Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlib

Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlibAlmaniyada keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib.

“Report” xəbər verir ki, bunu Federal Seçki Komissiyası tərəfindən yayılan rəsmi ilkin məlumatlar sübut edir.

“Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku ikinci yerdə qərarlaşıb - 24,1 faiz. Bu, mühafizəkarların ən pis göstəricisidir.

Onun ardınca “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) gəlir.