Sizin Reklam Burada

Rusiya Ukraynaya Krım və Belarusdan hücuma hazırlaşır – ABŞ mediası

Rusiya Ukraynaya Krım və Belarusdan hücuma hazırlaşır – ABŞ mediasıABŞ kəşfiyyatı hesab edir ki, Rusiya 2022-ci ilin əvvəlində Ukraynanı işğal etməyi və bunu üç istiqamətdə, o cümlədən Belarus ərazisindən keçirməyi planlaşdırır.

Bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir qədər əvvəl Qərb ölkələrində Rusiyanın Ukraynaya təcavüzünə hazırlıqla bağlı təxribatlar ictimailəşdirildiyini deyib.

Xarici işlər naziri Sergey Lavrov da bəyan edib ki, Kiyev rejimi özünü Rusiya təcavüzünün qurbanı kimi təqdim etməyə çalışır və Ukrayna prezidenti Vladimir Zelenski təxribatlara əl atmaqdan çəkinmir.

Agentliyin məlumatına görə, ötən həftə Birləşmiş Ştatlar Avropalı müttəfiqləri ilə kəşfiyyat məlumatlarını, o cümlədən, guya “Ukraynaya işğal”a hazırlıq məqsədilə Rusiya qoşunlarının və artilleriyasının toplandığı göstərən xəritələr paylaşıb.

Amerikanın hesablamalarına görə, Rusiya 2022-ci ilin əvvəlində Ukraynanın işğal barədə düşünə bilər.
Mənbələrin bildirdiyinə görə, ABŞ-ın verdiyi məlumatda Rusiya qoşunlarının Krımdan və Belarusdan keçməklə Ukraynaya girmək niyyətində olduğu və təxminən 100 min əsgərin əməliyyatda iştirak edə biləcəyi bir ssenari ortaya qoyulur.

İki mənbəyə görə, taktiki komandaların təxminən yarısı artıq mövqelərini tutub. Həmçinin, onların fikrincə, Moskva “postsovet dövründə görünməmiş miqyasda on minlərlə ehtiyatda olan əsgərləri” çağırıb, onların rolu guya “sonrakı mərhələdə ərazinin təhlükəsizliyini təmin etmək” olacaq.

Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətləri"nin güclənməsindən narahat olduqlarını bildiriblər. Peskov bəyan edib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun hərəkət etdirir. Onun sözlərinə görə, bu heç kimi təhdid və heç kimi narahat etməməlidir. Rusiya bir sıra Qərb KİV-lərinin Rusiyanın guya Ukrayna ilə sərhədə qoşun çəkməsi ilə bağlı xəbərlərini dəfələrlə təkzib edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın Ukraynanı işğala hazırlaşdığına dair yazılanları həyəcanlı bəyanatlar adlandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər