Kanadada atışmada ölənlərin sayı 20-yə ÇATDI
Kanadada atışma zamanı ölü sayı 20 nəfər çatıb.

Avrasiya.net xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Yeni Şotlandiya vilayətində baş verib.

Polis komissarı Brend Lakinin verdiyi məlumata görə, silahlı insident zamanı atıcı istisna olmaqla, 16 nəfər ölüb.

İnsident zamanı 1 polis əməkdaşı ölüb, 1-i isə yaralanıb.

Komissar insidenti terror aktı kimi nəzərdən keçirmədiklərini əlavə edib.
Kəşmirdə insident: Pakistan cavab zərbəsi endirdi
Hindistan hərbi birliklərinin son 3 gündə həyata keçirdiyi hücumlar nəticəsində 1 uşaq həlak olub, 10 mülki şəxs ağır yaralanıb.

Axar.az xəbər verir ki, bunu Pakistan ordusunun sözçüsü general Babar İftixar deyib.

"Bir qədər əvvəl hindli hərbçilərin top atışları nəticəsində biri uşaq olmaqla, 4 sakinimiz xəsarət alıb", - o bildirib.

B.İftixar Kəşmirdə son vaxtlar vəziyyətin daha da gərginləşdiyini qeyd edib. O, Pakistan tərəfinin bu hücumlara görə cavab zərbəsi endirdiyini vurğulayıb.

Ona məktub göndərməmişik – Tramp yalan danışıb?
Yaxın günlərdə ABŞ Prezidenti Donald Trampa Kim Çen İn tərəfindən heç bir yeni məktub göndərilməyib.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mətbuata açıqlamasında yaxın günlərdə Şimali Koreya lideri Kim Çen İndən xoş bir məktub aldığını demişdi.
Çindən koronavirusla bağlı SENSASİON ADDIM: günlərlə hər şey gizlədilib - Sənədlər ÜZƏ ÇIXDI/VİDEO
Çin hökuməti yeni tip koronavirusun ciddi epidemiyaya çevrilə biləcəyinə dair güclü əlamətlər görməsinə rəğmən, 6 gün boyunca səssiz qalıb və virus bu müddətdə daha çox yayılıb.

Publika.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” İnformasiya Agentliyi adının çəkilməyini istəməyən mənbənin təqdim etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məqalədə bildirilib ki, vəzifəli şəxslər 14 yanvarda virusun pandemiyaya çevrilə biləcəyini xəbərdarlıq edib. Lakin ölkə rəhbəri Si Çinpin xalqa xəbərdarlıq etmək üçün 20 yanvara qədər gözləyib. Bildirilib ki, sənədlər və tarixi müşahidələr Çin hökumətinin 1 həftə səssiz qaldığını, bu müddət ərzində 3 min nəfərin virusa yoluxduğunu sübut edir. Virusun yayılmasında Çində Yeni il bayramının bu dövrə düşməsinin də böyük payı var. Agentliyə göndərilən sənədlərdə 5-17 yanvar tarixlərində sadəcə Uhan şəhərində deyil, Çin miqyasında yüzlərlə insanın virus daşıyıcısına çevrildiyinə dair faktlar əks olunub.

Mütəxəssislər Çin hökumətinin bəzi həkimlərə “dedi-qodu yaymaq” ittihamı ilə cəza kəsməsindən sonra Uhandakı həkimlərin danışmaqdan çəkinmiş ola biləcəyinə diqqət çəkir.

Si Çinpin hökumətini xəbərdarlıq verməyə məcbur edən şey isə Tailand olub. Belə ki, 13 yanvar tarixində Çindən xaricdə ilk koronavirusa yoluxma faktı burada qeydə alınıb. Tailand epidemiya ehtimalına ciddi yanaşaraq xəbərdarlıqlar edib. Məhz bundan sonra Çin hərəkətə keçib. Yenə də xalqa xəbərdarlıq verilməyib. Amma tibb işçilərinə xəstələri təsbit etmək tapşırığı gedib.

Mediaya Çin Milli Səhiyyə Komissiyasının Prezidenti Ma Xiaoveinin 14 yanvarda tibb işçiləri ilə telekonfransının qeydləri sızıb. Qeydlərdə prezidentin 2003-cü ildəki SARS epidemiyasından bəri ən ciddi və qarışıq vəziyyətlə qarşı-qarşıya qaldıqlarını dediyi barədə məlumat yer alıb.

Agentliyin xəbərində qeyd olunub ki, sosial məsafənin gözlənilməsi, maska taxmaq, səyahət qadağası kimi qaydalar 1 həftə əvvəl tətbiq olunsaydı, virusa yoluxma faktı 3 qat daha az olacaqmış.


