55 jurnalist koronavirusun qurbanı olduKoronavirus pandemiyası 23 ölkədən olan 55 jurnalistin həyatına son qoyub.

Axar.az xəbər verir ki, müstəqil PEC təşkilatı məlumat yayıb.

“Pandemiya dövründə jurnalistin həyatı daha böyük risk altındadır. Çünki KİV nümayəndələri xəstəxanalardan, hadisə yerindən məlumat verməli, həkimlərdən, tibb bacılarından və pasiyentlərdən müsahibə almalıdırlar”, - deyə bildirilib.

Pandemiyadan jurnalist ölümü ən çox Ekvadorda qeydə alınıb. Burada 9 media nümayəndəsi COVİD-19-un qurbanı olub.
Kim Çen üzə çıxdı, ancaq Tramp yenə danışmadıMən bu haqda danışmaq istəmirəm.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Kim Çen İnin səhhəti ilə bağlı verilən suala cavab olaraq deyib.

Qeyd edək ki, bir neçə gün öncə də Tramp Kim Çen haqda məlumatlı olduğunu, ancaq bu barədə mediaya danımaq istəmədiyini bildirmişdi.

Şimali Koreyanın rəsmi xəbər agentliyi isə Kim Çen İnin 20 gündən sonra xalq qarşısına çıxdığı haqda məlumat yayıb.
Koronavirus pandemiyası iki il davam edəcək - İDDİAAlimlər hesab edir ki, dünya əhalisinin üçdə ikisi immunitet qazanmayınca, koronavirus pandemiyası iki il davam edəcək.

Modern.az xəbər verir ki, Amerika alimləri dünyada koronavirusun yayılmasının davam edəcəyini açıqlayıb. Onlar iddia edib ki, əhalinin üçdə ikisi xəstəlikdən immunitet əldə etməyincə, virus 2 ilə qədər davam edəcək.

Bu barədə Minnesota Universitetinin İnfeksion Xəstəlikləri Araşdırma və Siyasət Mərkəzinin "Bloomberg"də yayımlanan hesabatında məlumat verilib. Alimlərin proqnozları mövcud təhlillərə, həmçinin keçmişdə bəşəriyyətin pandemiya ilə mübarizə üsullarına əsaslanan mövcud məlumatlar üzərində qurulub. Nəticədə tədqiqatçılar bu qənaətə gəlib ki, dünya insanlarının üçdə ikisi immunitet qazanmalıdır.

Hətta alimlər 2020-ci ildə peyvənd hazırlasalar da, hamıya bu vaksinin vurulması üçün vaxt lazım olduğunu qeyd ediblər. 2009-2010-cu illərdə qrip pandemiyasında da eyni hal yaşandığı diqqətə çatdırılıb.

"İnfeksiya ABŞ-da başlanğıc pik həddə çatana qədər peyvənd tapılmamışdı", - deyə hesabatda qeyd edilib.

Koronavirus pandemiyasını cilovlamaq qripdən daha çətindir. Çünki yoluxanların bir hissəsində heç bir əlamət olmur, eyni zamanda virusu digər insanlara aktiv şəkildə ötürməyə davam edirlər.

Minnesota Universitetinin İnfeksion Xəstəlikləri Araşdırma və Siyasət Mərkəzini idarə edən Mayk Osterholm "60-70% insan yoluxmayana qədər bu bəla dayanmayacaq" , - deyə açıqlama verib.
Fövqəladə iclas: Azərbaycanda karantin uzadılır?ÜST-ün fövqəladə iclası 30 apreldə keçirilib.

Axar.az xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycandakı rəhbəri Hande Harmancı media üçün keçirilən onlayn videokonfrans zamanı deyib.

Onun sözlərinə görə, bu iclasın nəticələri hələ açıqlanmayıb. Açıqlama bu gün saat 17.00-da veriləcək. Gözlənilən odur ki, iclasda hökumətlərə karantinin rejiminin hansı şəkildə davam etdirilməsi və ya yumşaldılması haqda tövsiyələr təqdim olunacaq.
Trampdan dünyanı ayağa qaldıracaq İDDİA: dəlilləri gördüm, Çin koronavirusu...ABŞ Prezidenti Donald Trampdan dünyanı təəccübləndirəcək daha bir açıqlama gəlib.

Publika.az xəbər verir ki, o, yeni tip koronavirusun Uhandakı laboratoriyadan çıxdığına dair dəlil gördüyünü deyib.

Ağ Evdə yaşlıların mühafizəsi ilə bağlı paneldə sualları cavablandıran Tramp bu dəlilin yüksək dərəcə güvən verən dəlil olduğunu bildirib.

Jurnalistlərin bu mövzuda təkidlə suallar ünvanlamasına cavab olaraq isə “Çin bunu qəsdən və ya yanlışlıqla edibsə də, araşdırmaçılarımız bu mövzu üzərində işləyir. Sizə hazırda ətraflı məlumat verə bilmərəm” sözlərini deyib.

Koronavirusun pandemiyaya çevrilməsinə ikinci günahkar kimi Ümumdünya Səhiyyə Təşkilatını hədəf alan ABŞ Prezidenti qurumun özündən utanmalı olduğunu dilə gətirib: “Çinin ictimaiyyətlə əlaqələr departamenti kimi işləyirlər. Biz hər il bu təşkilata 500 milyona yaxın pul veririk. Çin isə sadəcə 38 milyon. İnsanlar yüzminlərlə insanın ölümünə yol açan səhvlər edərkən ÜST-ün heç bir bəhanəsi ola bilməz”.

