Bu həftə BƏƏ-də peyvəndin 3 sınaq fazası başlanıbBirləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına cümə günü 293 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 56422-ə çatdığını və ümumilikdə iyulun 17-nə 48448 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 335-ə çatdığını bildirmişdir.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə bildirilib ki, bu həftə BƏƏ-də peyvəndin 3 sınaq fazası başlamışdır. Peyvənd 18-60 yaş arası könüllülər üçün mümkün olacaq. Sınaq lar BƏƏ-nin G42 və Sinopharm arasındakı əməkdaşlığın nəticəsidir. Uğurlu olacağı təqdirdə peyvənd 2020-ci ilin sonuna bazara çıxarıla bilər.

BƏƏ-də 4 milyondan artıq coVİD-19 testi edilmişdir ki, bu da dünyadan ən yüksək göstəricidir, təxminən hər 2.5 nəfərə 1 test. Yaxma yolu ilə götürülən testlərin nəticəsi bir neçə saata məlum olur, habelə BƏƏ-də istehsal olunan lazer texnologiyaları testinin nəticəsi isə Dubay-Abu Dabi sərhəddində dərhal məlum olur.
Son üç ay ərzində ilk dəfə olaraq 48 saat ərzində yeni ölüm halları qeydə alınmayıb.

BƏƏ-nin paytaxtında otellərin dolma nisbəti iyulun 1-dən bəri illik müqayisədə 3% artıb və bu sektorun inkişafına yönəlmiş bir sıra təşəbbüslərin başlanması ilə daha da artacağı gözlənilir.

BƏƏ Qazaxıstan, Meksika və Burkina Fasoya COVID-19 yardımı göndərib. Beləliklə, BƏƏ 73 ölkəyə 1000 tondan çox COVID-19 yardımı çatdırıb.
COVID-19 pandemiyası ilə əlaqədar BƏƏ-də başladılan repatriasiya reysləri ilə 320 mindən çox insan vətənlərinə qayıdıb.

Etihad sərnişinlər üçün evdə test vermələri xidmətini həyata keçirməyə başlayıb. Tibb işçiləri sərnişinləri evlərində test edərəknəticələri onlara 24 saat ərzində çatdıracaqlar. Xidmət məcburi deyil.

BƏƏ hökümətini post-pandemiya dövrünə yüksək hazırlaması üçün nazirlik və idarələrdə aparılan dəyişikliklərdən sonra çağrılmış yeni Nazirlər Kabineti şənbə günü and içdi.
Londonda erməni təxribatı nəticəsində bir neçə azərbaycanlı xəsarət alıb - VideoBöyük Britaniyada yaşayan azərbaycanlılar Ermənistanın Londondakı səfirliyinin qarşısında dinc aksiya keçirib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla bağlı sivil şəkildə öz etirazlarını nümayiş etdiriblər.

Amma buna baxmayaraq, qəfildən bir qrup erməni aksiyaçılara hücum edərək təxribata əl atıb. Erməni təxribatı nəticəsində bir neçə azərbaycanlı xəsarət alıb.

Dinc aksiya sonradan yerli polis tərəfindən dağıdılıb.
Hindistan və Çin arasında müzakirələr aparılıbHindistan-Çin sərhəd ərazilərində faktiki nəzarət xətti ətrafında vəziyyətin tənzimlənməsi istiqamətində Hindistan və Çin, mövcud diplomatik və hərbi kanallar vasitəsi ilə müzakirələr apardı.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, 5 iyul, 2020-ci il tarixində Hindistan və Çinin sərhəd məsələsi üzrə xüsusi nümayəndələri, Hindistanın milli təhlükəsizlik müşaviri Şri Acit Doval və Çinin dövlət məsləhətçisi və xarici işlər naziri cənab Vang Yi telefon danışığı apardı.

Həmçinin, Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizminin (WMCC) 10 iyul, 2020-ci il tarixində iclası keçirildi.

Bu görüşlər çərçivəsində tərəflər, ikitərəfli müqavilələrə və protokollara uyğun olaraq sərhəddə
sülh və əmin-amanlığın tam bərpası məqsədilə faktiki nəzarət xətti boyunca qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhəd ərazisində gərginliyin aradan qaldırılması barədə razılığa gəldilər.

Bu çərçivədə Hindistanın və Çinin Baş Komandirləri 14 iyul, 2020-ci il tarixində Çuşulda dördüncü iclaslarını keçirdilər.

