Tramp İrana təşəkkür etdiABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytı azad etdiyi üçün təşəkkür edib.

Axar.az xəbər verir ki, bu sözlərini Tramp öz Tvitter səhifəsində paylaşıb.

“Mayklın evdə olması çox yaxşıdır. İndicə gəlib. Sağ ol İran. ABŞ-da seçki bitənə qədər böyük müqavilə bağlamağı gözləməyin. Mən qalib gəlməyə hazırlaşıram. Siz indi daha yaxşı müqavilə bağlayacaqsınız”, – deyə o bildirib.
ABŞ-ın imici darmadağın oldu - Polşa nəşriABŞ-da baş verən son olaylar bu ölkənin beynəlxalq imicini darmadağın etdi.

Axar.az xəbər verir ki, bu barədə Polşa nəşri “Reçpospolita” yazıb.

Nəşr qeyd edib ki, son hadisələr fövqəldövlətin heç də hər şeyə gücü çatan və səhvsiz olmadığını göstərdi:

“Vətəndaşlar bu ölkədə özlərini təhlükəsizlikdə hiss etmir. ABŞ cəmiyyətində böyük bərabərsizlik var və bu, gələcəkdə daha da dərinləşəcək”.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq ölkənin bir çox şəhərlərində kütləvi itaətsizlik baş qaldırıb.
ABŞ-dakı aksiyaların arxasından da Bill Qeyts ÇIXDIABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra baş qaldıran etiraz aksiyaları ilə bağlı ilginc iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, polis etirazçılara qarşı zorakılığın dozasını artırıb.

Etirazçılar isə polisə kərpiclərlə cavab verməyə başlayıb. Olaylarda diqqətçəkən məqam isə etirazçıların istifadə etdiyi kərpiclər olub. İddiaya görə, kərpiclər “Microsoft”un qurucusu Bill Qeytsin ortağı olduğu “Acme Brıck Company”nin məhsullarıdır. Məhsulların üzərində şirkətin markasının olması etirazlar zamanı təsadüfən çəkilmiş fotolarda düşüb.

Qeyd edək ki, Bill Qeyts koronavirusa qarşı peyvəndləmənin məcburi olmasını tələb edirdi. Buna görə də Qeytslə Ağ Ev arasında fikir ayrılıqları yaranmışdı. Qeyts Prezident Donald Trampı koronavirusa qarşı kifayət qədər tədbir görməməkdə ittiham edir. Başqa bir iddiaya görə, COVID-19-un yayılmasında Bill Qeytsin barmağı var. Belə ki, milyarder bütün dünyada insanların daha asan idarə edilə bilməsi üçün onların orqanizminə çip yerləşdirmək niyyətindədir. Bunu koronavirus yolu ilə həyata keçirmək istəyir. Buna görə də yeni tip virusa qarşı peyvəndin hər kəs üçün məcburi olmasını istəyir.
Fransada xalq ayağa qalxdı: daha bir qaradərili ölümüFransada 2016-cı ildə polis avtomobilində ölən qaradərili gənc Adama Traore ilə bağlı etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, “Adama Traore haqqında həqiqət” çağırışı ilə Ədalət Sarayı binasının önündə toplaşanlar polis zorakılığına etiraz edib.

Məlumata görə, etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qazla müdaxilə etdiyi deyilir.

Aksiyaya 19 min insan qatılıb. Onların arasında “sarı jiletlilər” də olub.

Qeyd edək ki, ekspertiza gəncin ölümündə polisin günahı olmadığını bildirsə də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.
ABŞ bu şəxsin yerini deyənə 5 milyon verirABŞ Dövlət Departamenti Venesuela kriptovalyutası olan petronun kuratoru Xoselita Ramires Kamaço barəsində məlumat üçün mükafat təyin edib.

Axar.az xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət katibi Mayk Pompeo yayıb.

O, Kamaçonun həbsinə yardım edə biləcək məlumat üçün ABŞ-ın 5 milyon dollar ödəyəcəyini deyib.

