
Dünyada koronavirusdan ölənlərin sayı artaraq 146 088 nəfərə çatıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat açıqlayıb.
Məlumata görə, son bir sutkada dünyada koronavirusa yoluxanların sayı 85 678 nəfər, ölənlərin sayı isə 6 710 nəfər artıb.
İndiyədək dünyada 2 160 207 nəfər COVID-19 infeksiyasına yoluxub.