ABŞ-la İsrail arasında gizli müqavilə: Müharibə olarsa..

ABŞ-la İsrail arasında gizli müqavilə: Müharibə olarsa..ABŞ İsrailə regional müharibə vəziyyətində məhv olacaq infrastrukturunu bərpa etməkdə kömək edəcəyinə söz verib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin "Yediot Aharonot” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, İsrail-ABŞ gizli birgə müdafiə planının yekun hissəsində İsrailin siyasi və təhlükəsizlik strukturunda çox az adamın bildiyi bir bənd var. “İsrail dövlətinin yenidən qurulmasına yardım” adlı bu maddəyə əsasən, İsrailin regional müharibə nəticəsində mülki infrastrukturuna zərər dəyərsə, bərpasında ABŞ yardım göstərəcək