Pompeo bu şəxsin transmilli cinayətkarlıqda ittiham edildiyini söyləyib.
Rəsmən açıqlandı: İŞİD-ə qarşı əməliyyat başladıİraqın Baş naziri Mustafa Kazıminin göstərişi əsasında Kərkükün cənub-qərbində İŞİD-ə qarşı əməliyyat başladılıb.

Axar.az xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin sözçüsü Yəhya Rəsul deyib.

O bildirib ki, “İraqın qəhrəmanları” adı altında aparılan əməliyyat 5 fərqli istiqamətdə davam etdirilir:

“Əməliyyatın məqsədi ölkədə sabitliyi və təhlükəsizliyi təmin etmək, eyni zamanda, bölgəni İŞİD-dən tamamilə təmizləməkdir”.
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar - RİSK QRUPUSiqaret və spirtli içki aludəçıləri özlərini yeni növ koronavirusa yoluxma riskinə məruz qoyurlar.

Bu barədə Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Dyomin “Parlamentskaya Gazeta”ya müsahibə verib.

Mütəxəssisin sözlərinə görə, alkoqol bədənin təhlükəli infeksiyaya qarşı mübarizəsində “ağırlaşdırıcı” rol oynayır. Alkoqolun virusdan qorunma qabiliyyəti barədə təsdiqlənmiş məlumatlar mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı siqaretlə bağlı eyni fikirdədir.

“Bir çox siqaret çəkənlərin immun ehtiyatları infeksiyaya yoluxmazdan əvvəl tükənmiş olur. Buna görə də, xroniki xəstələr, yaşlılarla birlikdə siqaret çəkənlər və spirtli içki içənlər də koronavirusa yoluxma baxımından risk qrupuna aid edilə bilər”, - deyə, professor qeyd edib.

Eyni zamanda, mütəxəssis pandemiyanın başlanğıcında siqaret və alkoqolu “qurtuluş və virusdan qorunma” olaraq tövsiyə edənləri kəskin şəkildə tənqid edib:

“İstənilən alkoqol qəbulu ağciyərlərə zərər verir, qaraciyərdə zəruri maddələrin sintezini pozur. Bunlar isə bədəndəki zərərli maddələri zərərsizləşdirməli olan iki “sistem”dir”.

Azərbaycanlı jurnalistin “Pandemiyaya qarşı qlobal mübarizə: nümunəvi Azərbaycan modeli” yazısı İspaniya mətbuatında“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu İspaniyanın “Tu Voz en Pinares” qəzetində və qəzetin eyniadlı Tuvozenpinares.com saytında “Pandemiyaya qarşı qlobal mübarizə: nümunəvi Azərbaycan modeli” sərlövhəli məqalə ilə çıxış edib. (https://www.tuvozenpinares.com/articulo/economia/lucha-mundial-pandemia-azerbayano/20200526201912025390.html)

Məqalədə Azərbaycanın dünyaya nümunə ola biləcək COVİD-19 pandemiyasına qarşı mübarizəsindən söhbət açılır.

Məqaləni olduğu kimi təqdim edirik:

Dünya gözlənilmədən peyda olmuş təhlükə – COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu xəstəlik inkişaf etmiş ölkələrə belə, ciddi itkilər bahasına başa gəlir. Bununla yanaşı, koronavirusla effektiv mübarizə aparan ölkələr də var. Onların ön sıralarında yer alan dövlətlərdən biri də Azərbaycandır.
Aparılan mübarizəyə baxmayaraq, bir çox ölkədə yoluxma və ölüm halları həddindən artıq çoxdur. Azərbaycanda isə cəmi 3274 yoluxma halı var. Onlardan da 2015 nəfəri sağalıb. Son məlumata görə, ölkədə 1220 aktiv xəstə var və cəmi 39 nəfər bu xəstəlikdən dünyasını dəyişib (statistika hər gün dəyişir). Səbəb əlbəttə ki, Azərbaycanın pandemiya təhlükəsinə verdiyi çevik reaksiyadır. Xəstəliyin yayılmağa başladığı ilk günlərdə qonşu ölkələrlə sərhədlərini bağlayan Azərbaycan bütün dövlət və özəl xəstəxanaları hazır vəziyyətə gətirib, dövlət sturkturları gücləndirilmiş iş rejiminə keçib.

