Tatar Türk Şurası Media Forumuna qatılıb

Tatar Türk Şurası Media Forumuna qatılıbŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İstanbulda keçirilən “Türk Şurası Media Forumu”nun açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Kommunikasiya Müdirliyinin ev sahibliyi ilə keçirilən forum “Köklü keçmiş, güclü gələcək” mövzusu ilə keçirilib.

Forumun açılışındakı çıxışında prezident Ersin Tatar KKTC prezidenti kimi bu gözəl tədbirə dəvət olunduğuna və Kipr Türk xalqının səsini və mesajını Türk dünyasının media nümayəndələri ilə bölüşdüyünə görə təşəkkür edib.

Kipr türk xalqının bu illər ərzində son pandemiyaya baxmayaraq Türkiyənin dəstəyi ilə inkişaf etdiyini və gələcəyə özünə inamla baxa bildiyini bildirən Tatar, Kiprin artıq federativ tərəfdaşlıq respublikası olmadığını, əksinə İki dövlətin təməlində Kıbrıs Türk xalqının suverenliyi və Türkiyənin qarantının davam etməsini istədiklərini ifadə edib. Tatar Türk dünyasının birliyinin bu cür təşkilatlarla inkişaf edəcəyinə inandığını qeyd edib.