İki yük maşınından 100 cəsəd çıxdı - ABŞ-daABŞ-ın Nyu York ştatının Bruklin inzibati rayonunda cənazə evinin qarşısındakı 2 yük maşınında ümumilikdə 100 cəsəd tapılıb.

Axar.az xəbər verir ki, cəsədlərdən gələn pis qoxunun ətrafa yayılmasından sonra sakinlər polisə şikayət edib.

Araşdırma nəticəsində bəlli olub ki, cənazə evində yer olmadığı üçün cəsədlər yük maşınlarına yığılıb.

Yük saxlanan hissədə soyuduğu olmadığına görə cəsədlər çürüməyə başlayıb və pis qoxu ətrafa yayılıb.

Qeyd edək ki, cəsədləri tapılan şəxslərin ölüm səbəbi açıqlanmayıb.
Koronavirus bioloji silahdırmı? – Pandemiyanın yayılması haqda DETALLARDünyada milyonlarla insana yoluxan, yüz minlərlə insanın ölümünə səbəb olan, bütün həyatı alt-üst edən koronavirus pandemiyasının bioloji silah, yoxsa təbii yolla yayılmış virus olması haqda müxtəlif fərziyyələr irəli sürülür.

Publika.az xəbər verir ki, Türkiyənin Tibb Elmləri Universitetinin (GATA) KBRN (Kimyəvi, bioloji, radioaktiv, nüvə) bölməsinin rəhbəri Levent Kenar bu suallara aydınlıq gətirib.

Türkiyəli alim koronavirusun bioloji silah olması ehtimalını istisna etmir.

“Bununla bağlı hələ də mübahisələr davam edir. Bioloji silahın xüsusi məqsədi olur: insanları qəsdli şəkildə öldürmək, xaos yaratmaq, sosial həyatı pozmaq, qorxu yaymaq və s. Hətta bəzən hansısa irqə yönələn bioloji silahlar istehsal edilə bilər. Amma koronavirusun bioloji silah olub-olmadığını demək çətindir. Belə demək mümkünsə, 50 faiz bioloji silah olduğunu, 50 faiz olmadığını deyə bilərik. Hər şeydən əvvəl bu virusu insanlara yoluxdurmaq üçün vasitə lazımdır. Məsələn, yarasalardan keçdiyi deyilir. SARS da pişiklərdən keçmişdi. Amma bəzi açıq suallar var, bunlardan biri də, yarasa bu virusa təbii yolla yoluxub, yoxsa laboratoriyada hazırlanaraq bədəninə yeridilib? Tibb dünyası bunun bioloji silah olmadığını, təbii yolla yayılmış virus olduğunu deyir, digər tərəfdə isə bioloji silah olması ilə bağlı fikirlər var”, - o bildirib.

L.Kenar qeyd edib ki, bu virus laboratoriyada istehsal edilibsə, çox uğurlu alınıb: “Dünyanı yaxşı qorxuda bildilər. Bütün dünya iqtisadiyyatı məhv oldu, 4 trilyon dollarlıq itki var. Bu virus bir təşkilat, yaxud ölkə tərəfindən istehsal olunubsa, texnologiyası və elmi çox yüksək olanlar tərəfindən edilib. Təsəvvür edin, hava şəraitinin virusa təsiri olmur və hiss olunmadan yayılır. Xəstələrin 20-25 faizi bilmədən bu simptomları daşıyır. Virus Çindəki hava şəraitində yaşaya bildiyi kimi, Ekvadordakı istilərdə də yaşaya bilir, yaxud soyuq İslandiyada da. Buna görə də virusun bioloji silah olması ehtimalı böyükdür. Dünyada bioloji müharibə olsaydı, onun təsirləri məhz belə olardı”.

Türkiyəli alim hesab edir ki, bundan sonra ölkələr müharibə strategiyasını dəyişdirəcək.

“Ölkələr bioloji silahın mövcudluğundan xəbərdar idilər, amma bir virusun bu qədər təsirli ola biləcəyini bilmirdilər. Təəssüf ki, nəticələri çox ağır olan bir təlim keçirildi deyə bilərik. Bu təlimlə bioloji silahın varlığı bilinmiş oldu. Bioloji silahın istehsalı çox asandır, amma ondan qorunmaq çox çətindir. Misal üçün, hansısa öldürücü silahı 2 min dollara istehsal etmək olar, amma öldürücü virus 1 dollara başa gəlir”, - L.Kenar vurğulayıb.
ABŞ Suriyadakı neft yataqlarının mühafizəsini PKK yaraqlılarına tapşırırABŞ Suriyada Fərat çayının şərqindəki neft yataqlarının qorunması üçün xüsusi birlik yaratmağa başlayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, xüsusi birliyin tərkibi Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvü olan etnik ərəblərdən formalaşdırılacaq. Qeyd edək ki, həmin SDQ-nın əsas hissəsi terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) və “Xalq özünümüdafiə dəstələri”nin (XÖD) üzvlərindən ibarətdir.

