ÜST-dən Trampa şok: Daha çox meyit istəyirsinizsə...
Bu virusu siyasiləşdirməyin. Bu, alovla oynamaqdır. ABŞ və Çin bu gün bir araya gəlib təhlükəli düşmənə qarşı birləşməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tedros Adhanom ABŞ Prezidenti Donald Trampın ittihamlarına cavabında deyib.

“G20 üzvləri ilə birlikdə hərəkət edib, savaşmalıyıq. Dünyanın digər hissəsi də birləşib savaşmalıdır. Bu virusun təhlükəli olduğunu bir neçə dəfə bildirmişik. Əgər düzgün mübarizə aparmasaq, daha çox cəsəd torbası bizi gözləyir. Siyasiləşdirməyin! Əgər daha çox meyit torbaları görmək istəyirsiniz, o zaman siyasiləşdirə bilərsiniz”, - deyə Adhanom bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ü ABŞ-dan maliyələşdiyi halda Çinə işləməkdə, pandemiya ilə bağlı yanlış məlumatlar yaymaqda günahlandırıb.
Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı
Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10 869 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon 7 mindən çox insanın intensiv terapiya və ya reanimasiya şöbələrində olduğunu qeyd edib.

J.Salomon bildirib ki, martın 1-dən koronavirusa yoluxanlar arasında 7 632 ölüm halı qeydə alınıb: "Xəstəxanalar və tibbi-sosial müəssisələr də daxil olmaqla, ölənlərin ümumi sayı 10 869 nəfərdir. Onların 82 faizi 70 yaşdan yuxarı insanlardır. Ölkədə koronavirusdan ölənlərin sayı son sutka ərzində 541 nəfər artıb. Epidemiya başlayandan 60 min insan xəstəxanaya yerləşdirilib. Hazırda 30 375 nəfər hazırda xəstəxanalarda qalır ki, onlardan da 7 148 nəfərin vəziyyəti ağırdır".
Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı
ABŞ kəşfiyyatının əməkdaşları hələ ötən ilin noyabr ayında ölkə rəhbərliyini Çinin Uhan şəhərində koronavirusun yayılması və bunun alovlana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, Uhanda koronavirus alovlanmasına dair ətraflı məlumatlar Milli Səhiyyə Kəşfiyyatı Mərkəzinin (MSKM) hesabatında yer alıb.

Hesabat ələ keçirilmiş bilgi və peyk görüntülərinə əsaslanıb. Qeyd edilib ki, bu alovlanma ABŞ-ın Asiyadakı hərbi qüvvələrinə ciddi təhdid ola bilər.

Mənbənin bildirdiyinə görə, hesabatın müəllifləri bunun dəhşətli hadisələrə yol aça biləcəyi nəticəsinə gəliblər və bu barədə dəfələrlə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi, Pentaqonun Qərargah rəisləri Komitəsi və Ağ Ev məlumatlandırılıblar.

Telekanalın bilgisinə görə, bu mövzuda yüksək vəzifəli siyasətçilərin mütəmadi brifinqi dekabrda da keçib. Yanvardan başlayaraq ABŞ prezidenti Donald Tramp durumun inkişafı barədə gündəlik məlumat alıb.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 13 minə çatır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 452 000-i ötüb. Bunların 309 743 nəfəri sağalıb, 83 567 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
İngiltərədə gündə 3 min insan koronadan öləcək - Şok iddia
İngiltərədə yeni tip koronavirus aprel ayının 3-cü həftəsində pik səviyyəyə çatacaq.

Axar.az xəbər verir ki, bu barədə Vaşinqton Universiteti Tibb fakültəsinin Sağlamlığın Dəyərləndirilməsi Mərkəzi məlumat yayıb.

Mərkəz ölkələrdəki sosial məsafə qaydalarını, bu günə qədər görülən tədbirlərə nə dərəcədə əməl olunmasını və ölüm nisbətləri kimi meyarları nəzərə alaraq hesabat hazırlayıb.

