Kəşfiyyat: Əl-Qaidə ABŞ-da yeni terakt törədəcək
Dərc olunub:
15-09-2021, 08:42
Əl-Qaidə terror təşkilatı bir-iki il ərzində ABŞ ərazisində terror hücumları həyata keçirmək potensialını bərpa edə bilər.
Bunu ABŞ-ın Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skott Berrier deyib.
ABŞ hərbi kəşfiyyatının rəhbəri vurğulayıb ki, bu mərhələdə kəşfiyyat birliyi bu qrupun fəaliyyətini izləmək üçün Əfqanıstanda məlumat toplamaq gücünü bərpa etməlidir.