Sizin Reklam Burada

Baş konsul: "Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq"

Baş konsul: "Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq""Pakistan və Azərbaycan yüz ildən artıq davam edən tarixi əlaqələrə malikdir. Bu əlaqələr son bir neçə ildə və xüsusən indi - Azərbaycan torpaqlarını geri qaytardıqdan, şanlı Qələbənin əldə olunmasından sonra daha da möhkəmlənib. Ümid edirik ki, Pakistan və Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək".

Bu fikirləri "Report"un Türkiyə bürosuna müsahibəsində Pakistan İslam Respublikasının İstanbuldaki Baş konsulu Bilal Xan Paşa bildirib.

Baş konsul xüsusilə son dövrlərdə Pakistanla Azərbaycan və Türkiyə arasında artan ticarət, siyasi, diplomatik əlaqələri yüksək qiymətləndirib və Azərbaycan xalqını Vətən müharibəsindəki tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib:

"Dost və qardaş Azərbaycan xalqını tarixi və mənəvi əhəmiyyət kəsb edən Vətən müharibəsindəki qələbəsi münasibətilə təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu yaxınlarda Pakistandan Azərbaycana ticarət karvanı göndərmişik və eyni karvanın Azərbaycan məhsullarını Pakistana daşıyacağı da gözlənilir”.

O, iki ölkə arasında əlaqələrin daha inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb:

“Gələcəkdə insanlar arasındaki təmasların, əlaqələrin daha da güclənəcəyinə ümid edirik. Əlbəttə, artıq rast gəlinən haldır, lakin hesab edirəm ki bu, daha da intensivləşəcək.

Pakistan və Azərbaycan arasında birbaşa uçuşlar da olacaq. Daha çox turizm və səyahətlə bağlı imkanlar yaranacaq və bir zamanlar uğurlu ticarət yolu olan tarixi İpək yolu yaxın vaxtlarda Pakistan, Azərbaycan və Türkiyənin yeni ticarət əlaqələri üçün yenidən açılacaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər