hücumundan daha qorxulu olar”.
Tramp: Kim Çen necədir, bilirəm, amma...Şimali Koreya lideri Kim Çen İnin özünü necə hiss etdiyini bilirəm.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. Buna baxmayaraq, o jurnalistlərə bu barədə açıqlama verməkdən imtina edib.

“Mən sizə dəqiq deyə bilmərəm... Mənim çox yaxşı ideyam var, ancaq indi onu sizə deyə bilmərəm. Mən sadəcə ona yaxşılıq arzulayıram. İnanıram ki, onda hər şey yaxşıdır. Bilirəm özünü necə hiss edir. Siz yaxında hər şeyi biləcəksiniz”, - Tramp jurnalistlərə deyib.

Qeyd edək ki, Kim Çen İnin ürək əməliyyatından sonra komaya düşdüyü haqda məlumat yayılıb.
Pandemiya tezliklə bitməyəcək - ÜST rəsmisindən XƏBƏRDARLIQSon məlumatlara görə, koronavirus xəstələrinin sayı 3 milyona yaxınlaşır, pandemiya isə tezliklə başa çatmayacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı xəbərdarlıq edib. Tedros Adanom Qebreyesus COVID-19-un yayılmasının planetdəki uşaqların immunizasiya proqramlarına mənfi təsirindən narahatlığını dilə gətirib:

“Hər il 116 milyondan çox uşaq peyvənd edilir və bu, dünyadakı bütün uşaqların 86% -ni təşkil edir. Bununla belə, dünyada 13 milyondan çox uşaq hələ də peyvənd edilməyib. COVID-19-dan dolayı bu say artacaq”, - deyə təşkilat rəhbəri qeyd edib.

O, həmçinin sərhədlərin bağlanmasının 21 ölkədə digər xəstəliklərə qarşı vaksin çatışmazlığına səbəb olduğunu söyləyib.