Qeyd edək ki, ABŞ Milli kəşfiyyat Direktorluğu (DNİ) ötən gün verdiyi açıqlamada COVID-19 virusunun insan əməyi və ya genetikası dəyişdirilmədiyinə dair bilgilərlə həmfikir olduqlarını açıqlamışdı.
Elm adamlarından ŞOK XƏBƏRDARLIQ: əməl olunmasa, 200 min insan öləcəkElm adamları Fransa üçün həyəcan təbili çalır.

Publika.az xəbər verir ki, ölkədə küçəyə çıxma qadağasının yığışdırılmasından sonra pandemiyanın ikinci dalğasının gələ biləcəyi proqnozlaşdırılır.

11 mayda başa çatacaq qabaqlayıcı tədbirlərdən sonra xalqın maska taxmaq, sosial məsafəni qorumaq, gigiyenik qaydalara əməl etmək kimi tələblərə uymaması təqdirində, 200 min insanın virusa yoluxa biləcəyi və öləcəyi iddia edilir.

Paris Xəstəxanalarına İctimai Dəstək və Kolumbiya Universiteti ilə birlikdə işləyən bir qrup epidemiya mütəxəssisinin apardığı araşdırmada sadəcə nəqliyyatda maska məcburiyyəti gətirilməsi təqdirində, 85 min nəfərin, tamamilə tədbirsiz davranıldıqda isə 165 min nəfərin virus səbəbilə ölə biləcəyi qeyd olunur. Elm adamları xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanlara evlərindən çıxmamağı tövsiyə edir.
İsraildə vəziyyət gırginləşirİsraildə koronavirusla bağlı son durum açıqlanıb.

Publika.az xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 15 946 nəfərə çatıb. Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada ölkədə 76 yeni yoluxma, 3 ölüm hadisəsi qeydə alınıb.

Koronavirusdan ölənlərin ümumi sayı 222-yə çatıb.

Koronavirusla bağlı məlumatlar araşdırılırABŞ kəşfiyyatı COVİD-19 koronavirusunun süni yaradılmadığı qənaətindədir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisi məlumat yayıb.

“ABŞ kəşfiyyatı COVİD-19 virusunun insan əli ilə yaradılmadığına və genetik modifikasiya olunmadığına dair geniş alim konsensusu ilə razıdır. Xəstəliyinin heyvanla təmas və ya Uhan şəhərindəki laboratoriyada baş verən insident nəticəsində yayıldığını müəyyən etmək üçün əldə olunan informasiya və kəşfiyyat məlumatları araşdırılır”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo dəfələrlə Çini virusun mənşəyi barədə məlumatları gizlətməkdə ittiham edib. Mayk Pompeo Pekini koronavirusun təhlükəli infeksiya xəstəlikləri üzrə tədqiqatların aparıldığı Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızması ehtimalı barədə açıqlama verməyə çağırıb.

Milli Kəşfiyyat direktorunun ofisi Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu da daxil olmaqla ABŞ-ın 17 kəşfiyyat qurumunun fəaliyyətini koordinasiya edir.
Faciəli şəkildə ölən gəncin nəşi Bakıya gətirilirABŞ-ın Şimali Karolina ştatında avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək.

Avrasiya.net “Diasporpress”ə istinadla xəbər verir ki, Samir Ayaz oğlu Hüseynovun cənazəsi artıq Nyu York şəhərinə gətirilib. Mərhumun nəşi oradan Azərbaycana göndəriləcək.

Qeyd edək ki, S.Hüseynov Şimali Karolina ştatında daxili yükdaşımalarla məşğul olub. O, avtomobilin arxa kabinasında yatan zaman havalandırma sistemində nasazlıq baş verib. Nəticədə avtomobildən çıxan işlənmiş qaz kabinaya sızıb və gənc vəfat edib.

O, Azərbaycan vətəndaşı olub və “Yaşıl kart” (Green Card) vasitəsilə Şimali Karolina ştatına köçüb.
Mavritaniyada girov saxlanılan dənizçilərimiz tezliklə vətənə qaytarılacaq - Şahin SeyidzadəMavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət dörd dənizçinin ölkəmizə qayıtması üçün görülən tədbirlər davam edir.

Bir müddət əvvəl Mavritaniya İslam Respublikasına əmək fəaliyyəti ilə bağlı yola düşən 4 Azərbaycan vətəndaşı gəmiçi müəyyən problemlərlə qarşılaşaraq girov olaraq saxlanılıb.

Milli Məclisinin deputatı, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasında olan fövləqadə və səlahiyyətli səfiri Oktay Qurbanovla əlaqə saxlayıb.

Deputat Avrasiya.net-ə bildirib ki, operativ və dolğun formada bizi məsələ və dənizçilərimizin vəziyyəti ilə məlumatlandıran hörmətli səfir vətəndaşlarımızın qısa zaman ərzində çətinliklərinin həll edilməsi və ölkəyə qayıtması üçün lazımi tədbirlərin görüldüyünü qeyd edib

Ş. Seyidzadə əlavə edib ki, dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq, onların hotel və digər xərcləri ödənilib, lazımi köməyin göstərilməsi təmin edilib. Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir:

"Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya və Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq, onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir. Karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcəkdir".

Deputat vətəndaşlarımızın problemlərinin operativ və peşəkar formada həll olunmasında səy göstərən diplomatik nümayəndəlik, dövlət qurumu və agentliyə öz təşəkkürümü bildirib.

#MilliMəclis #seyidzade50 #MFAAzerbaijan #AzDiaspora #ARDDA #AzEmbassyRabat #Azerbaijan #Mauritania