Koronavirusun ikinci dalğası gələcək - Epidemioloqdan XƏBƏRDARLIQDünya miqyasında koronavirusa yoluxma faktı 2 milyonu ötsə də, xüsusilə virusun geniş yayıldığı ölkələr qabaqlayıcı tədbirləri yumşaltmağa başlayır.

Publika.az xəbər verir ki, mütəxəssislər koronavirus pandemiyasının ikinci dalğasının gələ biləcəyini xəbərdarlıq edir.

Honkonq Universitetinin epidemioloqu Ben Kovlinqin fikrincə, normallaşma istiqamətində atılacaq addımlar ikinci dalğaya səbəb ola bilər: “Zamanlamanın məcburedici olduğunu düşünürəm. Heç bir ölkə qaydaları erkən ləğv etmək istəməyəcək. Qadağalar yumşaldılsa, pandemiyanın yenidən zərbə vuracağı ilk ölkə ola bilərlər. İyun və ya iyul ayına qədər qabaqlayıcı tədbirlər tamamilə dayandırılmamalı, sosial məsafə qaydalarına riayət edilməlidir”.
Koronavirus dərmanının sınağı uğursuz oldu, ölənlər varMalyariya dərmanı olan klorokin difosfatın COVID-19-un müalicəsində təsiri araşdırılan klinik təcrübədə iki xəstə dərmanın yan təsirlərindən dünyasını dəyişib.

“Report” “Live Science”a istinadən xəbər verir ki, hadisə Braziliyanın Amazon ştatının Manaus Tropik Tibb İnstitutunda baş verib.

Məlumata görə, yüksək dozada verilən dərman nəticəsində təcrübə altında olan bəzi iştirakçıların ürəkdöyünməsində anormallıq müşahidə edildiyi halda 2 xəstə sərt ürəkdöyüntüsündən ölüb.

Qeyd edilir ki, yan təsirlərlə əlaqədar sınaqların aparılması planlaşdırılan 440 xəstə üzərində daha aşağı dozada dərmandan istifadə ediləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 781 nəfəri sağalıb, 126 776 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Koronavirus laboratoriyadan sızıb? - ABŞ kəşfiyyat məlumatlarını AÇDIKoronavirusun təbii yolla ortaya çıxdığına dair əhəmiyyətli ölçüdə sübutlar var.

Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun baş qərargah rəisi Mark Milli səsləndirib.

Müdafiə naziri Maek Esper ilə birgə mətbuat konfransı keçirən baş qərargah rəisi bildirib ki, kəşfiyyat mediada və bloqlarda koronavirusun laboratoriyadan çıxması ilə bağlı dərc olunan dedi-qodu və spekulyasiyaları analiz edib: “Bu iddialarla maraqlanmağımız sizə təəccüblü gəlməsin. Kəşfiyyat bu iddialara ciddi şəkildə yanaşır. Lakin bu mərhələdə virusun laboratoriyadan çıxması inandırıcı deyil. Təbii olduğunu göstərən sübutlar var, amma bundan da tam əmin ola bilmirik”.

Qeyd edək ki, bütün dünyaya yayılan koronavirusun Uhanda yarasaları analiz edən laboratoriyadan sızdığı iddia olunur. ABŞ kəşfiyyatının hələ 2 il əvvəl belə bir laboratoriyadan virus sızması ilə bağlı bilgi aldığı da bu iddialar arasındadır.
Əlləri yumaq koronavirusdan qorumur, əsl təhlükə budur - ŞOK ARAŞDIRMASars-CoV-2 virusunun maksimum ötürülmə məsafəsi 4 metrdir.

Publika.az xəbər verir ki, bu fakt Çində aparılan yeni araşdırma nəticəsində ortaya çıxıb.

Araşdırma zamanı bəlli olub ki, virus ayaqqabının dabanında da yaşaya bilir və tibb işçiləri tərəfindən xəstəxananın içinə və əhatəsinə yayılır.