Bundan dərhal sonra prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva əhaliyə çağırışlar ediblər. Bundan başqa, pandemiya nəticəsində zərər görmüş sahibkarlara, həmçinin sıravi vətəndaşlara dövlət yardımı ayrılıb. ÜST-ün tövsiyələrinə ciddi əməl edən Azərbaycan ən müasir standartlara cavab verən tibbi laboratoriyalar alıb, digər təxirəsalınmaz tədbirlər görüb.

Bundan başqa, prezident İlham Əliyev qlobal həmrəyliyə hesablanmış və həqiqətən də müsbət nəticələr verən addımlar da atıb. Bununla, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurub, körpü yaradıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan prezidentinin təşəbbüsü ilə aprelin 10-da qurumun videokonfrans rejimində Zirvə görüşü təşkil olunub. Yeri gəlmişkən, Türk Şurası dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirmiş ilk beynəlxalq qurumdur.

Zirvə görüşü

Qoşulmama Hərəkatına da sədrlik edən prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də bu qurumun da Zirvə görüşü olub. Hərəkatın Təmas Qrupu formatında təşkil edilmiş toplantı “COVID-19-a qarşı birlikdəyik” adı altında baş tutub. Azərbaycan prezidentinin Zirvə görüşünün keçirilməsilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Qeyd edək ki, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr yer alır. Topantıya Avropa İttifaqının rəsmisi də qatılıb.

Bir sözlə, əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi fonunda məhz Azərbaycan bir araya gətirə bilib.
Bu bir reallıqdır ki, qlobal əməkdaşlığa güclü ehtiyacın duyulduğu şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar vəziyyətə adekvat reaksiya verə, beynəlxalq həmrəylik istiqamətində zəruri addımlar ata bilməyib. Qlobal liderliyə ehtiyacın yarandığı bu vəziyyətdə belə təşəbbüslərlə çıxış edən prezident İlham Əliyev “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək, ayrı-ayrı qitələrdən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olub. O, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya göstərib.

Əməkdaşlıq

Beləliklə, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların artmasına, qlobal pandemiya ilə mübarizədə səfərbərliyə ciddi töhfələr verib.

Bundan başqa, Azərbaycan koronavirusla qlobal mübarizəyə dəstək olaraq, ÜST-ə 5 milyon dollar könüllü maliyyə yardımı da ayırıb. O, bunu pandemiya ilə mübarizədə yardıma ən çox ehtiyacı olan Qoşulmama Hərəkatı üzvlərinin dəstəklənməsi məqsədilə edib.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus prezident İlham Əliyevə martın 23-də ünvanladığı məktubda Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işləri yüksək qiymətləndirib, bu mənada Azərbaycanı nümunəvi ölkə adlandırıb.

Həqiqətən də, prezident İlham Əliyevin rəhbərliyilə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu gün koronavirusla ən effektiv mübarizə aparan ölkələrin sırasında Azərbaycanın adı birincilər cərgəsində çəkilir, onun bu fəaliyyəti beynəlxalq səviyyədə təqdir olunur. Konkret olaraq, sosial-iqtisadi sahədə atılmış addımlar dünyanın aparıcı maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir.

Koronavirus pandemiyasının yaratdığı vəziyyət göstərir ki, dövlətlərarası münasibətlər sistemi daha ədalətli olmalı, münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalı, burada təcavüzkarlığa yer olmamalı, qarşılıqlı yardım, bəşəri dəyərlər prioritet təşkil etməlidir. Dünyanı yalnız ədalət xilas edə bilər!