Komandirlər, aparılan qoşunların çıxarılması prosesinin gedişatını nəzərdən keçirərək, ən qısa zamanda qoşunların tamamilə çıxarılmasını təmin etmək istiqamətində gələcək addımları da müzakirə etdilər.

Hər iki tərəf, qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhədində sülh və əmin-amanlığın tam bərpası hədəfinə sadiqdir.

Tərəflər, bu nəticələrin əldə olunması istiqamətində diplomatik və hərbi sahələrdə təması davam etdirəcək.

Media brifinqində, faktiki nəzarət xətti boyunca qoşunların çıxarılması prosesinin mürəkkəb olması və bu səbəbdən, əsassız və qeyri-dəqiq məlumatlara yol verilməməsi tələbi vurğulandı.

Hal-hazırda Qərb hissədə aparılan qoşunların çıxarılması prosesi, xüsusilə faktiki nəzarət xətti boyunca qarşıdurma vəziyyəti və qoşunların yaxın yerləşdirilməsinin həll edilməsinə yönəldilmişdir. Bu, yüksək hərbi komandirlər arasında razılaşmaya əsaslanır. Hər iki tərəf faktiki nəzarət xəttinin onlara aid tərəfindəki daimi postlarına doğru geri çəkilmək üçün müəyyən nöqtələr üzrə razılığa gəlib. Bu, qarşılıqlı razılaşdırılmış hər iki tərəfin atacağı addımlardır və davam edən bir prosesdir. Hindistanın faktiki nəzarət xəttinə dair mövqeyində heç bir dəyişiklik yoxdur. Hindistan, faktiki nəzarət xəttinin gözlənilməsində və riayət edilməsində tam qərarlıdır. Faktiki nəzarət xətti boyunca status-kvonu dəyişdirmək istiqamətində edilən hər hansı birtərəfli cəhdlər qəbul edilməzdir.
23 ölkə təhlükədə: Əhalisinin yarısı yox olacaq - ARAŞDIRMAƏsrin sonuna qədər 23 ölkənin əhalisinin sayı yarıbayarı azalacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universitetinin elm adamları tərəfindən aparılan araşdırmada deyilir.

Proqnozlara görə, 2100-cü ildə hazırda 1,4 milyarda yaxın əhalisi olan Çidə insanların sayı 732 milyona qədər düşə bilər. Yaponiya, İtaliya və Cənubi Koreyada da sürətli əhali azalması gözlənilir. Yaponiya əhalisinin 126 milyondan 53-ə, İtaliyanın 61 milyondan 28-ə enəcəyi bildirilir.

Araşdırmaya əsasən, əsrin sonuna qədər dünya miqyasında doğuşlar 1,7%-dən aşağı düşəcək. Bundan başqa, 2064-cü ildə dünya əhalisinin sayının 9,7 milyarda çatacağı, 2100-cü ildə isə 8,8 milyarda geriləcəyi gözlənilir.

Bu proqnozların əksinə, Afrika qitəsində əhali sayının 3 qat arta biləcəyi qeyd edilir.
Hindistan hətta pandemiya dövründə belə ən əlverişli investisiya məkanı kimi tanınırHindistan səfirliyinin mənbələrinə əsasən, Hindistan hətta pandemiya dövründə belə ən əlverişli investisiya məkanı kimi tanınır. Mənbələrə görə, Google, Walmart, Foxconn, Facebook kimi böyük beynəlxalq şirkətlər aprel-iyul ayları ərzində Hindistana milyardlarla dollar sərmayə yatırmışdır.

Şirkət –Google
İnvestisiya məbləği–10 milyard dollar.

Şirkət –Walmart
İnvestisiya məbləği–1.2 milyard dollar.

Şirkət –Foxconn (Apple Inc. Supplier)
İnvestisiya məbləği–1 milyard olar

Şirkət –Facebook
İnvestisiya məbləği– Dünyanın ən böyük sosial media şirkəti Hindistanın “Reliance Jio Platforms”-na 5.7 milyard dollar sərmayə yatırıb. Bu Facebook-un digər bir şirkətə yatırdığı ən böyük tək sərmayədir.

