Amerikalı reper güllələndi
Dərc olunub:
18-11-2021, 01:53
Amerikalı məşhur reper Yanq Dolf qətlə yetirilib.
Kult.az xəbər verir ki, əsl adı Adolf Robert Tornton olan reper ABŞ-ın Tennensi ştatının Memfis şəhərində güllələnib.
Məlumata görə, naməlum şəxslər avtomobildən atəş açaraq onu öldürüblər.
Qeyd edək ki, reper ABŞ-da "Major" və "On the river" kimi məşhur albomları ilə tanınırdı.