Pandemiyanın ortaya çıxdığı Uhandakı Houşenşan Xəstəxanasının Reanimasiya Şöbəsində işləyən tibb işçilərinin ayaqqabılarından götürülən nümunəələrin yarısında Sars-CoV-2 testləri pozitiv çıxıb. Bundan sonra Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi virusun yerə, kompüter mauslarına, zibil qutularına və xəstələrin yataqlarına dağıldığını açıqlayıb.

Araşdırma hesabatında insanların COVID-19 xəstələrinin otaqlarından çıxmadan əvvəl ayaqqabılarının altını dezinfeksiya etmələri tövsiyəsi verilib.

Qeyd edək ki, ötən ay “New England Journal of Medicine” dərgisində yayımlanan araşdırmada yenni tip koronavirusun plastik və polad kimi səthlərdə 3 günə qədər yaşaya bildiyi bildirilmişdi.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı koronavirusa qarşı profilaktik tədbirlərə əlləri tez-tez sabunla yumaq, dezinfeksiyaedici maddələrdən istifadə etmək və sosial məsafəni qorumaq kimi tələblər daxildir.
Hindistanda müsəlmanlara işgəncə verilir - Şok səbəb
Hindistanda yeni tip koronavirusun yayılmasında müsəlman əhali günahlandırılır.

Axar.az xəbər verir ki, bu barədə Yeni Dehlidə yaşayan ərəb əsilli bir gənc danışıb.

O, Türkiyə mediasına açıqlamasında bildirib ki, son vaxtlar ölkədə müsəlmanlara qarşı hücumlar artıb:

“Ötən günlərdə ortada heç bir səbəb olmadan məscidi yandırdılar. Yeni Dehlidə İndoneziyadan gələn müsəlmanların analiz cavablarının pozitiv çıxmasını bəhanə gətirərək onlarla görüşən hər kəsi həbsə atdılar və işgəncə verdilər. Koronavirusu ölkəyə müsəlmanların gətirdiyini söyləyirlər”.
Yoluxanların sayı 2 milyona yaxınlaşır - 200 min nəfər öldü
Dünya miqyasında koronavirusa yoluxma faktı 1 milyon 925 min 224 olub.

Publika.az xəbər verir ki, bu günə qədər 119 min 702 nəfər dünyasını dəyişib, 447 min 948 nəfər sağalıb.

Hazırda 1 milyon 357 min 574 nəfərin müalicəsi davam edir. Onlardan 51 min 157 nəfərin vəziyyəti kritikdir.

Son sutka ərzində 1 376 yeni yoluxma, 84 ölüm faktı qeydə alınıb.

Zümrüd
Korona ilə bağlı yeni fakt: daha yoluxucu
ABŞ-ın Nyu Meksika əyalətində yerləşən Los Alamos Milli Laboratoriyasında Uhandakı məlumatları araşdıran alimlər yeni tip koronavirusla bağlı daha bir fakt əldə ediblər.

Axar.az xəbər verir ki, pandemiyanın digər viruslarla müqayisədə ikiqat daha yoluxucu olduğu ortaya çıxıb.

Koronavirusun bir insandan digərinə təxmin edilən müddətdən daha tez yoluxduğu məlum olub.

Bildirilib ki, bir pandemiya daşıyıcısı 5 nəfəri virusa yoluxdurur. Normalda isə digər viruslar bir insandan 2 nəfərə keçə bilər.

Alimlərin fikrincə, koronavirus digər viruslarla müqayisədə qısa müddətdə daha sürətlə yayılır.
Koronaviruslu xəstələri onların öz immun sistemi öldürürmüş -maraqlı araşdırma
“İnsan bədənində xəstəliklərə qarşı hiperreaksiya göstərən immun sistemi koronavirusa yoluxan və ağır vəziyyətdə olan şəxslərə daha böyük ziyan verə bilər”.

Belə bir iddia ABŞ-ın “The Wall Street Journal” qəzetində səsləndirilib.

