Senatordan sərt çıxış: Çindən qisasımızı belə alaq!
Çin hakimiyyəti ABŞ üçün öldürücü olan koronavirus epidemiyasına görə məsuliyyət daşıyır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem deyib. O, Pekindən qisas alınması gərəkdiyini və ABŞ-ın bu ölkəyə olan borcunun bir qisminin silinməsi lazım olduğunu bildirib. Qrehem bunun hesabına işsizliyin artırılmasının kompensasiya edilməsi gərəkdiyini deyib:

“Pandemiya Çin ucbatından yaranıb. Bu, artıq Çindən gələn üçüncü xəstəlikdir. Pekin indi gərək Vaşinqtona ödəniş etsin. Çin gərək davranışını dəyişsin”.
ABŞ bu ölkələrə sanksiya tətbiq edəcək
ABŞ öz vətəndaşlarını qəbul etməyən və qəbul etmə müddətini uzadan ölkələrə qarşı viza sanksiyaları tətbiq edə bilər.

Axar.az xəbər verir ki, bu barədə sərəncamı ABŞ Prezidenti Donald Tramp imzalayıb.

Qeyd edək ki, bundan öncə ABŞ-da koronavirusa yoluxanların sayı yarım milyonu keçib. Ölkədə koronavirusdan ölənlərin sayı 18637-yə çatıb.

Bu şəxsin yerini deyənə 10 milyon mükafatBirləşmiş Ştatlar Livanın "Hizbullah" hərəkatının İraqdakı lideri Məhəmməd Kavtarani haqqında informasiya üçün 10 milyon ABŞ dolları məbləğində mükafat vəd verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Mükafat hərəkatın İraqdakı yüksək vəzifəli komandiri adlandırılan Kavtaranini fəaliyyəti, əlaqələri və tanışları haqqında informasiyanı çatdırana veriləcək. ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir.

"Məhəmməd Kavtarani "Hizbullah"ın İraqdakı qüvvələrinin yüksək vəzifəli lideridir. O, daha əvvəl general Qasım Suleymani təşkil etdiyi İranla əlaqəli hərbiləşdirilmiş qruplaşmaların siyasi koordinasiyasını öz üzərinə götürüb", - xəbərdə deyilir.

Xatırladaq ki, ABŞ İran generalı Qasım Süleymanini yanvarda Bağdadda keçirdiyi xüsusi əməliyyatın gedişatında öldürüb.
Dünyanın koronavirus qurbanları - ölü sayı artır, yoluxma çoxalır...
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Avrasiya.net xəbər verir ki, virus yayılandan indiyədək dünyada 102 734 nəfər dünyasını dəyişib.

Məlumata görə, dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliyada qeydiyyata alınıb. Bu ölkədə koronavirusdan 18 849 nəfər dünyasını dəyişib. İspaniyada 16 081, ABŞ-da 18 747, Fransada isə 13 197 nəfər virusun qurbanı olub.

Aprelin 11-i səhər saatlarınadək dünyada koronavirusa 1 699 632 yoluxma qeydə alınıb.
“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutulduAzərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.
Nyu Yorkda koronadan ölənlər kütləvi basdırılır - VideoNyu Yorkda yeni tip koronavirusdan ölənlər kütləvi şəkildə Hart adasında dəfn edilir.

Axar.az xəbər verir ki, adaya gündəlik təxminən 30-a yaxın cəsəd gətirilir və cəsədlər xüsusi şəkildə bükülərək tabutlara qoyulur. Uzun qazılan məzarda isə yan-yana basdırılır.

Qeyd edək ki, Nyu Yorkda koronavirusdan 7 mindən artıq insan həyatını itirib.
Sularda da koronavirus tapıldı - Amerikalı alimlərdən ŞOK ARAŞDIRMATullantı sularındakı virus hissəciklərindən Kovid-19-a yoluxma sayı aşkarlana bilər.

Publika.az xəbər verir ki, ABŞ-ın “Biobot Analytics” tibbi araşdırma qurumu Massaçusets ştatındakı tullantı sularında gözləniləndən daha çox yeni tip koronavirus qalıqları tapıb.

Hesabat tibb sahəsində hələ ki, rəsmi təsdiq edilməmiş araşdırmaların dərc edildiyi “MedRxiv” saytında yer alıb.

Bildirilib ki, “Biobot Analytics” araşdırma komandası 18-25 mart tarixində Massaçusetsdə böyük bir xəstəxananın tullantı sularından qalıqların DNT-lərini götürüb və müşahidə aparıb. Beləliklə, virus hissəciklərinin neçə müxtəlif insandan gəldiyini təxmin edə biliblər.

Milli Ümumi Elmlər İnstitutu tərəfindən dəstəklənən araşdırma nəticəsində bölgədə ən az 2 min 300 nəfərin virusa yoluxduğu ortaya çxıb. Eyni tarixdə Massaçusetsdəki yoluxma faktı isə rəsmi olaraq 446 olub.

Gələcəkdə pandemiyaları ölçmək üçün istifadə oluna bilər


Massaçusets Texnologiya İnstitutu (MIT) və Harvard kimi məşhur universitetlərin araşdırmaçılarının imzası olan sənəddə tullantı su analizləri metodunun testlərin olduqca az keçirildiyi dövrdə virusun nə qədər insana yayılmış ola biləcəyinin ölçülməsi üçün istifadə edilməsi qeyd olunub.

Əlavə edilib ki, tullantı sularındakı viruslar əhali üçün risk daşımır.

Son rəqəmlərə görə, ABŞ-da 268 min 887 nəfər koronavirusa yoluxub. Onlardan 16 min 697-si dünyasını dəyişib. 25 min 928 nəfər sağalıb.
Koronavirusa qarşı bitki mənşəli dərman tapıldı: “Dünyanın tarixini dəyişdirəcəyik”
Madaqaskar Prezidenti Andri Rajoelina ölkədə koronavirusa qarşı bitki mənşəli dərman tapıldığına dair açıqlama verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Madaqaskarın koronavirusu müalicə edə biləcək dəvaya sahib olduğuna dair bir məktub aldım. “Edə biləcək” deyirəm, çünki bunun sübuta yetirilməsi lazımdır”, - ölkə başçısı bildirib.

Məktuba əsasən, sözügedən bitkinin koronavirusu tamamilə müalicə edə bildiyini söyləyən Rajoelina müəllifi və müalicəvi bitkinin adını açıqlamayıb.

“Sınaqlar təşkil edəcəyik, əminəm ki, Madaqaskar bu dərmanı tapacaq. Bütün dünyanın tarixini dəyişdirəcəyik”, - Rajoelina bildirib.