Bildirilir ki, həmin birlik neft yataqlarını qorumaqla yanaşı, Suriya Prezidenti Bəşər Əsəd rejimini dəstəkləyən İranyönümlü silahlı qruplaşmaların hücumlarını da dəf etməyə hazır olmalıdır.

“Anadolu”nun məlumatına görə, bu funksiyaların yerinə yetirilməsi üçün Amerika komandanlığı hər döyüşçüyə ayda 350 dollar ödəyəcək. Yeri gəlmişkən, SDQ sıralarındakı PKK və XÖD döyüşçülərinə ayda 100 dollar verilir.
Koronaya yoluxma 3 milyonu, ölüm 200 mini keçdiDünyada koronavirusdan sağalanların sayı 3.222.392 nəfər koronavirusa yoluxub.

Axar.az "Vorldometers"ə istinadla xəbər verir ki, onlardan 1 milyon 5446 nəfər sağalıb, 228.270 nəfər isə ölüb.

Ən çox yoluxma ABŞ-dadır - 1.064.572. Onlardan 61.669 nəfər ölüb.

Yoluxmaya görə daha ilk beşliyi İspaniya (236.899), İtaliya (203.591), Fransa (166.420) və Böyük Britaniya (165.222) qərarlaşıb.

73 il evli olan cütlük eyni gündə koronavirusdan öldüABŞ-da 73 il evli olan cütlük eyni gündə koronavirusdan ölüb.

“USA Today” xəbər verir ki, 94 yaşlı Uilford Kepler və 92 yaşlı Meri Kepler altı saatlıq fərqlə vəfat ediblər.

Əvvəlcə qadında koronavirus aşkar edilib, o, dörd gün özünütəcrid rejimində qalıb. Lakin onun həyat yoldaşında da virus tapılıb.

Cütlüyün nəvəsi Natali Lamekanın dediyinə görə, həkimlər onun nənəsi ilə babasını eyni palataya yerləşdiriliblər. Hətta onların bir-birinin əlindən tutması üçün çarpayılarını da yaxınlaşdırıblar:

“Həkimlər onları nə gözlədiyini bilirdilər və buna sakit yanaşırdılar”.

Natali nənə və babasının Böyük Depressiya, İkinci Dünya Müharibəsi və Vyetnam Müharibəsi də daxil olmaqla, çox tarixi hadisələrin şahidi olduqlarını qeyd edib.

Keplerlər Uilfordun böyüdüyü Viskonsin ştatının Bos kəndi yaxınlığındakı qəbiristanlıqda yanaşı dəfn ediliblər.

Qeyd edək ki, ABŞ-da 61 669 nəfər koronavirusdan həyatını itirib.
Almaniya “Hizbullah”ı terror təşkilatı elan etdiAlmaniyanın Daxili İşlər Nazirliyi Livanın “Hizbullah” təşkilatını terror qruplaşması elan edərək onun ölkədəki bütün fəaliyyətinə qadağa qoyub.

Bunu nazirliyin sözçüsü Stiv Alter “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı artıq ölkənin bir neçə bölgəsində polis tədbirlərinə başlanılıb.

Qeyd edək ki, “Hizbullah” İranla sıx əlaqədə olan təşkilatdır. (report)
Ruhani təhdid etdi: Fars körfəzi bizimdirFars körfəzi İran xalqına məxsusdur.

Axar.az xəbər verir ki, bunu İran hökumətinin iclasında çıxışı zamanı Prezident Həsən Ruhani deyib.

“Fars körfəzi İran xalqına məxsusdur və bundan sonra da Fars adlanacaq. Amerikalılar anlamalıdırlar ki, bu, Nyu York və ya Vaşinqtondakı hansısa körfəz deyil. İran ordusu Fars körfəzinin keşiyindədir və keşiyində də qalacaq”, – deyə o bildirib.

Payızda vəziyyət gərgin ola bilər - Şok açıqlamaƏgər ABŞ-da yeni tip koronavirusa qarşı müalicələr nəticə verməsə, payızda vəziyyət gərgin olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi deyib.

O bildirib ki, müəssisələrin tez zamanda açılması ABŞ-ın son həftələrdə pandemiya ilə mübarizədə qazandığı uğurlara kölgə salacaq:

“Komendant saatının ləğvi virusun yox olması anlamına gəlmir. Unutmamalıyıq ki, virus hər an geri qayıda bilər”.

A.Fauçi qeyd edib ki, alimlərin pandemiyaya qarşı vaksin tapacaqlarına inanır:

“Ancaq vaksinin nə zamana hazırlanacağı barədə dəqiq bir söz deyə bilmərəm”.