Şirkət –Qualcomm Ventures
İnvestisiya məbləği–97 milyon dollar

Şirkət –Thomson
İnvestisiya məbləği–142.8 milyon dollar

Şirkət –We Work Global
İnvestisiya məbləği–100 milyon dollar

Şirkət –Hitachi
İnvestisiya məbləği–15.9 milyon dollar

Şirkət –Kia Motors
İnvestisiya məbləği–54 milyon dollar

Şirkət –Saudi Arabia’s PIF
İnvestisiya məbləği–1.6 milyard dollar

Şirkət –Hyundai Mobis
İnvestisiya–Hyundai Mobis, gələcək nəqliyyat vasitələrinin proqram təminatını inkişaf etdirmək üçün Hindistanda texniki mərkəzini genişləndirir. Bu genişləndirmə sayəsində Şirkət, Hindistanda elmi tədqiqat və istehsal fəaliyyətlərini, xüsusən də sürücüsüz nəqliyyat vasitələri üçün proqram təminatını inkişaf etdirməyi hədəfləyir.

Şirkət – SGS
İnvestisiya–SGS keyfiyyətli qablaşdırma sahəsində Amazonun etibarlı tərəfdaşıdır və dünyanın aparıcı təftiş, yoxlanış, sınaq və sertifikatlaşdırma şirkətlərindən biridir. Şirkət, Fransanın Bordo şəhərində Cestas və ABŞ-da Appleton olan digər bölgələrdəki laboratoriyaları ilə birlikdə Hindistanda ilk akkreditasiya üçün test laboratoriyasını açır.

Şirkət –Axtria
İnvestisiya–Bulud proqram təminatının və həyat elmləri sahəsində ticarət biznesi üçün məlumat analitikasının qlobal lideri olan Axtria, Hindistanda varlığını daha da genişləndirərək cənubda ilk çatdırılma mərkəzini açır. Böyük məlumat analitikası və bulud proqram təminatı nəhəngi Hindistanda artan bazar tələbatını ödəmək üçün yeni məşğulluq imkanları yaradır.

Şirkət –f5
İnvestisiya– F5, tətbiqetmə platformalara həllər təqdim edən şirkət f5, Hindistanda ilk mərkəzini açır. Avstraliyada Sidneydə və Hong Kongda uğurla həyata fəaliyyətə başladıqdan sonra Hindistanda ilk mərkəzini açır.

Şirkət –Tsuzuki
İnvestisiya– Yaponiyanın aparıcı elektron şirkətlərindən biri olan Tsuzuki, Hindistanın Haryana əyalətinin Cacar şəhərində “Reliance's Model Economic” şəhərciyində yeni bir zavod açır.

Şirkət – Samsung
İnvestisiya–Cənubi Koreya nəhəngi indi Hindistanda ağıllı saatın bütün 18 çeşidini istehsal etməyə başladı. Noidada ən böyük smartfon istehsal müəssisəsi olan şirkət, daxili istehsal ediləcək yeni 4G dəstəkli ağıllı saatı da təqdim edib.
Milyonçunun doğranmış cəsədi tikinti torbasından çıxdıNyu-Yorkun Manhetten bölgəsində tikinti torbalarında elektrik mişarı ilə doğranmış cəsəd tapılıb.

Bu barədə “Unilad” nəşri yazıb.

Qətlin baş verdiyi mənzil 33 yaşlı milyonçu Fahim Salehə məxsusdur. O, sərnişin daşınması ilə məşğul olan şirkətin sahibidir. Hüquq-mühafizə orqanları cəsədin məhz ona məxsus olduğunu düşünür.

İstintaq qatilin peşəkar killer olduğunu düşünür. Müşahidə kameraları göstərib ki, mərhumla eyni liftdə əlcək, papaq, eynək və maska taxmış bir şəxs olub.

Google Hindistana 10 milyard dollar sərmayə qoyacaq "Alphabet Inc"ə məxsus "Google" şirkəti ölkənin rəqəmsal təkamülündən qazanc əldə etmək və protektsionist siyasətlərlə qapalı olmadığını sübut etmək üçün 10 milyard dollar dəyərində bir fond ilə Hindistanla əlaqələrini möhkəmləndirir.