Mərkəzin iddiasına əsasən pandemiya İngiltərədə aprel ayının üçüncü həftəsində pik həddə çatacaq və bu tarixlərdə ölüm sayı gündə 3 min olacaq.

Belə olarsa, ölkə üzrə avqust ayına kimi 66 min insanın həyatını itirəcəyi deyilir.
Rusiya o bölgəyə yenidən ordu göndərir - ABŞ-la QARŞI-QARŞIYA
Rusiya Suriyanın şimal-şərqində yerləşən PKK/YPG terror təşkilatının işğalındakı Qamışlı rayonunda hərbi mövqeyini gücləndirir.

Publika.az xəbər verir ki, ötən gün Qamışlıdakı hərbi düşərgəyə 50 avtomobillik konvoy göndərilib.

Zirehli və piyada döyüş maşınları ilə tanklardan ibarət konvoy Türkiyə Silahlı Qüvvələrinin "Barış pınarı" hərəkatını keçirdiyi bölgənin yaxınlığından Qamışlıdakı hava limanına istiqamətlənib.

"Barış pınarı" əməliyyatından sonra Qamışlı hava limanındakı mövqeyini fabrik evlərlə genişləndirən Rusiya daha əvvəl burada ən az 200 əsgər, onlarla zirehli avtomobil və tank, 6 hərbi helikopterlə yerləşmişdi. Rus komandirlər isə bölgədə müsadirə etdikləri villalarda yaşayır.

Rusiyanın əlavə hərbi qüvvə göndərməklə ABŞ ordusunun yerləşdiyi Rumeylan neft sahəsinə təzyiqini artırmasını hədəflədiyi gözlənilir.

Qeyd edək ki, Türkiyənin PKK-ya qarşı "Barış pınarı" hərəkatını 9 oktyabr 2019-cu ildə başlatması ilə ABŞ əsgərlərinin Suriyanın şimalında boşaltdığı bəzi bazalara rus əsgərləri yerləşdirilmişdi.
Çilidə 286 həkim koronaya yoluxdu
Çilidə koronavirusa yoluxan həkimlərin sayı 286-ya çatıb.

Axar.az xəbər verir ki, bunu Çili Səhiyyə naziri Hayme Manyaliç deyib.

Qeyd edək ki, Çili Latın Amerikasında koronavirusa yoluxanların sayına görə Braziliyadan sonra ikinci yeri tutur. Ölkədə koronavirusa yoluxanların sayı 5115 nəfər, bu virusdan ölənlərin sayı isə 43 nəfər təşkil edir.
Yeni epidemiya yayılır - 254 nəfər öldüDünya yeni tip koronavirusla mübarizə apararkən Asiya ölkəsi İndoneziyada yeni epidemiya aşkarlanıb.

Publika.az xəbər verir ki, yanvarın əvvəlindən 4 aprelə qədər ölkədə danq qızdırması səbəbilə 254 nəfər dünyasını dəyişib.

Ümumilikdə, 40 min nəfərin xəstəliyə yoluxduğu bildirilir.

“Tempo” qəzetinin xəbərinə görə, Səhiyyə Nazirliyi Vektorial və Zoonotik Xəstəliklər İdarəsinin direktoru Siti Nadya Tarmizi xəstəliyin ən çox rast gəlindiyi Qərbi Yava və Şərqi Nusa Tenqqara əyalətlərinin qırmızı bölgə elan edilərək karantinə alındığını bildirib.

Epidemiyanı ağcaqanadlar yayır


Ölkədə ağcaqanadların daha çox ortaya çıxdığı oktyabr-aprel aralığında yağışlı dövrlərdə danq qızdırması və adi qızdırma xəstələrinin sayı artır.

Xatırladaq ki, İndoneziyada danq qızdırmasından 2016-cı ildə 1598, 2017-ci ildə 493, 2018-ci ildə 344 nəfər dünyasını dəyişib.
Sirr çözüldü: Koronavirusu amerikalı professor Çinə satıb? – Röyter açıqladıDünya yeni növ koronavirus pandemiyasının ABŞ-ın Harvard Universitetinin professoru Çarlz Leberin laboratoriyada yetişdirərək, Çinə satmasından danışır.

