Omikrona qarşı xüsusi peyvənd hazırlanır
Dərc olunub:
20-12-2021, 16:42
Amerikanın “Moderna” biotexnologiya şirkəti yeni Omikron koronavirus ştammına qarşı xüsusi peyvəndin klinik sınaqlarına başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, Omikrona qarşı “mRNA-1273” peyvəndi sınaqdan keçiriləcək.
Peyvəndin sınağı 2022-ci ilin əvvəlinə planlaşdırılıb.