1,3 milyard əhalisinin təxminən yarısı hələ də internetdən istifadə etmədiyi üçün Hindistan sonuncu istifadə edilməmiş rəqəmsal bazarlardan biri ola bilər. Önümüzdəki illərdə internetdə yeni istifadəçilərin böyük artımının olacağı gözlənilir. Nyu-Dehlidə siyasətçilər bu fürsətdən daha çox investisiya cəlb etmək və eyni zamanda yerli startapları dəstəkləmək və qorumaq üçün istifadə etməyə çalışırlar.
Alphabet Cənubi Asiya millətində böyük miqyasda artım potensialını görən ilk Amerika texnologiya şirkətlərindən biri idi, lakin bu, çoxmilyon dollarlıq sərmayə vəd edən yüksək profilli tədbirlər və satınalmalarla eyni deyildi. “Hindistan üçün Google Rəqəmsal Fondu” adını almış yeni fond siyasətçilərə Google-ı dəstəkləməyin faydalarını görməyə köməklik göstərəcək.

Hindistanı hədəf alan texnologiya titanlarının sırasında ən axırıncı olan Google bazar ertəsi açıqlamasında növbəti beş-yeddi il ərzində sərmayə yatırımları və ortaqlıqlar, habelə infrastruktura investisiya qoymaq üçün fondu işə saldığını bildirdi.

Google və Alphabet şirkətinin baş icraçı direktoru Sundar Pichai, bazar ertəsi onlayn keçirilən Google-un Hindistandakı biznesini nümayiş etdirən illik tədbirində qeyd edib ki, bu, Hindistanın gələcəyinə və rəqəmsal iqtisadiyyatımıza inamımızın bir təzahürüdür.
O, investisiyanın dörd istiqamətdə yönəldiləcəyini bildirdi: yerli hind dillərinə münasib keçid, hindlilərə yönəlmiş yeni məhsul və xidmətlər, müəssisələrin onlayn işlədilməsinə köməklik göstərmək və səhiyyə və təhsil də daxil olmaqla bir çox sosial məsələlərin təbliği üçün texnologiyalardan istifadə.

Facebook Inc, Amazon.com Inc və Walmart Inc kimi digər böyük Amerika şirkətləti ölkəyə çox milyard dollarlıq investisiya planları hazırlayarkən, Hindistanda 2004-cü ildən bəri fəaliyyət göstərən Google şirkəti ölkədə öhdəliyini artırır.

Hindistanın Rabitə, Elektron və İnformasiya Texnologiyaları naziri Ravi Şankar Prasad Google-un onlayn keçirilən tədbirində bildirdi ki, Hindistan üçün vaxt gəlib çatdı. Google şirkəti Hindistanın rəqəmsal gücünün, rəqəmsal innovasiyalarının və gələcəkdə yeni fürsətlər yaratma tələbatının böyük gücünü tanıdığı üçün çox məmnunam."
Google Hindistanda və dünyanın bir çox inkişaf etməkdə olan bazarlarında - insanların telefonları vasitəsilə getdikcə daha çox onlayn olduğunu bir çoxlarından daha öncə gördü.

"Növbəti milyard istifadəçi" adlandırdıqları istifadəçilərə daha yaxşı uyğunlaşdırılması üçün məhsullar tərtib edilir və xidmətlərin üzərində dəyişikliklər gedir. Bu yeni istifadəçilər daha az yaddaş sahəsi olan ucuz smartfonlardan istifadə edirlər və aşağı sürətli mobil şəbəkələrə qoşulurlar.

Daha az məlumat bazasından istifadə edən yükləmələrin yeni versiyaları yaradıldı, bütün bunlar ancaq onlayn fəaliyyət göstərən insanlara daha sonra izləyə bilmələri üçün bəzən YouTube videolarını yükləməyə və klaviatura və ingilis dili ilə daha az tanışlığı olanlar üçün səsli və çoxsaylı hind dillərindən istifadə edərək məzmun axtarmaq imkanını verdi. Ölkənin milyonlarla motosiklet və skuter sürücüsünə köməklik göstərmək üçün Google'nın xəritələr funksiyasına iki təkər üzərində səfərlərinin nə qədər müddət davam edəcəyini bildirən funksiya əlavə olundu.

Hindistanda tətbiq olunan ən uğurlu xidmətlərdən biri rəqəmsal ödəmə yükləməsi olan Google Pay-dir. Bu tətbiq maddi imkanı daha aşağı olan Hindistanlı istehlakçılar üçün hazırlanmış və 180 milyon dəfədən çox yüklənmiş və milyardlarla dollar köçürmək üçün istifadə edilmişdir.
Hindistan dünyanın koronavirus pandemiyanın ən pis təsirinə məruz qalarkən yalnız ABŞ və Braziliyada yoluxmuş 800.000-dən çox insana daha ağır zərər dəydi - və iqtisadiyyatı onilliklər ərzində ilk dəfə kiçildi, Google çətin anlarda ölkəyə qayıdan yeganə texnologiya nəhəngi deyil.
Aprel ayında Facebook, xüsusilə e-ticarətdə ölkənin geniş potensialına daxil olmaq ümidi ilə Hindistanın mobil lideri ilə 5.7 milyard dollar dəyərində olan bir əlaqə qurduğunu elan etdi.

