ABŞ-da koronavirusdan ölənlərin sayı 150 nəfərə çatıb
ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9345 nəfərə çatıb.

Xarici mətbuatın verdiyi məlumata görə, bu barədə Cons Hopkins Universitetindən bidiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 150 nəfəri dünyasını dəyişib, 106 nəfəri isə sağalıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.
İsrail və Fələstin koronavirusla mübarizə üçün birləşdilər
İsrail və Fələstin koronavirusla mübarizə üçün birləşiblər.

Bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Hər iki ölkə hökumətləri koronavirusla mübarizə məqsədi ilə müştərək qərərgah yaratmaq barədə razılığa gəliblər. Razılığın detalları barədə hələlik məlumat verilmir.

“Bizim ümumi sərhədlərimiz tərəddüd üçün yer qoymur: virusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görmək və yüksək səviyyədə əməkdaşlıq etmək lazımdır”, - Fələstin qəzeti yazır.(Qafqazinfo)

Adı açıqlanmayan məmur bildirib ki, İsrail artıq Fələstinin Səhiyyə Nazirliyinə 200 koronavirus testi göndərib. Buna qədər koronavirusa yoluxmuş ərəblər İsrail xəstəxanalarına göndərilib.

Operativ qərərgahın yaradılması barədə məlumatı İsrail Müdafiə Nazirliyinin nümayəndəsi də təsdiqləyib.
ÜST-dən korona ilə bağlı ürəkaçan xəbər...
Koronavirusa (Kovid-19) qarş yaradılan peyvəndin sınaqlarına başladıq.

Axar.az xəbər verir ki, bu barəəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhonom mediaya açıqlamasında deyib.

O bildirib ki, virusun genetik seriyasının əldə edilməsindən 2 ay sonra sınaqlara başlanılıb:

“Bu, xəyal edilməyəcək uğurdur. Dünyanın hər tərəfindəki araşdırmaçılara eksperimental preparatları sistemik olaraq dəyərləndirməyi tövsiyyə edirik”.
Dünya böhranı elan edildi
İnvestisiya bankları Goldman Sachs və Morgan Stanley qlobal böhranın başladığını elan ediblər.

Virtualaz.org bildirir ki, bu barədə “Bloomberq” məlumat yayıb.

Analitiklərin fikrincə, indi söhbət tənəzzülün dərinliyindən və onun nə qədər davam edə biləcəyindən gedir.

Morgan Stanley-in iqtisadçısı Çetan Ahya deyib ki, tənəzzülü 2020-ci ildə qlobal iqtisadiyyat üçün baza ssenarisi kimi görür. İlin nəticələrinə görə, onun artımı 0,9 faizdən çox olmayacaq. Goldman Sachs şirkətindən Jan Hatzius'a görə isə qlobal ümumi daxili məhsulun (ÜDM) artımı 1,25 faizə çatacaq.

S&P reytinq agentliyi artımın 1-1,5 faiz arasında olacağını proqnozlaşdırır. Agentliyin fikrini öyrəndiyi bütün ekspertlər, qlobal böhranın ÜDM-in 0.8 faizə enməsinə səbəb olduğu 2008-ci ildəki vəziyyətlə müqayisədə tənəzzülün daha az olacağını bildiriblər. Ancaq təsiri 2001-ci ildə partlayan “iqtisadi köpük” və 1990-cı illərin əvvəlindəki böhran dövründə olduğundan daha çox hiss olunacaq.

Nəşr həmçinin qeyd edir ki, analitiklərin çoxsaylı mənfi proqnozları müxtəlif ölkələrin maliyyə orqanlarını istehsalçılara və kiçik müəssisələrə daha çox dəstək tədbirləri göstərməyə təşviq etməlidir.

Müəlliflər qeyd edirlər ki, artan böhrana hələlik heç də bütün hökumətlər və mərkəzi banklar reaksiya vermirlər. Bu mənada baza payını, demək olar ki, sıfır səviyyəsinə qədər azaltmış ABŞ-ın Federal Ehtiyat Sistemi təcili ölçülər qəbul etmiş azsaylı tənzimçilərdən biri oldu.

