İtaliyada polislə etirazçılar toqquşdu - Yaralılar var
İtaliyanın paytaxtı Roma şəhərində yeni növ koronavirusun qarşısını almaq üçün tətbiq olunan karantinə qarşı etiraz aksiyaları keçirilib.
Xarici mətbuat xəbər verir ki, polislə etirazçılar arasında toqquşma yaşanıb.
Etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib. Toqquşmalarda iki etirazçı yaralanıb.
Aksiyalara təxminən 10 min nəfər qoşulub.
Modern.az