İngiltərədə etiraz aksiyası: qarşıdurma yaşandıİngiltərədə irqçiliyə qarşı keçirilən aksiyada polislərlə etirazçılar arasında qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, Londonda ABŞ səfirliyi önündə başlayan aksiya Nazirlər Kabineti binası önündə davam edib.

Məlumata görə, aksiya zamanı etirazçılar polisə şüşə butulka və daş atıb. Nəticədə bir polis başından yaralanıb.

Bundan başqa, şəhərin digər nöqtələrində polis avtomobilləri də daşlanıb.

Qeyd edək ki, bir neçə gün öncə baş verən aksiyada da qarşıdurma yaşanıb. Həmin vaxt onlarla etirazçı saxlanılıb, ən azı 14 polis yaralanıb.
Fransa "Əl-Qaidə"nin bir nömrəli adamını ÖLDÜRDÜ"Əl-Qaidə" terror təşkilatının bir nömrəli adamı öldürülüb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, terror təşkilatının Şimali-Qərbi Afrikada fəaliyyət göstərən "Mağrip El Kaidesi" adlı qolunun bir nömrəli adamı Abdelmalek Drukdal Malidə öldürülüb.

Bildirilib ki, əməliyyatı Fransa həyata keçirib.

Fransa müdafiə naziri Florence Parly sosial media hesabında açıqlama verib. O bildirib ki, prezident Emanuel Makron "G5" ölkələrinin liderləri ilə birlikdə bölgədə terrorla mübarizə aparılması üçün birgə qərar veriblər.
Tanınmış infeksionistdən virusun ikinci dalğası barədə SOS: “Ölüm halları arta bilər”Yoluxucu xəstəliklər üzrə yapon mütəxəssis Akihiro Sato koronavirus pandemiyasının ikinci dalğa ehtimalını qiymətləndirib. Onun hesablamalarına görə, ikinci dalğanın baş vermə ehtimalı təxminən 90% təşkil edir və çox güman ki, gələn payızda start götürəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspert ikinci dalğanın baş verəcəyi dəqiq tarixi proqnozlaşdırmaqda çətinlik çəkdiyini bildirib.

“Çox güman ki, gələn payız və ya qış aylarına təsadüf edir, ancaq ikinci dalğanın artıq iyul və ya avqust aylarında baş verməsi ehtimalı rədd edilə bilməz”, - A.Sato qeyd edib.

O, infeksiyanın yayın istisində məhv olacağı barədə məlumatdan şübhələndiyini söyləyib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Asiya və Cənubi Amerika ölkələrini, yoluxmuşların sayına görə ikinci yerdə olan Braziliyanı misal göstərib. O, Braziliyada isti hava şəraitinə baxmayaraq çox sayda yoluxmuş insanın olduğunu xatırladıb.

Yapon həkimlərinin fikrincə, ölkənin müxtəlif bölgələrində eyni vaxtda infeksiya ocaqlarının meydana gəlməsi koronavirusun ikinci dalğasının başladığını göstərən əsas əlamətdir. Həkim hadisələrin belə bir nəticəsinin əsas təhlükəsini əhalinin əksəriyyətinin koronavirusa yoluxmamasında və hələ kütləvi immunitet əldə edə bilməməsində görür.

“Xəstəliyin kəskin artması ölkələrin səhiyyə sistemlərinin çökməsinə, nəticədə infeksiyadan sonra ölüm hallarında artıma səbəb ola bilər. Digər bir təhlükə virusun mutasiyasıdır. Mutasiya etsə, daha ölümcül ola bilər. Ancaq müsbət tərəflər var. İkinci dalğa birincisindən daha az davam edəcək, çünki insanlar və hakimiyyət orqanları xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdə daha məsuliyyətli davranır”, - deyə ekspert izah edib.

İkinci yoluxma dalğasına hazırlıqlı olmaq üçün mütəxəssis özünü təcrid etməyi, sosial məsafəni qorumağı və qoruyucu vasitələr taxmağı məsləhət görüb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb. Təşkilatın Avropadakı regional ofisinin direktoru Hans Klyugeyə görə, ikinci dalğa sentyabr ayında başlaya və mövsümi qripin yayılması ilə üst-üstə düşə bilər. Bu halda bəzi ölkələrdə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması ilə vəziyyət daha da ağırlaşacaq.

Tramp: Əvvəl koronanı anlamırdıq, indi isə...ABŞ koronavirusu indi anlamağa başlayır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, indiki dönəmdə xüsusi risk qrupunda olan insanlara fokuslanmaq lazımdır:

“Xalqımızın sağlamlığı ilə bağlı ən yaxşı strategiya öz resurslarımızı evlərdə qalan yaşlı insanların qorunmasına sərf etməkdir. Biz sağlamlara və cavanlara dərhal işə qayıtmalarına icazə veririk. Biz indi bu xəstəliyi anlayırıq. Əvvəl anlamırdıq”.
ABŞ-da təyyarə qəzası - 5 nəfər öldüABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə Corciya ştatının şimalında baş verib. Qəza zamanı azı 5 nəfər həlak olub.

Hadisə zamanı təyyarədə pilot və bir ailənin 4 üzvü olub. Təyyarə Florida ştatından İndiana ştatına uçurmuş.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi bildirib ki, təyyarə fırtınaya düşüb. Lakin qəzaya məhz bunun səbəb olduğunu demək mümkün deyil.

Hadisənin digər təfərrüatları açıqlanmır.


İran gəmisi İraqda batdı: ölənlər varİrana məxsus “Behbehan” adlı yük gəmisi Fars körfəzinin Hor Abdullah kanalının girişində batıb.