Uhandan şok görüntülər - koronavirus buzxanadan yayılıb
Çinin Uhan şəhərindəki Virusologiya İnstitutuna aid buzxanada aralarında koronavirusun da olduğu 1500 fərqli virusun saxlanıldığını göstərən görüntülər ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, fotoların 2018-ci ildə Çinin xəbər agentliyi tərəfindən Tvitter vasitəsilə yayımlandığı və daha sonra silindiyi məlum olub.

İngilis mətbuatı həmin virusların qorunduğu buzxananın qapılarından birinin sınıq olduğunu yazıb.

ABŞ-ın CNN telekanalı da ABŞ kəşfiyyatının COVİD-19 virusunun Uhanda yarasa viruslarında araşdırma aparan laboratoriyaların birindən yayıldığı iddalarını araşdırdığını bildirib.

Qeyd olunub ki, Uhandakı Virusologiya İnstitutunda olan iki diplomat 2018-ci ilin yanvar ayında laboratoriyadakı təhlükəsizlik tədbirlərinin az olduğunu və burada aparılan işlərin SARS virusuna bənzər xəstəliyə yol açacağına səbəb olacağı ilə bağlı Xarici İşlər Nazirliyini xəbərdar edib.

Onu da qeyd edək ki, həmin laboratoriya vəhşi heyvanların satıldığı bazarın yaxınlığında yerləşir.

CNN kəşfiyyat orqanlarına istinadla bildirir ki, ABŞ rəsmiləri virusun bioloji silah olduğuna inanmır, amma COVİD-19-un buradan təsadüfən yayılması ehtimalını araşdırırlar.

ABŞ Baş Qərargah rəisi Mark Milli bununla bağlı açıqlamasında kəşfiyyatın bu iddiaları ciddi şəkildə araşdırdığını, virusun təbii yolllarla ortaya çıxdığına dair önəmli sübutların olmasına baxmayaraq heç bir nəticə əldə edə bilmədiyini bildirmişdi.

ABŞ dövlət katibi Mayk Pompeo da ABŞ-ın koronavirusun kökünü anlamaq üçün ciddi şəkildə işlədiklərini demişdi.
ABŞ-ın borcu rekord həddə artacaq - KİV
ABŞ-ın dövlət borcu və korporasiyaların borcu 2020-ci ildə koronavirus pandemiyası səbəbindən rekord həddə çatacaq.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Qəzetın yazdığına görə, federal büdcənin defisiti 4 trilyon dollara qədər arta bilər. “Ekson Mobil” və “Uolqrins” kimiş iri şirkətlər kredit xətlərini xərcləyiblər, amma hələ də pula möhtacdırlar.

“Biz narahat olmalıyıq. Biz tarix boyu analoqu olmayan borclardan danışırıq. Biz geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşırıq”, - Priston Universitetinin iqtisadçı professoru Atif Mian bildirib.
Yaponiyada bir salxım üzüm 11 min dollara satılıb
Yaponiyanın İşikava prefekturasındakı hərraclarda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm 1,2 milyon yenə (təqribən 11 min dollar) satılıb.

Modern.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Həmin salxımı alan Yaponiya mehmanxanalar şəbəkəsi menecerinin sözlərini sitat gətirən agentlik yazır: “Biz “Ruby Roman” üzüm növünün bazara çıxarılmasının 12-ci ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdik”.

Agentliyin bildirdiyinə görə, cari il sentyabrın sonlarınadək həmin növdən olan 26 min üzüm salxımının satılacağı gözlənilir.

“Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirəli çox dadlı meyvələrə malikdir.
Korona ilə bağlı daha bir şok: 2022-ni gözləyin...
Yeni növ koronavirus epidemiyası yalnız peyvənd hazır olduqdan sonra birdəfəlik məhv olacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə avstriyalı infektioloq Frants Yozef çıxış edib.

Ölkələri ehtiyatı əldən verməməyə çağıran F.Yozef bunları söyləyib:

"Yeddi milyard insanın yolunu gözlədiyi peyvənd ciddi elmi araşdırmaların nəticəsi olmalıdır. Həmin peyvəndin dünya bazarına çıxarılması üçün uzun zaman tələb olunur və bu, 2022-2023-cü ildən tez baş verməyə bilər".
Dünyada koronavirusdan ölənlərin sayı 160 mini ötüb
Aprelin 19-u saat 06:00 üçün dünyada yeni növ koronavirusdan ölənlərin sayı 160 518 nəfərə çatıb.

"İnterfaks"ın verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa ümumilikdə 2 328 124 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da - 734 552 (38 835 ölüm halı), İspaniyada - 194 416 (20 639 ölüm halı), İtaliyada - 175 925 (23 227 ölüm halı), Fransada - 152 978 (19 323 ölüm halı), Almaniyada - 143 724 (4 538 ölüm halı), Böyük Britaniyada - 115 314 (15 464 ölüm halı) qeydə alınıb.