“İnfeksiyanın məhz ən ağır xəstələrdə inkişaf etməsi hələ də tibb elmi üçün naməlum olaraq qalır, lakin ekspertlərin fikrincə, “COVİD-19”lu xəstələri öldürən virusun özü deyil, ona verilən immun cavabın hiperaktivliyidir. Belə ki, idarə olunmayan immun cavab zamanı xəstənin ciyərləri oksigeni başqa orqanlara çatdırmaqda yetərsiz qalır və bu da nəfəs çatışmazlığına, bəzi hallarda isə ölümə gətirib çıxarır. Həkimlərin sözlərinə görə, sıradan çıxmış immun sistemi ciyərlərin funksiyasını tamamilə aşağı salır”,-deyə məqalədə qeyd olunur.

“Alimlər bu halı daha yaxşı anlamağa çalışırkən, əczaçılıq firmaları indi xəstəxanalarla əməkdaşlıq edərək, onlardan “bəzi dərmanların həqiqətən nəzarət olunmayan immun cavabı (hiperreaksiyanı) yatırmaqla ölüm hallarını azaldıb-azaltmadığını” öyrənmək istəyirlər. Artıq bəzi həkimlər süni tənəffüs aparatı olmadan nəfəs ala bilməyən xəstələrə bu dərmanları verməyə məcbur qalıblar,”-deyə yazıda bildirilir.

Müəlliflər Cozef Uolker və Cared Hopkins həkimlərin bunun üçün “sitokin fırtınası” terminindən istifadə etdiyini yazırlar.
Bu termin COVİD-19 kimi xarici patogen mikroorqanizmlərin səbəb olduğu fövqəlaktivli immun cavabı ifadə edir. Sitokin adlanan zülallar immun sisteminin xəstəliklərə qarşı mübarizəsinin əsas silah arsenalıdır. Lakin əgər qana daha çox sitokin keçsə, bu, artıq fəlakətə çevrilir və orqanları sıradan çıxarır. Buna rəğmən “Covid-19” virusunun niyə məhz bəzi adamlarda daha çox “sitokin fırtınası” törətməsi faktı elm adamları üçün hələ də sirr olaraq qalıb. Alimlər burada genetik faktorların önəminə diqqət çəkirlər.

“Həkim və araşdırmaçıların fikrincə, koronavirusa yoluxan ağır xəstələrdə xəstəlik iki mərhələdən ibarətdir. Öncə immun sistemi virusa qarşı tez və effektiv reaksiya vermir. Lakin daha sonra immunitet birdən-birə aqressivləşir və orqanizm sitokinlərlə dolmağa başlayır. Sitokin seli qan damarlarını zədələyir və maye ciyərlərə sızaraq onları top kimi doldurur”, deyə yazıda bildirilr.

“Virus burada təşəbbüskar rolda çıxış edir. İkinci problem isə ondan ibarətdir ki, immun sistemi bütün bu olanlara doğru reaksiya vermir və buna görə sitokin fırtınasını yaratmağa başlayır. Xəstələr ona görə ölürlər”,-deyə Yel universitetini Tibb fakultəsinin dosenti Ya-Çi-Ho müəlliflərə söyləyib.

Yazıda “sitokin fırtınası”na məruz qalan xəstələrə “kortikosteroidlər” adlanan dərmanların verildiyi, lakin onların effektivliyinin hələ tam yoxlanılmadığı qeyd olunub. Bundan başqa, stereoidlərlə müalicə olunan xəstələr arasında da ölüm halları çoxdur. Çünki bu dərmanlar immun sistemini zəiflətməklə infeksiya ilə mücadilə edən xəstələrə əlavə təhlükə doğurur.

“Həkimlərin fikrincə, bütün immun sisteminə deyil, konkret sitokinlərə yönəlik dərmanlar daha çox effekt verə bilər. Artıq bir sıra nəhəng əczaçılıq korporasiyaları bu preparatlar üçün tədqiqatları genişləndiriblər”,-deyə yazının sonunda bildirilir.



Musavat.com
 Karantin rejimi uzadıldı
Fransada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin müddəti mayın 11-dək uzadılıb.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

Qeyd edək ki, Fransada martın 17-dən başlayaraq karantin rejimi tətbiq edilir.