Gəmidə koronavirus xəstəsi olduğunu eşidən sərnişinlər dənizə tullandı - VİDEO
İndoneziyanın Maumere şəhəri istiqamətində üzən bərənin heyət üzvlərinin koronavirusa yoluxması barədə məlumat sərnişinlərdə həyəcan yaradıb.

Publika.az xəbər verir ki, həyəcanlanan bəzi sərnişinlər dənizə tullanıb. Məlumata görə, heyət üzvləri koronavirusa yoluxduğu üçün gəminin limana yaxınlaşmasına icazə verilməyib. Hadisə zamanı gəmidə 255 sərnişin olub. Onlar məlumatı eşidən kimi səs-küy yaradıblar. Bəziləri isə həyəcandan dənizə tullanıb. Onlar dərhal xilas edilib. Ardınca bərənin limana yaxınlaşmasına icazə verilib. Bütün sərnişin və heyət üzvləri karantin altına alınıb.

Qeyd edək ki, İndoneziyada 2956 nəfər koronavirusa yoluxub. 240 nəfər həyatını itirib.
BÖYÜK UĞUR: Dünya alimləri birləşdi - Koronavirusa qarşı 50-dən çox dərman TAPILDI
“Hazırda koronavirusa qarşı 50-dən çox dərman test mərhələsindədir”.

Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının mətbuat xidmətinin rəhbəri Marqarit Harris belə açıqlama verib. Açıqlamada deyilir:

“Həqiqətən həyəcanlı məlumatlar gəlir. Dərmanlar test edilir. Laboratoriyadakı sınaqlar uğurlu alınıb. Lakin dərmanların insanlara necə təsir edəcəyini növbəti mərhələlərdə öyrənə bilərik”.

Bildirilib ki, dərmanın hazırlanması üçün dünyanın bir çox ölkəsindən olan elm adamları bir araya gəlib.
Koronavirusdan daha DƏHŞƏTLİSİ GƏLİR, Dünyanın sonu olacaq - ABŞ-dan SENSASİYA
“Koronavirus pandemiyasından sonra bəşəriyyət nüvə müharibəsi və qlobal istiləşmə təhlükəsi ilə üzləşəcək”.

Publika.az xəbər verir ki, bu barədə amerikalı siyasi publisist, professor Noam Xomskiy deyib.

Pandemiyanın qorxulu nəticələrinin olacağını deyən siyasi publisist hesab edir ki, bu böhran keçici olacaq: “Lakin bəşəriyyəti daha dəhşətli təhlükələr gözləyir. Bunlardan biri nüvə müharibəsi, digəri isə qlobal istiləşmə təhlükəsidir. Bu iki təhlükənin qarşısını ala bilməsək, dünyanın sonu olacaq”.

Onun fikrincə, pandemiyaya qalib gəlmək üçün hərbi səfərbərliyə bənzər vəziyyətin yaradılması lazım olacaq.

“Pandemiyaya qalib gələndən sonra ya dövlətlər son dərəcədə avtoritar olacaq, ya da şəxsi qazancın yox, hər kəsin ehtiyacının ödənməsi, cəmiyyətlərin daha humanist şəraitdə yaşaya bilməsi üçün radikal addımlar atılacaq”, - professor bildirib.
İspaniyada koronadan ölənlərin sayı 15 mini keçdi
İspaniyada yeni tip koronavirusdan sutka ərzində 683 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkə üzrə ölənlərin sayı 15 min 238-ə çatıb.

İspaniyada pandemiyadan ən çox ölüm sayı isə paytaxt Madriddə qeydə alınıb. Paytaxtda virusdan ümumilikdə 5800 insan həyatını itirib.
Daha bir virus ortaya çıxdı: Yoluxucu və ölümcül...
Taylandda yeni tip koronavirusdan başqa Afrika at vəbası xəstəliyi sürətlə yayılmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Tayland Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xəstəlikdən ölkədə təxminən 200 at tələf olub.

Virusun mənbəyinin hələ də araşdırıldığı bildirilib. Bəzi fermerlər Afrikadan idxal olunan zebraların virusun mənbə ola biləcəyini ehtimal edir.

Qeyd edək ki, Afrika at vəbası xəstəliyi yoluxucu və ölümcül xəstəlik kimi tanınır.
Koreyadan ŞAD XƏBƏR: 48 gün sonra...
Cənubi Koreyada son sutka ərzində 39 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Publika.az xəbər verir ki, bu da 20 fevraldan bəri qeydə alınan ən aşağı rəqəmdir.

Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzidən verilən açıqlamaya görə, ölkədə Kovid-19 xəstələrinin sayı 10 min 423-ə çatıb. Onlardan 6 min 973-nün müalicəsi tamamlanıb. Ölü sayı isə 204 nəfərdir.
Koronavirus dünyaya 5 trilyon zərər vuracaq
Koronavirusa görə dünya iqtisadiyyatına vurulan zərər iki il ərzində 5 trilyon dollar olacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

“Dünya iqtisadiyyatı üçün 1930-cu illərdən bu yana ən dərin tənəzzül başlayır. Proqnozlara əsasən, tənəzzül davamlı olmayacaq. Həmçinin ölkə iqtisadiyyatlarına buraxılan imkanları geri qaytarmaq üçün zaman lazım olacaq”, – agentlik bildirib.

Bununla belə “Morqan Stenli” bankı inkişaf etmiş ölkələrin ÜDM göstəricilərinin böhrandan əvvəlki səviyyəyə yalnız 2021-ci ilin 3-cü rübündə qayıdacağını bəyan edib.

Qeyd edək ki, bir qədər əvvəl Asiya İnkişaf Bankı koronavirusun dünya iqtisadiyyatına 4,1 milyon dollar zərər vura biləcəyini açıqlamışdı.
Səudiyyə kralının ailəsi də koronaya yoluxdu
Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərində koronavirusa yoluxma halı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, kral ailəsinin soyadını daşıyan təxminən 150 nəfər COVİD-19 virusuna yoluxub.

Məhz bu xəbərdən sonra ölkədə bütün xəstəxanalar fövqəladə rejimdə çalışmağa başlayıb.