“Omikron” ştammına görə ölüm artacaq
““Omikron” ştammına görə yaxın zamanlarda ölüm halları artacaq”.
Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi elçisi David Nabarro açıqlamasında bildirib.
O qeyd edib ki, “Omikron” ştammı daha yüksək yoluxma xassəsinə malik olduğu üçün yaxın vaxtlarda dünya səhiyyə sistemini böyük çətinliklərə düçar edəcək.