Fransada 9000 insan koronavirusa yoluxdu
Son gün ərzində Fransada 89 nəfər COVİD-19 epidemiyasının qurbanı olub.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın Sağlamlıq üzrə baş direktoru Jerom Salomon bildirib. Ölənlərin 7 faizinin yaşı 65-dən aşağı olub.

“Biz bundan sonra sürətlə yayılan epidemiya ilə üz-üzəyik“ - Jerom Salomon bildirib.

Fransada bu gün COVİD-19 epidemiyasına yoluxanların sayı 9 134-ə, ölənlərin sayı 264-ə çatıb. Hazırda reanimasiyada 931 nəfər ağır vəziyyətdə saxlanılır.

Xatırladaq ki, 17 martdan başlayaraq ölkədə karantin rejimi tətbiq edilib, vətəndaşların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. 67 milyon əhali istisna hallarda evdən bayıra çıxa bilər.

Ölkə üzrə hazırda 100 min polis və jandarm əhalinin karantin rejimi qaydalarına riayət etməsinə nəzarət edir. Qaydalara riayət etməyənlər və evdən əsaslandırılmamış şəkildə çıxanlar karantinin ilk günü 38 avro, ikinci günündən etibarən isə 135 avro cərimə olunurlar. Cərimənin məbləği 375 avroya qədər artırıla bilər.
İtaliyada koronavirusdan ölənlərin sayı 2978-ə yüksəlib
İtaliyada yeni tip koronavirusdan dünyasını dəyişənlərin sayında kəskin artım qeydə alınıb.

Axar.az xəbər verir ki, son 24 saat ərzində 475 nəfər dünyasını dəyişib. Bununla koronavirusdan ölənlərin sayı 2978-ə yüksəlib.

İtaliya Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli ölkədə koronavirusa yoluxanların sayının da 28 min 710-a çatdığını deyib.
Əsəd rejimi Türkiyəyə qarşı yeni savaşa hazırlaşırƏsəd rejimi Türkiyəyə qarşı yeni savaşa hazırlaşır
Türkiyənin hərbi əməliyyatı zamanı böyük zərbə alan Əsəd rejimi İdlibdə yeni bir hərəkata hazırlaşır.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, rejim qüvvələri bölgəyə çox sayda hərbi qüvvə toplayıb.

Rejimi dəstəkləyən İran milislərinin də İdlibdə cəbhə bölgələrinə çox sayda zirehli maşın, ağır silah, tank və digər hərbi texnikalar göndərdiyi bildirilib.
Arvadını aldadıb sevgilisinin yanına getdi: KORONAVİRUSA YOLUXDU
Məzuniyyəti zamanı İtaliyadakı sevgilisinin yanına gedən İngiltərə sakini koronavirusa yoluxub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, həmin vaxt həyat yoldaşı ərinin ölkə xaricinə ezamiyyətə getdiyini düşünüb.

Adı açıqlanmayan 39 yaşlı pasiyent arvadına deyib ki, Böyük Britaniyadan kənara ezamiyyətə yollanır. Ancaq sözün həqiqi mənasında o, Avropa ölkələri arasında koronavirusun ən çox yayıldığı İtaliyada başqa qadınla vaxtını keçirib. Arvadına xəyanət edən kişi qayıdandan sonra həkimlərə İtaliyada olduğunu və virusa yoluxa biləcəyini etiraf edib.

Varlı və yüksək vəzifəli kişi həqiqətən koronavirusa yoluxubmuş. O, həkimlərə öldürücü virusa yoluxma ehtimalı olan sevgilisinin adını açıqlamaqdan imtina edib.
Ağ Evdən korona qərarı: hər vətəndaşa 1000 dollar!
ABŞ-da Tramp hakimiyyəti koronavirus təhlükəsini aradan qaldırmaq üçün vətəndaşlarına pul ayıracaq.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb:

“ABŞ Maliyyə Nazirliyi aprel ayına qədər bütün yetkin amerikalılara 1000 dollarlıq çek göndərməyi hədəfləyir.

Beləliklə, ölkə üzrə 250 milyon insan bu qərardan yararlanmış olacaq”, - Ağ Evin məlumatında bildirilir.