Teleqraf.com xəbər verir ki, Leber, eyni zamanda ABŞ-ın məxfi kəşfiyyat məlumatlarını Çinə verməkdə də ittiham edilib. Bu işlərə görə Çin şirkətlərindən yüz minlərlə dollar aldığı bildirilən 60 yaşlı professorun artıq saxlanıldığı deyilib.

Məlumata görə, Leberin Harvard Universitetindəki araşdırma qrupu Milli Səhiyyə İnstitutları və Müdafiə Nazirliyindən apardığı araşdırma üçün 15 milyon dollar alıb. Məlumatda Leberin Çindəki Uxan Texnologiya Universitetinə olan bağlılığını və Çin şirkətləri ilə gizli sövdələşmələrini nüfuzlu elm adamlarını ölkəyə çəkmək üçün gizlətdiyi qeyd edilib. Çin universiteti tərəfindən professora ayda 50.000 dollar ödənildiyi və Uxan Universitetində laboratoriya qurması üçün 1.5 milyon dollar aldığı da bildirilib. Beləliklə onun Harvarddakı araşdırmalarını Uxan Universitetinə satdığı iddia olunub.

“Röyter” agentliyi isə Leberin saxlanılmadığı, onun koronavirusla bağlılığının olmadığını bildirib. ABŞ-ın Ədliyyə Nazirliyi də məlumatları təkzib edib.
Bu ölkələr yoxa çıxdı, bütün dünya Çinə qarşı...“Artıq ABŞ-ın güclü imici yoxdur, Avropa İttifaqı deyilən bir şey də yoxdur. Qərbin hökmranlıq etdiyi dünya da geridə qaldı”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar İbrahim Karagül deyib.

Türkiyəli yazar trilyon dollarlıq gücə sahib olan dövlətlərin maska tapa bilmədiyinə, bir-birinin tibbi ləvazimatlarını oğurladığına diqqət çəkib: “Ən mərhəmətsiz ölkələr indi ən çox mərhəmətə möhtac olanlar olub”.

İ.Karagül qurulacaq yeni dünyada dövlətlərin milli istehsala üstünlük verəcəyini hesab edir.

“Pandemiya bitəcək və bəşəriyyət yeni dünyaya oyanacaq. Güc və sərvət əl dəyişdirdi, siyasi və iqtisadi sistemin xarakteri də dəyişdi. Artıq Qərb həyat tərzinə şübhə edən bir dünya qurulacaq. Bu dünyada müdafiə, sənaye, texnologiya qədər kənd təsərrüfatına da önəm veriləcək”, - o qeyd edib.

Yazar bildirir ki, virusun dərmanı çox tez tapılacaq: “İyirmiyə qədər ölkə dərmanın tapılması üzərində iş aparır, bəzi ölkələr artıq insanların üzərində sınaqlar keçirir. Məlum dərmanların bir qismi müalicədə istifadə olunur. Bəlkə də ilk dəfə ən tez dərmanın tapılmasına şahid olacağıq”.

Yazar onu da iddia edir ki, Çinin vəziyyəti çətin ola bilər.

“Dünya ölkələri, eləcə də virusdan zərər görən şirkətlər xəstəliyi yayan ölkə kimi Çinə yüz milyardlarla dollarlıq məhkəmə iddiaları qaldıra bilərlər. Artıq indidən bu haqda danışırlar. Xüsusilə Böyük Britaniyada virusun heyvanlardan keçdiyi, Uhandakı laboratoriyadan bir insana bulaşdığı və belə yayıldığından bəhs edirlər. Bu da virusun süni şəkildə yaradıldığı ehtimalını gücləndirir. Bu iddialar böyük qarşıdurmalara səbəb ola bilər”.