Amazon Hindistanda fəaliyyətini genişləndirmək üçün 5 milyard dollar dəyərində sərmayə qoyur. Walmart, Hindistanın ən böyük doğma e-ticarət firması olan Flipkartı 2018-ci ildə 16 milyard dollara satın aldı.

Nyu-Delhi xarici şirkətlərin Hindistanda necə fəaliyyət göstərə biləcəyi və məlumatların saxlanmasına dair məhdudiyyət və tələbləri daha çox elan etdiyi üçün qlobal markalar geniş investisiya planları hazırlayır.
Bəzi hindistanlı siyasətçilər və yerli texnologiya sahibkarları Hindistan bazarını Çin kimi xarici şirkətlərdən qorumaq üçün və bəzi yerli markalarin meydana çıxması üçün daha çox iş görülməsini istəyərlər.

Keçən ay Nyu-Dehlinin ən qərarlı hərəkətlərindən birində kiber təhlükəsizliyi ilə əlaqədar olaraq, 59 Çin tətbiqinin istifadəsi qadağan edildi. Bu addım Himalay dağlarında mübahisəli sərhəd yüksəkliyində iki ölkənin qoşunları arasında baş verən qanlı əl döyüşünə bir cavab olaraq verilməsi kimi qiymətləndirildi. Qanlı döyüş zamanı ən az 20 hind əsgəri ölürülmüşdü.

Pekin mərkəzli Bytedance Ltd.-ə məxsus Hindistanda 660 milyon dəfədən çox yüklənmiş TikTok qısa video paylaşma tətbiqi də bu siyahıda idi.

Eric Bellmanın electron poçt ünvanına yazın: [email protected]
Copyright ©2020 Dow Jones & Company, Inc. All Rights Reserved.
87990cbe856818d5eddac44c7b1cdeb8
Səudiyyə Ərəbistanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bəyan edibSəudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin şifahi qeydində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın son təxribatı ilə bağlı elan etdiyi mövqeyinin bütün müsəlman dövlətlərinin mövqeyini ifadə etdiyi bildirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də paylaşım edib.

Qeyd olunub ki, səfirlik Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bir daha bəyan edib.
Dünya mətbuatı Azərbaycan Ordusunun düşmənə zərbəsindən yazırErmənistan silahlı qüvvələrinin Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təxribatçı hücumları və davamında yaşanan olaylar dünya mediasında geniş əksini tapıb.

Publika.az xəbər verir ki, “The Guardian”, “Associated Press”, PBS, BBC, “The New York Times”, “Fox”un ABŞ-dakı filialları kimi nüfuzlu nəşrlər sərhəd xəttində baş verən insidentləri işıqlandırıb.

“The Guardian” yazır ki, hər iki tərəfdə itkilər var: “Bazar günü Cənubi Qafqazın iki xalqı arasındakı sərhəddə atışmalar başladı. Azərbaycan üç gün davam edən döyüşlərdə 11 hərbçisini və bir mülki şəxsi itirdiyini, Ermənistan isə dörd hərbçisinin öldüyünü bildirdi. Ermənistan və Azərbaycan qüvvələri arasında tez-tez toqquşmalar olub. Lakin mövcud atışmalar 2016-cı ildə dörd gün davam edən və çoxsaylı itkilərin olduğu döyüşlərdən sonra ən ciddi münaqişədir”.

Ermənistan tərəfinin iddialarına da yer verilən məqalədə qeyd olunur ki, Azərbaycan pilotsuz uçuş aparatının vurulması xəbərini təkzib etdi, öz növbəsində erməni hərbi birləşmələrinin pilotsuz uçuş aparatını, artilleriya sistemini və heyətini məhv etdiyini açıqladı:

“Azərbaycan Prezidenti İlham Əliyev hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaqlarını qətiyyətlə ifadə etdi.