Axar.az xəbər verir ki, hadisə körfəzin İraq ərazisinə aid hissəsində baş verib.

Gəminin batmasının səbəbi hələlik bəlli deyil.

Məsələ ilə bağlı açıqlama verən İran Dənizçilik və Liman İdarəsinin təhlükəsizlik şöbəsinin müdürü Nadir Pesendə hadisə zamanı 2 nəfərin öldüyünü, 4 nəfərin isə xilas edildiyini açıqlayıb.

O bildirib ki, itkin düşən ekipaj üzvləri İran və İraqa aid xilasedicilər tərəfindən axtarılır.

Qeyd edək ki, yük gəmisi İrandan İraqa 850 ton keramika materialı daşıyırmış.
“Etihad Airways” iyunun 10-dan uçuşlara başlayırİyunun 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti “Etihad Airways”, Əbu Dabi üzərindən Avropa, Asiya və Avstraliyanın 20 şəhəri arasında uçuşlara başlayacaq.

Avrasiya.net yazır ki, bu xidmət xüsusi səfərlərə çıxanlara dünyanın bir sıra əsas istiqamətlərinə Əmirliklərin paytaxtı vasitəsilə asanlıqla səyahət etməyə imkan verəcək. Bu yaxınlarda “Etihad Airways” Melbrun və Sidneydən Londona, eləcə də Əbu Dabi vasitəsi ilə Londona və oradan da birbaşa istiqamətlərə uçuşlar təşkil edib. İyun ayı ərzində də “Etihad Airways” Əbu Dabi vasitəsilə qeyd edilmiş bir sıra uçuşları həyata keçirəcək. Əbu Dabi üzərindən Cakarta, Kəraçi, Kuala Lumpur, Manila, Melburn, Seul, Sinqapur, Sidney və Tokiodan Avropanın böyük şəhərləri - Amsterdam, Barselona, Brüssel, Dublin, Frankfurt, Cenevrə, London, Madrid, Milan, Paris və Sürixə silsilə uçuşlar olacaq. Seçimlərini görmək və səfər edəcəkləri ölkədə müvafiq giriş qaydaları barədə məlumat almaq üçün aviabilet bron edənlərə www.etihad.com/transfer səhifəsinə daxil olmaları tövsiyə olunur. Uçuşları mobil tətbiq, həmçinin “Etihad Airways” əlaqə mərkəzinə +971 600 555 666 (BƏƏ) zəng etməklə, yerli və ya onlayn səyahət agentliyi vasitəsilə sifariş etmək mümkündür. “Etihad Airways” BƏƏ hökumətinin və beynəlxalq tənzimləmə və səhiyyə orqanlarının göstərişlərini izləməyə davam edir, koronavirusun yayılmasının məhdudlaşdırılması istiqamətində öz rolunu oynayır. Aviaşirkət yüksək sanitariya və müştəri təhlükəsizliyi proqramı həyata keçirərək müştəri səyahətinin hər bir hissəsində ən yüksək gigiyena standartlarına əməl edir. Bura iaşə, təyyarə və kabinlərin dərindən təmizlənməsi, qeydiyyat, sağlamlıq müayinəsi, ekipajla qarşılıqlı əlaqə, yemək xidməti, sərnişinlərin hava gəmisini tərk etməsi və yerüstü nəqliyyat daxildir.
Bu gün dünya liderləri virtual qaydada Kolumbiyaya bağlanacaqKolumbiya bu gün (iyunun 5-də) keçiriləcək Ümumdünya Ətraf Mühitin Qorunması Gününə həsr edilmiş tədbirə ev sahibliyi edəcək. Tədbirin məqsədi ətraf mühitin qorunması ilə bağlı məlumatlılığı artırmaq, hökumətləri, vətəndaşları və özəl sektorun rəhbərlərini iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və davamlı istifadəsi üçün birgə işləməyə çağırmaqdır.

Kolumbiyanın ölkəmizdəki səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, biomüxtəlifliyi əsas götürən tədbir, COVID-19 pandemiyasının yaratdığı şəraitdən asılı olaraq, virtual şəkildə keçiriləcək.

Tədbir çərçivəsində mütəxəssislərin də iştirakı ilə bir sıra panellər və dialoqlar təşkil ediləcək, burada Amazon meşələrinin qorunması, biomüxtəlifliyin dayanıqlı istifadəsi, yaşıl müəssisələr və COVID-19 pandemiyası; havanın keyfiyyəti, iqlim dəyişikliyi və dairəvi enerji kimi mövzular olacaq. Qlobal liderlərin, məşhurların, yerli icmaların və yerli xalqların, iş adamlarının və vətəndaşların mesajları da təqdim ediləcək.

Yerli vaxtla saat 7:30-8:30 GMT-5 (Bakı vaxtı ilə saat 16:30-17:30) başlayacaq mərasimin açılışını Kolumbiya Prezidenti İvan Duque Markes edəcək. Tədbirin açılışında həmçinin BMT-nin Baş katibi Antonio Guterres, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen, Amerika İnkişaf Bankının prezidenti Luis Alberto Moreno, Dünya İqtisadi Forumunun qurucusu və baş direktoru, professor Klaus Schab, Kolumbiyanın Ətraf Mühit və Davamlı İnkişaf naziri Rikardo Lozano, eləcə də digər iştirakçılar iştirak edəcəklər.

Kolumbiya səfirliyi bildirir ki, əlavə məlumat almaq istəyənlər tədbirin rəsmi internet saytina daxil ola bilərlər (https://www.worldenvironmentday.global və ya Kolumbiya Ətraf Mühit və Dayanıqlı İnkişaf Nazirliyinin saytına (https://dia-mundial-medio-ambiente-mads.hub.arcgis.com).