ABŞ bu terrorçunun başına 3 milyon dollar qoyduABŞ İŞİD təbliğatçısı Məhəmməd Hadir Musa Ramazanın gizləndiyi yer haqqında məlumat verənə 3 milyon dollar mükafat bağışlayacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, Ramazan eyni zamanda təşkilatın media sahəsindəki rəhbərlərindən biridir və İŞİD-ə yeni üzvlərin cəlb etmək üçün vacib rol oynayır.
Fransa ilə BƏƏ arasında GƏRGİNLİK - Gəmilər üz-üzə gəldiFransa donanmasına aid “Yan Bart” döyüş gəmisi Birləşmiş Ərəb Əmirliklərinin “Yal Laxmi” tankerinin qarşısını kəsib.

Publika.az xəbər verir ki, olay 22 may tarixində Liviyanın şərqindəki Tobruk limanında qeydə alınıb.

İddiaya görə, BƏƏ gəmisi silah embarqousunu pozaraq Tobruk limanına gəlib və qiyamçı general Xəlifə Haftara sadiq qüvvələrdən qaçaq yolla neft almaq istəyib.

ABŞ-ın “Blumberq” informasiya agentliyinin xəbərinə görə, 4 qərbli diplomat hadisəni təsdiq edib. Gəminin sahilə yaxınlaşmasına fransızlar tərəfindən 1 həftə icazə verilməyib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Liviyada dəstəklədiyi Haftar qüvvələrinə maliyyə qaynağı təmin etmək üçün qaçaq yollarla ölkə neftini satmağa çalışır.

Xatırladaq ki, Haftar qüvvələri 18 yanvar tarixində Liviyada nəzarətlərində olan neft quyularında istehsalı dayandırdıqlarını açıqlamışdı. Liviyada neftin çıxarılması, emalı, satışı və ixracından məsul Milli Neft Qurumundan ötən gün verilən açıqlamaya görə, 18 yanvardan etibarən istehsalın azalması səbəbilə ölkə 4 milyard 943 milyon 976 min dollar zərərə uğrayıb.
Türkiyə ABŞ-la müttəfiqdir, Rusiya ilə... - ABŞ diplomatıTürkiyənin Rusiya ilə əməkdaşlığı genişlədirməsi və gücləndirməsi istəyindən narahatıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Palmer deyib.

“Türkiyənin ABŞ-la müttəfiq olduğunu bildirmək istəyirəm. Bu, Türkiyənin Rusiya ilə olan münasibətlərindən fərqlidir. Türkiyənin Rusiya ilə əməkdaşlığı genişlədirməsi, gücləndirməsi və bəzi məsələlərdə razılıq əldə etmək istəyi ABŞ-ın narahatlığının mənbəyidir. Xüsusilə, bu, Rusiya hərbi təchizatının alışı ilə əlaqəlidir. Bunun bir NATO müttəfiqi üçün yersiz olduğunu və ABŞ-Türkiyə anlaşılmazlıqlarını gücləndirdiyini düşünürəm”, - deyə diplomat bildirib.
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdüABŞ-da daha 692 nəfər koronavirusdan (COVİD-19) vəfat edib.

Avrasiya.net xəbər verir ki, bununla da Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 100 497-yə yüksəlib.

Bu saata olan son məlumata əsasən ABŞ-da gün ərzində daha 17 407 nəfərdə COVID-19 aşkarlanıb. Beləliklə ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 723 633-ə çatıb. Onlardan 477 314-ü sağalaraq evə buraxılıb.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci pillədədir.
İkinci pik hədlə qarşılaşa bilərikBəşəriyyət yalnız COVID-19-un yayılmasının birinci dalğasını yaşayır, pandemiyanın növbəti pik həddi tam ehtimal ediləndir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

"İndi ikinci dalğadan narahat deyilik, biz birinci dalğanın düz ortasındayıq. Bu dalğada ikinci pik həddlə üzləşə bilərik. Belə hallar keçmişdəki pandemiyalarda da olurdu", - Rayan deyib.

O, qeyd edib ki, yeni pik hədd Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada virusun aktiv şəkildə yayılması nəticəsində mümkündür.

ÜST rəsmisinin sözlərinə görə, xəstəliyin artımının müvəqqəti azalması bu tendensiyanın gələcəkdə qalıb-qalmayacağını aydınlaşdırmır.

Rayan həmçinin qeyd edib ki, dünya gələcəkdə pandemiyanın mövsümi qriplə üst-üstə düşə bilən ikinci dalğasına hazırlaşmalı olacaq. / Report.az
Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdüDünyada koronavirus qurbanlarının sayı 347 min nəfərə çatır.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Son məlumatlara görə, ayrı-ayrı ölkələrdə COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Qeyd edilir ki, dünyada ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Rusiyadan sensasiyalı proqnoz: ABŞ Çində vətəndaş müharibəsi törədəcəkABŞ-Çin münasibətləri koronavirus pandemiyası fonunda “soyuq müharibə” vəziyyətini xatırladır. Qarşılıqlı ittihamlar və təhdidlər davam etməkdədir. Sonuncu dəfə ABŞ Çini COVİD-19 pandemiyasına qarşı vaksini oğurlamağa cəhddə ittiham etdi. Prezident Donald Trampın müşaviri Robert O'Brayn iddia edir ki, koronavirusa qarşı vaksini ilk ABŞ hazırlayacaq və istisna deyil ki, Pekin bu vaksini Vaşinqtondan oğurlamağa çalışa bilər. Çin Xarici İşlər Nazirliyi səviyyəsində bu iddiaları əsassız adlandırdı.

Publika.az xəbər verir ki, rusiyalı politoloq Fyodor Lukyanov ABŞ-Çin münasibətlərini siyasi manevrlərdən silahlı qarşıdurmaya doğru getdiyini hesab edir.

Onun fikrincə, Tayvan bu prosesdə əsas nöqtədir və ABŞ Çinlə Tayvan arasında silahlı toqquşmanı yarada bilər.

“Çin və ABŞ arasında ayrılma dövrü çoxdan başlayıb. Pandemiya sadəcə olaraq bu prosesi sürətləndirdi. Buna görə də müharibə ritorikasının kəskinləşməsini görürük. İndi səbəb hələki pandemiyadır, amma sonrakı dövrdə bunun müxtəlif səbəbləri ortaya çıxacaq. Mahiyyət isə eynidir - ABŞ və Çin kəskin mübarizə mərhələsinə keçir, hər şeydən öncə bu, ticarət-iqtisadi rəqabəti gücləndirəcək”, - deyə Lukyanov bildirib.