Azərbaycanla yaxın etnik və mədəni əlaqələrə sahib olan Türkiyə qarşıdurmada Azərbaycan hökumətinə güclü dəstək ifadə etdi.

Münaqişənin həlli ilə bağlı danışıqlar aparmağa çalışan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədri olan ABŞ və Rusiya toqquşmaları pislədi, tərəfləri təmkinli olmağa çağırdı. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bazar ertəsi azərbaycanlı və erməni həmkarlarına atəşkəs çağırışı etdi. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın döyüşlərdən “çox narahat olduğunu” və vasitəçilik etməyə hazır olduğunu söylədi.

BMT Baş katibi Antonio Quterreş də narahatlığını dilə gətirdi. Onun sözçüsü Stefan Düjarrik verdiyi açıqlamada BMT rəhbərinin “mübarizəni dərhal dayandırmağa və tərəfləri danışıqlara doğru addım atmağa çağırır” dedi”.

PBS “The Guardian”ın məqaləsini yayımlayıb və əlavə olaraq döyüşlərdə həlak olan iki yüksək rütbəli zabit - general-polkovnik Polad Həşimov və polkovnik İlqar Mirzəyevin adlarına yer verib.

“Associated Press” əvvəlki məqalələrə əlavə olaraq Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Ermənistan arasında yaranan münaqişənin tarixinə yer verib. Bildirilib ki, 1994-cü ildə “isti müharibə” başa çatandan bəri Ermənistan tərəfindən dəstəklənən qüvvələrin nəzarəti altında olan Dağlıq Qarabağ Azərbaycanın ərazisidir.

BBC: “Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin ermənilər tərəfindən idarə olunur. Bu toqquşma isə Qarabağın şimalında baş verib. Azərbaycan Ermənistanın şimal-şərqindəki Tavuşla həmsərhəd olan Tovuz rayonunda ağır döyüşlərin davam etdiyini bildirir”.

Məqalədə Azərbaycanın 11 şəhid verdiyi qeyd olunur. Rusiyanın atəşkəs çağırışlarını qeyd edən BBC yazır: “Bazar ertəsi ABŞ Dövlət Departamenti yaydığı açıqlamada Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən insidenti qəti şəkildə pislədiyini və hər iki tərəfi mübarizəni dayandırmağa, atəşkəsə tabe olmağa çağırdığını bildirdi.

Azərbaycanın Müdafiə Nazirliyi Ağdam kəndində 76 yaşlı kişinin ermənilərin hücumu ilə öldürüldüyünü bildirib. Bundan əvvəl nazirlik bazar və bazar ertəsi tanklar, artilleriya qoşunları ilə düşmənə cavab zərbəsi endirdiyini, Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinin istehkamını, artilleriyasını və yüzlərlə hərbçisini məhv etdiyini açıqladı.

Şəhid olan azərbaycanlı zabitlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var.

Bazar ertəsi keçirilən Təhlükəsizlik Şurasının təcili iclasında Azərbaycan Prezidenti İlham Əliyev təxribatın bütün məsuliyyətinin Ermənistanın siyasi və hərbi rəhbərliyinin daşıyacağını bildirdi”.
Erməni lobbisi ABŞ-da Bakıya qarşı hərəkətə keçdiABŞ Konqresi Azərbaycana silah tədarükünün qadağan edilməsini müzakirəyə çıxaracaq.

Axar.az xəbər verir ki, bu məlumatı Amerika Erməniləri Milli Komitəsi (ANCA) yayıb.

ANCA bununla bağlı 2021-ci il hərbi büdcəsinə düzəlişin edilməsinə cəhdlərin olunduğunu bildirib. Bu təklifin erməni lobbisinin üzvləri olan konqresmen Frenk Pallone və Bred Şerman tərəfindən edildiyi vurğulanıb.

Bred Şermanın təklif etdiyi 66 nömrəli düzəlişə əsasən, Azərbaycana hansısa müdafiə məhsulu və xidmətlər ABŞ Prezidentinin Konqresə bu məhsulların mülki aviasiyaya təhdid yaratmayacağına dair zəmanət verməsi ilə tədarük edilə bilər.

Pallonenin təklif etdiyi 397-ci düzəlişə görə isə ABŞ Müdafiə Nazirliyi Azərbaycana hərbi dəstək proqramı haqqında (son bir neçə ildə bu dəstək 120 milyon dollar təşkil edib) Konqresə hesabat təqdim etməlidir.